Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-782/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi, dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1804/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli, AMX-5994/19 saylı təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.
2. Bakı Коmmеrsiуа Мəhkəməsinin xx.xx.2021-ci il tarixli, е-2-2(11З)-324/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh İB-yə qarşı sayğacın təmirinə görə xərclənmiş və cavabdehə ödənilmiş 300 manat vəsaitin cavabdehdən tutulması, itirilmiş qaza görə hesablanmış 8315 manat borcun silinməsi barədə iddia rədd edilmiş, Cavabdeh İBnin İddiaçı qarşı təbii qazdan istifadəyə görə 2020-ci ilin may ayına yaranmış 11406,40 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia təmin olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 15261,80 manat məbləğində borcun silinməsi, habelə qazın verilməsinin dayandırılması nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq 50000 manat real zərər və 75000 manat əldən çıxmış fayda olmaqla, cəmi 125000 manat pulun, həmçinin ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat pulun Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Eyni zamanda, Cavabdeh İB ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, təbii qazdan istifadəyə görə yaranmış 16502,60 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139,51 manat pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində yerləşən istixanaya (abonent kodu: **********001450) qaz təchizatının verilməsi üçün iddiaçının atası X2 ilə Cavabdeh İB arasında “Qaz paylacısı ilə sənaye qaz qurğularının istifadəçisi arasında qazın alqı-satqısı müqavilə”si imzalanmışdır. Həmin müqavilə əsasında istixana təbii qazla təmin edilmişdir. Atası həmin istixanada tərəvəzçilik (pomidor) fəaliyyəti ilə məşğul olmuşdur. İstifadə olunmuş qazın dəyəri vaxtı-vaxtında ödənilmişdir. Atası vəfat etməmişdən əvvəl xeyli müddət yataq xəstəsi olmuş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçının atası vəfat etmişdir. Bundan bir müddət sonra iddiaçı həmin istixanada gül şitillərinin istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Gül şitillərinin istehsalı üçün sərf olunan qazın həcmi tərəvəzçilik fəaliyyəti üzrə sərf edilən qazın həcmindən dəfələrlə azdır. Bir-birindən qaz sərfiyyatına görə kəskin şəkildə fərqlənən fəaliyyət növləri üzrə aylıq eyni həcmdə qaz sərfiyyatı mümkün deyildir. 15 aprel 2021-ci il tarixdən qazın verilməsi istehlakçıya xəbərdarlıq edilmədən, səbəbləri barədə heç bir məlumat verilmədən dayandırılmışdır. Nəticədə hər biri 0,10 manat olmaqla alınmış 500000 gül şitilləri yanmışdır. Bununla da ərizəçiyə 50000 manat dəyərində maddi zərər dəymişdir. Qazın verilməsi dayandırılmadığı halda həmin gül şitillərinin satışından əldə ediləcək hər birinə görə 0,15 manat olmaqla, cəmi 75000 manat gəlirdən vergi ödəyicisi məhrum edilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya 15261,80 manat məbləğində borc hesablanmışdır. Lakin borc məbləğinin hansı əsasla, hansı aktla hesablandığı müəyyən deyildir və müraciət edildiyi təqdirdə səbəbləri izah edilməmişdir. Qeyd olunan müddətdə qaz sayğacı yararsız olması səbəbi ilə laboratoriyaya aparılmışdır. Odur ki, silinməsini tələb etdikləri borc məbləği sayğacın yararsız olduğu dövr üçün itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır. İstehlakçılar qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə yalnız hüquqi şəxs olduqları halda, sayğacların təchiz edilməsinə, quraşdırılmasına və dəyişdirilməsinə görə isə yalnız sənaye qaz qurğularından istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Hazırkı iş üzrə sənədlərdən görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, hüquqi şəxs statusuna malik deyil.
6. "Azəriqaz" İB iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək, bildirir ki, cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə bахmауагаq, müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə оlunan təbii qazın dəуərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2021-ci il tаriхə istehlakçının 27909 manat borcu уаrаnmışdır. Bakı Kommеrsiуа Мəhkəməsinin xx.xx.2021-ci il tarixli, е-2-2(113)-324/2021 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı 2020-ci ilin may ayına оlаn 11406,40 manat borcun iddiaçı "Аzəriqаz" İB-nin хеуrinə tutulması qət edilmişdir. Sözügedən qətnаmə qanuni qüvvəsini almış və iсrауа уönəlmişdir. Lakin bügünədək iсrа vərəqəsi iсrа еdilməmişdir. Göründüyü kimi, cavabdehin ümumi borcunun 11406,40 manat hissəsi ilə bağlı artıq məhkəmə qətnаməsi mövcuddur. Воrсun digər hissəsi olan 16502,60 manat 2020-ci ilin dеkаbr ayından 2021-ci ilin may ауınаdək оlаn müddət ərzində уаrаnmışdır. Hesablanmış bоrс istehlakçının istifadəsində olan qaz sayğacının göstəriсilərinə əsаsən istifadə еdilən qazın dəуərini təşkil еdir. Cavabdeh tərəflər аrаsındа bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4сü bəndinin tələbini pozmuşdur.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1804/2023 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, təbii qazdan istifadəyə görə yaranmış 16502, 60 manat borc məbləğinin İddiaçı tutularaq Cavabdehnə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139 (yüz otuz doqquz) manat 51 (əlli bir) qəpik məbləğində pulun İddiaçı tutularaq Cavabdehnə ödənilməsi qət edilmişdir.
8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).
13. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
15. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
16. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia əsassız, qarşılıqlı iddia isə əsaslıdır.
19. Belə ki, İddiaçı tərəfindən irəli sürülən birinci tələb 15261,80 manat borcun silinməsi, Cavabdeh İB tərəfindən qarşılıqlı iddiada irəli sürülən tələb isə 16502,60 manat borcun tutulması ilə bağlıdır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).
21. Hazırki işdə də cavabdeh tərəfindən iddiaçıdan tələb olunan borc məbləği düzgün hesablanmışdır. 19 Belə ki, ilk olaraq qeyd olunur ki, abonent saldosunda İddiaçı atası Süleyman Əhmədovun adı qeyd olunmuşdur. 20 Birinci instansiya məhkəməsində məhkəmənin sualına cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, abonent saldosunda İddiaçı atasının adının qalması texniki səhvdir. Müqavilə eyni abonent kodu olmaqla 2019-cu ildə İddiaçıla bağlanmış, sadəcə saldoda ad dəyişdirilməmişdir. 21 Eyni zamanda iddiaçının silinməsini tələb etdiyi məbləğ Cavabdeh İB-nin qarşılıqlı iddia ilə İddiaçı tutulmasını tələb etdiyi istifadə olunan qazın dəyərinə görə sayğac göstəricilərinə əsasən 2020-ci ilin dekabr-2021-ci ilin aprel aylarını əhatə edən dövr üzrə hesablanmış məbləğdir. 22 İşdə olan İddiaçı xx.xx.2023-cü il tarixə çap olunmuş abonent saldosuna əsasən abonentin təbii qazdan istifadəyə görə aylıq sərfiyyatın məbləği 2020-ci ilin dekabr ayına 1240,80 manat, 2021-ci ilin yanvar ayına 4595,80 manat, fevral ayına 4533,20 manat, mart ayına 4327,60 manat, aprel ayına 1805,20 manat olmaqla 2020-ci ilin dekabr – 2021-ci ilin aprel ayını əhatə edən dövr üzrə cəmi sərfiyyatın məbləği 16502, 60 manat təşkil edir. Abonent saldosundan həmçinin görünür ki, çap tarixinə ödənilməmiş borcun məbləği 30430,22 manat təşkil edir. 23 İddiaçı borcun əsassız hesablanması ilə bağlı iddiasını əvvəlki dövrlərdə sərfiyyatın az olması ilə əsaslandırmışdır. 24 Lakin kollegiya hesab edir ki, iddiaçının həmin hala istinad etməsi əsassızdır. 25 Belə ki, abonent saldosundan görünür ki, əvvəlki illərdə qeyd olunan dövrü (dekabr – aprel) əhatə edən sərfiyyat 2017-2018-ci ildə 18233,8 manat, 2018-2019-cu ildə 22 211,8 manat, 2019-2020-ci ildə 18924 manat, yəni hazırkı mübahisənin obyektini təşkil edən dövrdəkindən daha artıq olmuşdur. 26 İddiaçı bunun səbəbini onun atasının tərəvəzçilik ilə və iddiaçının isə gül şitilləri istehsalı ilə məşğul olduğuna görə sərf olunan qazın həcminin fərqli olması ilə əsaslandırsa da, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. 27 Bundan əlavə həmin borc məbləğləri sayğacda hər hansı qüsur olmadan qeydə alınan sərfiyyat əsasında hesablanmışdır. 28 Belə olan halda isə iddiaçının həmin dəlillərə istinad etməsi tamamilə əsassızdır. 29 Göründüyü kimi, iddiaçı borcun silinməsi tələbini irəli sürsə də, borcun əsassız hesablanmasına dair əsaslı dəlillər irəli sürə bilməmişdir. 30 Onun istinad etdiyi hallar isə bu hissədə tələbin təmin olunması üçün əsas hesab oluna bilməz. 31 Bu baxımdan kollegiya hesab edir ki, ilk iddia həmin hissədə rədd edilməli, qarşılıqlı iddia isə təmin edilərək, 16502,60 manat manat məbləğində borc İddiaçı tutularaq Cavabdehnə ödənilməlidir.
30. Həmçinin ilk iddiada irəli sürülmüş maddi zərərin əvəzinin ödənilməsi tələblərinə dair kollegiya qeyd edir ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
31. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
32. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir.
33. Belə ki, əvvəla, qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi iddiaçı ilk növbədə zərərin mövcud olmasını sübut etməlidir.
34. Lakin iddiaçı ona məxsus istixanaya təbii qazın verilməsinin dayandırılması nəticəsində məhz 500000 ədəd gül şitilləri yandığını bildirsə də, o, bunu təsdiq edən heç bir sübutu (ümumiyyətlə həmin sayda gül şitillərinin mövcud olması (alınması və s.) və onların məhz cavabdeh tərəfindən qazın verilişinin dayandırılması nəticəsində yanmasını təsdiq edən sübutları) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
35. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbi, o cümlədən həmin tələbdən asılı olan və ondan irəli gələn əldən çıxmış faydanın tutulması barədə (törəmə) tələblər də təmin edilə bilməz. 33 Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 34 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1804/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn