Məhkəmə qərarları › İş №2-2(103)-804/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-804/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-804/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kommersiya işi Açar söz: alqı-satqı Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2-2(113)-2821/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı və cavabdeh arasında bağlanmış 01 mart 2023-cü il tarixli razılaşmaya əsasən satıcı müqavilənin əlavələrində göstərilən müxtəlif növ tikinti məhsullarını (qazbeton, məsaməli hörgü blokları, yapışdırıcı, əhəng, və s.) razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Mallan qəbul edib dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 3.4-cü bəndinə əsasən satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı və ya elektron qaimə fakturalar əsasında həyata keçirəcək, elektron qaimə-fakturalar alıcıya təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində Alıcının hər hansı bir etirazı olmazsa mallar alıcıya təhvil verilmiş hesab ediləcək.

3. Müqavilənin 4.1-ci bəndinə əsasən satıcı tərəfindən təchiz olunacaq malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri alıcı ilə razılaşdırılır və müqavilənin müvafiq əlavələrində müəyyən edilir. Qiymət dəyişikliyi yalnız tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər.

4. Müqavilənin 9.3-cü bəndinə əsasən alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01 faiz məbləğində dəbbə pulu ödəyəcək.

5. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolunda iddiaçı tərəfindən cavabdehə təqdim olunacaq malların adı, markası (çeşidi, növü), miqdarı, ölçü vahidi, qiyməti göstərilmişdir.

6. İddiaçı tərəfindən cavabdehə EBDG 391583 nömrəli xx.xx.2023-cü il tarixli (3738.90 manat), EBDH 730416 nömrəli xx.xx.2023-cü il tarixli (2255.17 manat), EBDİ 210596 nömrəli xx.xx.2023-cü il tarixli (2242.19 manat), EBDİ 431939 nömrəli xx.xx.2023cü il tarixli (2125.37 manat), EBDİ 595891 nömrəli xx.xx.2023-cü il tarixli (2242.19 manat), EBDİ 699427 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDİ 992291 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDİ 992292 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDJ 306074 nömrəli xx.xx.2023-cü il tarixli (3554.54 manat), EBDJ 306076 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDL 121003 nömrəli xx.xx.2023cü il tarixli (3923.26 manat), EBDL 509664 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDM 002929 nömrəli xx.xx.2023-cü il tarixli (3923.26 manat), EBDM 044896 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDM 259830 nömrəli xx.xx.2023-cü il tarixli (3923.26 manat), EBDM 816495 nömrəli xx.xx.2023-cü il tarixli (3923.26 manat), EBDN 385354 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDN 768957 nömrəli xx.xx.2023-cü il tarixli (3923.26 manat), EBDO 480631 nömrəli xx.xx.2023-cü il tarixli (3958.66 manat), EBDO 480633 nömrəli xx.xx.2023-cü il tarixli (4270.18 manat), EBDO 480628 nömrəli xx.xx.2023-cü il tarixli (4270.18 manat), EBDO 957630 nömrəli xx.xx.2023-cü il tarixli (3975.94 manat), EBDO 957632 nömrəli xx.xx.2023-cü il tarixli (3923.26 manat), EBDP 572485 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDP 572483 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDP 572484 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDP 572480 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDP 572482 nömrəli xx.xx.2023-cü il tarixli (39223.26 manat), EBDP 572481 nömrəli xx.xx.2023-cü il tarixli (3923.26 manat), EBDP 572107 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDP 572103 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDV 938740 nömrəli xx.xx.2023-cü il tarixli (197.53 manat), EBDM 044898 nömrəli xx.xx.2023-cü il tarixli (3923.26 manat), EBDİ 210596 nömrəli xx.xx.2023cü il tarixli (2242.19 manat) elektron qaimələr (ümumilikdə 127242,80 manat) təqdim edilmişdir.

7. İddiaçı ilə cavabdeh arasında imzalanmış üzləşmə aktından görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixinə iddiaçıya ƏDV daxil 54945,38 (əlli dörd min doqquz yüz qırx beş manat, otuz səkkiz qəpik) manat borcu olduğunu təsdiq etmişdir. Akt tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir.

8. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 10753 saylı məktubundan görünür ki, iddiaçının həmin bankda mövcud olan hesablarına cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ümumilikdə 62382,70 manat məbləğində vəsait ödənilmişdir.

9. xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinə əsasən cavabdeh tərəfindən iddiaçıya 13700 manat vəsait ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı MMC cavabdeh "xxxx" MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcmini artıraraq cavabdehdən 01 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 38762,95 manat əsas borc, 6432.90 manat cərimə məbləği, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmaq 567,10 məbləğində faiz, 227,29 dövlət rüsumu, cəmi 45990,24 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı tərəfindən ilə "xxxx" MMC-nin mülkiyyətinə məsaməli hörgü blokları təhvil verilib. Təhvil verilən malların dəyərinin bir hissəsi ödənilsə də, hazırda cavabdehin İddiaçınə 38762,95 məbləğində borcu mövcuddur. Müqavilənin 9.3-cü bəndinə əsasən 7000 manat dəbbə pulu hesablanmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli (həm onlayn kargüzarlıq vasitəsi ilə, həm də elektron məhkəmə vasitəsi ilə) pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Tərəflər arasında borcların qarşılıqlı üzləşdirilməsi ilə bağlı üzləşmə aktı imza və möhürlə təsdiq edilib.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2821/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 38762,95 manat əsas borc, 1900 manat dəbbə pulu, 567,10 manat faiz borcu, 200 manat dövlət rüsumu, ümumilikdə 41430,05 (qırx bir min dörd yüz otuz manat on qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. İddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqısatqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Məhkəmə əsas borcla bağlı qeyd etmişdir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 38762,95 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə iddianın cərimə borcu hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

16. Məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1900 manat müəyyən edilməlidir.

17. Məhkəmə iddianın zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətlərinin dəlilləri

18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2821/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın tam rədd edilməsini xahiş etmişdir.

19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 01 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin mülkiyyətinə hörgü blokları təhvil verilməlidir. Qeyd olunan müqavilə üzrə hörgü blokları təhvil verilmiş, lakin həmin hörgü blokları lazımi keyfiyyətdə olmamışlar, bu səbəbdən təhvil verilmiş hörgü blokların dəyəri cavabdeh tərəfindən tam ödənilməmişdir. Qeyd olunan hal barəsində tərəflər arasında şifahi danışıqlar aparılmış, lakin iddiaçı müqaviləyə və təhvil-təslim aktına əsaslanaraq öz iddia tələbini irəli sürmüşdür. Təyin edilmiş cərimə iddia tələbinə münasibətdə tənasübsüz surətdə yüksək müəyyən edilmişdir. İddiaçı tərəfindən öhdəliklər lazımınca icra edilməmiş və lazımi keyfiyyətə uyğun olmayan məhsul təhvil vermişdir. Məhkəmə tərəfindən cavabdehin əmlak mənafeyi və öhdəliyin bir çox hissəsi cavabdeh tərəfindən icra olunduğunu nəzərə alınmamışdır. Məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilmiş müqavilə, təhvil-təslim aktına əsaslanmışdır. Halbuki, təhvil verilmiş məhsul lazımi keyfiyyətə uyğun olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

21. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7-ci maddə- (tərəflər arasında müqavilə bağlanan vaxt qüvvədə olmuş redaksiya) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...” 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddə- borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddə- özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddə- əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 581.1-ci maddə-satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddə-alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 589.1-ci maddə-əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 588.1-ci maddə-əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 385.2-ci maddə-birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

22. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2821/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə saxlanılmalıdır.

24. İşin məhkəmə tərəfindən müəyyən edilmiş və cavabdeh tərəfindən mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə aralarında bağlanmış alqı-satqı müqaviləsi üzrə 2023-cü ildə müxtəlif mallar satılmış, satılmış malların dəyərindən 38762,95 manat ödənilməmişdir.

25. Cavabdeh apellyasiya şikayətində təqdim edilən hörgü bloklarının lazımi keyfiyyətdə olmadığını qeyd etsə də bu barədə qarşı tərəfə müraciət etməsi, satılmış malda həqiqətən qüsurların olması və bu qüsurların malda alıcıya təhvil verilənədək yarandığı barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki MM-nin 588.1-ci maddəsinə əsasən satılmış malda mövcud olan qüsurların alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yarandığını sübut etmək vəzifəsi alıcının üzərinə düşür.

26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti sübutlarla təsdiq edilməyən formal mülahizələrdən ibarət olduğundan mübahisələndirilən qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2821/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə saxlanılmalıdır.

28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2821/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar