Məhkəmə qərarları › İş №2-2(103)-770/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-770/2020

23.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-770/2020 23.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rövşən Rafiq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması, su dispanserlərinin, su qablarının qaytarılması tələbi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2350/2020 nömrəli qərardadından verilən cavabdeh tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh" MMC-dən 2.264,61 manat məbləğində borcun, ödənilməyən borca hesablanmış 5.037,40 manat məbləğində dəbbə pulunun, ümumilikdə isə 7.302,01 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "İddiaçı" MMC-nin xeyrinə tutulmasını, istifadəyə verilmiş ümumi dəyəri 1.000 manat olan 5 ədəd "Nobel HSM 16 LBA" markalı su dispenserlərinin, ümumi dəyəri 500 manat olan 50 ədəd 19 litrlik su qablarının cavabdeh "Cavabdeh" MMC-dən alınaraq "İddiaçı" MMC-yə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə məhkəmədə baxılıb qurtaranadək iddia tələbinin həcmi məbləğində cavabdehin bank hesablarında olan pul vəsaitlərinə həbs qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh MMC-nin bank hesablarında olan pul vəsaitlərinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan 7.302,01 manat həcmində həbs qoyulmuşdur. Sonradan Cavabdeh MMC qeyd edilən qərardaddan şikayət verərək, xx.xx.2020ci il tarixli, e-2-2(113)-2350/2020 saylı qərardadının ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə qismən təmin edilmiş, Cavabdeh MMC-nin bank hesablarında olan pul vəsaitlərinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan 2.264,61 manat həcmində həbs manat həcmində həbs qoyulmuşdur. Cavabdeh qeyd edilən qərardaddan şikayət verərək, məhkəmənin e-2-2(113)- 2350/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının iddianın təmin edilməsi barədə ərizəsi tam əsassızdır və heç bir əsaslandırma aparılmadan verildiyi üçün onunla bağlı qəbul edilən qərardad da ləğv edilməli və ərizə təmin edilməməlidir. Belə ki, iddiaçı ərizəsində Cəmiyyətin pul ödəmək iqtidarında olmamasına və bunun iddianın gələcəkdə təmin edildiyi halda onun icra edilməsinin mümkün olmayacağını bildirməklə kifayətlənmiş, həmin zərurətin nədən yarandığını göstərməmiş, öz ərizəsini əsaslandırmamışdır. Buna baxmayaraq məhkəmə heç bir əsas olmadan iddiaçının tamamilə əsaslandırılmamış ərizəsini təmin etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)- 2350/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmə tədbiri kimi məhkəmə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Hazırkı halda məhkəmə tərəfindən görülmüş tədbir iddia tələbinə mütənasib olmaqla iddia təmin ediləcəyi təqdirdə qətnamənin icrasını təmin etmək məqsədi daşıyır. İddianı təmin etmə tədbiri görülməsi barədə ərizə iddiaçı tərəfindən əsaslandırılaraq ərizədə cavabdehin maddi vəziyyəti yaxşı olmadığı və hazırda pul ödənişlərini həyata keçirmək iqtidarında olmadığı üçün işə mahiyyəti üzrə baxılanadək iş üzrə iddianı təmin etmə tədbiri görülməsinin zəruri olduğu qeyd edildiyindən ərizənin əsaslandırılmadığına dair cavabdehin şikayət ərizəsinin dəlilləri əsassızdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2350/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2350/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar