Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-805/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X2 və X1 ibarət tərkibdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı “pulun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərardadından Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (iddiaçı) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək cavabdehdən əmlaka dəymiş zərərə görə 21 631 manat məbləğində sığorta ödənişinin, ekspert rəyinin alınması üçün ödənilmiş 250 manat xidmət haqqının və 156 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən əmlaka dəymiş zərərə görə 13 300 manat məbləğində sığorta ödənişinin, ekspert rəyinin alınması üçün ödənilmiş 250 manat xidmət haqqının və 130,65 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdehin nümayəndəsinin xx.xx.2025-ci il tarixdə verdiyi apellyasiya şikayəti məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə prosessual müddətin ötürülmüş olması əsas göstərilməklə geri qaytarılmış, qərardaddan verilən şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə xx.xx.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verildiyi üçün prosessual müddət ötürülməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 128.3-cü maddəsinə əsasən, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. xx.xx.2025-ci il tarixdə qətnamə tərəflərə təqdim edilmiş, müddətin axımı sonrakı - yəni xx.xx.2025-ci il tarixdən başlanmış, apellyasiya şikayət vermək hüququ növbəti ayın müvafiq günündə - yəni xx.xx.2025-ci il tarixdə bitmiş, bu səbəblə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək mübahisələndirilən qərardad ləğv olunmalı, iş cavabdehin apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin digər tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin (MPM) 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin elektron kabinetinə yerləşdirilmiş, apellyasiya şikayəti isə xx.xx.2026-ci il tarixdə elektron sistemə yüklənmişdir. Başqa sözlə, birinci instansiyası məhkəməsinin qətnaməsindən cavabdehin apelyasiya şikayəti vermə müddətinin axımı MPM-nin 128.3-cü maddəsinə əsasən sonrakı gündən (xx.xx.2025-ci il tarixdən) başlanmış və bir ay davam etmiş, MPM-nin 129.1-ci maddəsinə əsasən sonrakı ayın müvafiq günündə, yəni xx.xx.2023-cü il tarixdə qurtarmışdır; belə olan halda isə müvafiq prosessual müddətin ötürülməsindən bəhs etmək mümkün deyildir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qətnamədən cavabdehin nümayəndəsinin verdiyi apellyasiya şikayəti üzrə nəinki müddətin üzrlü və ya üzrsüz səbəbdən ötürülüb-ötürülməməsinin araşdırılması, ümumiyyətlə müddət məsələsinin müzakirəsinin özü əsassız olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-752/2025 saylı iş üzrə 13 iyun 2025-ci il tarixli qərardadı ləğv olunsun və iş, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin qətnamədən verdiyi apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin digər tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(103)-805/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-805/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver