Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-778/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyevdən və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə4 və cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2328/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07.05.2021-ci il tarixli qərardadından iddiaçı “İddiaçı“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı“ Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 54395,64 (əlli dörd min üç yüz doxsan beş manat altmış dörd) manat əsas borcun, 2719,78 (iki min yeddi yüz on doqquz manat yetmiş səkkiz qəpik) manat cərimə borcunun, həmin müqavilə üzrə öhdəliklərin vaxtında və lazımınca yerinə yetirilməməsi nəticəsində cəmiyyətə dəymiş 10000 (on min manat) manat məhkəmədə zərərin, cəmi 67115,45 (altmış yeddi min yüz on beş manat, qırx beş qəpik) pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq “İddiaçı“ Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus “xxxx” ASC-də bank hesabında olan pul vəsaitlərinin üzərinə iddia tələbi həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.05.2021-ci il tarixli e-2-2(113)-2328/2021 saylı qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçı “İddiaçı“ Açıq Səhmdar Cəmiyyəti həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 07.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 şikayəti müdafiə etdi, cavabdehin nümayəndəsi Nümayəndə4 və cavabdehin nümayəndəsi Vəkil isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə iddianın təmin etmə tədbiri barədə ərizədə göstərilənləri müqayisə edərək kollegiya hesab edir ki, hazırkı işdə iddianın təmini tədbirinin seçilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, iddia tələblərinin təmin ediləcəyi təqdirdə qətnamənin icrasının qeyri-mümkün olması və ya icrada hər hansı çətinliyin yarana biləcəyi qənaətinə gəlmək üçün əsaslar yoxdur. Çünki iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, tərəflər arasındakı müqavilə tender müsabiqəsi nəticəsində bağlanmış, bu zaman cavabdehin müəyyən sahədə təcrübəyə malik olması və maddi-texniki imkanları yoxlanılmış, həmin müqavilə üzrə tərəflərin qarşılıqlı tələbləri və cavabdehin mülkiyyətində kifayət qədər əmlaklar mövcuddur. Bu baxımdan kollegiya hesab edir ki, ərizənin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “İddiaçı“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2328/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Anar Tanrıverdiyev Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-778/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-778/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver