Məhkəmə qərarları › İş №2-2(103)-774/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-774/2020

17.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-774/2020 17.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh ASC-yə qarşı pul tələbinə dair ilkin və Cavabdehxxxx “xxxx” MMC-yə qarşı vurulmuş zərərin ödənilməsi haqqında qarşılıqlı iddia ərizələrinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2085/2020 saylı xx.xx.2020-ci il tarixli iddianı təmin etmə tədbiri barədə qərardadından qarşılıqlı iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “xxxx” MMC ilkin olaraq Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, satdığı, hər birinin qiyməti 0,144 qəpik olmaqla 72.000 ədəd toyuq yumurtasına görə ümumilikdə 10.360 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan, Cavabdeh ASC də həmçinin “xxxx” MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraqəəəəəə, ondanxxxxxeyrinə 41.990 manat və məhsul ixrac olunan zaman çəkilmiş daşıma xərci kimi 10.000 ABŞ dolları məbləğində pulun və 31 manat dövlət rüsumunun tutulması və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı, eyni zamanda, iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” MMC-nin “xxxx”xxxxŞirvan filialında yerləşən (kod:502508, VÖEN: **********-21001, M/H: AZ61NABAZ********************, SWİFT: RBTAAZ22, H/№ AZ08RBTA********************) bank hesabının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC-nin “xxxx”xxxxŞirvan filialında olan (Kod: 502508, VÖEN: **********-21001, m/h: AZ61NABZ********************, SWİFT: RBTAAZ22, h/h AZ08RBTA184007 0010**********) bank hesabının üzərinə- 41.990 manat həcmində həbs qoyulmuşdur. Sonradan, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin qərardadda yol verilən yanlışlıq aradan qaldırılaraq qara alınmışdır ki, qərardadın təsviri-əsaslandırıcı və nəticə hissələrində «bank hesabının üzərinə – 41.990 manat həcmində həbs» ifadəsi «bank hesabının üzərinə bank hesabının üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan - 41.990 manat həcmində həbs»xxxx«xxxx” MMC məhkəmənin xx.xx.2020-ci il tarixli qərardaddan şikayət verərək, ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadında 10.000 ABŞ dolları məbləğində daşıma xərcinin çəkilməsinə dair ödənilmiş pul nəzərə alınmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in 135.8, 376.2-ci və 397.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, qarşılıqlı iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2)bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddiaçının ərizəsinin qismən təmin edilməsi və cavabdehə qarşı yumurtaların yararsız olması əsası ilə irəli sürdüyü 41990 manat məbləğində pul tələbi həcmdə, onun bank desabındakı pul vəsaiti üzərinə həbs qoyulması Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarında sadalanan meyarlara cavab verir. İş materialarına əsasən müəyən olunur ki, tərəflər arasında toyuq yumurtasının alqısatqısı ilə bağlı müqavilə münasibətləri mövcud olmuş, qarşılıqlı iddiaçı cavabdehdən toyuq yumurtaları almışdır. Belə ki, işə əlavə olunmuş 08 yanvar alqı-satqı müqaviləsi və həmin müqaviləyə əsasında alınacaq məhsulun miqdarı və qiyiəti barədə cədvəldən görünür ki, bir qutunun qiymət 0,22,10 manatdan olmaqla, 41.990 manat dəyərində 1900 ədəd qutu yumurtanın satışı nəzərdə tutulmuş və xx xxxxxx 2019-cu il tarixli 193317 saylı qəbul-aktına, habelə, qarşılıqlı iddiaçının iddia ərizəsinə və onun cavabdehə ünvanladığı pretenziya məktübüna əsasən aşkar olunur ki, sonuncu həmin yumurtaları təhvil almış, lakin onlar yararsız olduğunu mübahisələndirərək cavabdehə qarşı ziyan tələbi ilə çıxış etmişdir. Göründüyü kimi, qarşılıqlı iddiaçıın cavabdehdən 41990 manat dəyərində toyuq yumurtası almasına dair və bununla bağlı cavabdehə ünvanlanmış etirazını əsaslandıran ilkin sübutetmə vasitələri mövcud olsa da, onun tərəfindən iddia tələbinin 2-ci hissəsini, o cümlədən, 10.000 ABŞ dolları məbləğində daşıma xərci çəkməsinə dair hər hansı sənədsübut təqdim edilməmişdir. Bu baxımdan,onun iddianı təmin etmə tədbiri barədə ərizəsinin qismən, yəni birinci tələbi həcmində təmin edilməsi işin hallarına uyğundur. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadında da məhz görünür ki, məhkəmə düzgün olaraq, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi 10.000 ABŞ dolları məbləğində daşıma xərcinin çəkilməsini təsdiq edən ilkin sübutlar məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq, həmin hissəyə münasibətdə iddianı təmin etmə tədbirinin görülməsini zəruri hesab etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi MPM-in 263.5 və 264.0.5-ci maddələrinin tələb etdiyi qaydada gəldiyi qərardadında gəldiyi nəticənin səbəbəlrini açıq göstərmişdir. Ona görə də məhkəmə kollegiyası qarşılıqlı iddiaçının şikayətinin məhkəmənin qərardadında daşıma xərcinin çəkilməsinə dair ödənilmiş pulun nəzərə alınmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2085/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Qarşılıqlı iddiaçıCavabdehxxxxşikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2085/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar