Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-806/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahim Adil oğlu İbrahimli və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı (təchizat) müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1809/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC şirkəti ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli təchizat müqaviləsinə əsasən ödənilməli olan 23.727 manat borcun, əldən çıxmış faydaya görə 5000 manat məbləğində pul vəsaitinin, dövlət rüsumunun əvəzi olaraq 177 manat pul vəsaitinin, ümumilikdə isə 28.904 manat pulun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1809/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən 23.727 manat məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq 130 məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1809/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən müqaviləni qəbul etmirlər. Müqavilədəki imza birmənalı direktor tərəfindən imzalanmamışdır. İlk növbədə həmin müqaviləni mübahisələndirir. Digər məsələ isə iddiaçı tərəfindən təqdim edilən elektron qaimələr sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin elektron qaimələrin təhvil təslim aktları olmalıdır. Satılmış malın təhvil təslimi barədə aktların da təqdim edilməməsi iddianın əsassız olduğuna əsasdır. Elektron qaimələrin alt sənədlərin əsillərinin təqdim edilməsini, malların satışına dair aktların təqdim edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiqedilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.4-cü bəndinə əsasən, elektron qaimə fakturada onun verilməsinə əsas olmuş qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s. əks olunması nəzərdə tutulmuşdur. Üzləşmə aktını əsas götürərək məhkəmə qərar qəbul etməməlidir. İlk növbədə alış satış aktları məhkəməyə təqdim edilməlidir. Yuxarıda qeyd edilələrlə bağlı məhkəmə tərəfindən araşdırılma aparılmayıb. İddiaçı nə yazıb məhkəmə onu təsdiqləyib və təmin edib. Ümumiyyətlə müqaviləyə də diqqət yetirilsə görünər ki, müqavilə Qanuni nümayəndə tərəfindən imza edilməyib. İddiaçı pul tələbi müqavilə direktor və ya buna səlahiyyətli şəxs tərəfindən imzalanmayıb. Təqdim edilən elektron qaimələrin alt sənədləri mövcud deyildir. Təhvil təslim aktları, satış sənədləri heç biri mövcud olmamışdır. Ümumiyyətlə müqaviləyə də diqqət yetirilsə görünər ki, müqavilə Qanuni nümayəndə tərəfindən imza edilməyib. Yazıdan da görünür ki, başqa şəxs tərəfindən icra edilib. Həmin vaxt və cari tarixədək müəssisənin direktoru Qanuni nümayəndə olmuşdur. Məhkəmə isə müqaviləyə möhürün vurulmasını müqavilənin bağlanmış olması kimi qiymətləndirmişdir. Halbuki məhkəmə həmin möhürü və aktlardakı möhürü araşdırmalı və müvafiq ekspertiza təyin etməli idi. Həmçinin iddiaçı tərəfindən elektron qaimələrin alt sənədləri, yəni alqı satqı təhvil təslim malların verilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir. Üzləşmə aktı hər hansı sənədə əsaslanmadan yazılmışdır. Üzləmə aktındakı imza möhür şübhəlidir. Ola bilsin ki, köhnə işçilərə köhnə tarixlə imzaladıblar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
6. Etiraz belə əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 iyul 2022-ci il tarixli BOL002/22 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı cavabdehə ƏDV daxil 63.106,05 manat dəyərində mallar təqdim etdiyini, lakin iddiaçının həmin malların dəyərini tam ödəmədiyini, nəticədə həmin müqavilə üzrə cavabdehin ona 23.727 manat məbləğində borcunun ödənilməmişdir. Həmçinin məhkəmə qətnaməsində qeyd edərək göstərmişdir ki, iddiaçı ƏDV daxil 63.106,05 manat dəyərində malların cavabdehə təhvil verilməsini birbaşa təsdiq edən sənədləri (məsələn, təhvil-təslim aktı) məhkəməyə təqdim etməsə də, sözügedən malların təqdim edilməsi faktı iddiaçı tərəfindən cavabdehə göndərilmiş, lakin cavabdeh tərəfindən düzəliş üçün qaytarılmamış elektron qaimə-fakturalarla, eləcə də cavabdeh tərəfindən həmin qaimə-fakturalar əsasında edilmiş ödənişlərlə öz təsdiqini tapır. Belə ki, iddiaçı tərəfindən göndərilmiş elektron qaiməfakturalar əsasında cavabdeh tərəfindən ödəniş edilməsi tərəflər arasında malların təhviltəsliminin məhz elektron qaimə-fakturalar göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar adətin formalaşmasına dəlalət edir. İddiaçı MMC cavabdehin borcunun mövcud olmasını təsdiq etmək üçün məhkəməyə üzərinə “X4” MMC-nin (Cavabdeh MMC -nin əvvəlki adı) möhürü vurulmuş üzləşmə aktını da təqdim etmişdir. Məhkəmə “X4” MMC ilə Cavabdeh MMC-nin eyni hüquqi şəxs olmasını nəzərə alaraq həmin üzləşmə aktını da sübut qismində qəbul edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, təqdim edilmiş malların müqabilində Cavabdeh MMC cəmi ƏDV daxil 31.140,11 manat məbləğində ödəniş etmiş, ƏDV daxil 8.155,02 manat dəyərində malları isə geri qaytarmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş Apellyasiya şikayətində yalnız bir abzasda ibarət hissədə gösətrilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən müqaviləni qəbul etmirik. Müqavilədəki imza birmənalı direktor tərəfindən imzalanmamışdır. İlk növbədə həmin müqaviləni mübahisələndiririk. Digər məsələ isə iddiaçı tərəfindən təqdim edilən elektron qaimələr sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin elektron qaimələrin təhvil təslim aktları olmalıdır. Satılmış malın təhvil təslimi barədə aktların da təqdim edilməməsiiddianın əsassız olduğuna əsasdır. Elektron qaimələrin alt sənədlərin əsillərinin təqdim edilməsini, malların satışına dair aktların təqdim edilməsini xahiş edirəm. Ümumiyyətlə müqaviləyə də diqqət yetirilsə görünər ki, müqavilə Qanuni nümayəndə tərəfindən imza edilməyib. İddiaçının pul tələbi etdiyi müqavilə direktor və ya buna səlahiyyətli şəxs tərəfindən imzalanmayıb. X1 əssasız olmasını təsdiq edən yetərincə faktlar və sübutlar iddiaçı olaraq əlimizdə vardır. İlk olaraq xüsusilə bildirir ki, cavabdehin səlahiyyətli nümaəyndələri ilə telefon danışıqları zamanı onlar borcun olduğunu özləri etiraf etmiş lakin vergi problemlərinə görə ödənişin mümkünsüz olduğunu özləri qeyd etmişlər. Bu səs yazıları məhkəməyə təqdim olunmuş və məhkəmə iş materallarına da əlavə olunmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
11. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
14. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
15. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
16. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
22. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 iyul 2022-ci il tarixli BOL002/22 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı cavabdehə ƏDV daxil 63.106,05 manat dəyərində mallar təqdim etdiyini, lakin iddiaçının həmin malların dəyərini tam ödəmədiyini, nəticədə həmin müqavilə üzrə cavabdehin ona 23.727 manat məbləğində borcunun ödənilməmiş qaldığını iddia etmiş və həmin borcun, eləcə də cavabdeh tərəfindən öhdəliyin lazımi qaydada icra edilməməsi nəticəsində əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutulmasını tələb etmişdir.
23. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ƏDV daxil 63.106,05 manat dəyərində malların cavabdehə təhvil verilməsini birbaşa təsdiq edən sənədləri (məsələn, təhvil-təslim aktı) məhkəməyə təqdim etməsə də, sözügedən malların təqdim edilməsi faktı iddiaçı tərəfindən cavabdehə göndərilmiş, lakin cavabdeh tərəfindən düzəliş üçün qaytarılmamış elektron qaimə-fakturalarla, eləcə də cavabdeh tərəfindən həmin qaimə-fakturalar əsasında edilmiş ödənişlərlə öz təsdiqini tapır. Belə ki, iddiaçı tərəfindən göndərilmiş elektron qaiməfakturalar əsasında cavabdeh tərəfindən ödəniş edilməsi tərəflər arasında malların təhvil-təsliminin məhz elektron qaimə-fakturalar göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar adətin formalaşmasına dəlalət edir.
24. Bundan əlavə İddiaçı MMC cavabdehin borcunun mövcud olmasını təsdiq etmək üçün məhkəməyə üzərinə “X4” MMC-nin (Cavabdeh MMC -nin əvvəlki adı) möhürü vurulmuş üzləşmə aktını da təqdim etmişdir. Məhkəmə “X4” MMC ilə Cavabdeh MMC-nin eyni hüquqi şəxs olmasını nəzərə alaraq həmin üzləşmə aktını da sübut qismində qəbul etmişdir.
25. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, təqdim edilmiş malların müqabilində Cavabdeh MMC cəmi ƏDV daxil 31.140,11 manat məbləğində ödəniş etmiş, ƏDV daxil 8.155,02 manat dəyərində malları isə geri qaytarmışdır.
26. Cavabdehin apellyasiya şikayətinə əsas dəlilləri iş materiallarında hər hansı təhvil-təslim sənədinin olmaması, həmçinin müqavilədəki imzanın direktora məxsus olmaması ilə bağlıdır.
27. 01 iyul 2022-ci il tarixli BOL002/22 saylı müqavilənin 3.2-ci bəndinə əsasən bütün ödənişlər hesab-faktura əsasında Alıcı tərəfindən Təchizatçının hesabına bank köçürmə yolu ilə manatla həyata keçilir. Müvqavilənin şərtlərində təhvil-təslim aktı zəruri şərt kimi qeyd edilməmişdir. Göründüyü kimi e-qaimə ödənişin edilməsi üçün kifayət edir.
28. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
29. Cavabdeh şikayətində qeyd edilən e-qaimələrin malların təhvil alınmasını təsdiq edən sübut kimi qəbul etməmiş, müqavilədəki imzanın direktora məxsus olmamasına görə iddianın rədd edilməsini xahiş etmişdir.
30. Qeyd edilməlidir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, hətta əksinə, cavabdeh şirkətin beş gün keçmədən belə ödənişlərin edilməsi tələb edilən bütün e-qaimələri şəxsən təsdiq etməsi cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi mənasına gəlir. Cavabdeh həmin e-qaimələrin onlar tərəfindən ləğv edilməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
31. Apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını ümumiyyətlə təsdiq etməməsi deyil, birbaşa təsdiq etməməsi barədə mövqe bildirilmişdir. Eyni zamanda digər sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verilməsi göstərilmişdir. Göründüyü kimi məhkəmə qeyd edilən Plenum qərarındakı hüquqi mövqeyi nəzərə almış və e-qaimələrə digər sübutlarla əlaqəli şəkildə düzgün hüquqi qiymət vermişdir.
32. İş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehlə alqı-satqı müqaviləsi bağlamış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi qismən yerinə yetirməmiş və müqavilənin etibarlılığını mübahisələndirmişdir. Belə ki, cavabdeh müqavilədəki imzanın direktora məxsus olmamasına əsaslanaraq ondan pul tələb edilməsini qanunsuz hesab edir.
33. 01 iyul 2022-ci il tarixli müqavilədə cəmiyyətin direktoru Qanuni nümayəndə göstərilmiş və onun tərəfindən imza edilmişdir. Cavabdeh işin bu halını mübahisə etsə də, əsaslı şübhə yaradacaq halları göstərməmişdir.
34. Mülki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
35. Cavabdehin mövqeyi əsaslı olması fərz edilsə, bununla əlaqədar qeyd olunmalıdır ki, cavabdeh cəmiyyətin möhürü ilə müqavilə təsdiq edilmiş, müqavilə üzrə ödənişlər edilmişdir. Qeyd edilən hallar müqavilənin etibarlı olmasını göstərmiş, yalnız imzanın cavabdehin direktoruna məxsus olmaması əsası ilə müqavilənin etibarsız hala gəlməsi iş materialları ilə uyğun olmamışdır. İş materialları isə onu göstərir ki, tərəflər arasında real müqavilə münasibətləri olmuş, iradə ifadələri olmuş, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən qismən icra edilmişdir. Bu hallar müqavilənin etibarlı əqd olmasını göstərir.
36. İddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
37. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
38. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1809/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.