Məhkəmə qərarları › İş №2-2(103)-796/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-796/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-796/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və X2 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2673/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli D170 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi (lizinq və alqı-satqı müqavilələrinin etibarlılığı məsələsinə qiymət verilməklə birlikdə), 1 saylı Bakı Ərazi idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, lizinq obyekti olan mənzilin - AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, giriş 62, M5, m2 ünvanında boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2-2(113)-2673/2025 saylı qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi üzrə ekspertiza təyin edilmiş və ekspertizanın təyin edilməsi ilə əlaqədar iş üzrə icraat dayandırılmışdır. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad etməlidir. 2-2(113)- 2673/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadın əsaslandırma hissəsinə nəzər yetirdikdə aydın şəkildə görünür ki, məhkəmə gəldiyi nəticəni kifayət qədər əsaslandırmamış, nə üçün ekspertiza təyin edilməsinin və iş üzrə icraatın dayandırılmasının zəruri olmasının səbəblərini qeyd etməmiş, sadəcə olaraq tərəflərin ərizə və izahatlarını rəhbər tutmuş, müvafiq qanunvericiliyə istinad etməmişdir. Qeyd olunmalıdır ki, 2-2(113)-2673/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardad əsasında təyin edilmiş ekspertiza hazırkı mübahisə üzrə lüzumsuzdur. Belə ki, müvafiq məhkəmə işi üzrə ekspertiza o halda təyin olunur ki, iş üzrə həlledici və vacib məqamların aydınlaşdırılmasına ehtiyac vardır. 2-2(113)- 2673/2025 saylı iş üzrə məhkəməyə təqdim edilmiş sübutlardan aydın şəkildə görünür ki, xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış məbləğ 425000 manat təyin edilmiş və əmlakın alqı-satqısı həyata keçirilmişdir. Məlum olduğu kimi, əmlakın dəyərindən asılı olmayaraq, tərəflər arasında razılaşdırılmış məbləğ əsas götürülür və alqı-satqı əməliyyatları notarius tərəfindən həyata keçirilir, bu səbəbdən hazırkı vəziyyətdə hər hansı məcburiyyət, iradədən sui-istifadə halları mümkün deyildir. İş materiallarında mövcud olan xx.xx.2024-cü il tarixli, D170 saylı daxili lizinq müqaviləsi (Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir) və xx.xx.2024-cü il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi (Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir) bu halı bir daha sübut edir. Bunun əvəzinə cavabdehin nümayəndəsi tərəfindən ekspertiza ilə əlaqədar vəsatətin verilməsi sadəcə olaraq məhkəmə işini uzatmaq üçündür. Belə ki, işin tarixçəsindən göründüyü kimi, cavabdehin bütün addımları (müvəqqəti təminat tədbiri ilə əlaqədar ərizələrin verilməsi, ekspertiza tələb edilməsi, barışıq üçün vaxt istənilməsi) bu istiqamətdə olmuş və məhkəmə iclasları təxirə salınmışdır. Hazırda isə iş üzrə ekspertiza təyin edilməsi səbəbindən 2-2(113)-2673/2025 saylı işin dayandırılması birbaşa hüquqların pozulmasına gətirib çıxarır. Əlavə olaraq, ekspertin əmlakı dəyərləndirərək, qiymət təyin etməsi hazırkı halda hansı sübutu və ya vəziyyəti dəyişə bilər? Tərəflər arasında qarşılıqlı razılıq şəklində müqavilə bağlanmışdırsa, həmin dövrdə əmlakın qiymətinin neçə manat olmasının nə kimi əhəmiyyəti vardır? Odur ki, iddiaçı olaraq məhkəmənin hazırkı mövqeyi ilə razı deyillər və hesab edilir ki, əmlakın qiymətləndirilməsi ilə əlaqədar ekspert rəyinin alınması iş üzrə məna kəsb etmir. Bakı Kommersiya Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2-2(113)-2673/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı özü iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələblərindən biri olaraq lizinq və alqı-satqı müqavilələrinin etibarlılığı məsələsinə qiymət verilməklə birlikdə xx.xx.2024-cü il tarixli D170 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edibdir. Cavabdeh tərəf isə həmin iddia tələbləri ilə bağlı müəyyən məsələləri mübahisələndirib və xüsusən, iddiaçı tərəfindən verilmiş pul məbləğinin tələbi əvəzində tələb edilən lizinq obyekti olan mənzilin qiyməti arasında külli miqdarda fərqin olmasını mübahisələndirib. Bununla bağlı əsaslandırılımış izahatlarını və rəsmi sənədləri təqdim edib. Müqavilənin 1.2-ci bəndində qeyd edilib ki, lizinq alanın ilkin maliyyə öhdəliyi 219.000 dollar müəyyən edilir. Həmçinin, müqavilənin 5.1-ci bəndində qeyd edilib ki, lizinq müqaviləsi rəsmiləşdirilərkən lizinq müqaviləsi məbləğinin 5.5% həcmində xidmət haqqı lizinq alan tərəfindən ödənilir. Bu rəqəm 12.045 dollar vəsait edir. Həmin vəsaiti cavabdeh öncədən iddiaçının tələb etdiyi şəkildə ödəyib. Ödəniş qəbzlərinə əsasən cavabdeh tərəfindən mənzil üçün ödənilmiş məbləğ 15 788, 23 ABŞ dolları təşkil edir. Axırıncı ödəniş xx.xx.2024-cü il tarixdə edilib. xx.xx.2024-cü il tarixli bank hesabından Çıxarış və ödəniş qəbzləri qəbzdəri elektron məhkəmə sistemə vasitəsilə məhkəməyə təqdim edilib. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilib ki, cavabdeh və mənzilin ilkin satıcısı arasında mənzilin alınmasına dair şihafi qiymət razılaşması var. Alıcı və satıcı arasında mənzilin alış qiyməti 425.000 manat razılaşdırılıb. İddiaçı tərəfindən isə cavabdehə müqavilədə yazılmış 219.000 dollar verilib. Aşkar görünür ki, mənzilin 2024-cü il tarixdə razılaşdırılmış qiymət və iddiaçının verdiyi pul vəsaiti arasında külli miqdarda fərq var. Mənzilin real bazar dəyəri müqavilədə yazılan qiymətdən xeyli çoxdur. İddia ərizəsi 2025-ci ildə verilib. Bu müddətdə mənzilin real bazar dəyərinin artıb. Ona görə mütləqdir ki, mənzilin lizinqlə verildiyi vaxtda mənzilin həmin vaxtda bazar dəyəri müəyyən edilsin. Həmçinin araşdırılası mütləq hal odur ki, iddiaçı qəti bildirir ki, alıcı və satıcı özləri aralarında razılaşdırıblar ki, mənzil cavabdehə satılanda mənzil satıldığı vaxtı 425.000 manat təşkil edəcək. Bu hal təhrif edilmiş həqiqətdir. Belə ki, bu məlumatı cavabdeh iddiaçıya özü təqdim edib, lakin satıcının öz mənzilinin bu qiymətə satmaqda könüllü olmayıb. Belə ki, mənzilin real bazar dəyəri daha yüksək idi. Belə ki, adı halda mülkiyyətçilər fors major halları ilə bağlı təcili şəkildə mülkiyyətlərini dəyərindən ucuz qiymətə satma halları tez-tez baş verir. Əslində satıcı öz şəxsi məsələsi ilə bağlı mənzili satılan vaxtı dəyərindən ucuz qiymətə satmaq qərarına gəlib, alıcı cavabdeh isə real təklifi əldən buraxmamaq üçün həmin qiymətə mənzili almaq üçün satıcını razı salıb. Ona görə ərizə ilə iddiaçıya razılaşdırılmış məbləğ barədə müraciət edib. İddiaçının əməkdaşları reallıqda mənzili görüb, lakin nədənsə, real bazar dəyəri rəsmi olaraq qiymətləndirməyib. Sadəcə, ərizəçinin ərizəsini və mənzili almaq niyyətini əsas götürüb müqavilədə qeyd edilmiş pulu verib. Müqavilədə mənzilin real bazar dəyəri yazılmadığı, ərizənin mənzili almaq üçün çatışmayan vəsait məbləği yazıldığı aşkardır. Ona görə iddiaçı cavabdehin müvəqqəti düçar olduğu maliyyə çətinliyindən suiistifadə edib lizinq müqaviləsində qeyd edilmiş vəsaitin geri tələb edilməsini deyil, birbaşa mənzili tələb edir. Ona görə iddiaçı cavabdeh və satıcı arasında bağlanmış müqaviləyə hüquqi münasibət bildirir, müqavilə azadlığından, satıcıya heç bir təzyiq edilməməsini bildirir. Buna dair ümumiyyətlə iddiaçının münasibət bildirməsi, həmin müqavilənin qanuni olub-olmamasını qəti şəkildə müdafiə etməsi üçün subyektiv hüququ yoxdur. Bu hissədə satıcıya qarşı mənzil tələbi ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir. İddiaçı cavabdehə istədiyi mənzili almaq üçün çatışmayan vəsaiti verib. Qalan vəsaiti cavabdeh özü düzəldib satıcıya verib. Alqı-satqı müqaqvilə sində iddiaçı ümumiyyətlə mülkiyyətçi deyil, satıcı deyildir. Hərçənd bu məsələniümumiyyətlə cavabdeh mübahisələndirməyib. Cavabdeh sadəcə məhkəməyə bildirdiyi halları rəsmi təsdiq edən sübutun məhkəmə tərəfindən alınmasını və işə əlavə edilməsini xahiş edib, bununla iddiaçının tələbinin hüquqdan sui-istifadə halı ilə birbaşa əlaqəli olmasını sübut etmək niyyətində olmasını bildirib. Ona görə mənzilin alındığı vaxt və məhkəmə yolu ilə tələb edildiyi vaxt onun real bazar qiymətinin müəyyən edilməsi vacibdir. Ekspert rəyi iş üzrə yekun məhkəmə aktı qəbul edilməsində növbəti, əlaqəli sübut qismində olan rəsmi sənəddir. Həqiqətin müəyyən edilməsinə birbaşa təsir edir. Ona görə digər sübutlarla yanaşı birgə dəyərləndirilir.Həmçinin, 19 may 2025-ci il tarixli, e-2-2(113)-2673/2025 saylı qərardadda vəsatətin verilmə səbəbi, etirazların verilmə səbəbi ətraflı qeyd edilib, tərəflərin izahatları məhkəmədə dinlənilib, ilkin sübutlara hakim tərəfindən tərəflərin işitrakı ilə baxılıb. Ona görə qərardadda qeyd edilən hallara qısa və dəqiq şəkildə münasibət bildirilib. Həmçinin, onun qəbul edilmə məqsədi, mənzilin iki müddətdə real bazar dəyərinin müəyyən edilməsi aydın qeyd edilib. Hüquq normalarına düzgün istinad edilib. Ekspertizanın aparılma müddətinin 1 ay müəyyən edilməsi qeyd edilib. İddiaçı qərardaddan şikayət verməsəydi, işin materialları artıq qərardadda qeyd edilən ekspertiza idarəsində olardı, məhkəməəmtəəşünastlıq ekspertizası keçirilməsinin günü bəlkə təyin edilmişdir. Əlavə təkrar xarakterli fikir bildirməyə zərurət yoxdur. Həmçinin, qərardadda sonda qeyd edilib ki, qərardaddan yalnız iş üzrə icraatın dayandırılması hissəsindən şikayət verilə bilər, ekspertiza təyin olunması barədə hissədən isə şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Bu hissə düz yazılıb, çünki Mülki Prosessual Məcəllədə həqiqətən ekspertiza keçirilməsinə dair qərardadlardan şikayət verilməsi nəzərdə tutulmayıb. Odur ki, qərardad düz yazılıb, ləğv edilməsi üçün heç bir şübhə və ya əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2-2(113)-2673/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə, kommersiya mübahisəsinə baxmağa hazırlayarkən lizinq predmeti olan əmlakın 2024-cü il ilin iyul ayında və hazırkı vaxtda bazar dəyərini müəyyən etmək üçün əmlakın qiymətləndirilməsi ekspertizasının təyin ediməsini zəruri hesab etmiş və ekspertizanın rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Qeyd olunur ki, iddiaçının şikayətində irəli sürdüyü arqumentlərdən biri ekspertiza təyin edilməsinin əsassızlığı ilə bağlı olmuş və həmin dəlillər qərardadın şikayət verilməsi nəzərdə tutulmayan hissəsində ləğv edilməsinə yönəldilmişdir. Bu səbəbdən, həmin arqumentlərə münasibət bildirilməsi, eləcə də ekspertiza təyin edilməsinin zəruriliyinin yoxlanılması hazırkı apellyasiya baxışının predmetinə daxil deyildir. Şikayətin digər arqumenti, yəni ekspertizanın təyin edilməsi ilə bağlı iş üzrə icraatın dayandırılmasına zərurət olmaması, onların hüquqlarının pozulmasına səbəb olması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1ci və 255.0.5-ci maddələrinin məzmunundan görünür ki, işə baxılarkən xüsusi bilik tələb olunan məsələlərin izahı üçün məhkəmə, işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər və ekspertizanın rəyi məhkəməyə təqdim olunana qədər iş üzrə icraat dayandırıla bilər. Göründüyü kimi hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən əmlakın qiymətləndirilməsi ekpetizası təyin edildiyindən məhkəmə qanunda nəzərdə tutulmuş səlahiyyətindən istifadə etməklə ekspertizanın təyin edilməsi ilə bağlı iş üzrə icraatı dayandırmaqda da haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2673/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar