Məhkəmə qərarları › İş №2-2(103)-797/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-797/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-797/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-6768/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki ilk icraat

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 08 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 157648 manat əsas borc, 105 403,26 manat cərimə məbləği olmaqla ümumilikdə 263 051,26 manat məbləğində pulun və ödənilmiş 554 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6768/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 157 648 manat əsas borc, 7500 manat cərimə məbləği olmaqla ümumilikdə 165 148 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 348 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

3. Həmin qətnamədən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6768/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-6768/2024 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2(113)-6768/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən xx.xx.2025ci il tarixdə verilmiş apellyasiya şikayətinin geri qaytarılması, ödənilmiş 277,58 manat dövlət rüsumunun cavabdehə qaytarılması qərara alınmışdır.

5. Həmin qərardaddan cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(113)- 6768/2024 nömrəli qərardadının ləğv edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6768/2024 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsi və qətnamədən cavabdehin verdiyi apelyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin mövcudluğundan bu yaxınlada icra məmurunun zəngi nəticəsində məlumatlı olunmuşdur. Cavabdehin “ASAN” imzasında nasazlıq olduğu üçün elektron məhkəmə sisteminə, həmçinin digər portallara giriş edə bilinməmişdir. Həmçinin cavabdehin maddi vəziyyəti yaxşı olmadığı üçün işçilər də işdən azad olunmuşdur. İşçi olmadığı üçün bu kimi hallara nəzarətin edilməsi mümükün olmamışdır. Bundan əlavə, cavabdehin elektron (“email”) ünvanı, həmçinin şirkətə məxsus telefon nömrələri də olmadığından məhkəmə bildirişləri də gəlməmişdir. Ona görə də məhkəmə qətnaməsindən cavabdehin məlumatı olmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6768/2024 nömrəli qətnaməsi cavabdehin ərizəsi əsasında xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə qətnaməsi gec təqdim edildiyindən və qətnamədən məlumat olmadığından qətnamədən apellyasiya şikayəti vermək üçün qanununvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət ötürülmüşdür. Prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə müvafiq olaraq bərpa edilməlidir.

7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6768/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

10. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

11. Maddə 33.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

12. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər

13. 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

14. 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

15. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

16. 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

Məhkəmənin mövqeyi

17. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

18. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 6768/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir.

20. Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

21. İş materialları ilə müəyyən olunur ki, cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur.

22. İşdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-6768/2024 nömrəli qətnaməsi cavabdehin və qanuni təmsilçisi Qanuni nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2024-cü il tarixdə, saat 20:26-da yerləşdirilmiş, bu barədə sistem vasitəsilə qanuni təmsilçisinin “Elektron ünvan ” elektron poçtu vasitəsilə sonuncuya məlumat verilmişdir.

23. Beləliklə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 6768/2024 nömrəli qətnaməsi cavabdehə xx.xx.2024-cü il tarixdə rəsmi qayadada təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 135.5, 135.8-ci maddələrinin tələblərinə əsasən cavabdeh tərəfindən şikayətin verilməsi üçün prosessual müddət məhz həmin tarixdən başlayaraq hesablanmalıdır.

24. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6768/2024 nömrəli qətnaməsindən cavabdeh üçün şikayət vermə müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Lakin cavabdeh sözügedən qətnamədən xx.xx.2025-ci il tarixdə şikayət vermişdir.

25. Beləliklə, apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır.

26. Belə ki, qanunvericilikdə müddətin bərpa edilməsi üçün üzürlü səbəblərin nədən ibarət olması konkret olaraq göstərilməmişdir. Bu səbəblərin dairəsini müəyyən etmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. Göründüyü kimi, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi məhkəmənin mülahizəsindən asılıdır. Bu cür mülahizələr təqdim olunmuş sübutların məcmusuna verilən obyektiv qiymətdən irəli gələ bilər.

27. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Hazırda isə cavabdeh adıçəkilən qərardadın qanunilik və əsaslılığı ilə bağlı hər hansı tutuarlı dəlil irəli sürməmiş, elektron poçtun mövcudluğu təsdiq olunduğu halda, elektron poçta malik olmadığını, qətnamə qəbul edilən baxış iclasında nümayəndəsi iştirak etdiyi halda, qətnamədən məlumatlı olmadığını bildirməklə kifayətlənmiş, “Asan” imzada uzunmüddətli problemlə bağlı hər hansı sübut təqdim etməmişdir.

28. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

29. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

30. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-6768/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar