Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-800/2020 23.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” iş üzrə Bakı Kommersiya Məhkəməsinin tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məzkəməsinin 06 noyabr 2020-ci il tarixli, e-2-2(113)-3226/2020 saylı iddianı təmini tədbiri barədə qərardadından hər iki tərəfdən verilmiş şikayətin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, e-2- 2(113)3226/2020 saylı qərardadı ilə bank və kredit təşkilatlarında “X1” MMC-yə məxsus hesablarda olan pul vəsaitləri üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan 569 963 manat həcmində həbs qoyulmuşdur. Həmin qərardaddan hər iki tərəfin şikayəti Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı apellyasiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası iş materiallarını araşıdırb hesab edir ki, tərəflərin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, tərəflərin şikayəti baxılması üçün işlə birlikdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə Bakı Apellyasya Məhəməsinə göndərilənədək, xx.xx.2020-ci il tarixində hər iki tərəf elektron kabinetləri vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək şikayətlərinin geri qaytarılmasını məhkəmədən xahiş etmişlər. MPM-in 363.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən şəxslərə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa, apellyasiya şikayəti qaytarılır. http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_9.htm Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericilyin qeyd olunan tələbləri nəzərə alınmamış, tərəflərin ərizələrinə münasibət bildirilməmişdir. Beləliklə də, qeyd olunanlardan göründüyü kimi, tərəflərin şikayətinin icraata qəbul olunması, yəni apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hər iki şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 403.1-ci maddəsinə əsasən tərəflərin tələbləri təmin olunmadığı hallarda şikayət verilə bilər. Məcəllənin qeyd olunan tələbi baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin və Cavabdeh MMC-nin şikayətləri üzrə apellyasiya qeyrimümkün hesab edilsin və geri qaytarılması üçün iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qulbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-800/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-800/2020
23.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver