Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-809/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı "borc” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi) X1 (sədrlik edən və məruzəçi), X7 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı "borc” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 3221/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC “satıcı”, Cavabdeh MMC “alıcı” olmaqla tərəflər arasında imzalanmış K2024-0064 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləsinin 1.1-ci bəndinə əsasən, Bu müqaviləyə əsasən Satıcı hazırki Müqavilənin Əlavələrində göstərilən materialları (bundan sonra ‘'Mal”adlandırılacaq) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin Malı qəbul etməyi və onun əvəzində Malın satış qiymətini Müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür. Bu müqaviləyə əsasən satılan mal/malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan X3 vəya Satıcı tərəfdən verilən qiymət cədvəlində müəyyən edilir. Müqvilənin 3.3cü bəndinə əsasən, Alıcı aldığı mal/malların qiymətini Satıcı ilə razılaşdırılan və bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən, Satıcı bu müqavilə qüvvəyə mindikdən sonra Alıcı-nın tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı mal/malları təhvil-təslim aktı əsasında Alıcı-ya təhvil verir. Təhvil-təslim icra olunuqdan sonra Satıcı tərəfindən Alıcı-ya elektron qaimə-faktura göndərilir. Müqavilənin 5.3-cü bəndinə əsasən, Alıcı qəbul etdiyi mal/malların dəyərini qanunvericiliklə nəzərdə tutulmuş qaydada, 30 (otuz) gün ərzində Satıcıya ödənilməsini təmin etməlidir. Ödəniş köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 5.4-cü bəndinə əsasən, Razılaşdırılmış müddət ərzində mal/malların dəyəri ödənilmədikdə Satıcı onun ödənilməsini Alıcı-dan tələb etmə hüququna malikdir. Alıcı mal/malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdinnənin hər günü üçün Satıcı-ya vaxtında ödəmədiyi məbləğin 0.1 %-i (umumi məbləğin 30%-dən artıq olmamaq şərti ilə) məbləğində dəbbə pulu ödəyir. Müqavilənin 7.1-ci bəndinə əsasən, Bu müqavilə, tərəflərin onu imzaladığı andan etibarən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirməsi şərti ilə 2 (iki) il müddətində qüvvədədir. Müqavilə müddətinin bitməsinə qədər tərəflər müqaviləyə xitam vermələri barədə qarşı tərəfə hər hansı yazılı bildiriş göndərrmədiyi halda müqavilə daha bir il müddətinə uzadılmış hesab edilir.
2. xx.xx.2024-cü il tarixli Borcların qarşılıqlı üzləşmə Aktından müəyyən olunur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə olan borc 4589,39 manat borcu vardır. Qeyd olunan borcdan əlavə olaraq Cavabdeh MMC-nin İddiaçı MMC-yə 130 AZN dəyərində (13 ədəd) palet borcu vardır.
3. xx.xx.2025-ci il tarixində İddiaçı MMC tərəfindən cavabdehə pretenziya məktubu ünvanlayaraq, 10 iş günü ərzində 4589,39 manat məbləğində əsas borc və 1124,4 manat məbləğində dəbbə pulu, ümumilikdə 5713,79 manat borcun İddiaçı MMCyə ödənilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görməyi xahiş etmiş, Əks təqdirdə pul vəsaitinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
4. 13.03.2025-ci il tarixli ********** nömrəli ödənilmiş qəbzdən görünür ki, İddiaçı MMC 78 manat dövlət rüsumu ödəmişdir
Birinci instansiya məhkəməsindəki ilk icraat qəbul edilmş məhkəmə aktları
5. İddiaçı MMC iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə satılmış malların dəyəri olaraq 4589,39 manat məbləğində əsas borc və 1124,4 manat məbləğində dəbbə pulu, ümumilikdə 5713,79 manat məbləğində borc pulun və 77,14 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında K2024-0064 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə bağlanmıdır. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıdan tikinti materialları almış və qeyd olunan borcu ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında xx.xx.2024-ci ildə "xxxx" MMC-nin İddiaçı MMCyə borcunun olması barədə “tərəflərin qarşılıqlı üzləşdirilməsi” aktı bağlanmışdır. Üzləşmə aktında "xxxx" MMC-nin İddiaçı MMC-yə 4589,39 AZN məbləğində borcunun olması və əlavə olaraq 130 AZN dəyərində (13 ədəd) palet borcunun olmağı qeyd edilmişdir. Müqavilə üzrə satılmış malların dəyəri olaraq 4589,39 manat məbləğində əsas borc və 1124,4 manat məbləğində dəbbə pulu, 130 AZN dəyərində (13 ədəd) palet borcu ümumilikdə 5843,79 manat İddiaçı MMC-yə ödənilməmişdir. Bununla əlaqədar olaraq cavabdehə xx.xx.2025-ci il tarixli Pretenziya məktubu ünvanlanmış, lakin nəticəsiz qalaraq İddiaçı MMC-yə heç bir ödəniş edilməmişdir. Beləliklə, cavabdehin müqavilə üzrə İddiaçı MMC–yə ümumilikdə 5843,79 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Bu günə kimi cavabdeh tərəfindən İddiaçı MMC–yə heç bir ödəniş edilməmişdir. Əlavə olaraq, tərəflər arasında müqavilə bir dəfə bağlansa da alqı-satqı münasibətləri davam etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3221/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən K2024-0064 nömrəli, xx.xx.2024-cü il malların alqı-satqısı haqqında müqaviləsi üzrə 4589,39 manat əsas borc, 220 manat dəbbə pulu olmaqla, ümumilikdə 4809 (dörd min səkkiz yüz doqquz) manat, 39 (otuz doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 68 (altmış) manat 10 (on) qəpiyinin əvəzi İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktı, elektron qaimə) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların qalan dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini, 4589,39 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslıdır, buna görə də 4589,39 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 1124,40 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Qeyd edim ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 220 manat müəyyən olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 78 manat dövlət rüsumunun 68,10 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 445.1, 448.1, 462.1, 465.2, 467, 567, 600.1, 627.1, 634.1,634.2, 637.1 və 637.2, - 741-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3221/2025 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia müddətinin ötürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi tərəflərin razılaşdığı müddətin ötürülməsini nəzərə almamış, iddiaçının tələbini dəbbə pulu hissəsində məbləği azaldaraq, qismən təmin etmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixində bağlanılmış müqavilənin 2.9-cu maddəsinə əsasən, “Satıcı müqavilənin 5.3-cü maddəsinə göstərilən müddətdə Alıcı tərəfindən ödəniş edilmədiyi təqdirdə, 90 gün ərzində qanunvericiliklə müəyyən olunmuş formada Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.” Müqavilənin 5.3-cü bəndi malların dəyərinin 30 gün ərzində Satıcıya ödənilməsini nəzərdə tutur. Satıcı tərəfindən qaimələrin təqdim ediliyi tarixlərdən (xx.xx.2024 və xx.xx.2024-cü il) hesablasaq, iddiaçı ödəniş tələbinə görə məhkəməyə müraciət etmək müddətini ötürmüşdür. Bu müddəti ötürməyə görə heç bir üzrlü səbəb məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı – qətnamə sistemə yerləşdirilənədək məhkəmə işi barədə üzrlü səbəblərdən cavabdehin məlumatı olmamış, buna görə də müddətin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmə imkanı olmamışdır. Mülki Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Müqavilədə başqa hal nəzərdə tutulduğuna görə, məhkəmələr tərəfindən Mülki Məcəllədə müəyyənləşdirilmiş deyil, tərəflərin iradə ifadəsi olan müqavilədə razılaşdırılmış müddət üstün hesab edilməlidir.
Apellyasiya şikayətinə qarşı etiraz
12. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək şikayətin təmin olunmamasını və qətnamənin dəyşdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəllə:
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
16. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.
17. Maddə 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə:
18. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müqavilə üzrə iddia müddətinin keçdiyini bildirərək qətnaməni həmin hissədə mübahisələndirdiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılır.
Məhkəmənin mövqeyi
26. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır.
27. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 3221/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X2rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar).
30. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı).
31. Mülki hüquqda qəbul olunmuş qaydaya görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
32. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2024-cü il tarixində bağlanılmış müqavilənin 2.9-cu maddəsinə əsasən, alıcı öhdəliklərini icra etmədiyi halda satıcının 90 gün ərzində qanunvericiliklə müəyyən olunmuş formada Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Müqavilənin 5.3-cü bəndi malların dəyərinin 30 gün ərzində Satıcıya ödənilməsini nəzərdə tutur. Belə olan halda iddiaçının xx.xx.2024-cü il tarixinədək məhkəməyə müraciət edərək cavabdehdən öhdəliklərinin icrasını tələb etmək hüququ olmuşdur.
33. Lakin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin İddiaçı MMC-yə borcunun olması barədə “tərəflərin qarşılıqlı üzləşdirilməsi” aktı bağlanmışdır.
34. Konstitusiya Məhkəməsi Plenumunun “«Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 08 yanvar 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2005-ci il tarixli Qərarına əsasən alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-nin İddiaçı MMC qarşısında yaranmış borcu həmçinin 31 avqust 2024-cü il tarixdə tərəflər arasında tərtib olunmuş üzləşmə aktında da etiraf olunmuşdur. Belə olan halda aydındır ki, tərəflər arasındakı hüquq münasibətləri həmin andan təzələnmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən müqavilə münasibəti üzrə iddia müddətinin keçməsinə istinad olunması əsassız hesab olunmalıdır.
36. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
37. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
38. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,
QƏTETDİ:
Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3221/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.