Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-813/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 və Cavabdeh1 MMC-nin nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1400/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndən 89312,68 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 89342,68 manat pulun iddiaçının xeyrinə tutulması, borc tələbinin ünvan ünvanda yerləşən, RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01.08.2018-ci il olan çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan əmlaka yönəldilməsi, Cavabdeh2 həmin əmlak üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması, iddiaçının qeyd edilən əmlakın yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.04.2021-ci il tarixli e-2-2(113)-1400/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1ndən 89312,68 manat əsas borcun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat məbləği Cavabdeh1ndən tutularaq İddiaçınə ödənilməsi, qalan 15 manat məbləğinin İddiaçınə aid edilməsi qət edilmişdir. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin borcun girov tələbinə yönəldilməsi hissəsi məhkəmə tərəfindən təmin edilməmiş və nəticədə tərəflər arasındakı razılaşma məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Belə ki, tərəflər arasında mövcud razılaşmaya əsasən borc tələbi girova yönəlməli idi. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi Qanuni nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili X3 isə mübahisənin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 19.09.2016-cı il tarixli SM/QQ-034 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 MMC-yə müxtəlif inşaat kimyəviləri məhsulları satmağı, Cavabdeh1 MMC isə malları qəbul edib razılaşdırılmış pul məbləğini iddiaçıya ödəməyi öhdələrinə götürmüşdür. Alqı-satqı müqaviləsinin təminatı kimi "xxxx" MMC, İddiaçı MMC və Cavabdeh2 arasında 21.09.2020-ci il tarixli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 məxsus ünvan ünvanda yerləşən, həyətyanı sahə və ev iddiaçı qarşısında girovla yüklü edilmişdir. İddiaçı 89312,68 manat əsas borcun Cavabdeh1 MMC-dən tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür. Cavabdeh1 MMC iddianı etiraf edir və 89312,68 manat əsas borcun girov predmeti olan əmlaka yönəldilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 21.09.2020-ci il tarixli girov müqaviləsinin predmetini daşınmaz əmlak təşkil edir. Mülki Məcəllənin 269.4-cü maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən həmin müqavilə ipoteka müqaviləsi hesab olunur. Mülki Məcəllənin 280.3, 307.7-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2, 10.4-ci maddələrinə görə isə ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməli və dövlət qeydiyyatına alınmalıdır. Lakin tərəflər arasında bağlanmış 21.09.2020-ci il tarixli müqavilə notariat qaydasında təsdiqlənməmiş və dövlət qeydiyyatına alınmamışdır. Mülki Məcəllənin 280.4-cü maddəsinə görə isə bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. Həmin Məcəllənin 329.1-ci maddəsində də göstərilmişdir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.http://eqanun.az/framework/46944 Göründüyü kimi tərəflər arasında bağlanmış 21.09.2020-ci il tarixli müqavilə əhəmiyyətsiz əqddir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrində isə təsbit olunmuşdur ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən həmin müqaviləyə istinad edərək tələbin girov əmlaka yönəldilməsi barədə tələbləri və ondan irəli gələn digər iddia tələblərini irəli sürməsi əsassızdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1400/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05.04.2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2-2(103)-813/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-813/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver