Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-765/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X5 qızının katibliyi ilə, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2-2(113)-1694/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.234 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq İddiaçın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən fiziki şəxs Cavabdeh 2019-cu il tarixdə 116.915,09 dollar dəyərində gübrə və kənd təsərrüfatında istifadə edilən dərman satılmışdır. 2021-ci il tarixinə qədər Cavabdeh tərəfindən ödənilməmiş 35.435,29 dollar borc qalıq qalmışdır. Cavabdehin borcunun qısa zamanda qaytarılmasına görə güzəşt edilmiş və tərəflər arasında 07 dekabr 2021-ci il tarixdə borcun təsdiqi və ödənişin həyata keçirilməsi barədə qarşılıqlı razılaşma haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə görə Cavabdeh tərəfindən İddiaçınə 15 yanvar 2022-ci il tarixdən başlayaraq altı ay ərzində ümumilikdə 29.234 dollar ödəməyi öhdəsinə götürmüşdür. İddiaçın cavabdeh X1 etdiyi güzəştə baxmayaraq yenə ödəniş etməmişdir. Bununla bağlı cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini könüllü qaydada icra etmələri barədə bildiriş (pretenziya) göndərsələr də, bu günədək bildirişə də hər hansı münasibət bildirilməmişdir.
3. Cavabdeh və onun vəkili Vəkil2 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və müddətin ötürülməsi səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC məhkəməyə təqdim etdiyi iddia tələbində tərəflər arasında 2019-cu il tarixdə 116.915,09 ABŞ dolları dəyərində (ödəniləcək günə 1 ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq) kənd təsərrüfatı mallarının alqı-satqısının həyata keçirildiyini, qeyd edilən alqı-satqı əməliyyatının 1 illik dövrü-yəni xx.xx.2018-xx.xx.2019-cu illəri əhatə etdiyini, bununla bağlı tərəflər arasında bağlanılan “Borcun təsdiqi və onun ödənişinin həyata keçririlməsi barədə tərəflər arasında razılaşma haqqında” xx.xx.2021-ci il tarixli 03 saylı müqavilə bağlandığını, həmin müqaviləyə 1 saylı əlavə edildiyini, bundan başqa borcun real vəziyyəti barədə xx.xx.2022-ci il tarixli “Üzləşmə aktı” və "xxxx" edildiyini, hazırda isə Cavabdeh MMC-yə yuxarıda qeyd edilən müqavilə üzrə 29.234 ABŞ dolları (ödəniləcək günə 1 ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq) öhdəliyinin oduğunu nəzərə alaraq, qeyd edilən məbləğin ondan MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul ediməsini xahiş etmişdir. Qeyd edildiyi kimi iddiaçı ilə cavabdeh arasında müqavilə (şifahi alqı-satqı müqaviləsi) 2018-2019-cu il tarix aralığına aiddir və iddiaçı həmin müqavilə üzrə qeyd edilən aralıqlarda ödənişləri həyata keçirməmiş, yalnız xx.xx.2022-ci il tarixdən başlayaraq öhdəliklərini icra etməyə başlamışdır. İddiaçı cavabdeh tərəfindən iki il ərzində ödənişin aparılmadığını artıq hüququnun pozulduğunu bilirdi və bilməli idi. Artıq bu fakt da onu deməyə əsas verir ki, hazırki iş üzrə iddiaçı öz hüquqlarının pozulması ilə bağlı özünün də iddia tələbində qeyd etdiyi kimi müqavilədən irəli gələn iddia müddətinə əsasən alqı-satqının son tarixi – 3 il ərzində, xx.xx.2022-ci il tarixədək məhkəməyə müraciət etməli idi. Lakin iş materiallarından da məhkəməyə məlum olduğu kimi iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bu da iddiaçı tərəfindən iddia müddətinin kobud şəkildə pozulmasını söyləməyə əsas verir. Hesab edirlər ki, iddia tələbi həm əsassız olduğundan, həm də iddia müddəti ötürələrək verildiyindən rədd olunmalıdır.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1694/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 29.234 ABŞ dolları məbləğində borcun ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, mediasiya xərclərinin əvəzi olaraq 200 manat və dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2-2(113)-1694/2023 saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçının iddia tələbi məhz tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərlə bağlıdır və cavabdeh tərəfindən də bu faktla bağlı hər hansı etiraz olmamışdır. Bu da onu deməyə əsas verir ki, hazırkı iddia tələbinin müqavilədən irəli gələn öhdəliyin yerinə yetirilməsi ilə bağlı olması işin mübahisəsiz halıdır. Növbəti olaraq iddiaçı ilə cavabdeh arasında müqavilə (şifahi alqı-satqı müqaviləsi) 2018-2019-cu illər aralığına aiddir və iddiaçı həmin müqavilə üzrə qeyd edilən aralıqlarda ödənişləri həyata keçirməmiş, yalnız xx.xx.2022-ci il tarixdən başlayaraq öhdəliklərini icra etməyə başlamışdır. İddiaçı cavabdeh tərəfindən iki il ərzində ödənişin aparılmadığını, nəticədə artıq hüququnun pozulduğunu bilirdi və bilməli idi. Artıq bu fakt da onu deməyə əsas verir ki, hazırki iş üzrə iddiaçı öz hüquqlarının pozulması ilə bağlı özünün də iddia tələbində qeyd etdiyi kimi müqavilədən irəli gələn iddia müddətinə əsasən alqı-satqının son tarixi – 3 il ərzində, xx.xx.2022-ci il tarixədək məhkəməyə müraciət etməli idi. Lakin iş materiallarından da məhkəməyə məlum olduğu kimi iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bu da iddiaçı tərəfindən iddia müddətinin kobud şəkildə pozulmasını söyləməyə əsas verir. Lakin məhkəmə bu göstərilənlərin heç birini nəzərə almamış, iddia tələbindən kənara çıxaraq və bu kənara çıxmanın müstəsnalığı ilə bağlı heç bir əsaslandırma etmədən hazırki borcun etirafı barədə müqaviləni mücərrəd öhdəliklə bağlı əqd hesab etmiş və həmin müqavilə əsasında borclunun müqavilədə etiraf edilmiş borcu ödəmək barədə mücərrəd öhdəliyinin (yaranma əsasından ayrılmış) yarandığını bildirmişdir. Bununla da iddia müddətinin tətbiq olunmasını gözardı etmiş və qanunvericiliyin tələblərini kobudcasına pozmuşdur. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından da göründüyü kimi məhkəmə yalnız qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Lakin hazırki iddia tələbi üzrə məhkəmə qanunvericiliyin qeyd olunan normalarını pozmuşdur. Belə ki, iddiaçı öz iddia ərizəsində tərəflər arasında 07 dekabr 2021-ci il tarixdə borcun təsdiqi və ödənişin həyata keçirilməsi barədə qarşılıqlı razılaşma haqqında müqavilə imzalandığını bildirmiş və məhz həmin müqaviləyə görə Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 15 yanvar 2022-ci il tarixdən başlayaraq altı ay ərzində ümumilikdə 29.234 dollar ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı öz iddiasının əsasını məhz müqavilədən irəli gələn öhdəlik kimi qiymətləndirmişdir. Buna görə də hazırki mübahisəyə iddiaçının da tələbi əsasında məhz müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı normalara uyğun baxılmalı və tətbiq olunan maddi və prosessual normalar məhz buna uyğun seçilməli idi. Bu səbəbdən də iddia müddətinin ötürülməsi ilə bağlı ərizə ünvanlanmış və Mülki Məcəllənin 373.2-ci maddəsinin tələblərinə uyğun olaraq müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin ötürüldüyü bildirilmişdir. Lakin məhkəmə tərəfindən bu halların heç biri nəzərə alınmamış, iddiaçının özü tərəfindən tərəflərin arasında müqavilə olması və cavabdeh tərəfindən həmin müqavilənin etiraf edilməsinə baxmayaraq məhkəmə heç bir əsaslandırma etmədən iddia tələbindən kənara çıxmış, borcun etirafı barədə müqaviləni mücərrəd öhdəliklə bağlı əqd hesab etmiş və həmin müqavilə əsasında borclunun müqavilədə etiraf edilmiş borcu ödəmək barədə mücərrəd öhdəliyinin (yaranma əsasından ayrılmış) yarandığını bildirmişdir. Bu baxımdan mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn münasibətlərin şamil edilməməli olduğunu qeyd etmişdir. Göründüyü kimi iddiaçının öz iddiasının əsasını müqavilə üzrə öhdəliklərdən irəli gələn pul tələbi olaraq müəyyən etməsi və cavabdehin məhz həmin əqdlə bağlı öhdəliyi etiraf etməsi, bütün bunların işin mübahisəsiz halı olmasına baxmayaraq məhkəmə bunu özü mübahisəyə çevirmiş, iddia tələbindən kənara çıxmış və bu kənara çıxma qanunla müəyyən olunan müstəsna hallara aid olmamış, həmçinin məhkəmə müstəsnalığın nədən ibarət olmasını əsaslandırmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında cavabdehin vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin.
12. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
13. Həmin Məcəllənin 882.5-ci maddəsinə görə əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
14. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
15. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
16. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
17. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
18. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
19. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
20. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
21. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.
22. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır.
28. İş materiallarına əlavə edilmiş:
29. İddiaçı MMC ilə Cavabdeh arasında 07 dekabr 2021-ci il tarixli 03 nömrəli borcun təsdiqi və onun ödənişinin həyata keçirilməsi barədə tərəflər arasında qarşılıqlı razılaşma haqqında müqavilə bağlanmışdır.
30. Həmin müqavilənin 1-ci bəndinə əsasən müqavilənin bağlanmasının səbəbi kimi tərəflər anlaşdılar ki, borclu Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək İddiaçı MMC-dən 116.150,07 dollar dəyərində gübrə və dərman preparatları almış və həmin borcun 86.915,96 dollarını ödəmiş, lakin 29.234,11 dollar ödənilməyən debitor borc kimi qalıq qalmışdır.
31. Həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilənin tələblərinə əsasən borclu Nizami Kərimzadə həqiqətən də İddiaçı MMC-yə 29.234,11 dollar borcunun debitor borc kimi qalıq qaldığını etiraf və təsdiq edərək öz üzərinə öhdəlik götürməklə, bu öhdəliyin pozulacağı təqdirdə qanuni məsuliyyət daşıması barədə xəbərdar olunur.
32. Həmin müqavilənin 3-cü bəndinə əsasən bu müqavilənin şərtlərinə əsasən borclu Cavabdeh İddiaçı MMC-yə olan borcun ödənilməsi üçün müqaviləyə əlavə edilən “borcun ödəmə cədvəli” (1 saylı Əlavə) təqdim olunmaqla, tərəflər arasında qarşılıqlı razılaşma əldə olunur.
33. Həmin müqavilənin 4-cü bəndinə əsasən razılaşma müqaviləsinə əsasən borclu tərəf borcun ödənilməsi üçün ona təqdim olunan cədvəl üzrə öz vəzifələrini vaxtında və layiqincə yerinə yetirilmədiyi halda qarşı tərəf 2 ay müddətində aidiyyatı orqanlara müraciət etmək hüququnu özündə saxlayır.
34. Həmin müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə üzrə borclu tərəf İddiaçı MMC-yə olan borcunu nağd və ya köçürmə yolu ilə həyata keçirməlidir.
35. Müqavilə hər iki tərəfin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
36. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan 07 dekabr 2021-ci il tarixli 03 nömrəli müqavilənin 1 saylı əlavəsinə əsasən borclu Cavabdeh İddiaçı MMC-yə olan 29.234,11 dollar borc məbləğini aşağıda qeyd olunan müddətlərədək hissələrlə ödənilməsini təsdiq edir: - xx.xx.2022-ci il - 2000 dollar (3400 manat ekvivalenti ilə); - xx.xx.2022-ci il - 1000 dollar (1700 manat ekvivalenti ilə); - xx.xx.2022-ci il - 4000 dollar (6800 manat ekvivalenti ilə); - xx.xx.2022-ci il - 7411 dollar (12600 manat ekvivalenti ilə); - xx.xx.2022-ci il - 7411 dollar (12600 manat ekvivalenti ilə); - xx.xx.2022-ci il - 7411 dollar (12600 manat ekvivalenti ilə);
37. Əlavə 1 hər iki tərəfin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir
38. İddiaçı MMC ilə Cavabdeh arasında aparılmış xx.xx.2022- ci il tarixli üzləşmə aktından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında sahibkar Cavabdeh 35.435,29 ABŞ dolları (manat ekvivalenti ilə) dəyərində malı İddiaçı MMC-nin nümayəndəsindən qəbul etmiş və dəyərini hal-hazırki tarixədək ödəməmişdir. İddiaçı MMC ilə müştəri arasındakı mal qalığının məbləği xx.xx.2022-ci il tarixinə 35.435,29 ABŞ dolları təşkil edir. Həmin məbləğin akta 1 saylı əlavədə göstərilən müddətlərdə hissələrlə ödəniləcəyini təsdiq edir.
39. Üzləşmə aktı iki tərəfin imzası ilə təsdiq edilmişdir.
40. xx.xx.2022-ci il tarixli üzləşmə aktına əlavəyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında sahibkar Cavabdeh 35.435,29 ABŞ dolları (manat ekvivalenti ilə) borc məbləğini aşağıda qeyd olunan müddətlərədək hissələrlə ödənilməsini təsdiq edir: - xx.xx.2022-ci il - 35.435,29 ABŞ dolları (manat ekvivalenti ilə)
41. Üzləşmə aktına əlavə iki tərəfin imzası ilə təsdiq edilmişdir.
42. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında borcun təsdiqi və onun ödənişinin həyata keçirilməsi barədə tərəflər arasında qarşılıqlı razılaşma haqqında 07 dekabr 2021-ci il tarixli 03 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək İddiaçı MMCdən 116.150,07 dollar dəyərində gübrə və dərman preparatları aldığını və həmin borcun 86.915,96 dollarını ödəmiş, lakin 29.234,11 dollar ödənilməyən debitor borc kimi qalıq qaldığını təsdiq etmiş və həmin borcu hissələrə bölünməklə xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.
43. Borcun etirafı barədə mücərrəd müqavilə borclunun borcun yaranması üçün əsas olmuş başlıca əqddən ayrılmış şəkildə, həmin əqdin məqsədindən asılı olmayaraq (mücərrəd şəkildə) borcun etiraf edilməsinə dair bağladığı əqddir. Həmin müqavilə əsasında borclunun müqavilədə etiraf edilmiş borcu ödəmək barədə mücərrəd öhdəliyi (yaranma əsasından ayrılmış) yaranır. Bu baxımdan mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn etiraz irəli sürülməsi istisna olunur.
44. Odur ki, borcun etirafı barədə müqaviləyə əsaslanan öhdəlik başlıca əqd üzrə borcun yaranması əsaslarından asılı olmayaraq mövcud olduğundan hazırkı iddianın əsaslı hesab edilməsi üçün iddiaçı tərəfindən borcun yaranması üçün əsas olmuş alqısatqı müqaviləsinin, eləcə də həmin müqavilə əsasında malların təqdim edilməsi faktını təsdiq edən sübutların təqdim edilməli olması barədə cavabdehin Cavabdeh dəlilləri əsassızdır.
45. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh borcun etirafı barədə müqaviləyə əsasən İddiaçı MMC-yə 29.234,11 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etdiyini və həmin borcu ödəmək öhdəliyinin icra edilməsini öhdəsinə götürdüyünü nəzərə alaraq, borcun etirafı barədə müqavilə üzrə 29.234,11 ABŞ dolları məbləğində borcun Cavabdeh tələb edilməsinə dair İddiaçı MMC-nin iddiası əsaslıdır.
46. İddia müddətinin tətbiqi barədə cavabdehin verdiyi ərizəyə münasibətdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2ci, 378, 379.1.6, 379.4-1 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
47. Yuxarıda da qeyd olunduğu kimi borcun etirafı barədə mücərrəd müqaviləyə əsasən başlıca əqddən təcrid edilmiş yeni öhdəlik yarandığından hazırkı halda iddia müddətinin axımı həmin müqavilə üzrə öhdəliyin icra müddətinin bitdiyi tarixdən sonrakı gündən - xx.xx.2022-ci il tarixdən başlamalıdır. Belə olan halda isə iddiaçının hazırkı iddianı xx.xx.2023-cü il tarixdə qaldırmaqla Mülki Məcəllədə müqavilə tələbləri üçün müəyyən edilmiş üç illik iddia müddətini buraxmaması açıq-aşkardır.
48. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
49. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2-2(113)-1694/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov