Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-810/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2, X1 ibarət tərkibdə, İddiaçı Firmasının Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı Firması tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq, m ü ə y y ə n e t d i: İddiaçı Firması (bundan sonra-iddiaçı) Cavabdehnə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 751674,37 (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat otuz yeddi qəpik) manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Firması iddia tələbinin həcminin artırılması barədə ərizə verib 751674,37 (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat otuz yeddi qəpik) manat məbləğində cərimənin, 748006,68 (yeddi yüz qırx səkkiz min altı manat altmış səkkiz qəpik) manat məbləğində ARDNŞ-nin “X3" Tresti tərəfindən ödənişin gecikdirilməsi nəticəsində yetirilmiş ziyanın və 976812,63 manat məbləğində gecikmə faizinin, cəmi 2476493,68 (iki milyon dörd yüz yetmiş altı min dörd yüz doxsan üç manat altmış səkkiz qəpik) manat, 2694,08 (iki min altı yüz doxsan dörd manat səkkiz qəpik) manat dövlət rüsumu məbləğinin, cəmi 2479187,76 (iki milyon dörd yüz yetmiş doqquz min bir yüz səksən yeddi manat yetmiş altı qəpik) manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddianın rədd edilməsi, malların çatdırılması öhdəliyi vaxtında icra edilmədiyi üçün 751674,37 (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat otuz yeddi qəpik) manat məbləğində dəbbə pulu və 1041,67 (bir min qırx bir manat altmış yeddi qəpik) manat dövlət rüsmunun İddiaçı Firmasından tutularaq Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh İddiaçı firmasından qarşılıqlı iddia ərizəsi ilə tələb edilən 751674,37 manat (yeddi yüz əlli bir min altı yüz yetmiş dörd manat otuz yeddi qəpik) cərimə məbləğinə əlavə olaraq 400396,33 (dörd yüz min üç yüz doxsan altı manat otuz üç qəpik) məbləğində İddiaçı firması tərəfindən ödənişin gecikdirilməsi nəticəsində yetirilmiş ziyanın (inflyasiya faizinin) və 246559,72 (iki yüz qırx altı min beş yüz əlli doqquz manat, yetmiş iki qəpik) manat məbləğində gecikmə faizinin, boşdayanma xərci qismində ******* manat, cəmi 2657 430,42 manat ( iki milyon altı yüz əlli yeddi min dörd yüz otuz manat qırx iki qəpik), 2118,72 manat (iki min bir yüz on səkkiz manat, yetmiş iki qəpik) dövlət rüsumu məbləğinin, beləliklə də cəmi 2659549,14 manat (iki milyon altı yüz əlli doqquz min beş yüz qırx doqquz manat on dörd qəpik) məbləğin İddiaçı firmasından tutularaq SOCAR Cavabdeh nəfinə tutulması və SOCAR Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Firması iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim edərək iddia müddəti tətbiq edilməklə ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 1299,90 manat dəbbə pulu, 33 manat dövlət rüsumu, ümumilikdə 1332,90 (bir min üç yüz otuz iki manat doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçı Firmasına ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İlkin iddia üzrə İddiaçı Firması qeyd edilən qətnamədən şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 2(103)-638/2025 saylı qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verərək, apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025 saylı qərardadı ilə ilkin iddia üzrə iddiaçı "xxxx" Firması tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilərək İddiaçı Firmasının Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)- 1085/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün materiallarla birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025 saylı qərardadı ilə İddiaçı Firmasının Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)- 1085/2025 saylı qətnaməsindən İddiaçı Firması tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti isə geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş, məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Bundan sonra Bakı Kommersiya Məhkəməsi məktubla Cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1085/2025 saylı qərardadından apellyasiya şikayəti və ərizə daxil olduğundan kommersiya işini apellyasiya şikayətinə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir və birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsini müzakirə edir. MPM-nin tələblərinə cavab verən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. İşdən görünür ki, cavabdeh apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə ilə birinci instansiya məhkəməsinə də müraciət etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı Firmasının Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması və prossesual müddətin bərpasına dair ərizəyə münasibət bildirilməsi üçün mümkünlük qərardadı ləğv edilməklə və apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrааldı: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli mümkünlük qərardadı ləğv edilsin. , İddiaçı Firmasının Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(103)-810/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-810/2025
09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver