Məhkəmə qərarları › İş №2-2(103)-775/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-775/2024

10.09.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-775/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3603/2024 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan ümumilikdə 78,44 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1894,11 manat, İşsizlikdən Sığorta Fonduna olan 74,4 manat, İcbari Tibbi Sığorta Fonduna olan 261,17 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi bildirir ki, xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 261,17 manat, Dövlət Sosial Müdafiə Fonduna 1859,6 manat, İşsizlikdən Sığorta Fonduna 74,4 manat, dövlət büdcəsinə 78,44 manat məbləğində (o cümlədən, vergilər üzrə 71,7 manat, faizlər üzrə 6,74 manat) Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 34,51 manat olmaqla, ümumilikdə 2308,12 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********645100, xx.xx.2023-cü il tarixli **********801900, xx.xx.2023-cü il tarixli **********597300, xx.xx.2023-cü il tarixli **********106700, xx.xx.2019-cu il tarixli **********295800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.

3. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3603/2024 saylı qətnaməsi ilə ərizə qismən təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 78,44 manat, Dövlət Sosial Müdafiə Fonduna 1859,6 manat, İşsizlikdən Sığorta Fonduna olan 74,4 manat, İcbari Tibbi Sığorta Fonduna olan 261,17 manat olmaqla, ümumilikdə 2273,61 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə icra orqanının rəhbəri, xx xxxxxxx 1970-ci il tarixdə Azərbaycan Respublikası, Qazax rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması və ərizənin qalan hissədə təmin edilməsməsi qət edilmişdir.

5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ərizənin rədd edilmiş hissəsində dəyişdirilərək, ərizənin tam təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi orqanı Maraqlı şəxs barəsində həm müvafiq hüquqi şəxsin icra orqanının rəhbəri kimi həmin hüquqi şəxsin dövlətə olan borcuna görə, həm də fiziki şəxs kimi özünün Dövlət Sosial Müdafiə Fonduna olan 34,51 manat borca görə bir ərizədə toplam məbləğləri nəzərə alaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə irəli sürmüşdür. Məhkəmə ümumi irəli sürülmüş ərizəni heç bir əsas olmadan ayırmış, hüquqi şəxsin icra orqanının rəhbəri kimi məhdudiyyətin qoyulması hissəsində ərizəni təmin edərək, fiziki şəxs kimi Dövlət Sosial Müdafiə Fonduna olan 34,51 manat borca görə fiziki şəxsin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasının mütənasiblik prinsipinə uyğun olmadığını bildirmişdir. Məhkəmə nəzərə almamışdır ki, bu yanaşma özlüyündə ziddiyyətlər doğurur. Birincisi, şəxsin istər hüquqi şəxsin icra orqanının rəhbəri kimi, istərsə də fiziki şəxs kimi dövlətə və ya müvafiq fondlara olan bütün borclarına görə məsuliyyət daşıyır. Belə olan halda bir şəxsdən alınmalı olan borc və məhdudiyyətin qoyulması ilə bağlı münasibətlər vətəndaşın subyekti olduğu bütün vergi münasibətlərinə nəzərən həll edilir və işin ayrılmasına yol verilmir. İkincisi, əgər ayrı-ayrı borclara cəm halda baxıla bilmirsə, dövlətə borcu olan müxtəlif hüquqi şəxslərin icra orqanının rəhbəri ümumi borc məbləği ölkədən çıxma hüququnun məhdudlaşmasına mütənasib olan, mütənasib olmayan borclara münasibətdə tətbiq edilə bilmir və bu da ərizəçinin hüquqlarının pozulmasına gətirib çıxarır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

10. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

11. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

12. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

13. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

14. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

17. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır.

18. Hazırki işdə də "xxxx" MMC-nin İcbari Tibbi Sığorta Fonduna 261,17 manat, Dövlət Sosial Müdafiə Fonduna 1859,6 manat, İşsizlikdən Sığorta Fonduna 74,4 manat, dövlət büdcəsinə 78,44 manat məbləğində (o cümlədən, vergilər üzrə 71,7 manat, faizlər üzrə 6,74 manat), vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs isə Dövlət Sosial Müdafiə Fonduna 34,51 manat olmaqla, ümumilikdə 2308,12 manat borcu vardır.

19. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizə tam əsaslıdır.

20. Birinci instansiya məhkəməsi isə ərizəni qismən təmin etmiş və yalnız "xxxx" MMCnin borcuna görə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması nəticəsinə gəlmiş və vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna olan 34,51 manat borcuna görə ərizənin rədd etmişdir.

21. Bu isə bu prosessual baxımdan düzgün deyil.

22. Belə ki, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərə aiddir.

23. Hazırki işdə ərizəçi hüquqi şəxsin icra orqanının rəhbəri və eyni zamanda vergi ödəyicisi olan fiziki şəxs kimi maraqlı şəxsin dövlət büdcəsinə və müvafiq fondlara olan borclarını ödətdirmək məqsədilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Mülki Prosessual Məcəllənin 355-6-cı maddəsinə görə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir.

25. Hazırki işdə əsas və yeganə tələb (xahiş) maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasıdır. Məhdudlaşdırmaya əsas olan hal isə həm hüquqi şəxsin, həm də fiziki şəxsin dövlət büdcəsinə və müvafiq fondlara olan borclarıdır.

26. Göründüyü kimi hazırki tələb bölünməz və kəmiyyət ifadə etməyən tələbdir. Ona görə də, həmin tələbə məhkəmə tərəfindən qiymət verilən zaman ərizə ya təmin edilməli, ya da rədd olunmalıdır.

27. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3603/2024 saylı qətnaməsi dəyişdirilsin. Ərizə tam təmin edilsin və "xxxx" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 261,17 manat, Dövlət Sosial Müdafiə Fonduna 1859,6 manat, İşsizlikdən sığorta fonduna 74,4 manat, dövlət büdcəsinə 78,44 manat məbləğində (o cümlədən, vergilər üzrə 71,7 manat, faizlər üzrə 6,74 manat) və Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 34,51 manat olmaqla, ümumilikdə 2308,12 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar