Məhkəmə qərarları › İş №2-2(103)-793/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-793/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-793/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddiası üzrə kommersiya işi Açar söz: lizinq müqaviləsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X21 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçı-cavabdehin nümayəndəsi X3, cavabdeh-iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-786/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. 17 noyabr 2021-ci il tarixdə İddiaçı MMC (lizinq verən) ilə X8 (lizinq alan) arasında notarial qaydada D095 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, lizinq verən satıcıdan əldə edəcəyi ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüş, lizinq alanın ilkin maliyyə öhdəliyi 145 000 manat müəyyən edilmişdir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavəyə uyğun razılaşdırılmış, həmin əlavəyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 13852 manat (sonuncu ay 13856 manat) olmaqla ümumilikdə 145 000 manat əsas məbləğ və 21228 manat lizinq mükafatı şərtləşdirilmişdir. Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti Lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər müqavilənin tam yerinə yetirildikdən sonra lizinq obyekti Lizinq alanın mülkiyyətinə keçir.

2. 17 noyabr 2021-ci il tarixdə İddiaçı MMC (lizinq verən) ilə X8 (lizinq alan) arasında notarial qaydada D096 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, lizinq verən satıcıdan əldə edəcəyi ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüş, lizinq alanın ilkin maliyyə öhdəliyi 145 000 manat müəyyən edilmişdir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavəyə uyğun razılaşdırılmış, həmin əlavəyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 13852 manat (sonuncu ay 13856 manat) olmaqla ümumilikdə 145 000 manat əsas məbləğ və 21228 manat lizinq mükafatı şərtləşdirilmişdir. Lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər müqavilənin tam yerinə yetirildikdən sonra lizinq obyekti Lizinq alanın mülkiyyətinə keçir.

3. xx.xx.2021-ci il tarixdə X8 (lizinq alan) İddiaçı MMC-nin (lizinq verən) "xxxx" ASCdə olan hesabına D095 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 65000 manat avans ödənişi və D096 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 65000 manat avans ödənişi köçürmüşdür.

4. 17 noyabr 2021-ci il tarixdə İddiaçı MMC (alıcı) ilə Cavabdeh1 (satıcı) arasında notarial qaydada AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, satıcı ünvan 2 ünvanında yerləşən mənzili 210 000 manata alıcıya satmağı, alıcı isə mənzili X5 D096 saylı xx.xx.2021-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 12 ay müddətinə müvəqqəti sahiblik və istifadəyə verilməsi üçün əldə etməyi öz öhdəsinə götürmüşdür.

5. 17 noyabr 2021-ci il tarixdə İddiaçı MMC (alıcı) ilə Cavabdeh1 (satıcı) arasında notarial qaydada AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, satıcı ünvan 1 ünvanında yerləşən mənzili 210 000 manata alıcıya satmağı, alıcı isə mənzili X5 D095 saylı xx.xx.2021-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 12 ay müddətinə müvəqqəti sahiblik və istifadəyə verilməsi üçün əldə etməyi öz öhdəsinə götürmüşdür. – AN – İ ******* nömrəli və ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmetini təşkil edən əmlakların dəyərini təşkil edən 420 000 (210 000+210 000) manat pul İddiaçı MMC (alıcı) tərəfindən notariusun (X6) "xxxx" ASC-də olan bank hesabına köçürülmüş və həmin məbləğdən vergi məbləği çıxıldıqdan sonra qalan 414 815,70 manat pul Cavabdeh1 (satıcı) tərəfindən çekə imza edilməklə götürülmüşdür.

6. 22 noyabr 2021-ci il tarixdə İddiaçı MMC (lizinq verən), X8 (öhdəlik ötürən) və Cavabdeh1 (öhdəliyi qəbul edən və ya öhdəlik götürən) arasında notarial qaydada D095 saylı X12 öhdəliyin ötürülməsi haqqında əlavə razılaşma imzalanmış, həmin razılaşmaya əsasən, Öhdəlik ötürən Lizinq verənin razılığı ilə D095 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu Öhdəlik götürənə verməyi və Öhdəlik götürən də bütünlüklə qəbul etməyi, lizinq müddəti bitdikdən sonra Öhdəlik götürən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququnu lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərclərin Öhdəlik götürənin ödəməsi şərtilə Öhdəlik götürənə keçirməyi öz öhdəsinə götürmüşdür.

7. 22 noyabr 2021-ci il tarixdə İddiaçı MMC (lizinq verən), X8 (öhdəlik ötürən) və Cavabdeh1 (öhdəliyi qəbul edən və ya öhdəlik götürən) arasında notarial qaydada D096 saylı X12 öhdəliyin ötürülməsi haqqında əlavə razılaşma imzalanmış, həmin razılaşmaya əsasən, Öhdəlik ötürən Lizinq verənin razılığı ilə D096 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu Öhdəlik götürənə verməyi və Öhdəlik götürən də bütünlüklə qəbul etməyi, lizinq müddəti bitdikdən sonra Öhdəlik götürən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququnu lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərclərin Öhdəlik götürənin ödəməsi şərtilə Öhdəlik götürənə keçirməyi öz öhdəsinə götürmüşdür.

8. 05 yanvar 2022-ci il tarixdə İddiaçı MMC (lizinq verən), Cavabdeh1 (lizinq alan) və Cavabdeh2 MMC (zamin) arasında A673, D095, D096 saylı zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Lizinq verən ilə Lizinq alan arasında xx.xx.2021-ci il tarixdə bağlanmış D095 saylı və xx.xx.2021-ci il tarixdə bağlanmış D096 saylı daxili lizinq müqavilələri ilə əlaqədar olaraq, Lizinq alan Lizinq verən qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin Lizinq alan ilə birlikdə Lizinq verən qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüş, xx.xx.2021-ci il tarixdə bağlanmış D095 saylı daxili lizinq müqaviləsinin obyekti kimi Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, ev 17 ünvanında yerləşən 159 saylı mənzil, xx.xx.2021-ci il tarixdə bağlanmış D096 saylı daxili lizinq müqaviləsinin obyekti kimi Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, ev 17 ünvanında yerləşən 159 saylı mənzil göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli D095 saylı X12 əlavə razılaşma (öhdəliyin ötürülməsi barədə) və D096 saylı X12 əlavə razılaşmanın (öhdəliyin ötürülməsi barədə) ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada xx.xx.2021-ci il tarixli D095 saylı daxili lizinq müqaviləsi üzrə 30 097 manat lizinq mükafatı və 17 280 manat cərimə olmaqla cəmi 47 377 manat, xx.xx.2021-ci il tarixli D096 saylı daxili lizinq müqaviləsi üzrə isə 29 675 manat lizinq mükafatı və 17 064 manat cərimə olmaqla cəmi 47 739 manat lizinq borcunun və ödənilmiş 372,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lizinq obyekti olan əmlaklar üzərində cavabdehin (Cavabdeh1) adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi, iddiaçının mülkiyyətində olan lizinq obyekti olan mənzillərin – ünvan 1 və ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İlkin iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. X8 iddiaçıya müraciət edərək ünvan 1 və ünvan 2 ünvanında yerləşən hər iki əmlakı lizinqə götürməklə əldə etmək istədiyini bildirmişdir. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən əmlakı 210 000 manata və ******* saylı müqavilə üzrə ünvan 2 ünvanında yerləşən əmlakı da 210 000 manata almışdır. Mənzillər alındıqdan sonra iddiaçı ilə X8 arasında xx.xx.2021-ci il tarixli D095 və D096 saylı daxili lizinq müqavilələri bağlanmışdır: 2.2. D095 saylı daxili lizinq müqaviləsinin predmeti olan mənzil ünvan 1 lizinq məbləği 145 000 manat, lizinq müddəti 12 ay və lizinq mükafatı ilik 26% olmaq şərtilə, D096 saylı daxili lizinq müqaviləsinin predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi ev 17, mənzil 160 isə lizinq məbləği 145 000 manat, lizinq müddəti 12 ay və lizinq mükafatı ilik 26% olmaq şərtilə X5 lizinqə verilmişdir. 2.3. Tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə öhdəliklər X4 və Cavabdeh1 qarşılıqlı razılığı, həmçinin iddiaçının icazəsi ilə Cavabdeh1 ötürülmüşdür. Öhdəliklərin ötürülməsinə dair xx.xx.2021ci il tarixli iki müqavilə bağlanmış və həmin müqavilələrə görə xx.xx.2021-ci il tarixli D095 və D096 saylı daxili lizinq müqavilələri üzrə öhdəliklər tam olaraq Cavabdeh1 ötürülmüşdür. 2.4. Hər iki müqavilə üzrə lizinq üzrə ödənişlərinin müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli olması razılaşdırılsa da, cavabdeh elə ilk aylardan başlayaraq müqavilə üzrə öhdəliklərini pozmuş, lizinq ödənişlərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. 2.5. Bundan başqa öhdəliklərin icrasının təmini olaraq iddiaçı ilə cavabdehlər arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh1 ötürülən öhdəliklərə görə (xx.xx.2021-ci il tarixli D095 və D096 saylı daxili lizinq müqavilələrində müəyyən edilmiş bütün öhdəliklər) Cavabdeh2 MMC digər Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 MMC adı çəkilən lizinq müqavilələri üzrə yaranmış məcmu borcun 350 000 manatlıq hissəsinin və həmin hissəyə ödəniş qrafikinə uyğun müvafiq lizinq ödənişlərinə zəmanət vermişdir. Əlavə olaraq zaminlik üzrə borc öhdəliyinin xx.xx.2022-ci il tarixində tam bağlanması şərtləşdirilmişdir. 2.6. Müqavilə şərtlərinə baxmayaraq, cavabdehlər üzərlərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Cavabdehlərə müqavilə öhdəliklərinin icrası ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunmuş, öhdəliklərin icrası tələb olunmuş və əks təqdirdə müqavilələrin ləğv edilərək əmlakların geri alınacağı barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, lizinq ödənişləri həyata keçirilməmişdir.

11. İlkin iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 443.1, 462, 747.1, 748-1.12.4 və s. maddələr və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı göstərilmişdir.

12. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin iddia tələbinin rədd edilməsi, Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin, ünvan 2 ünvanında yerləşən mənzilin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin, İddiaçı MMC ilə X8 arasında bağlanmış xx.xx.2021- ci il tarixli D095 və D096 saylı daxili lizinq müqavilələrinin, İddiaçı MMC ilə X8 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli D095 və D096 saylı daxili lizinq müqavilələri üzrə öhdəliklərin ötürülməsi barədə müqavilələrin və İddiaçı MMC, Cavabdeh1 və Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)-1086/2023 nömrəli qərardadı ilə Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin, ünvan 2 ünvanında yerləşən mənzilin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi hissəsində qarşılıqlı iddia icraata götürülmüş, qalan hissədə iddiaçıya geri qaytarılmışdır.

13. Qarşılıqlı iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 5.1. Cavabdeh1 "xxxx" MMC-nin direktoru X17 ilə birgə iş görmək üçün anlaşmışdır. Birgə fəaliyyətə maya qoyulması qərara alınmışdır. Eyni zamanda Cavabdeh2 MMC də "xxxx" MMC ilə anlaşaraq sonuncunun tikdiyi binada işlərin görülməsi ilə bağlı razılığa gəlmişdir. İşlərin görülməsi üçün "xxxx" MMC Cavabdeh2 MMC-nin sahibinə qeyri-yaşayış obyekti vermişdir. Bununla yanaşı "xxxx" MMC-nin direktoru X2 Elşad Aydın oğluna birgə fəaliyyətə maya qoymaq üçün lizinq şirkətindən pul götürməyi təklif etmişdir. 5.2. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən əmlakı 210 000 manata və ******* saylı alqı-satqı müqaviləsi üzrə ünvan 2 ünvanında yerləşən əmlakı 210 000 manata İddiaçı MMC-yə satmışdır. 5.3. Hazırkı iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı həm lizinq müqaviləsini, həm də öhdəliklərin ötürülməsi haqqında müqaviləni imzalayarkən aldadılmışdır. Belə ki, adıçəkilən mənzillər İddiaçı MMC-nin təkidi ilə formal olaraq Cavabdeh1 tərəfindən onlara satılmışdır. Həmin mənzillər daha sonra "xxxx" MMC-nin direktoru X1 X5 formal olaraq lizinqə verilmişdir. Daha sonra hüquqların ötürülməsi barədə müqavilə bağlanmışdır. "xxxx" MMC-nin direktoru X17 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli protokoldan da görünür ki, birgə fəaliyyət göstərilməsi üçün 220 000 manat (yəni lizinq şirkətinin verdiyi pul) X13 verilmişdir. 5.4. Daha sonra "xxxx" MMC bütün razılaşmaları pozaraq, Cavabdeh2 MMC-yə vəd etdiyi işlərin görülməsi ilə bağlı podrat müqaviləsini bağlamamış, verdiyi qeyri-yaşayış əmlakının pulunu tələb etmişdir. Cavabdeh2 MMC-nin sahibi qeyri-yaşayış əmlakının pul əvəzi olaraq Cavabdeh1 adına olan lizinq müqaviləsi üzrə borcu ödəmək öhdəliyini qəbul etmiş, nəticədə onu da ödəməmişdir. 5.5. Belə ki, işin hallarına və iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlara əsasən, ilkin iddianın həqiqətə uyğun olmadığı görünür. Çünki öz mülkiyyətində olan əmlakı satdıqdan (xx.xx.2021) 4 gün sonra (xx.xx.2021) yenidən həmin əmlakı lizinqə götürmək nə həqiqətə uyğun razılaşmadır, nə də Cavabdeh1 elə bir niyyəti olmuşdur. Şəxsin əvvəllər öz mülkiyyətində olmuş və sonradan satmış olduğu mənzilləri yenidən əldə etmək istəyi, həm də özünün deyil, digər şəxsin bu mənzillər qarşısında olan öhdəliklərini öz üzərinə götürmək niyyəti ağlabatan deyil.

14. Qarşılıqlı iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 337, 347 və s. maddələr və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155ci maddəsinin həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı göstərilmişdir.

15. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)- 1086/2023 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (X8 iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “lizinq obyekti olan mənzilə istifadə hüququna xitam verilməsi, lizinq müqaviləsi üzrə əsas məbləğin, cərimənin tutulması və lizinq obyektinin boşaldılaraq qaytarılması” tələbinə dair ilkin iddiası təmin edilməmiş, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış ünvan 1 ünvanında yerləşən mənzilə dair xx.xx.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinin və ünvan 2 ünvanında yerləşən mənzilə dair xx.xx.2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçı Cavabdeh1 244 140 manat məbləğində pul vəsaitinin tutularaq cavabdeh İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4992/2023 nömrəli qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)-1086/2023 nömrəli qətnaməsi ləğv edilmiş, işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-786/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) ilkin iddia qismən təmin olunaraq, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış D095 saylı “X12 Əlavə Razılaşma (öhdəliyin ötürülməsi haqqında)” və D096 saylı “X12 Əlavə Razılaşmanın (öhdəliyin ötürülməsi haqqında)” ləğv edilmiş hesab edilməsi, İddiaçı mülkiyyətində olan lizinq obyektləri – ünvan 1 və ünvan 2 saylı mənzillərin boşaldılaraq İddiaçınə təhvil verilməsi, ünvan 1 və ünvan 2 saylı mənzillər üzərində Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyü) ləğv edilməsi, ilkin iddia qalan hissədə təmin olunmaması, qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir.

17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 17 noyabr 2021-ci il tarixdə İddiaçı MMC (lizinq verən) ilə X8 (lizinq alan) arasında notarial qaydada D095 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, lizinq verən satıcıdan əldə edəcəyi ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. 17 noyabr 2021-ci il tarixdə İddiaçı MMC (lizinq verən) ilə X8 (lizinq alan) arasında notarial qaydada D096 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, lizinq verən satıcıdan əldə edəcəyi ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, xx.xx.2021-ci il tarixdə X8 (lizinq alan) İddiaçı MMC-nin (lizinq verən) "xxxx" ASC-də olan hesabına D095 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 65000 manat avans ödənişi və D096 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 65000 manat avans ödənişi köçürmüşdür. 17 noyabr 2021-ci il tarixdə İddiaçı MMC (alıcı) ilə Cavabdeh1 (satıcı) arasında notarial qaydada AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, satıcı ünvan 2 ünvanında yerləşən mənzili 210 000 manata alıcıya satmağı, alıcı isə mənzili X5 D096 saylı xx.xx.2021-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 12 ay müddətinə müvəqqəti sahiblik və istifadəyə verilməsi üçün əldə etməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda, 17 noyabr 2021-ci il tarixdə İddiaçı MMC (alıcı) ilə Cavabdeh1 (satıcı) arasında notarial qaydada AN – İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, satıcı ünvan 1 ünvanında yerləşən mənzili 210 000 manata alıcıya satmağı, alıcı isə mənzili X5 D095 saylı xx.xx.2021-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 12 ay müddətinə müvəqqəti sahiblik və istifadəyə verilməsi üçün əldə etməyi öz öhdəsinə götürmüşdür. 22 noyabr 2021-ci il tarixdə İddiaçı MMC (lizinq verən), X8 (öhdəlik ötürən) və Cavabdeh1 (öhdəliyi qəbul edən və ya öhdəlik götürən) arasında notarial qaydada D095 saylı X12 öhdəliyin ötürülməsi haqqında əlavə razılaşma imzalanmış, həmin razılaşmaya əsasən, Öhdəlik ötürən Lizinq verənin razılığı ilə D095 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu Öhdəlik götürənə verməyi və Öhdəlik götürən də bütünlüklə qəbul etməyi, lizinq müddəti bitdikdən sonra Öhdəlik götürən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququnu lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərclərin Öhdəlik götürənin ödəməsi şərtilə Öhdəlik götürənə keçirməyi öz öhdəsinə götürmüşdür. 22 noyabr 2021-ci il tarixdə İddiaçı MMC (lizinq verən), X8 (öhdəlik ötürən) və Cavabdeh1 (öhdəliyi qəbul edən və ya öhdəlik götürən) arasında notarial qaydada D096 saylı X12 öhdəliyin ötürülməsi haqqında əlavə razılaşma imzalanmış, həmin razılaşmaya əsasən, Öhdəlik ötürən Lizinq verənin razılığı ilə D096 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu Öhdəlik götürənə verməyi və Öhdəlik götürən də bütünlüklə qəbul etməyi, lizinq müddəti bitdikdən sonra Öhdəlik götürən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququnu lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərclərin Öhdəlik götürənin ödəməsi şərtilə Öhdəlik götürənə keçirməyi öz öhdəsinə götürmüşdür. 05 yanvar 2022-ci il tarixdə İddiaçı MMC (lizinq verən), Cavabdeh1 (lizinq alan) və Cavabdeh2 MMC (zamin) arasında A673, D095, D096 saylı zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Lizinq verən ilə Lizinq alan arasında xx.xx.2021-ci il tarixdə bağlanmış D095 saylı və xx.xx.2021-ci il tarixdə bağlanmış D096 saylı daxili lizinq müqavilələri ilə əlaqədar olaraq, Lizinq alan Lizinq verən qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin Lizinq alan ilə birlikdə Lizinq verən qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüş, xx.xx.2021-ci il tarixdə bağlanmış D095 saylı daxili lizinq müqaviləsinin obyekti kimi Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, ev 17 ünvanında yerləşən 159 saylı mənzil, xx.xx.2021ci il tarixdə bağlanmış D096 saylı daxili lizinq müqaviləsinin obyekti kimi Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, ev 17 ünvanında yerləşən 159 saylı mənzil göstərilmişdir.

18. Məhkəmə xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair qeyd etmişdir ki, qarşılıqlı iddiaçının həm hazırkı mübahisə, həm də digər mübahisə üzrə istinad etdiyi faktiki əsas "xxxx" MMC ilə şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün maliyyə vəsaitinin əldə edilməsi məqsədilə öz əmlaklarını ilkin iddiaçıya satdığı, əldə edilmiş vəsait "xxxx" MMC-yə verilsə də, sonuncu tərəfindən öhdəliklərin icra edilməməsi olmuşdur. Həmçinin, qarşılıqlı iddiaçının qeyd etdiyi hallar, yəni "xxxx" MMC tərəfindən aldadıldığı həqiqətə uyğun olsa belə, xx.xx.2021-ci il tarixli ******* və ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsızlığı üçün əsas ola bilməz.

19. Məhkəmə lizinq müqaviləsinin ləğvi və pulun tutulması tələbi ilə bağlı hesab etmişdir ki, tərəfə müraciəti etməklə ilkin iddiaçı iradəsini hərəkət və rəftarı ilə ifadə etmiş, müqavilələr müvafiq olaraq birtərəfli qaydada ləğv edilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli D095 saylı X12 əlavə razılaşma (öhdəliyin ötürülməsi barədə) və D096 saylı X12 əlavə razılaşma (öhdəliyin ötürülməsi barədə) ləğv edilmiş hesab olunmalıdır. Eyni zamanda, məhkəmə hər iki lizinq müqaviləsi üzrə ödənilməli lizinq mükafatının cəmi məbləğinin 26 475,56 manat, cərimə məbləğlərinin 17000 manat təşkil etdiyini, həmin məbləğlərin cəmi 43 475,56 manat olduğunu və qeyd olunan məbləğin ödənilmiş 130 000 manat (65 000+65 000) avans məbləği ilə əhatə olunduğunu nəzərə alaraq bu qənaətə gəlmişdir.

20. Məhkəmə lizinq obyektinin qaytarılması və qeydiyyatın ləğvi tələbi ilə bağlı qeyd etmişdir ki, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməmiş, lizinq müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Lizinq verən müqavilənin müddətinin bitməsinə qısa müddət qalmış müqaviləni birtərəfli qaydada ləğv etsə də, iddia tələbi ilə lizinq obyekti olan əmlakların alınması üçün sərf olunan vəsaiti, yəni əsas məbləği tələb etmir, yalnız lizinq mükafatını tələb edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, ilkin iddiaçı lizinq obyekti olan əmlakları tələb etməkdə haqlıdır. Bu səbəbdən, məhkəmə lizinq müqaviləsinin ləğv edildiyini və lizinq əmlaklarının ilkin iddiaçıya qaytarıldığını nəzərə alaraq hesab edir ki, qeydə alınmış lizinqin dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

21. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməsini, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini, İddiaçı MMC, X8 və Cavabdeh1 arasında bağlanmış D095 və D096 saylı X7 əlavə razılaşmalar (öhdəliyin ötürülməsi haqqında) barədə xx.xx.2021-ci il tarixli müqavilələr, o cümlədən Cavabdeh1 ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı və Cavabdeh1 ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin yalan əqd olmaqla etibarsız hesab edilməsini, ödənişlər nəzərə alınmaqla əvvəlki vəziyyətin bərpa olunmasını, müqavilələr üzrə ödənilmiş 45860 manat məbləğində vəsait nəzərə alınmaqla Cavabdeh1 244140 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin tələbinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. İş materiallarına görə iddiaçı X8 ilə onun 27704 manat lizinq ödənişi etməsi haqqında müqavilə bağlayarkən iddiaçının onun heç bir ödəniş qabiliyyəti olmayan şəxs olduğunu bilməməsi inandırıcı deyildir. İddiaçı həmin şəxsin "xxxx" MMC-nin direktorunun sürücüsü olduğundan xəbərdar idi və bütün yazışmalar, bağlanılan müqavilələr məhz həmin şirkətin rəhbərinin tələblərinə uyğun tərtib olunmuşdur. Göründüyü kimi həm lizinq verən, həm lizinq alan, həm də satıcı arasında qarşılıqlı razılaşma əsasında kredit və (və ya) ipoteka müqavilələrini pərdələmək məqsədilə alqı-satqı, lizinq, öhdəliyin ötürülməsi barədə müqavilələr bağlamışlar. Bağlanılan əqdlər etibarsız olduğundan onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmadığından tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır. Deyilənlərə görə İddiaçı MMC, X8 və Cavabdeh1 arasında bağlanmış D095 və D096 saylı X7 əlavə razılaşmalar (öhdəliyin ötürülməsi haqqında) barədə xx.xx.2021-ci il tarixli müqavilələr, o cümlədən Cavabdeh1 ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı və Cavabdeh1 ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri yalan əqd olmaqla etibarsız hesab edilməli, ödənişlər nəzərə alınmaqla əvvəlki vəziyyət bərpa olunmalı, müqavilələr üzrə ödənilmiş 45860 manat məbləğində vəsait nəzərə alınmalı və Cavabdeh1 244140 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə bu dəlilləri qiymətləndirməmişdir. Cavabdeh1 əvvəlcə satıcı, sonra lizinq alan olmuşdur. Lizinq şirkəti bunu lizinq müqaviləsi üzrə öhdəliklərin ötürülməsi kimi və ya öhdəliyin üçüncü şəxs tərəfindən icrasına razılıq kimi qələmə verməyə çalışsa da, faktiki olaraq lizinq şirkəti ilə Cavabdeh1 arasında lizinq müqaviləsi bağlanmışdır. Hansı ki, iddiaçının təqdim etdiyi zaminlik müqavilələrində də Cavabdeh1 “lizinq alan” olaraq müqavilə tərəfi kimi çıxış etmişdir. Eyni zamanda öhdəliklərin ötürülməsi haqqında müqavilələrin 2-ci bəndində qeyd edilmişdir ki, lizinq müddəti bitdikdən sonra “öhdəlik götürən” üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququ lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərclərin “öhdəlik götürən”in ödəməsi şərtilə “öhdəlik götürən”ə keçir. Cəmi 5 gün əvvəl mənzillərini satmaq niyyətində olan “satıcı”, hazırda lizinq müqaviləsi üzrə “lizinq alan” olmuşdur. Nəticədə alqı-satqı müqaviləsi üzrə lizinq şirkəti tərəfindən ödənilən 290000 manat məbləğində pul vəsaiti lizinq predmetini təşkil etmişdir. Bu isə lizinq müqaviləsinin mahiyyətinə və onun hüquqi təbiətinə uyğun hesab edilə bilməz. Belə ki, mənzillərini satmaq niyyəti olan satıcının sonradan mənzilləri yenidən qaytarmaq üçün borclu olması, üzərinə öhdəlik götürməsi lizinq münasibətlərinin mahiyyəti baxımından hər hansı məntiqə sığmır. Digər tərəfdən lizinq müqaviləsi bağlanan zaman üçüncü şəxsin həmin əmlakları icarəyə vermək məqsədilə əldə etmək istədiyi barədə ərizə də, tərəflərin əslində lizinq münasibətlərində olmadığını təsdiq edir. Belə ki, həmin əmlaklar qeyri-yaşayış sahəsi olmamış və faktiki olaraq borclu ailəsi ilə yaşamış, lizinq şirkəti isə həmin mənzillərin təyinatından məlumatlı olmuşdur. Məhkəmə bu vacib məsələıərəə qiymət verməmişdir. İddianın əsasını lizinq müqavilələrinə əlavə razılaşmaya (öhdəliyin ötürülməsi haqqında) əsaslanaraq pul tələbi və.s təşkil edir, cavabdehlər lizinq müqaviləsini etirazları ilə, alqı-satqı müqavilələri isə qarşılıqlı iddia ilə mübahisələndirildiyindən ilk növbədə qeyd edilən əqdlərin etibarlılığına hüquqi qiymət verilməli və mübahisənin eyni hüquqi dəlillərə əsaslandığı nəzərə alınaraq hər iki iddia üzrə vahid hüquqi dəyərləndirmə aparılmalıdır. Konstitusiya Məhkəməsi Lizinq obyektindən gəlir götürmək məqsədi olmadığı halda lizinq müqaviləsinin kredit müqaviləsi hesab edilməsinin müqavilə azadlığı prinsipinə zidd olub-olmaması, həmçinin mənzilə dair lizinq müqaviləsinin kredit müqaviləsini pərdələmək məqsədi ilə bağlanması məsələləri ilə bağlı qeyd etmişdir ki, lizinq təşkilatı kredit təşkilatı olmadığından və pul vəsaiti borca verilmədiyindən, lizinq müqaviləsinin kredit müqaviləsinə çevrilməsi praktiki olaraq qeyrimümkündür, yalnız lizinq alan kredit götürməklə lizinq ödənişini həmin kredit hesabına maliyyələşdirə bilər. Lizinq müqaviləsi iqtisadi, bank və vergi qanunvericiliyi baxımından kreditləşmə modeli sayılsa da, mülki hüquq baxımından lizinq əmlakının istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir. Kredit müqaviləsi isə borc müqaviləsi hesab edilir və Mülki Məcəllənin ayrıca fəsli ilə nizamlanır. Konstitusiya Məhkəməsinin bu mövqeyinə görə cavabdehin mənzilləri üçün bağlanılmış lizinq müqaviləsinin Mülki Məcəllənin bu tip müqavilələr üzrə olan tələblərindən kənara çıxdığını, birmənalı olaraq lizinq yox, kredit müqaviləsi olduğuna və bu əqdin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342 və 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları məhkəmə tərəfindən nəzərə alınmamışdır. Mülki Məcəllənin 324.5-ci maddəsinin tələbinə görə məhkəmə tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən etməmiş, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli olduğu halda bunu etməmişdir. Buna görə də lizinq şirkəti ilə borclu arasında bağlanmış öhdəliklərin ötürülməsi müqaviləsi və onlar arasında bağlanmış alqı-satqı müqavilələri etibarlı hesab edilə bilməz. Göründüyü kimi həm lizinq verən, həm lizinq alan, həm də satıcı arasında qarşılıqlı razılaşma əsasında kredit və (və ya) ipoteka müqavilələrini pərdələmək məqsədilə alqı-satqı, lizinq, öhdəliyin ötürülməsi barədə müqavilələr bağlamışlar. Belə ki, lizinq şirkəti kredit təşkilat olmadığından və satıcı, həm də lizinq alan ola bilməyəcəyindən bu yolla iradə ifadələrini pərdələmişlər. Belə ki, yalan əqd bağlamaqla tərəflər bilərəkdən məqsədli şəkildə hüquqa zidd hərəkətə yol vermişlər. Məhkəmə bu vacib faktlara qiymət verməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İddiaçı-cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

24. Cavabdeh-iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

25. Digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747-5.1-ci maddəsinə əsasən, lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 399.1 – 399.3-cü maddələrinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-5-ci maddəsinə əsasən, lizinq müqaviləsinin obyekti olan əmlaka hüquqlar bu Məcəllədə nəzərdə tutulan hallarda bu Məcəlləyə və digər normativ hüquqi aktlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmalıdır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı

Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

28. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı

Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir

29. B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09 dekabr 2019cu il tarixli Qərar

38. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.

30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 yanvar 2017-ci il tarixli Qərarı Hüquq ədəbiyyatında lizinqin əsasən iki növü fərqləndirilir: maliyyə lizinqi, əməliyyat (operativ) lizinqi. Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir.

31. Konstitusiya Məhkəməsi Plenumunun İddiaçı MMC-nin şikayətinə dair 17 mart 2020-ci il tarixli qərardadı

Qeyd edilməlidir ki, mülki hüquq nəzəriyyəsində maliyyə lizinqinin bir sıra “alt” növləri mövcuddur ki, onlardan biri qayıdan (geri qaytarılan) lizinqdir. Qayıdan lizinq çərçivəsində lizinq predmetinin mülkiyyətçisi onu lizinq şirkətinə satır və ardınca həmin avadanlığı lizinq şirkətindən lizinqə götürür. Beləliklə, satıcı (lizinq avadanlığının birinci mülkiyyətçisi) həm də lizinq alan olur və faktiki olaraq, bu növ lizinq əməliyyatında iki şəxs iştirak edir. Lizinq müqaviləsinin müddəti bitdikdə isə lizinq alanın) həmin avadanlığı geri satın almaq hüququ olur. Bu növ lizinq sahibkara ona məxsus əmlakı satmaqla dövriyyə vəsaitini artırmaq, eyni zamanda həmin əmlakdan istifadəni davam etdirmək imkanı verir. Operativ lizinq zamanı əmlak qısa və ya orta müddətə lizinq alanın istifadəsinə verilir. Həmin müddət əmlakın amortizasiya müddətindən qısa olduğundan, lizinq verən lizinq müddəti başa çatdıqda həmin əmlakı başqa şəxsin istifadəsinə verə bilir. Nəticədə eyni əmlak vaxtaşırı bir neçə lizinq müqaviləsinin predmeti ola bilər.

32. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 28 dekabr 2020-ci il tarixli Qərarı

Beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

34. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən qismən mübahisələndirdiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

35. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-786/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası ilkin olaraq xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ədin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Qarşılıqlı iddiaçının xx.xx.2021-ci il tarixli ******* və ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlı bildirdiyi faktiki hallar Mülki Məcəllənin 339.2 – 339.3-cü maddələrinə uyğun gəlir.

37. Belə ki, mülki qanunvericilikdə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda onun əqdi mübahisələndirmək hüququ təsbit edilmiş, üçüncü şəxs tərəfindən aldadılma halında isə, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin mübahisələndirilmə imkanı əks olunmuşdur. Başqa sözlə, müqavilə tərəfinin üçüncü şəxs tərəfindən aldadıldığına istinad edərək əqdi mübahisələndirə bilməsi üçün aldatma faktı ilə yanaşı kontragentin aldatmadan xəbərdar olması və ya xəbərdar olmalı olması halı da sübut edilməlidir. Lakin aldatma, kontragentin – ilkin iddiaçının aldatmadan xəbərdar olması və ya xəbərdar olmalı olması halları qarşılıqlı iddiaçının təqdim etdiyi sübutlarla təsdiq olunmamışdır.

38. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Bu mənada, məhkəməyə təqdim edilən "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru X2 Elşad Aydın oğlundan gələcəkdə birgə sahibkarlıq fəaliyyəti görmək üçün 220 000 manat qəbul etdiyini təsdiq etmişdir.

39. Cavabdeh1 "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 220.000 manat əsas borcun, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa, onu qaytarmaqdan imtinaya görə xx.xx.2023-cü il tarixinə hesablanmış 22724,79 manat faiz borcunun, cəmi 242724,79 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmiş, faktı əsas olaraq da göstərmişdir ki, cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bağüstü küçəsi 3Q saylı sahədə hündürmərtəbəli yaşayış binası tikintisi ilə məşğul olduğundan gələcəkdə cavabdehlə şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xx.xx.2021-ci il tarixində şahidlərin iştirakı ilə cavabdeh "xxxx" MMC-nin direktoru X14 220000 manat pul vermiş və həmin şəxs iddiaçıya cavabdehin rəsmi möhürü ilə təsdiq edilən sənəd (protokol) verərək həmin miqdarda pulun ondan aldığını təsdiq etmişdir. Bundan başqa cavabdehlə şərikli sahibkarlıq fəaliyyəti həyata keçirmək və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi 3Q saylı sahədə hündürmərtəbəli yaşayış binası tikintisini həyata keçirmək üçün ona əlavə olaraq 167700 manat hissə-hissə olmaqla nağd pul, 51000 manat məbləğində 1 ədəd “BMW X6” markalı avtomaşın, 47600 manat dəyərində 1 ədəd “Mercedes S-Klass” avtomaşın – ümumilikdə isə cəmi 486300 manat əlavə olaraq vermişdir. Bunun əvəzində cavabdeh təminat vermişdi ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bağüstü küçəsi 3Q saylı sahədə iddiaçının pullarından istifadə edərək tikintisi aparılan yaşayış binasında satışdan əldə olunan gəlirin 25%-i miqdarında iddiaçıya qazanc verəcəkdir. Bu isə orta hesabla tikinti sahəsinin 2500 kv.m hissəsini əhatə edirdi. Həmin razılaşmadan uzun müddət keçməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi icra etməkdən yayınır. Cavabdehə verdiyi pulların bir qisminin mənbəyi ondan ibarətdir ki, iddiaçıya məxsus 2 mənzilini İddiaçı şirkətinə girov kimi qoyaraq əvəzində ayrılmış pulların cavabdehə verməsinə razı olmuşdur. Hazırda həmin pullara görə İddiaçı şirkəti iddiaçıdan 218000 manat faiz borcu tələb edir. Bütün deyilənlərdən aydın olur ki, cavabdehin onun qarşısında öhdəliklərini yerinə yetirməməsinə görə cəmi 704.300 manat zərərə məruz qalmışdır. Göstərilən pulların verilməsində və razılaşmada cavabdehin direktoru X11 atası X18, həmçinin sürücüsü X8 da iştirak etmişlər. İki ilə yaxın müddət keçsə də, cavabdeh öhdəliklərinə əməl etmir, dəfələrlə danışıqlar yolu ilə məsələləri yoluna qoymaq istəsə də, bu mümkün olmadığından anlamışdır ki, cavabdehin məqsədi onunla şərikli sahibkarlıq fəaliyyət ilə məşğul olmaq yox, onun pullarını mənimsəməkdən ibarət olmuşdur. Keçən iki ilə yaxın müddət ərzində dəfələrlə işin sülh yolu ilə həll edilməsini, cavabdehin üzərinə düşən öhdəliyi icra etməsini və ya əks təqdirdə sahibkarlıq fəaliyyəti məqsədilə alınmış pulların, əldən çıxmış faydanın, gəlirlərin, çəkilmiş xərclərin, bank faizlərinin, dəbbə pullarının, ödənilməsi tələb etsə də, heç bir müsbət nəticə hasil edə bilməmişdir.

40. Göründüyü kimi, qarşılıqlı iddiaçının həm hazırkı mübahisə, həm də digər mübahisə üzrə istinad etdiyi faktiki əsas "xxxx" MMC ilə şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün maliyyə vəsaitinin əldə edilməsi məqsədilə öz əmlaklarını ilkin iddiaçıya satdığı, əldə edilmiş vəsait "xxxx" MMC-yə verilsə də, sonuncu tərəfindən öhdəliklərin icra edilməməsi olmuşdur.

41. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçının qeyd etdiyi hallar, yəni "xxxx" MMC tərəfindən aldadıldığı həqiqətə uyğun olsa belə, xx.xx.2021-ci il tarixli ******* və ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsızlığı üçün əsas ola bilməz.

42. Belə ki, Mülki Məcəllənin 1.1-ci maddəsinə əsasən, bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Mülki Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş üçüncü şəxslərin hüquqlarına xələl gətirməmə məqsədi mülki qanunvericiliyin normalarında vicdanlı şəxslərin etimadının qorunması kimi təsbit edilmişdir.

43. Bu mənada vicdanlı şəxsin etimadının qorunması prinsipi Mülki Məcəllənin 339.3-cü maddəsində də təsbit edilmiş, müqavilə tərəfinə əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirmə hüququ verilmişdir. Qarşılıqlı iddiaçının təqdim etdiyi sübutlarla isə sonuncu ilə "xxxx" MMC arasında olan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olan münasibətlərdən ilkin iddiaçının məlumatlı olması təsdiq olunmur.

44. Bununla yanaşı, qarşılıqlı iddiaçının qeyd etdiyi kimi, lizinqə verilmiş əmlakların 4 gün sonra əvvəlki mülkiyyətçisinə qaytarılması da ilkin iddiaçının aldatmadan xəbərdar olması anlamına gələ bilməz. Belə ki, qeyd edilən hadisə əmlakların alqı-satqısından sonra baş vermişdir və həmin hal retroaktiv qaydada lizinq verənin alqı-satqı müqaviləsi bağlanarkən üçüncü şəxs tərəfindən kontragentin aldadıldığını bilməsinə dəlalət etmir.

45. Digər tərəfdən, hüquq ədəbiyyatında lizinqin əsasən iki növü fərqləndirilir: maliyyə lizinqi, əməliyyat (operativ) lizinqi. Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir. Qeyd edilməlidir ki, mülki hüquq nəzəriyyəsində maliyyə lizinqinin bir sıra “alt” növləri mövcuddur ki, onlardan biri qayıdan (geri qaytarılan) lizinqdir. Qayıdan lizinq çərçivəsində lizinq predmetinin mülkiyyətçisi onu lizinq şirkətinə satır və ardınca həmin avadanlığı lizinq şirkətindən lizinqə götürür. Beləliklə, satıcı (lizinq avadanlığının birinci mülkiyyətçisi) həm də lizinq alan olur və faktiki olaraq, bu növ lizinq əməliyyatında iki şəxs iştirak edir. Lizinq müqaviləsinin müddəti bitdikdə isə lizinq alanın) həmin avadanlığı geri satın almaq hüququ olur. Bu növ lizinq sahibkara ona məxsus əmlakı satmaqla dövriyyə vəsaitini artırmaq, eyni zamanda həmin əmlakdan istifadəni davam etdirmək imkanı verir. Operativ lizinq zamanı əmlak qısa və ya orta müddətə lizinq alanın istifadəsinə verilir. Həmin müddət əmlakın amortizasiya müddətindən qısa olduğundan, lizinq verən lizinq müddəti başa çatdıqda həmin əmlakı başqa şəxsin istifadəsinə verə bilir. Nəticədə eyni əmlak vaxtaşırı bir neçə lizinq müqaviləsinin predmeti ola bilər.

46. Göründüyü kimi, qayıdan lizinq mülkiyyətçinin öz əmlakını lizinq təşkilatına satması və daha sonra lizinqə götürülməsində ifadə olunan maliyyələşmə mexanizmidir. Bu mənada nəinki mülkiyyətçinin 4 gün sonra öz əmlakının lizinq alanına çevrilməsi, hətta əmlakın satılması ilə eyni zamanda lizinq alan kimi çıxış etməsi mümkündür.

47. Qarşılıqlı iddiaçının sonuncu dəlili D095 və D096 saylı lizinq müqavilələri üzrə ödənişlərin özü tərəfindən deyil, Cavabdeh2 MMC tərəfindən edilməsidir. Lakin iş materiallarında olan ödəniş tapşırıqları və icra qeydindən görünür ki, 02 dekabr 2021-ci il tarixli 01 nömrəli ödəniş tapşırığı əsasında D096 saylı müqavilə üzrə 13860 manat və 02 nömrəli ödəniş tapşırığı əsasında D095 saylı müqavilə üzrə 12000 manat, 15 fevral 2022ci il tarixdə 01 nömrəli ödəniş tapşırığı əsasında D095 saylı müqavilə üzrə 10000 manat və 02 nömrəli ödəniş tapşırığı əsasında D096 saylı müqavilə üzrə 10000 manat ödəniş məhz Cavabdeh1 tərəfindən bank hesabı vasitəsilə edilmişdir.

48. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır.

49. Məhkəmə kollegiyası pulun tutulması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, lizinq müqaviləsinin hüquqi məzmunu isə Mülki Məcəllənin 747.1-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Konstitusiya Məhkəməsi göstərmişdir ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir. Bu zaman lizinq alan tərəfindən lizinq ödənişlərinin edilməsinin hüquqi əsası qismində isə Mülki Məcəllənin 747.1-ci maddəsi çıxış edir.

50. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, ilkin iddia üzrə Cavabdeh1 lizinq müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməmiş və belə olan halda da iddiaçının lizinq alandan – cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Lakin iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 23 və 24 nömrəli ödəniş tapşırıqları və icra qeydlərindən görünür ki, X8 D095 və D096 saylı lizinq müqavilələri üzrə ümumilikdə 130 000 manat avans ödənişi həyata keçirmişdir. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.

51. Üçüncü şəxs hər bir lizinq obyekti üzrə 65000 manat məbləğində avans ödənişi etmiş, həmin məbləğlə bağlı da bütün hüquqlar və vəzifələr xx.xx.2021-ci il tarixli müqavilələrlə ilkin iddia üzrə cavabdehə keçmiş, lakin ilkin iddiaçı hazırkı tələblə müraciət edərkən həmin ödənişləri nəzərə almamışdır. Halbuki Mülki Məcəllədə lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər. Lakin qeyd edilən daxili lizinq müqavilələrində lizinq obyektinə görə avans ödənişinin təyinatı müəyyən edilməmişdir. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı mənzillərin əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin və dəbbə pulunun ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin müddəalarına ziddir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun ilkin iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini üçüncü şəxs (müvafiq olaraq qarşılıqlı iddiaçı) çəkmişdir.

52. Bu baxımdan, məhkəmə qeyd edir ki, lizinq obyekti olan mənzillərin ilkin iddiaçıya geri qaytarıldığı nəzərə alındığında avans məbləği hər bir müqavilə üzrə dəbbə pulu da daxil olmaqla ümumi borcdan çıxılmalıdır.

53. Məhkəmə iş materialları əsasında müəyyən edir ki, xx.xx.2021-ci il tarixli D095 saylı daxili lizinq müqaviləsi üzrə əsas məbləğ 145 000 manat, mükafat məbləği 21 228 manat razılaşdırılmış, Cavabdeh1 tərəfindən cəmi 22 000 manat ödəniş edilmiş, həmin vəsaitdən 13 964,52 manat əsas məbləğdən, 8035,48 manat lizinq mükafatından silinmiş, xx.xx.2021-ci il tarixli D096 saylı daxili lizinq müqaviləsi üzrə əsas məbləğ 145 000 manat, mükafat məbləği 21 228 manat razılaşdırılmış, Cavabdeh1 tərəfindən cəmi 23 860 manat ödəniş edilmiş, həmin vəsaitdən 15 915,04 manat əsas məbləğdən, 7944,96 manat lizinq mükafatından silinmişdir.

54. Belə olan halda məhkəmə hesab edir ki, ödənilməli lizinq mükafatının məbləği D095 saylı daxili lizinq müqaviləsi üzrə 13 192,52 manat ( ödənilməli lizinq mükafatı 21 228 manat - ödənilən lizinq mükafatı 8035,48 manat), D095 saylı daxili lizinq müqaviləsi üzrə 13 283,04 manat (ödənilməli lizinq mükafatı 21 228 manat - ödənilən lizinq mükafatı 7944,96 manat) olmaqla cəmi 26 475,56 manat təşkil edir.

55. Bundan başqa xx.xx.2021-ci il tarixli D095 və D096 saylı daxili lizinq müqavilələrinin 5.2-ci bəndinə əsasən lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün məcmu maliyyə öhdəliyi qalığı məbləğinin 0,1 faizi həcmində cərimə ödəməlidir. İş materialları ilə müəyyən olunur ki, lizinq müqaviləsi üzrə sonuncu ödəniş 15 fevral 2022-ci il tarixdə edilməsinə baxmayaraq lizinq verən (ilkin iddiaçı) iddia ərizəsi ilə lizinq müqaviləsinin müddətinin bitməsinə qısa müddət qalmış müraciət etmişdir. Həmçinin, cavabdehlər də lizinq müqaviləsi üzrə cəmi 2 dəfə ödəniş etmiş, öhdəliklərini icra etməmişlər.

56. Məhkəmə gecikdirilən lizinq məbləğini, iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə alaraq hesab edir ki, ödənilməli cəmi məbləğinin D095 lizinq müqaviləsi üzrə 8500 manat, D096 saylı daxili lizinq müqavilə 8500 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Beləliklə, birinci instansiya məhkəməsi hər iki lizinq müqaviləsi üzrə ödənilməli lizinq mükafatının cəmi məbləğinin 26 475,56 manat, cərimə məbləğlərinin 17000 manat təşkil etdiyini, həmin məbləğlərin cəmi 43 475,56 manat olduğunu və qeyd olunan məbləğin ödənilmiş 130 000 manat (65 000+65 000) avans məbləği ilə əhatə olunduğunu nəzərə alaraq düzgün qənaətə gəlmişdir.

57. Məhkəmə apellyasiya şikayətinin mənzillərin boşaldılaraq təhvil verilməsi ilə bağlı dəlillərilə bağlı qeyd edir ki, xx.xx.2021-ci il tarixli D095 və D096 saylı daxili lizinq müqavilələrinin 1.4-cü bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti Lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər müqavilənin 1.2-ci maddəsinə müvafiq olaraq tam yerinə yetirildikdən sonra lizinq obyekti Lizinq alanın mülkiyyətinə keçir. Həm mülki qanunvericiliyin, həm də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin şərtlərinə əsasən lizinq obyekti üzərində mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin əsas şərti lizinq alan tərəfindən bütün lizinq ödənişlərinin aparılmasıdır.

58. Məhkəməyə təqdim edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, ünvan 1 və ünvan 2 saylı mənzillər İddiaçı MMC-nin mülkiyyətində olmaqla Cavabdeh1 xeyrinə yüklü edilmişdir.

59. Məhkəmə qeyd edir ki, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməmiş, lizinq müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Lizinq verən müqavilənin müddətinin bitməsinə qısa müddət qalmış müqaviləni birtərəfli qaydada ləğv etsə də, iddia tələbi ilə lizinq obyekti olan əmlakların alınması üçün sərf olunan vəsaiti, yəni əsas məbləği tələb etmir, yalnız lizinq mükafatını tələb edir. Belə olan halda məhkəmə qeyd edir ki, ilkin iddiaçı lizinq obyekti olan əmlakları tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi ünvan 1 və ünvan 2 saylı mənzillərin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi hissəsində əsaslı olmuş və bu səbəbdən ünvan 1 və ünvan 2 saylı mənzillər üzərində Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə qeydə alınmış lizinqin dövlət qeydiyyatı (lizinq yüklülüyü) də ləğv edilməlidir.

60. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

61. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-786/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar