Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-810/2020 23.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə “Bakı Kommersiya Məhkəməsinin, iş üzrə cavabdeh tərəfindən məhkəmənin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1723/2020 saylı qərardadından verdiyi şikayətin göndərilməsi barədə” xx.xx.2020-ci il tarixli məktubunu və iş materiallarını Bakı Apellyasiya Məhkəməsinin binasında araşdırıb müəyyən e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqaviləyə əsasən 5000 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə rüsumunun, 500 manat vəkil xərclərinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil vəsatət verərək, şirkətin Abşeron rayonu ərazisində yerləşməsini əsas gətirərək mübahisəyə Sumqayıt Kommersiya Məhkəməsində baxılması üçün göndərilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli saylı qərardadı ilə həmin vəsatət rədd edilmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2020-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli saylı qərardadı ilə şikayət elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadından verdiyi şikayətini yenidən, xx.xx.2020-ci il tarixində, elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli saylı qərardadı ilə cavabdehin, xx.xx.2020-ci il tarixli qərardaddan verdiyi şikayəti yenidən eyni əsasla geri qaytarılmışdır. Cavabdeh tərəfindən məhkəmənin hər iki şikayətin geri qaytarılması haqqında qaytarma qərardadından şikayət verilməmişdir. Sonradan, elektron kabinet vasitəsilə şikayət verilərkən, isə MPM-in 268.1-ci maddəsi ilə müəyyən edilən 10 günlük şikayət vermə müddəti ötürülmüşdür. Lakin, məhkəmə, cavabdehin şikayətini qaytarmasına baxmayaraq, xx xxxxxx 2020-ci il tarixli məktubu ilə baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki, şikayəti geri qaytardığı halda, birincisi, apellyasiya üçün araşdırma obyekti mövcud olmur. İkincisi, qərardaddan şikayətə baxılmasının MPM-in 269-cu maddəsi ilə müəyyən edilən qaydaları vardır. Belə ki, MPM-in: 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə əasən Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə də, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən göndərilmiş məhkəmənin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1723/2020 saylı qərardadından verdiyi şikayətin mümkünlüyü üçün əsaslar müəyyən edilmir. Beləliklə də qeyd edilənlərə əsasən və MPM-in 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” iş materialları, qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla, geri qaytarılsın. Hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-810/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-810/2020
23.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver