Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-785/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin qanuni nümayəndəsi X3 iştirakları ilə, iddiaçı “X10 San. TİC.LTD.ŞTİ”-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1501/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “X15 Kozmetik San. TİC.LTD.ŞTİ” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən satılmış mallara görə yaranmış 27624,10 ABŞ dolları (46690 manat) (dolların ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) borcun, 400 manat mediasiya xərcinin tutulub iddiaçı “X15 Kozmetik San. TİC.LTD.ŞTİ” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1501/2024 saylı qərardadı ilə iddiaçı X10 San. TİC.LTD.ŞTİ” -nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçının nümayəndəsi Vəkil2 qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-2(113)-1501/2024 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında mötəbər sübut kimi istinad olunan cavabdeh "xxxx" MMC-nin məhkəməyə işin son iclaslarında təqdim etdiyi xx.xx.2018-ci il tarixli “Farmaseptik preparatların alınması üçün 1 saylı Müqavilə”sinin əsli işə baxan məhkəmə tərəfindən cavabdehdən tələb olunmuş, lakin cavabdehin nümayəndəsi və müdiri müqavilənin əslinin onlarda olmadığını əsas gətirərək müqavilənin əslini məhkəməyə təqdim edə bilməmişdir, bütün bunlara baxmayaraq yazılı sübutun (müqavilənin) əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti olmadığı halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinin tələblərini pozaraq həmin müqaviləni iddianın baxılmamış saxlanılmasında əsas götürmüşdür. Cavabdehin məhkəməyə təqdim etdiyi müqavilə ilə Dövlət Gömrük Komitəsinin CD-diskdə fayl şəklində məhkəməyə göndərdiyi müqavilə bir-birindən kəskin fərqlənirlər, müqavilə iddiaçı “X10 X14. ve TİC.LTD.ŞTİ”nin 2016-cı ildən etibarən hazırki vaxta kimi rəhbəri olan Emine Füsun tərəfindən imzalanmamışdır, iddiaçının möhürü ilə deyil, oxşar möhürlə təsdiqlənmişdir, müqavilə cavabdeh tərəfindən saxtalaşdırılaraq məhkəməyə təqdim olunmuşdur. Əsli məhkəmə icraatına təqdim olunmayan xx.xx.2018-ci il tarixli “Farmaseptik preparatların alınması üçün 1 saylı Müqavilə”nin yazılı sübut kimi qəbul olunmasına yol verilmir. İddiaçı tərəfindən “E-Məhkəmə” İnformasiya Sisteminə yerləşdirilməklə məhkəməyə təqdim olunmuş İstanbul Ticarət Qeydiyyatı X1 və Reyestr Məlumatından görünür ki, iddiaçı “X10 ve X14AYİ ve TİCARET LİMİTED ŞİRKETİ” xx.xx.2010-cu ildə təsis edilmişdir, təsisçiləri (tərəfdaşları) X13 və X8muşlar. xx.xx.2016-cı ildə X12 səlahiyyətləri bitmiş, o, şirkətin idarə edilməsindən çıxmışdır, xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək və hal-hazırda da X11 şirkətin müdiridir. Müqavilədə göstərilən xx.xx.2018-ci il tarixdə X13 şirkətin müdiri olmamışdır, həmin tarixdə Əli Tıltayın həmin müqaviləni imzalamaq səlahiyyəti olmamışdır və imzalamamışdır. Müqavilə həqiqi müqavilə deyildir, cavabdeh "xxxx" MMC tərəfindən saxtalaşdırılmışdır. Ona görə də müqavilə etibarlı və mötəbər sənəd hesab oluna bilməz, xx.xx.2018-ci il tarixdə Əli Tıltay Bakıda olmamışdır, qeyd olunan müqavilədən Əli Tıltay və iddiaçı şirkətin müdiri X11 məlumatsızdırlar. İşə Bakı Kommersiya Məhkəməsində baxılan zaman məhkəmə qərardad qəbul edərək, Dövlət Gömrük Komitəsindən (DGK) gömrük rəsmiləşdirilməsi ilə bağlı olan müqavilənin, müqaviləyə əlavə olunan spesifikasiyaların, bəyannamələrin və digər sənədlərin məhkəməyə təqdim olunmasını DGK-dan tələb etmişdir. Az.Resp. Dövlət Gömrük Komitəsindən məhkəməyə CD-disk təqdim edilmiş, CD-diskdə sözü gedən müqavilə fayl şəklində əlavə olunmuşdur. Cavabdeh MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2018-ci il tarixli “Farmaseptik preparatların alınması üçün 1 saylı Müqavilə” ilə Dövlət Gömrük Komitəsindən CD-diskdə fayl şəklində təqdim olunmuş eyni adlı və eyni tarixli müqavilə vizual baxışdan tamamilə bir-birindən fərqli müqavilələrdir Maraqlısı ondadır ki, cavabdeh tərəfin məhkəməyə təqdm etdiyi 01 sayı müqavilə skaner edilmiş müqavilədir və cavabdeh müqavilənin əslinin onlarda olmadığını bildirir və sonda sual yaranır məhkəməyə təqdim etdiyi müqaviləni cavabdeh hansı sənəddən skan etmişdir. Bundan başqa, həmin müqavilə ilə verilmiş fayl şəklində olan müqavilə birbirindən formalarına, məzmunlarına, yazı şriftlərinə, şriftlər arası məsafəyə, yazıların birbirinə bitişik olmasına, müqavilənin müxtəlif kompyuter yazı şriftləri ilə yazılmasına, ən əsası da müqavilə iştirakçılarının rəhbərlərinin imzalarının fərqli olmasına, iddiaçının möhürlərinin fərqli olmasına görə fərqlənirlər. Belə ki, iddiaçının rəhbərinin Emine Füsun deyil, Əli Tıltay kimi qeyd olunması, iddiaçının rəhbərinin imzaları fərqlidir, Cavabdeh MMC-nin müdiri X2 müqavilələrdə olan imzaları fərqlidir, şübhəli imzalardır, cavabdehin skan edilmiş formada məhkəməyə təqdim etdiyi müqavilənin 1, 2 və 3-cü səhifələri ilə 4-cü səhifəsində olan şriftlərin tamamilə fərqli olmaları həmin müqavilənin 4cü səhifəsinin sonradan əlavə olunması barədə şübhə yaradır. Cavabdeh MMC-nin keçmiş direktoru X2 imzası ilə müqavilələrdə onun ad və soyadı qarşısında edilmiş imzalarla məhkəmə-xəttşünaslıq ekspetizası tərəfindən yoxlanılarsa, imzanın Babək Bəxtiyarova məxsus olmadığı müəyyən olunacaqdır. Hazırki şikayətə Cavabdeh MMC-nin keçmiş direktor Babək Bəxtiyarovun 2019-cu ildə malın gömrükdən qəbul ediməsi üçün müxtəlif şəxslərə verdiyi etibarnaməni əlavə edilir. (Bu etibarnamə DGK-dan məhkəməyə göndərilmişdir). Cavabdehin nümayəndəsi məhkəməyə isə bildirirdi ki, cavabdehin Türkiyadən idxal etdiyi malları hansısa sürücü gətirirdi və guya iddiaçı həmin müqavilələri Azərbaycan gömrüyünə özü təqdim edibdir. Cavabdehin nümayəndəsi məhkəməyə ancaq yalan izahatlar vermişdir. Etibarnamələrdən görünür ki, "xxxx" MMC-nin direktoru B.Bəxtiyarov 2018- ci ildə müxtəlif şəxslrə etibarnamələr vermiş və həmin şəxslər malların qəbul edilməsi, gömrükdə zəruri rəsmiləşdirmə, sənədləşdirmə işlərini Dövlət Gömrük Komitəsində həyata keçirmişlər. Sözü gedən 1 saylı müqaviləni də həmin şəxslər Dövlət Gömrük Komitəsinə təqdim etmişlər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən əldə olunmuş faylda olan müqavilənin giriş hissəsində "xxxx" MMC-nin hüquqi ünvanı kimi başqa hüquqi şəxsin – "xxxx" MMC-nin hüquqi ünvanı- ünvan 1 Müqavilənin 12.1-ci bəndində qeyd olunmuşdur ki, müqavilədə qeyd olunmuş ticarət markaları "xxxx" MMC-nə məxsusdur, müqavilənin sonuncu səhifəsində qeyd olunmuş "xxxx" MMC-nin bank hesabı ona aid deyildir, "xxxx" MMC-nə məxsus bank hesabıdır, Dövlət Gömrük Komitəsindən alınmış müqavilədə iddiaçı “X10 X14AYİ ve TİCARET LİMİTED ŞİRKETİ”nin adından vurulmuş möhür və imza ilə Cavabdeh MMC-nin məhkəmə iclasında təqdim etdiyi eyni adlı müqavilədəki iddiaçının adından vurulmuş möhür və imzadan kəskin şəkildə fərqlənir. Bundan başqa Dövlət Gömrük Komitəsində olan müqavilənin 1.1-ci bəndində qeyd olunur ki, bu müqavilə imzalandığı gündən etibarən xx.xx.2017-ci il tarixli müqavilənin əsasını təşkil edən Baş Spesifikasiyada göstərilmiş preparatlar üzrə "VEGA İLAÇ... ŞTİ"-nin Azərbaycanda rəsmi distribyutorudur. Lakin Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi eyni adlı 1 saylı Müqavilənin 1.1.-ci bəndində isə qeyd olunur ki, bu müqavilə imzalandığı gündən etibarən xx.xx.2018-ci il tarixli müqavilənin əsasını təşkil edən baş spesifikasiyada göstərilmiş preparatlar üzrə “X10 X14AYİ ve TİCARET LİMİTED ŞİRKETİ” kompaniyasının Azərbaycanda rəsmi eksklüziv distribyutoru adlanır”. Belə olan halda işə baxan məhkəmə əsli olmayan müqavilələrə mötəbər sübut kimi istinad edə bilməz, baxmayaraq ki, həmin müqavilənin surəti Dövlət Gömrük Komitəsində vardır. Məhkəmə qərardadında göstərmişdir ki, iddiaçı tərəf müqavilənin mövcüdluğunu inkar etsə də, iş materiallarına əlavə olunmuş bütün ödəniş sənədlərindən, gömrük bəyannamələrindən görünür ki, xx.xx.2018-ci il tarixli 1 saylı müqaviləyə istinad edilmişdir. Məhkəmə bir məsələni aydınlaşdırmamışdır ki, Dövlət Gömrük Komitəsində gömrük rəsmiləşdirilməsində olan azərbaycan dilində yazılmış gömrük bəyannamələri alıcı Cavabdeh MMC tərəfindən (bəyannaməçi) qismində Dövlət Gömrük Komitəsinə təqdim edilmişdir. Satıcı-iddiaçı “X10 X14. ve TİC.LTD.ŞTİ”-nin malın üstündə göndərdiyi Gömrük bəyannamələrində (“Gömrük Bəyannaməsi” kimi türk dilində yazılır), Menşe Şahadətnamələrində, Makaroğlu Logistik şirkətin SMR sənədində, İNVOİCE sənədində xx.xx.2018-ci il tarixli 1 saylı Müqavilə barədə heç bir məlumatlar yoxdur. xx.xx.2018-ci il tarixli 1 saylı Müqavilə yalnız Cavabdeh MMC tərəfindən təqdim olunan sənədlərdə qeyd olunmuşdur. Sözü gedən xx.xx.2018-ci il tarixli “Farmaseptik preparatların alınması üçün 1 saylı Müqavilə” etibarsız əqd hesab olunmalıdır. Məhkəmənin qərardadında MPM-nin 259.0.5-ci maddəsi köhnə redaksiyada yazılmış və məhkəmə köhnə redaksiyada olan MPM-nin 259.0.5- ci maddəsinə istinad edib, hazırki mübahisənin həlli yerini münsiflər məhkəməsi hesab etmişdir, məhkəmə dünya, avropa məhkəmə sistemində mövcud olmayan qondarma X7 Məhkəməsini mübahisənin həlli yeri kimi müəyyən etmişdir. İşə sədrlik edən hakim bu qərardadı yazanda cavabdehin nümayəndəsinin etirazında yazdığı MPM-nin 259.0.5-ci maddəsini köhnə məzmunda etirazda olduğu kimi qərardada köçürmüşdür. Bakı şəhərinin nüfuzlu Kommersiya Məhkəməsinin hakimi iş üzrə yekun məhkəmə aktı qəbul edərkən MPM-nin 259.0.5-ci maddəsinin məzmunda xx.xx.2023-cü il tarixdə dəyişiklik edilməsindən xəbərsiz olmuş və həmin maddəni köhnə məzmunda qərardadına qeyd etmişdir. Ümumiyyətlə, bu maddəni tətbiq edən hakimdən soruşulmalıdır ki, Azərbaycan Respublikasının adından qəbul etdiyi qərardadda mübahisənin həlli yerini qeyd etdiyi X7 Məhkəməsi harada yerləşir, belə bir məhkəmə ümumiyyətlə varmı, müqavilənin 10.2-ci bəndinin icrası mümkündürmü? İşə baxan məhkəmə Az.Resp. MPM-nin 259.0.5-ci maddəsini hazırki halda düzgün tətbiq etməmişdir. Mülki Prosessual Məcəlləsinin 259.0.5-ci maddəsində qeyd olunur ki, Qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1501/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə iddiaçının nümayəndəsinin vəsatətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin qanuni nümayəndəsi X4 məhkəmə iclasında iddiaçının şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-1501/2024 nömrəli qərardadı ləğv edilməli, iş materialları ilə birlikdə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddianı MPM-nin 259.0.5-ci maddəyə əsasən baxılmamış saxlamış və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1 saylı müqavilənin 10.2-ci maddəsində bütün mübahisəli məsələlərin X6 Məhkəməsində həll olunacağının nəzərdə tutulmuş və cavabdeh tərəfindən iddiaya Bakı Kommersiya Məhkəməsində baxılmasına etiraz daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın ərizə baxılmamış saxlanılır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində iddianın faktiki əsası kimi cavabdeh tərəfin təqdim etdiyi xx.xx.2018-ci il tarixli 1 saylı müqaviləyə istinad etməmiş, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlandığını göstərmişdir. Yazılı alqı-satqı müqaviləsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, iddiaçı tərəf isə tərəflər arasında belə bir müqavilə bağlandığını qəbul etməmiş, müqavilənin üzərində iddiaçının səlahiyyətli şəxsinin imzası və möhürü olan əslinin təqdim edilməsi barədə vəsatət versə də cavabdeh tərəfindən məhkəməyə yalnız üzərində “X10 San. TİC.LTD.ŞTİ” -nin səlahiyyətli şəxsinin imza və hüquqi şəxsin möhür əksinin skaner edilmiş nüsxəsi təqdim edilmişdir. Belə olan halda, məhkəmənin mötəbərliyi mübahisələndirilən və şübhə doğuran müqaviləyə istinad etməklə iddiaya Bakı Kommersiya Məhkəməsində baxılmalı olmadığına dair nəticəyə gəlməsi düzgün deyil. Nəzərə alınmalıdır ki, yazılı sübutun mötəbərliyi mübahisə doğurursa MPM-nin 89.3-cü maddəsinə əsasən sübutun əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Bundan əlavə cavabdeh tərəfindən təqdim edilmiş müqavilənin 10.2-ci maddəsində tərəflər arasında həmin müqavilədən irəli gələn bütün mübahisələrin X6 Məhkəməsində həll ediləcəyinə dair şərt müəyyən edilsə də, bu məhkəmənin hansı ölkədə və hansı şəhərdə yerləşməsi qeyd edilməmişdir. Cavabdehin qanuni təmsilçisi M.Ələkbərli şikayətə apellyasiya qaydasında baxılarkən izahatında göstərmişdir ki, müqavilənin mətni cavabdeh tərəfindən tərtib edilərək imzalanması üçün qarşı tərəfə göndərilmişdir. Nümayəndə 10.2-ci bənddə qeyd edilmiş X6 Məhkəməsinin London şəhərində yerləşdiyini göstərsə də, müqavilənin mətnində bu barədə qeyd olmadığından və adı uyğun gəlmədiyindən mübahisəyə baxmalı olan məhkəmənin hazırda London şəhərində yerləşən Beynəlxalq Arbitraj Məhkəməsi (LCİA) olduğunu dəqiq müəyyən etmək mümkün olmadığı üçün məhkəmə kollegiyası hesab edir ki, məhkəmə müdafiəsi və məhkəməyə əlçatımlılıq hüququnun təmin edilməsi üçün iddiaçının tələbinə qanunla müəyyən edilmiş aidiyyət qaydalarına müvafiq olaraq Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 2(113)-1501/2024 nömrəli qərardadı ləğv edilməli, iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “X10 San. TİC.LTD.ŞTİ” -nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-1501/2024 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-785/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-785/2024
24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver