Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-807/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1530/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Sığortalı İddiaçı ilə sığortaçı "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli KTH-001/20 saylı heyvanların sığortası şəhadətnaməsinə əsasən İddiaçı lizinqə verilmiş 153 ədəd damazlıq simmental inəklər xx.xx.2020-ci il tarixdən xx.xx.2023cü il tarixədək olan müddətə "xxxx" ASC-də sığortalanmışdır. Müqaviləyə əsasən ümumi sığorta məbləği 773.485,38 manat təşkil etmişdir.
2. Sığorta şəhadətnaməsinin qüvvədə olduğu dövrdə - xx.xx.2020-ci ildən xx.xx.2020ci il tarixədək müddətdə - sığorta predmeti olan 12 baş - AT362678168, AT98285312, AT846937538, AT280958669, AT506949838, AT358176568, AT010077668, AT357400468, AT456338868, AT274988968, AT066169668 və AT056448368 inventar nömrəli simmental inəklər tələf olmuşdur.
3. İddiaçı sığorta ödənişinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu HD-827/21 nömrəli xx.xx.2021-ci il tarixli məktubla bundan imtina etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.560 manat sığorta ödənişinin və qətnamə qəbul olunan günə qədər hər gecikdirilmiş günə görə sığorta ödənişinin 0,1 faizi həcmində dəbbə pulunun, mediasiya rusumunun "xxxx" ASC-dən tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, sığortalanmış damazlıq heyvanlardan 12 baş heyvan xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək müddətdə saxlanıldığı Goranboy rayonu Borsulu kəndində ərzində xəstəlikdən tələf olmuşlar. Sığorta hadisəsi barədə ASC-yə məlumat verilmiş, lakin sığorta şirkəti sığorta ödənişini ödəməkdən imtina etmişlər. Sığorta şirkətinə xx.xx.2021-ci il tarixdə pretenziya qaydasında müraciət olunaraq mübahisənin məhkəmədən kənar həllinə çalışmaqlarına baxmayaraq, "xxxx" ASC xx.xx.2021-ci il tarixli məktubla əsassız olaraq sığorta ödənişindən imtina etmişdir. Sığorta müqaviləsinə əsasən hər baş heyvana görə 1380 manat, cəmi isə 16.560 manat İddiaçı sığorta ödənişi ödənilməlidir. Əlavə olaraq ödəniləcək sığorta ödənişi məbləğinin hər gecikdirilmiş gününə görə 0,1 faizi qədərində pul "xxxx" ASC-dən tutularaq İddiaçı xeyrinə tutulmalıdır.
6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı tərəfindən 2021-ci ilin fevral ayında "xxxx" ASC-yə müraciət olunaraq ASC-də sığortalı olan AT362678168, AT98285312, AT846937538, AT280958669, AT506949838, AT358176568, AT010077668, AT357400468, AT456338868, AT274988968, AT066169668 və AT056448368 inventar nömrəli simmental cinsli düyələrin tələf olduğu bildirilmiş və heyvanlara görə sığorta ödənişi tələbi irəli sürülmüşdür. Müraciətə aidiyyəti üzrə baxılmış və müəyyən olmuşdur ki, tələf olmuş heyvanlar üçün şablon qaydada tərtib edilmiş akt və yarma protokollarında heyvanların xəstələnməsi və ölümünü törədən səbəblər barədə heç bir mütəxəssis rəyi bildirilməmiş və sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün tələb olunan müvafiq sənəd və məlumatlar təqdim edilməmişdir. Sığorta hadisəsini qanunvericiliyə (Mülki Məcəllə, maddə 924) uyğun tənzimləmək üçün "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli HD-643/20 saylı və xx.xx.2021-ci il tarixli HD- 164/21 saylı sorğu məktubları ilə həm sahibkara, həm də Goranboy rayon Baytarlıq idarəsinə müraciət olunaraq, yuxarıda sözügedən simmental cinsli düyələrin tələf olması faktını təsdiqləyən sənəd və məlumatların Cəmiyyətlərinə təqdim edilməsi xahiş edilsə də, sahibkara ünvanlanmış xx.xx.2020-ci il tarixli HD-643/20 saylı məktub cavablandırılmadan geri qaytarılmış, Goranboy rayon Baytarlıq idarəsi isə tələb olunan sənədləri ASC-yə təqdim etməmişdir. Qeyd edilən məlumatların ASCyə təqdim edilməsi məqsədilə "xxxx" ASC xx.xx.2021-ci il tarixli HD-435/21 saylı məktubla təkrarən sahibkara müraciət edilmişdir. Goranboy rayon Baytarlıq idarəsinin xx.xx.2021-ci il tarixli 155 saylı cavab məktubunda Goranboy rayon Xınalı kənd sakini İddiaçı təsərrüfatında cins damazlıq heyvanların ölüm səbəbləri ilə bağlı bildirilir ki, xəstə heyvanlar müalicə dövründə diri ikən laborator müayinələr, yemin və suyun keyfiyyəti, yem nümunələrində qidalılıq dəyəri barədə baytarlıq və aqrokimyəvi laboratoriyalarda analiz aparılmamış, heyvan xəstəliklərinin qarşısının alınması məqsədilə sahibkarın öz maliyyə vəsaiti hesabına peyvəndlərin aparılması barədə təsərrüfatda qeydiyyat isə yoxdur. İddiaçı tərəfndən Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 11 № li qərarı ilə təsdiq edilmiş “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi qaydaları” nın 3.2, 4.3-cü və xx.xx.2007-ci il tarixli 19 № li qərarı ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət edilməmişdir. Araşdırmalar və keçirilmiş monitorinqlər nəticəsində müəyyən olmuşdur ki, təsərrüfatda heyvanların saxlanma-bəslənməsində baytarlıq-sanitariya tələblərinə lazımı qaydada riayət edilməmiş, Goranboy rayon Baytarlıq idarəsinin xx.xx.2021-ci il tarixli 155 saylı məktubunda göstərilənlərə əsasən xəstə heyvanlar müalicə dövründə laborator müayinələr edilməmiş, yemin və suyun keyfiyyəti, yem nümunələrində qidalılıq dəyəri barədə laboratoriyalarda müayinələr aparılmamış, sahibkarın öz maliyyə vəsaiti hesabına peyvəndlərin aparılması barədə təsərrüfatda qeydiyyat olmamışdır. Sənədlərın tərtibində ciddi nöqsan və pozuntulara yol verilmiş, belə ki, heyvanların xəstələnməsi, müalicəsi, xəstəlik və ölüm tarixi və s. barədə yanlış, düzgün olmayan bir-birini təkzib edən təzadlı məlumatlar verilmişdir ki, bu cür sənədlərin mövcud qanunvericiliyə əsasən hüquqi əsası yoxdur və sığorta tələbi üçün əsas kimi qəbul oluna bilməz. Bütün bunlar sübut edir ki, təsərrüfatın müqavilə üzrə baytar həkimi olmamış, vaxtında xəstə heyvanlara müvafiq müalicə tədbirləri görülməmiş və nəticədə heyvanlar tələf olmuşdur. KTH-0001/20 saylı “Heyvanların sığortası” şəhadətnaməsinin istisnalar bölməsinin 9 və 17 bəndlərdə lazimi tədbirlər görülməməsi nəticəsində meydana gələ biləcək xəstəliklər səbəbindən ölümlər, tələf olma halları və məcburi kəsimlər, sığortalının heyvanlara müvafiq diqqət və qayğı göstərə bilməməsi nəticəsində heyvanların ölümü və tələf olması istisnalara aiddir. Mülki Məcəllənin “Sığorta ödənişinin verilməsində imtinanın əsasları” maddəsinin 935.1.8-ci bəndinə və “Heyvanların sığortası qaydaları” nın eyni adlı maddəsinin 12-ci bəndində qeyd olunan “baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi” sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən tələf olmuş simmental cinsli düyələrə görə "xxxx" ASC-nin məsuliyyətinin yaranmadığı müəyyən olunmuşdur.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qətnamə qəbul olunan günə qədər hər gecikdirilmiş günə görə sığorta ödənişinin 0,1 faizi həcmində dəbbə pulunun tutulması hissəsində iddia ərizəsi baxılmamış saxlanılmışdır.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1530/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 923-cü maddəsinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir (923.1). Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır (923.2). Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir (923.3). Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir (923.4).
14. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
15. Həmin Məcəllənin 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi, sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;https://e-qanun.az/framework/46944 icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.https://e-qanun.az/framework/46944
16. Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
17. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduğu halda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.
18. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
21. Belə ki, Mülki Məcəllənin 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi, sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;https://e-qanun.az/framework/46944 icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.https://e-qanun.az/framework/46944
22. Həmin Məcəllənin 934.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
23. Hazırki işdə isə qeyd olunan maddələrin dispozisiya şərtləri mövcud deyildir.
24. Belə ki, mübahisənin düzgün həlli baxımından ilk növbədə müəyyən olunmalı mübahisəli hal sığortalı (və ya sığorta olunan və ya faydalanan şəxs) tərəfindən sığorta hadisəsi barədə sığortaçıya qanunla müəyyən edilmiş müddətdə məlumat verilib-verilməməsindən ibarətdir.
25. Bu qayda tərəflər arasında bağlanmış müqavilədə də təsbit olunmuşdur. Belə ki, müqaviləyə görə sığorta hadisəsi baş verərkən sığortalı tərəfindən yerinə yetirilməli tədbirlər müəyyən edilmiş, həmin şərtlərə görə sığortalı tərəfindən sığorta olunmuş heyvanın xəstələnməsi, qəzaya düşməsi və ya tələf olması barədə ən qısa vaxt ərzində sığortaçıya məlumat verməli, tələf olan, məhv edilən və ya kəsdirilən sığortalı heyvanın tələf olma səbəbi haqqında sığortaçının təyin edəcəyi baytar həkimindən, əlaqədar xərclərin sığortaçı tərəfindən ödənilməsi şərtilə rəsmi arayış almalı idi.
26. Mülki Məcəllənin 923-cü maddəsinə görə də sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir (923.1). Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır (923.2). Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir (923.3). Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir (923.4).
27. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə görə isə bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduğu halda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.
28. Hazırkı işdə isə İddiaçı tələf hadisələri (AT066.169.668 nömrəli heyvanın tələfi istisna) barədə sığortaçıya ən qısa müddət ərzində hər hansı vasitə ilə xəbər verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
29. İddiaçı baş vermiş hadisələr barədə sığortaçıya şifahi qaydada xəbər verdiyini bildirsə də, həmin halı da sübuta yetirə bilməmişdir.
30. Eyni zamanda mübahisəli 12 baş heyvanın tələf olması xx.xx.2020-ci il tarixədək dövrdə müxtəlif vaxtlarda baş verdiyi halda iş materiallarına 2021-ci ilədək olan dövrdə yalnız bir baş heyvanın ölümü ilə bağlı sığorta şirkətinə məlumat verilməsini təsdiq edən sənədlər (AT066.169.668 nömrəli heyvanın tələf olması ilə bağlı "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli məktubu) əlavə edilmişdir. Həmin hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək üçün “Günay Sığorta“ ASC tərəfindən məktubla İddiaçı zəruri sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin sənədlər vaxtında təqdim edilməmişdir (İddiaçı məktubu qəbul etməkdən imtina etmişdir).
31. Digər tərəfdən, "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sözügedən məktubunda AT066.169.668 nömrəli heyvanın tələf olması ilə bağlı xx.xx.2020-ci il tarixdə sığortaçıya məlumat verildiyi göstərilsə də, iş materiallarına əlavə edilmiş yarma protokolundan görünür ki, sözügedən heyvan xx.xx.2020-ci il tarixdə, yəni İddiaçı tərəfindən sığorta şirkətinə heyvanın tələfi barədə məlumat verildiyi tarixdən 2 ay sonra tələf olmuşdur. İddiaçı tərəfindən təqdim edilən sənədlərdə mövcud olan yuxarıda göstərilən ziddiyyətli məqamlar AT066.169.668 nömrəli heyvanın nə vaxt tələf olması və belə olan halda tələfi barədə sığorta şirkətinə vaxtında xəbər verilməsi barədə əsaslı nəticəyə gəlməyi mümkünsüz edir.
32. Göründüyü kimi sığortalı İddiaçı baş vermiş hadisələr barədə sığortaçıya ən qısa müddət ərzində məlumat vermək vəzifəsini icra etməməsi nəticəsində tələf olmuş heyvanların müayinə və yarılması "xxxx" ASC-nin nümayəndələrinin (və ya təyin etdiyi baytar həkimin) iştirakı olmadan həyata keçirilmiş, eləcə də sığortalı tərəfindən "xxxx" ASC-nin təyin etdiyi baytar həkimdən hadisənin səbəbləri barədə rəsmi arayış alınmamışdır.
33. Bundan əlavə, tərəflər arasında bağlanmış sığorta müqaviləsində texniki şərtlər arasında heyvanların peyvənd və dərmanların veterinar həkim tərəfindən təyin olunan proqrama uyğun həyata keçirilməsi; heyvanların saxlandığı yerlərdə heyvan yetişdiriciliyinə uyğun fiziki şəxslərin mövcudluğu kimi şərtlər yer almışdır. Eyni zamanda, həmin şəhadətnaməyə görə texniki şərtlərdə göstərilən peyvənd proqramındakı peyvəndlərin aparılmaması, karantin tədbirlərinə riayət edilməməsi və lazımi tədbirlərin görülməməsi nəticəsində meydana gələ biləcək xəstəliklər səbəbindən ölümlər, tələf olma halları və məcburi kəsimlər sığorta təminatından istisnalara aid edilmişdir.
34. İddiaçıya məxsus fermada keçirilmiş monitorinqə dair xx.xx.2020-ci il tarixli aktdan və Goranboy rayon Baytarlıq idarəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, iddiaçının təsərrüfatında mal-qara talvar şəraitində saxlanılmaqla yem rasionu təşkil edilməmiş, eləcə də iddiaçının vəsaiti hesabına tətbiq edilən peyvəndlərin qeydiyyatı aparılmamışdır.
35. Göründüyü kimi baş vermiş heyvanların ölüm hadisələrinin sığortalı tərəfindən sığorta müqaviləsinin texniki şərtlərin pozulması nəticəsində baş verməsi ehtimalı mövcud olduğu halda sığortaçı sığortalı tərəfindən ehtimal olunan “sığorta hadisələri” barədə lazımi qaydada məlumatlandırılmamış və nəticədə sığortaçı "xxxx" ASC sözügedən hadisələrin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olmuşdur.
36. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin sığorta ödənişini verməkdən imtinası əsaslı olub və birinci instansiya məhkəməsi də düzgün olaraq iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.
37. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1530/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn