Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-807/2022 09.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 23 may 2022-ci il tarixli, e-2-2(113)-442/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 159-GL/19 nömrəli müqavilə üzrə 6463 manat gecikdirilmiş əsas borcun, 3392,84 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın, cəmi 10205,84 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23 may 2022-ci il tarixli, e-2-2(113)-442/2022 saylı qətnaməsinə əsasən - iddianın qismən təmin edilməsi, xx.xx.2019-cu il tarixli 159-GL/19 nömrəli müqavilə üzrə 6463 manat əsas borcun, 300 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın, cəmi 7113 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, 120,62 manat məbləğində dövlət rüsumunun 84,06 manat məbləğinin Cavabdeh tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa edilməsi üçün ərizə və apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən qətnamədən şikayət vermə müddəti cavabdehin iradəsindən asılı olmayan səbəbdən ötmüşdür. Belə ki, qətnamə çıxarıldıqdan sonra, bir müddət gözləsə də, qətnamə cavabdehə göndərilməmişdir. Bir neçə gün öncə icra şöbəsinə çağırıldıqdan sonra qətnamənin artıq icraya yönəldiyini öyrənmişdir. Buna görə də apelyasiya şikayəti vermək üçün qətnamənin ona göndərilməsi ilə bağlı etdiyi müraciətə məhkəmə tərəfindən verilən cavab məktubunda (30 aprel 2022-ci il tarixdə almışam) qətnamənin vəkilinin şəxsi kabinetinə yerləşdirildiyi və təkrar qətnaməni almaq üçün rüsum ödəməli olduğu bildirilmişdir. Halbuki, rüsum qətnamənin təkrar verilməsi zamanı alınır. Cavabdeh isə qətnaməni almamışdır. Bundan sonra vəkili ilə əlaqə saxlamış və onun tərəfindən qətnamə 01 may 2022-ci il tarixdə cavabdehə verilmişdir. Qətnamədən vaxtında şikayət etməməsinin səbəbi də həmin qərarın ona göndərilməməsi olmuşdur. Şəxsi kabineti olmadığından qətnamə kabinet vasitəsilə çatdırılmamış və nədə ki, kağız daşıyıcı da göndərilməmişdir. Məhkəmə, müraciətinə verdiyi cavab məktubunda qətnamənin vəkilinə göndərildiyini qeyd etsə də, həmin qətnamə ona çatdırılmaq üçün deyil, məlumat üçün vəkilin özünə göndərilmişdir. Bu səbəbdən, eləcə də ona çatdırılmaq üçün göndərilmədiyindən, həmçinin məhkəmə tərəfindən də vəkilin üzərinə belə bir vəzifə qoyulmadığından və qanuna əsasən də onun belə bir öhdəliyi olmadığından vəkil qətnaməni ona göndərməmişdir. Ehtimal etmişdir ki, qətnamənin çatdırılması vəzifəsi olan məhkəmə tərəfindən bu təmin olunacaqdır. Bakı Kommersiya Məhkəməsinin 23 may 2022-ci il tarixli, e-2-2(113)-442/2022 saylı qərardadı ilə ərizə təmin edilməmiş, apellyasiya şikayəti qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın İşdə olan sənədlərdən görünür ki, birinci instansiya məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsi cavabdehin nümayəndəsinin (vəkilinin) elektron kabinetinə 10 fevral 2022-ci il tarixdə yerləşdirilmiş, qanunla müəyyən olunmuş müddətdə apellyasiya şikayəti verilmədiyindən ətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti (həmçinin buraxılmış prosessual müddətin bərpasına dair ərizə) isə 12 may 2022-ci il tarixdə verilmişdir. Qeyd edilməlidir ki, MPM-in 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-nin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qanunun qeyd olunan imperativ tələbindən də göründüyü kimi, kommersiya mübahisələri üzrə məhkəmə sənədləri, o cümlədən, məhkəmə aktları işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə təqdim edilir və bu halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə aktının işdə iştirak edən şəxsin elektron kabinetinə yerləşdirilməsindən sonra (rəsmi qaydada təqdim edilməsindən sonra) qətnamənin sonradan (təkrarən) alınması vəziyyəti dəyişdirmir. Belə olan halda məhkəmə aktından şikayət vermə müddətinin əvvəli ilk dəfə rəsmi qaydada təqdim edilmə anından hesablanır Göründüyü kimi, cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti uzun müddət ötürmüş, prosessual müddətin bərpasına dair verdiyi ərizədə göstərilən səbəblər isə müddətin üzrlü sayılmasına qanuni əsas təşkil edə bilməz. Belə olan halda məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, hesab edir ki, cavabdeh tərəfindən müddətin ötürülməsinin üzrlü sayılması və bərpa olunması üçün prosessual əsaslar mövcud deyildir. Cavabdeh prosessual müddətin üzrlü səbəblərdən ötürməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həminin, cavabdeh buraxılmış prosessual müddətin üzrlü sayılması üçün keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Bununla yanaşı, əgər cavabdeh tərəf prosessual müddəti ötürmədiyini bildirirsə (ərizənin və şikayətin dəlilləri əsasən məhkəmə tərəfindən qətnamənin cavabdehə göndərilməməsi üzərinə qurulmuşdur), o zaman buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilməsinə də zərurət olmazdı. Ərizə verildiyi təqdirdə isə bunun üzrlü səbəbləri göstərilməli və bu istiqamətdə sübutlar əlavə olunmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, qeyd edilməlidir ki, qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnir. Həmçinin, qeyd edilməlidir ki, qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 23 may 2022-ci il tarixli, e-2-2(113)-442/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı Kommersiya Məhkəməsinin 23 may 2022-ci il tarixli, e-2-2(113)- 442/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-807/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-807/2022
09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver