Məhkəmə qərarları › İş №2-2(103)-791/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-791/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-791/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-421/2021 saylı 14.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işin apelyasiya baxışından çıxarılması məsələsinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-421/2021 saylı 14.04.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" kiçik müəssisəsinin Cavabdeh qarşı əsas borc qismində 4864,50 manat, həmin pul vəsaitinin gecikdirilməsinə və qanunsuz saxlanılmasına görə 15760 manat məbləğində faizin, pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 11966 manat məbləğdə faizin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair ilkin iddiası təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək cavabdeh "xxxx" Kiçik Müəssisəsindən 4861,5 manat tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti mümkün hesab edilərək məhkəmənin icraatına qəbul edilmiş və işə baxılması 20.08.2021-ci il tarixə təyin edilmişdir. Bakı Kommersiya Məhkəməsi sorğu məktubu ilə müraciət edərək Cavabdeh tərəfindən də apelyasiya şikayəti verildiyindən işin Bakı Kommersiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 421/2021 saylı 14.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apelyasiya şikayəti verilməsi ilə əlaqədar hazırki iş apelyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Kommersiya mübahisəsi üzrə e-2-2(103)-791/2021 saylı iş apelyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar