Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-793/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1978/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında 17 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh gübrə və pestisid satmağı, Cavabdeh isə həmin malı qəbul edərək almağı və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10069,04 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq İddiaçın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, Cavabdeh ümumi dəyəri 13896,04 dollar məbləğində gübrə və pestisid verilmiş, cavabdeh tərəfindən satılmış malın dəyərindən yalnız 3827 ABŞ dolları ödənilmiş və 10069,04 ABŞ dolları məbləğində borcu yaranmışdır.
4. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1978/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cavabdehə məhkəmə iclaslarının vaxtı barədə bildiriş göndərilməmiş və o, məhkəmə prosesindən xəbərsiz olmuşdur. Onun adına VÖEN yoxdur və belə olan halda hazırki işə Bakı Kommersiya Məhkəməsində baxılmamalı idi. Həmçinin, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin işçiləri polis əməkdaşları ilə onun mağazasına gəlmiş və işçilər mağazada olan ümumi dəyəri 17.000 ABŞ dolları dəyərində kənd təsərrüfatında istifadə olunan dərman vasitələrini avtomobillərinə yükləyərək aparmışlar. Polis əməkdaşları tərəfindən bölməyə aparılaraq izahatı alındıqdan sonra sərbəst buraxılmışdır. Mağazasında İddiaçı MMC-dən aldığı mallardan başqa 7000 ABŞ dolları dəyərində olan dərman vasitələri də İddiaçı MMC-nin əməkdaşları tərəfindən aparılmışdır. Lakin İddiaçı MMC mağazada olan malları götürsə də, ona qarşı iddia irəli sürərək, ondan 10069,04 ABŞ dolları məbləğində pul tələb edir. İddiaçı MMC ona satdığı malları və 7000 ABŞ dolları dəyərində özqnə məxsus olan malları cavabdehin razılığı olmadan götürüb apardığına görə onun İddiaçı MMC-yə heç bir borcu qalmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
11. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
12. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
15. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
16. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, tərəflər arasında 07 iyul 2020ci il tarixli üzləşmə aktı imzalanmış və Cavabdeh verilmiş mallara görə 13896,04 ABŞ dolları borcunun olduğunu qəbul etmişdir.
17. Göründüyü kimi Cavabdeh 07 iyul 2020-ci il tarixli üzləşmə aktını imza etməklə həm ona malların verildiyini, həm də verilmiş mallara görə ödənilməmiş pulun qaldığını qəbul etmişdir.
18. Eyni zamanda, iddiaçı etiraf edir ki, cavabdeh həmin borc məbləğindən 3827 ABŞ dolları ödəlmişdir.
19. Beləliklə, müəyyən olunur ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.
20. Ona görə də, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən həmin mallara görə ödənilməyən ümumilikdə 10069,04 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
21. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlər cavabdehin ünvanına göndərilmişdir. Həmçinin SMS bildirişlər də cavabdehin apellyasiya şikayətində qeyd etdiyi telefon nömrəsinə (***-***-**-**) göndərilmişdir. Eyni zamanda, Dövlət Vergi Xidmətinin taxes.gov.az saytından və “Azemis” Elektron Məhkəmə İnformasia Sistemindən müəyyən edilir ki, Cavabdeh vergi ödəyicisi kmi xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır (VÖEN **********). Cavabdehə verilmiş malların və onun özünə məxsus 7000 ABŞ dolları dəyərində olan malların iddiaçı tərəfindən götürülməsi barədə dəlillərə dair isə qeyd olunur ki, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
22. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
23. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1978/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn