Məhkəmə qərarları › İş №2-2(103)-770/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-770/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-770/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyevdən və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə4 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2308/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 31.05.2021-ci il tarixli qərardadından iddiaçı “X4 X1” X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X4 X1” X5 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən “Bəhrəmtəpə-2”, “Qudyalçay” və “Aşağı Seyfəli” yataqlarında faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində ümumilikdə 2.446.775(iki milyon dörd yüz qırx altı min yeddi yüz yetmiş beş) manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-yə İmişli rayonu ərazisində yerləşən “Bəhrəmtəpə-2” və Quba rayonu ərazisində yerləşən “Qudyalçay” yataqlarından “Dağmədən ayırması” aktı olmadan faydalı qazıntı hasilatı aparılması qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 31.05.2021-ci il tarixli e-2-2(113)-2308/2021 saylı qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçı “X4 X1” X5 həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 11.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə4 şikayəti müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı eyni məzmunlu ərizə ilə 07.05.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin 07.05.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Hal-hazırda da iddiaçı yenidən eyni məzmunlu və eyni əsaslara söykənən ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin Mülki Prosessual Məcəllənin 157-ci maddəsinin mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, iddia tələblərinin təmin ediləcəyi təqdirdə qətnamənin icrasının qeyri-mümkün olması və ya icrada hər hansı çətinliyin yarana biləcəyi və bu halların iddianın təmin etmə tədbiri barədə ərizədə göstərilən tədbirlər nəticəsində aradan qaldırılacağı qənaətinə gəlmək üçün əsaslar yoxdur. Bu baxımdan kollegiya hesab edir ki, ərizə təmin edilə bilməz. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “X4 X1” X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2308/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 31.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Anar Tanrıverdiyev Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar