Məhkəmə qərarları › İş №2-2(103)-814/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-814/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-814/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, borc pulun yenidən tələb edilməsi, preyudisiya institutu) X1 Qocayevin sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-598/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. Lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 986-L/12 nömrəli lizinq müqaviləsi və həmin tarixli texnikaların lizinqə verilməsi barədə əmrə əsasən lizinq verən dəyəri 37500 manat olan 1 ədəd MTZ- 1221 markalı traktor, dəyəri 3200 manat olan 1 ədəd AG-14-5 markalı kotan, dəyəri 6900 manat olan 1 ədəd TS-24 markalı taxılsəpən və dəyəri 6200 manat olan 1 ədəd 6 tonluq traktor qoşqusu olmaqla, ümumilikdə dəyəri 53800 manat olan 4 ədəd kənd təsərrüfatı texnikasını məbləğ tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə vermişdir.

2. xx.xx.2012-ci il tarixli, 986-L/12 nömrəli lizinq müqaviləsinin ödəniş qrafikinin 1 nömrəli əlavəsinə əsasən qabaqcadan ödənilmiş 5380 manat ilkin ödəniş nəzərə alınmaqla 4 ədəd kənd təsərrüfatı texnikasına dair 2012-2021-ci illər üzrə ümumilikdə 48 420 manat məbləğində ödəniş edilməlidir.

3. Lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 1177-L/12 nömrəli lizinq müqaviləsi və həmin tarixli texnikaların lizinqə verilməsi barədə əmrə əsasən lizinq verən dəyəri 28500 manat olan 1 ədəd MTZ- 892 markalı traktor, dəyəri 2600 manat olan 1 ədəd AG-14-4 markalı kotan və dəyəri 6200 manat olan 1 ədəd 6 tonluq traktor qoşqusu olmaqla, ümumilikdə dəyəri 37300 manat olan 3 ədəd kənd təsərrüfatı texnikasını məbləğ tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə vermişdir.

4. xx.xx.2012-ci il tarixli, 1177-L/12 nömrəli lizinq müqaviləsinin ödəniş qrafikinin 1 nömrəli əlavəsinə əsasən qabaqcadan ödənilmiş 3730 manat ilkin ödəniş nəzərə alınmaqla 3 ədəd kənd təsərrüfatı texnikasına dair 2013-2020-ci illər üzrə ümumilikdə 33570 manat məbləğində ödəniş edilməlidir.

5. Lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 286-L/13 nömrəli lizinq müqaviləsi və xx.xx.2013-cü il tarixli texnikaların lizinqə verilməsi barədə əmrə əsasən lizinq verən 60000 manat və 58500 manat olmaqla ümumilikdə dəyəri 118500 manat olan 2 ədəd SK-5ME-1 markalı kombaynı məbləğ tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə vermişdir.

6. xx.xx.2013-cü il tarixli, 286-L/13 nömrəli lizinq müqaviləsinin ödəniş qrafikinin 1 nömrəli əlavəsinə əsasən qabaqcadan ödənilmiş 9800 manat ilkin ödəniş nəzərə alınmaqla 2 ədəd kənd təsərrüfatı texnikasına dair 2013-2020-ci illər üzrə ümumilikdə 88 200 manat məbləğində ödəniş edilməlidir.

7. Lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1386-L/14 nömrəli lizinq müqaviləsi və xx.xx.2014-cü il tarixli texnikaların lizinqə verilməsi barədə əmrə əsasən lizinq verən dəyəri 29000 manat olan 1 ədəd MTZ 89.2 markalı traktor, dəyəri 2600 manat olan 1 ədəd KR-14 (AG-14-4) markalı kotan və dəyəri 6550 manat olan 1 ədəd TS-24 markalı taxıl səpən olmaqla, ümumilikdə dəyəri 38150 manat olan 3 ədəd kənd təsərrüfatı texnikasını məbləğ tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə vermişdir.

8. xx.xx.2014-cü il tarixli, 1386-L/14 nömrəli lizinq müqaviləsinin ödəniş qrafikinin 1 nömrəli əlavəsinə əsasən qabaqcadan ödənilmiş 3815 manat ilkin ödəniş nəzərə alınmaqla 3 ədəd kənd təsərrüfatı texnikasına dair 2014-2024-cü illər üzrə ümumilikdə 34 335 manat məbləğində ödəniş edilməlidir.

9. Masallı Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(050)-134/17 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilələrin ləğvi, texnikaların saz vəziyyətdə geri qaytarılması və pul” tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2012, xx.xx.2012, xx.xx.2013 və xx.xx.2014-cü il tarixli lizinq müqavilələrinin ləğv edilməsi, Cavabdeh lizinq müqavilələri üzrə 62140 manat əsas, 3217 manat cərimə, 30 manat dövlət rüsumunun tutulması, həmçinin lizinq obyektləri olan 2 ədəd MTZ-89.2 markalı və 1 ədəd MTZ-1221 markalı traktor, 1 ədəd KR 14 markalı, 1 ədəd AG 14-4 markalı və 1 ədəd AG 14-5 markalı kotan, 2 ədəd TS-24 markalı taxılsəpən, 2 ədəd 6 tonluq traktor qoşqusu və 2 ədəd SK-5ME-1 markalı kombaynın saz vəziyyətdə lizinq verənə qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 459-GL/15 nömrəli lizinq müqaviləsi (güzəştli) bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən lizinq verən dəyəri 28500 manat olan 1 ədəd Belarus- 892 markalı traktor, dəyəri 6900 manat olan 1 ədəd TS-24 markalı taxılsəpən, dəyəri 37500 manat olan 1 ədəd Belarus-1221 markalı traktor, dəyəri 2600 manat olan 1 ədəd AG-14-4 markalı kotan, dəyəri 50800 manat olan 1 ədəd SK-5ME-1 markalı kombayn, dəyəri 6200 manat olan 1 ədəd qoşqu 6 tonluq, dəyəri 47200 manat olan 1 ədəd SK-5ME- 1 markalı kombayn, dəyəri 6200 manat olan 1 ədəd qoşqu 6 tonluq və dəyəri 3200 manat olan 1 ədəd AG-14-5 markalı kotan olmaqla, ümumilikdə dəyəri 62 680 manat (ilkin dəyərinin 40% hissəsinə güzəşt tətbiq edilməklə və əvvəlcədən ödənilmiş ödənişlər üzrə ümumilikdə 50780 manat nəzərə alınmaqla) olan 9 ədəd kənd təsərrüfatı texnikasını məbləğ tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verir; - 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalan məbləğini ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür; - 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur; - 1.4-cü bəndinə əsasən kənd təsərrüfatı texnikasına güzəşt tətbiq edilməsi məqsədilə yaradılmış Xüsusi Komissiyanın 2015-ci il 17 aprel tarixli protokolu və lizinq ödəniş qrafiki (Əlavə № 1) bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur; - 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir.

11. xx.xx.2015-ci il tarixli, 19 nömrəli Kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiqi üzrə Xüsusi komissiya iclasının protokoluna əsasən xx.xx.2012, xx.xx.2012 və xx.xx.2013-cü il tarixli lizinq müqavilələrinə xitam verilməsi, lizinq obyekti olan 1 ədəd Belarus-892 markalı traktora 11400 manat, 1 ədəd AG-14-4 markalı 4 gövdəli kotana 1040 manat, 1 ədəd 6 tonluq qoşquya 2480 manat, 1 ədəd SK-5ME-1 markalı kombayna 20320 manat, 1 ədəd SK-5ME-1 markalı kombayna 18880 manat, 1 ədəd TS-24 markalı gübrəsəpənə 2760 manat, 1 ədəd Belarus-1221 markalı traktora 15000 manat, 1 ədəd 6 tonluq qoşquya 2480 manat, 1 ədəd AG-14-5 markalı 5 gövdəli kotana 1280 manat (texnikanın ilkin dəyərinin 40%-i) güzəşt tətbiq edilməklə "xxxx" ASC ilə Cavabdeh arasında yeni lizinq müqaviləsinin bağlanılması, xx.xx.2014-cü il tarixli müqavilə üzrə lizinq obyekti olan 1 ədəd AG-14-4 markalı 4 gövdəli kotanın, 1 ədəd Belarus-892 markalı tarktorun və 1 ədəd TS-24 markalı gübrəsəpənin ilkin dəyərinin 20%-i ödənilmədiyi üçün güzəşt tətbiq edilməməsi nəzərdə tutulmuşdur.

12. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.

13. xx.xx.2020-ci il tarixli, 459-GL/15 saylı lizinq müqaviləsinə 1 saylı əlavə olan ödəniş qrafikinə əsasən lizinq alan tərəfindən texnika üçün 2015-ci ilin İ rübündən başlayaraq 2022-ci ilin İİ rübünə qədər olan dövrdə ümumilikdə 62 680 manat məbləğində lizinq ödənişləri edilməlidir.

14. xx.xx.2020-ci il tarixli, 459-GL/15 saylı lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən lizinq alan tərəfindən 2015-ci ilin İ rübündən başlayaraq 2023-cı ilin İİİ rübünə qədər olan dövrdə ümumilikdə 120403,90 manat məbləğində cərimə ödənişləri edilməlidir.

15. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixli, 459-GL/15 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 62680 manat, cərimə borcu 120403,90 manat olmaqla, cəmi borc 183083,90 manat təşkil edir.

16. Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş, iddiaçı tərəf iştirak edərək, 400 manat məbləğində mediasiya xərci ödəmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1039 saylı ekspert rəyinə əsasən xx.xx.2020-cı il tarixli 459-GL/15 nömrəli lizinq müqaviləsindəki imzalar Cavabdeh tərəfindən icra olunmuşdur.

18. Masallı rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan məktubuna əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-134/17 nömrəli icra sənədi xx.xx.2017-ci il tarixdə Masallı rayon İcra şöbəsinin icraatına daxil olmuş, xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu Cavabdeh icra sənədində göstərilən tələbi təmin etmədiyi üçün onun əmlak və pul vəsaitlərinin müəyyən edilməsi məqsədilə məcburi icra tədbirləri aparılmış, lakin borclunun tələbin yönəldilməsi mümkün olan hər hansı əmlakı və gəliri aşkar edilməmişdir. Əlavə olaraq, texnikalar tələbkara qaytarılmamışdır və icra sənədi icraatda olmaqla icra tədbirləri davam etdirilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

19. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-cı il tarixli, 459-GL/15 nömrəli müqavilə üzrə 62680 manat gecikdirilmiş borc və 120403,90 manat cərimə borcu, hüquqi yardıma görə ödənilmiş 500 manat və mediasiya xərci 400 manat olmaqla, cəmi 183983,9 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2020-cı il tarixli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə müqavilə üzrə 62680 manat gecikdirilmiş borc və 120403,90 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, ödənişlər yerinə yetirilməmişdir.

21. İddiaya qarşı etiraz təqdim olunmuş və etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin "xxxx" ASC-yə borcu olmuş və borca görə eyni texnikalarla bağlı məhkəməyə müraciət olunmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 62140 manat əsas, 3217 manat cərimə borcu, 30 manat dövlət rüsumunun tutulması, həmçinin lizinq obyekti olan 12 ədəd kənd təsərrüfatı avadanlıqlarının saz vəziyyətdə lizinq verənə qaytarılması qət edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamə qüvvədə qalmışdır. Texnikalar cavabdehə təqdim edilməmişdir. Lakin, iddiaçı yeni müqavilə təqdim edərək, guya onunla yeni müqavilə bağladığını və həmin texnikaları ona verdiyini bildirmişdir. Cavabdeh iddianı qəbul etmir. Belə ki, müqavilə və aktlara diqqət yetirildikdə hamısının bir-birindən fərqli olduğu görünür. Ödəniş qrafikindən isə görünür ki, 2015-ci ildən ödənişlər olmuş, borc və faizlər həmin tarixdən yaranmışdır.

22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-598/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixli, 459-GL/15 saylı müqavilə üzrə 62680 manat məbləğində gecikdirilmiş əsas borc, 3000 manat məbləğində dəbbə pulu, cəmi 65680 manat məbləğində pul vəsaiti, həmçinin hüquqi yardıma görə ödənilmiş 500 manat və 165 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir.

23. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı "xxxx" ASC ilə cavabdeh arasında əvvəllər lizinq müqavilələrinin bağlandığı və həmin müqavilələrə əsasən ümumilikdə 12 ədəd texnikanın cavabdehə təhvil verildiyi müəyyən edilmişdir. Sözügedən müqavilələr üzrə lizinq obyekti olan texnikaların lizinq alana təhvil verilməsi faktı Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2017-ci il tarixli qətnaməsində öz təsdiqini tapdığından onun yenidən sübut edilməsinə zərurət yoxdur. Qətnamə ilə sözügedən müqavilələrin ləğv edilməsi və lizinq obyekti olmuş 12 ədəd kənd təsərrüfatı texnikasının lizinq alana geri qaytarılması qət edilsə də, həmin qətnamə icra edilməmişdir. "xxxx" ASC ilə cavabdeh arasında 9 ədəd kənd təsərrüfatı texnikasının cavabdehə yenidən lizinqə verilməsi barədə xx.xx.2020-ci il tarixli mübahisəli lizinq müqaviləsi bağlanmışdır. Cavabdeh iddiaya etirazını kənd təsərrüfatı texnikalarının ona təhvil verilməməsi ilə əsaslandırsa da, Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə qaytarılmalı olan texnikaların "xxxx" ASC-yə qaytarmasını sübuta yetirə bilməmişdir. Əksinə, sözügedən qətnamənin texnikaların qaytarılması hissəsində hazırkı vaxtadək icra edilməməsi iş materiallarına əlavə edilmiş Masallı rayon İcra və Probasiya Şöbəsinin 17 sentyabr 2024-cü il tarixli məktubu ilə öz təsdiqini tapır. Mübahisəli lizinq müqaviləsi üzrə lizinq obyekti olan 9 ədəd texnikanın əvvəlki lizinq müqavilələri bağlanarkən cavabdehə təhvil verilməsi müəyyən edildiyindən, eləcə də həmin texnikaların sonradan cavabdeh tərəfindən "xxxx" ASC-yə qaytarılması iş materialları ilə öz təsdiqini tapmadığından, məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəli lizinq müqaviləsi bağlandığı vaxtdan texnikalar cavabdehin sahiblik və istifadəsində olmuşdur. Odur ki, texnikaların ona təhvil verilməməsi barədə cavabdehin dəlilləri əsassızdır. Beləliklə, məhkəmə, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq müqaviləsi üzrə 62680 manat məbləğində gecikdirilmiş borcun yarandığını, öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməli olduğunu, eləcə də "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçıya keçdiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 3000 manat məbləğində müəyyən edilməlidir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

24. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-598/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti iddiaya etiraz ərizəsinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, hazırkı iş üzrə Masallı Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qətnaməsi və Masallı Rayon İcra Şöbəsində icra işi olduğuna görə iddia tələbi üzrə icraata xitam verilməlidir. Hazırda qeyd edilən qətnamə üzrə icra hərəkətləri davam etdirilir. Bundan başqa, hazırkı iddia üzrə texnikalar cavabdehə təhvil verilməmişdir. Təhvil-təslim aktlarında nə adlar uyğun gəlir, nə də imzalar. Lakin, iddiaçı yeni müqavilə təqdim edərək, guya onun yeni müqavilə bağladığını və həmin texnikaları ona verdiyini bildirmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, müqavilədəki imza cavabdehə məxsusdur. Dəfələrlə təhvil-təslim aktlarının yoxlanılması tələb edilsə də, məhkəmə bunu qəbul etməmişdir. Məhkəmə özü qeyd edir ki, eyni tələb üzrə Masallı rayon Məhkəməsində iş var və xx.xx.2024-cü il tarixli İcra şöbəsinin məktubu vardır. Həmin işdə də tələb texnikaların və hazırda tələb olunan 62140 manat əsas, 3217 manat cərimə və 30 manat dövlət rüsumunun qaytarılmasıdır. İşin mübahisəsiz halı odur ki, hər iki müqavilədəki texnikalar eyni texnikalardır. Fərqli məqam odur ki, birinci müqavilə üzrə texnikalar təhvil verilmiş, lakin mübahisəli müqavilə üzrə texnikalardan cəmi biri verilmişdir. Həmçinin, qanuni qüvvəsini almış qətnamə üzrə tələb olunan borc yenidən tələb olunur. Bu da cavabdehin iki dəfə borclanmasına gətirib çıxarır. Məhkəmə bunları araşdırmadan qətnamə qəbul etmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 dekabr 2024cü il tarixli, 2-2(103)-1194/2024 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-598/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiaya etiraz ərizəsində irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən prosessual qənaət prinsipinə əsasən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat:

28. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2-2(103)-1194/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti iddiaya etiraz ərizəsi və apellyasiya şikayətinə uyğun dəlillərlə əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, məhkəmədən həm apellyasiya şikayətində, həm də vəsatətlərdə təhvil-təslim aktlarındakı imzaların yoxlanılması tələb edilsə də, apellyasiya məhkəməsi ümumiyyətlə buna heç bir qiymət verməmişdir. İş üzrə ən maraqlı məqam da məhz elə texnikaların kimə təhvil verilməsidir. İddiaçı texnikanı təhvil verməyibsə, cavabdehdən necə pul tələb edə bilər.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 29 may 2025-ci il tarixli, 2-2(102)-246/2025 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 dekabr tarixli, 2-2(103)-1194/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

31. Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki: - “33. İşin müəyyən edilmiş hallarına görə Masallı rayon Məhkəməsinin qanuni qüvvədə olan 31 yanvar 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-yə qaytarılması qət edilmiş, lakin cavabdeh tərəfindən qaytarılmamış 9 ədəd kənd təsərrüfatı texnikasının cavabdehə yenidən lizinqə verilməsi barədə tərəflər razılaşmış və bununla bağlı 28 oktyabr 2020-ci il tarixli, 459-GL/15 nömrəli mübahisəli lizinq müqaviləsini bağlamışlar. - 34. Məhkəmələr cavabdehin 28 oktyabr 2020-ci il tarixli, 459-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə 62 680 manat məbləğində gecikdirilmiş borcunun yarandığını, lizinq müqaviləsindəki öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsinin müəyyən edildiyini, nəzərə alaraq belə qənaətə gəlmişlər ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. - 35. İş üzrə gəlinən nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətinin əsas dəlilləri hazırkı iddia üzrə texnikaların cavabdehə təhvil verilməməsi və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş borcun hazırkı iddia üzrə yenidən tələb edilməsi ilə bağlıdır. - 36. Məhkəmə kollegiyası baxılan iddia üzrə texnikaların cavabdehdə olmasının yuxarıda qeyd edildiyi kimi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə təsdiqini tapdığını (bax § 3,13) və həmin texnikaların iddiaçıya qaytarılmasına dair qətnamənin indiyədək icra olunmamasını nəzərə alaraq, cavabdehin kassasiya şikayətinin texnikaların cavabdehə təhvil verilməməsi ilə bağlı dəlillərini əsassız hesab edir. - 37. Məhkəmə kollegiyası qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş borcun hazırkı iddia üzrə yenidən tələb edilməsi hissəsində kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. - 38. İşin materiallarında olan, 2020-ci il 28 oktyabr tarixli, 459-GL/15 saylı lizinq müqaviləsi üzrə ödəniş qrafiklərindən müəyyən olunur ki, lizinqə verilən texnikalara görə cavabdeh tərəfindən 2015-ci ilin 2-ci rübündən 2022-ci ilin 2-ci rübünədək ödənilməli olan cəmi borc 62 680 manat təşkil edir. - 39. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2019cu il 13 dekabr tarixli 2(102)-7693/2019 nömrəli qərarından görünür ki, eyni texnikalara görə cavabdehdən 2016-cı il 11 iyul tarixinədək yaranmış borc tutulmuşdur. - 40. Göründüyü kimi, eyni texnikalara görə cavabdehdən iddiaçının xeyrinə 2016-cı il 11 iyul tarixinədək borcun tutulmasına dair qanuni qüvvədə olan məhkəmə aktı mövcuddur. Lakin apellyasiya instansiyası məhkəməsi 2015-ci ilin 2-ci rübündən 2022-ci ilin 2-ci rübünədək yaranmış borcun tutulması tələbinə baxarkən, eyni dövr üzrə (2016-cü ilin 11 iyul tarixinədək) borcun ikinci dəfə tələb edilməsinə düzgün hüquqi qiymət verməmiş, bununla da MPM-nin 88 və 82.3-cü maddəsinin tələbləri pozulmuşdur (bax § 30). - 41. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı eyni dövr üzrə borcun təkrar tələb edilib-edilməməsi məsələsi müzakirə edilməli, məhkəmə aktının preyudisiallığına dair prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla mübahisəli hüquq münasibətinə tətbiq edilməli hüquq normasına uyğun məhkəmə aktı qəbul edilməlidir. - 42. “Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarı) - 43. Bundan əlavə nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış 2020-ci il 28 oktyabr tarixli lizinq müqaviləsinə görə (müqavilənin 1.1-ci bəndi) cavabdehdən tələb olunan 62 680 manat borc təkcə lizinq obyektindən istifadəyə görə deyil, həm də onun müvafiq güzəşt tətbiq edilməklə dəyərini təşkil edir. - 44. Bununla belə, Masallı rayon icra və probasiya şöbəsinin 2024-cü il 17 sentyabr tarixli, 87256/17 nömrəli məktubundan görünür ki, baxılan iş üzrə lizinq obyektlərinin cavabdehdən alınaraq iddiaçıya qaytarılmasına dair məhkəmə qətnaməsi (bax § 3) hazırda icra mərhələsindədir və icra hərəkətləri davam etdirilir. İddiaçının nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən 2024-cü il 26 fevral tarixindən keçirilən məhkəmə iclasında verdiyi izahatında, anoloji vəziyyətdə olan işlərdə tələbkarın icra vərəqəsinin geri qaytarılması ilə bağlı icra şöbəsinə müraciət etdiyini bildirmişdir. - 45. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Masallı rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-134/2017 saylı, 2017-ci il 31 yanvar tarixli icra sənədinin texnikaların qaytarılması hissəsində də icra hərəkətlərinin davam edibetməməsi ilə bağlı hüquqi dəyərləndirmə aparılmamaqla iddia tələbinə qiymət verilməlidir. - 46. “Məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır” (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarları). - 47. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Yeni apellyasiya baxışı zamanı yuxarıda qeyd olunan nöqsanları aradan qaldırılmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməlidir”.

Təkrar apellyasiya baxışı

32. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

33. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

34. İşin halları, cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri ilə bağlı hər hansı məlumat təqdim etməməsi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. ... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

... Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. ... Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ... Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. ... Maddə 531. Öhdəliyə novasiya nəticəsində xitam verilməsi 531.1. Öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. ... Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. ...

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar ... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. ... Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; ... Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Maddə 388. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. … Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri:

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 29 may 2025-ci il tarixli, 2-2(102)-246/2025 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 dekabr tarixli, 2-2(103)-1194/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Odur ki, hazırkı apellyasiya baxışında birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılır.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi:

39. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya baxışının hədləri ilə bağlı yuxarıdakı mövqeyinə uyğun olaraq apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-598/2024 nömrəli qətnaməsi tələbin təmin edilən hissəsində ləğv edilməli və iddia rədd edilməlidir.

40. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri hazırkı iddia üzrə texnikaların cavabdehə təhvil verilməməsi və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş borcun hazırkı iddia üzrə yenidən tələb edilməsi ilə bağlıdır.

41. Məhkəmə kollegiyası texnikaların cavabdehə təhvil verilməməsinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli lizinq müqaviləsinin bağlanması zamanı texnikaların cavabdehin faktiki sahibliyi və istifadəsində olması işin sübuta yetirilmiş halı olmaqla, kassasiya instansiyası məhkəməsi də bu barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab etdiyindən həmin dəlil hazırkı apellyasiya baxışının predmetini təşkil etmir.

42. Eyni borcun ikinci dəfə tələb edilməsi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin bu dəlili əsaslıdır.

43. Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə əvvəlki 4 lizinq müqaviləsi üzrə cavabdehə lizinqə verilmiş 12 ədəd kənd təsərrüfatı texnikasının geri qaytarılması, həmçinin müqavilələr üzrə ödənilməyən 62 140 manat puluun cavabdehdən tutulması qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.

44. İşin təkrar apellyasiya baxışı mərhələsində məhkəmə tərəfindən sözügedən qətnamənin icra vəziyyətinin, eləcə də qaytarılmalı olan 12 ədəd texnikanın qaytarılıbqaytarılmamasının müəyyən edilməsi məqsədilə Masallı rayon İcra və probasiya şöbəsinə sorğu ilə müraciət edilmiş, cavab məktubuna əsasən icra sənədi üzrə icra hərəkətlərinin davam etdirildiyi və texnikaların tələbkara qaytarılmadığı qeyd edilmişdir.

45. İşin təkrar apellyasiya baxışı zamanı cavabdehin dəlillərinin ətraflı və hərtərəfli araşdırılması məqsədilə Masallı Rayon Məhkəməsindən 2(050)-134/17 saylı iş materialları tələb edilmişdir.

46. İşin materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli lizinq müqaviləsi üzrə ümumilikdə dəyəri 53800 manat olan 4 ədəd, xx.xx.2012-ci il tarixli müqavilə üzrə dəyəri 37300 manat olan 3 ədəd, xx.xx.2013-cü il tarixli müqavilə üzrə dəyəri 118500 manat olan 2 ədəd və xx.xx.2014-cü il tarixli müqavilə üzrə dəyəri 38 150 manat olan 3 ədəd kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Cavabdeh dörd müqavilə üzrə ümumilikdə 22 725 manat (10%) məbləğində ilkin ödəniş etmiş, xx.xx.2016-cı il tarixədək əlavə 31 870 manat olmaqla cəmi 54 595 manat ödəniş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə 12 ədəd texnikanın qaytarılması və 62 140 manat əsas borcun 3000 manat cərimə borcunun tutulması qət edilmişdir.

47. xx.xx.2020-ci il tarixli, 459-GL/15 nömrəli lizinq müqaviləsi üzrə isə 9 ədəd kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Həmin texnikalar keçmiş lizinq müqavilələrinin predmeti olmuş eyni texnikalardır. Texnikaların eyni olması mübahisə predmeti deyildir.

48. xx.xx.2014-cü il tarixli müqavilənin predmeti olmuş, xx.xx.2020-ci il tarixli müqavilənin predmeti olmamış 3 ədəd texnikanın dəyəri isə 38 150 manat təşkil edir (dəyəri 29 000 manat olan MTZ-892 markalı traktor, dəyəri 6550 manat olan TS 24 markalı taxılsəpən və dəyəri 2600 manat olan AG-14-4 markalı kotan).

49. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli lizinq müqaviləsi üzrə 9 texnikanın ilkin (tarixi) dəyəri 189 100 manat təşkil etmişdir. Bu fakt həm hazırkı lizinq müqaviləsinin 1.1-ci bəndindəki cədvəldə ilkin qiymət qrafasında göstərilən məbləğlərin cəmindən, həm də keçmiş lizinq müqavilələri üzrə texnikaların ümumi dəyərindən (227 250 manat) hazırkı lizinq müqaviləsinin predmeti olmayan 3 ədəd texnikanın ümumi dəyərinin (38 150 manat) çıxılması yolu ilə müəyyən edilir.

50. Hazırkı müqaviləyə uyğun olaraq texnikaların ilkin dəyərinə 40% güzəşt tətbiq edilmişdir. Həmin güzəşt tətbiq edildikdən sonra texnikaların ümumi dəyəri 113 460 manat təşkil edir. Müqavilənin 1.1-ci bəndində verilmiş cədvəlin 8-ci sütunu “Ödənilmiş məbləğ” adlanır. Həmin sütunda hər bir texnika üzrə müxtəlif məbləğlərin ödənildiyi görünür və bu məbləğlərin cəmi 50 780 manat təşkil edir. Güzəştin tətbiqindən və ödənilmiş məbləğlərin çıxılmasından sonra texnikalara görə ödəniləcək yekun qalıq məbləğ cədvəlin 9-cu sütununda göstərilir və bu məbləğlərin cəmi 62 680 manat, yəni hazırda iddiaçının tələb etdiyi məbləği təşkil edir.

51. Bu da təsdiq edir ki, tərəflərin “ödənilmiş məbləğ” kimi 50 780 manatı qəbul etməsi təsadüfi deyil, tərəflərin şüurlu və məqsədli hesablaşmasının nəticəsidir.

52. Kollegiya xx.xx.2020-ci il tarixli, 459-GL/15 nömrəli lizinq müqaviləsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, bu müqavilə tərəflərin qarşılıqlı iradə ifadəsi əsasında, mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlandığından, etibarlı hesab edilməlidir. Müqavilənin etibarsız sayılması üçün qanunla nəzərdə tutulmuş hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Tərəflərin həqiqi niyyəti güzəştli qalıq məbləğin ödənilməsi müqabilində 9 ədəd kənd təsərrüfatı texnikasının cavabdehin mülkiyyətinə keçməsindən ibarət olmuşdur. Lakin müqavilənin etibarlı olması onun mütləq yeni və müstəqil öhdəlik yaratması demək deyildir.

53. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2020-ci il tarixli lizinq müqaviləsinə Mülki Məcəllənin 531.1-ci maddəsi çərçivəsində novasiya kimi də qiymət verilməsi mümkün deyildir. Həmin maddənin məzmununa görə, novasiya yalnız tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında başqa predmet və ya icra üsulu nəzərdə tutan yeni öhdəliklə əvəz edilməsi barədə açıq və birmənalı razılaşma olduqda baş verir və bu halda ilkin öhdəliyə xitam verilir. Başqa sözlə, novasiya yalnız öhdəliyin ləğvi niyyəti hüquqi nəticə doğuracaq dərəcədə aydın ifadə edildikdə mümkündür.

54. İş materiallarından göründüyü kimi, mübahisəli müqavilə etibarlı əqd olmaqla yanaşı, tərəflər arasında artıq mövcud olan və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc öhdəliyinin ləğv edilməsinə deyil, onun icrasının asanlaşdırılmasına və könüllü icranın təmin edilməsinə yönəlmişdir. Tərəflər arasında əvvəlki borcun ləğv edilərək yeni borcla əvəz olunması barədə razılaşma yoxdur. Əksinə, əvvəlki borc üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hüquqi qüvvəsini saxlamışdır və icra mərhələsindədir.

55. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiqi üzrə Xüsusi Komissiyanın xx.xx.2015-ci il tarixli qərarı müəyyən şərtlər daxilində yeni müqavilənin bağlanmasının mümkünlüyünü nəzərdə tutan ilkin razılaşma xarakteri daşımışdır. Qərar özü-özlüyündə öhdəliyə xitam verən hüquqi fakt deyildir. Həmin qərarda göstərilən güzəştlərin və əvvəlki müqavilələrə xitamın hüquqi nəticə doğurması cavabdehin yeni müqavilə bağlaması ilə şərtləndirilmiş, lakin bu şərt uzun müddət yerinə yetirilməmiş, tərəflər arasında mübahisə yaranmış və nəticədə məhkəmə qətnaməsi ilə borc öhdəliyi müəyyən edilmişdir.

56. Bu baxımdan, məhkəmə qətnaməsi qəbul edildikdən sonra bağlanan mübahisəli müqavilə nə Xüsusi Komissiya qərarının avtomatik icrası, nə də əvvəlki öhdəliyin ləğvi kimi qiymətləndirilə bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə mövcud öhdəliyə tərəflərin sonradan bağladıqları müqavilə ilə avtomatik xitam verilə bilməz. Belə hüquqi nəticənin yaranması üçün iddiaçının qətnamə ilə təmin edilmiş tələbdən açıq şəkildə imtina etməsi və icra işinə xitam verilməsi zəruri idi. Bu hallar baş vermədiyindən, əvvəlki öhdəlik hüquqi qüvvəsini saxlamışdır.

57. Nəhayət, mübahisəli müqavilədə əvvəlki müqavilələr üzrə edilmiş ödənişlərin və Xüsusi Komissiya qərarında nəzərdə tutulan güzəşt məbləğlərinin nəzərə alınması, tərəflərin özləri tərəfindən bu müqaviləyə əvvəlki münasibətlərin davamı və icra mexanizmi xarakteri verildiyini göstərir. Bu isə, müqavilənin yeni lizinq münasibətləri yaratmadığını və Mülki Məcəllənin 531.1-ci maddəsi mənasında novasiya təşkil etmədiyini bir daha təsdiq edir.

58. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, mübahisəli müqavilə etibarlı əqd olmaqla yanaşı, faktiki hallar nəzərə alındıqda yeni lizinq münasibətlərinin yaranmasına səbəb olmamışdır.

59. Birinci instansiya məhkəməsi mübahisəli müqavilə üzrə yaranmış münasibətlərə yeni lizinq münasibətləri kimi hüquqi qiymət versə də, təqdim edilən sübutlar bu mövqeni təsdiq etmir. Belə ki, xx.xx.2020-ci il tarixli müqavilənin predmeti olan 9 texnika faktiki olaraq dövriyyədən çıxarılmamış və iddiaçıya qaytarılmadığı üçün cavabdehin istifadəsində fasiləsiz qalmışdır. Bu isə klassik yeni lizinq münasibətlərində nəzərdə tutulan yeni risk bölgüsü və amortizasiya dövrünün olmamasını göstərir. Həmçinin, iş materiallarına əlavə olunmuş ödəniş qrafiki də göstərir ki, tələb edilən məbləğ müqavilənin bağlanmasından əvvəlki illəri, yəni 2015-ci ilin İİ rübündən 2022-ci ilin İİ rübünədək olan dövrü əhatə edir. Bu da əvvəlki müqavilə üzrə öhdəliklərin davam etdiyini, yeni lizinq dövrünün açılmadığını göstərir.

60. Bundan başqa, iddiaçı xx.xx.2020-ci il tarixli müqavilədə əvvəlki lizinq müqavilələri üzrə edilmiş ödənişləri “ödənilmiş məbləğ” kimi nəzərə alaraq, həmin ödənişləri hesablaşmanın tərkib hissəsi kimi qəbul etmişdir. Bu hal göstərir ki, iddiaçı əvvəlki müqavilələri inkar etməmiş, əksinə, onları bu müqavilənin əsas dayaq nöqtəsi kimi tanımışdır. Bu yanaşma hüquqi baxımdan onu göstərir ki, iddiaçı özü 2020-ci il tarixli müqaviləyə yeni və müstəqil öhdəlik deyil, əvvəlki lizinq münasibətlərinin davamı və yekun hesablaşma mərhələsi kimi baxmışdır. Halbuki, klassik lizinq müqaviləsində əvvəlki ödənişlər nəzərə alınmır və ya hüquqi əhəmiyyət kəsb etmir. Bu işdə isə əksinə, həmin ödənişlər əsas götürülmüşdür.

61. Bu baxımdan, əvvəlki müqavilələrdə və indiki müqavilədə nəzərdə tutulan formal müddətlərin tam üst-üstə düşməməsi müstəqil hüquqi nəticə doğuran amil deyil, çünki texnikalar cavabdeh tərəfindən fasiləsiz şəkildə istifadə olunmuş, geri qaytarılmamış və həmin istifadə əvvəlki lizinq münasibətlərinin faktiki davamı kimi həyata keçirilmişdir.

62. Beləliklə, qeyd edilən faktiki hallar onu göstərir ki, xx.xx.2020-ci il tarixli müqavilə tərəflər arasında mövcud olan borc münasibətinin ləğvi məqsədini yox, qüvvədə olan məhkəmə qətnaməsinin könüllü icrasını təmin etməyə yönəlmiş mexanizm funksiyasını daşımışdır. İddiaçının məqsədi texnikaların geri qaytarılması deyil, qalıq borcun ödənilməsi müqabilində onların cavabdehin mülkiyyətində saxlanılması olmuşdur.

63. Tələb edilən məbləğlər arasındakı fərqə gəldikdə kollegiya qeyd edir ki, həm Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 62 140 manat, həm də hazırkı iş üzrə mübahisələndirilən 62 680 manat borc məbləği iqtisadi və hüquqi baxımdan eynidir. İqtisadi eynilik ondan ibarətdir ki, hər iki məbləğ yalnız 9 texnikaya aiddir, eyni istifadə nəticələrini əhatə edir və eyni iqtisadi balansı əks etdirir.

64. Hüquqi eynilik isə ondan ibarətdir ki, hazırkı mübahisə müstəqil lizinq münasibətləri çərçivəsində yaranmamış, əvvəlki lizinq münasibətlərinin davamı olmuşdur. Hazırkı iddia üzrə tələb edilən 62 680 manat 2020-ci ildə bağlanmış müqavilə və keçmiş tarixlərə aid ödəniş qrafiki əsasında, eyni borcun texnikaların ilkin qiymətinə 40 faiz güzəşt tətbiq olunmaqla və əvvəlki ödənişlər çıxılmaqla alternativ qaydada hesablanmış formasıdır.

65. İlkin qiymətə 40 faiz güzəşt tətbiq edildikdən sonra lizinq predmetlərinin ümumi dəyərinin 113 460 manat təşkil etməsi və cavabdeh tərəfindən əvvəlki müqavilələr üzrə edilmiş 50 780 manat məbləğinin hesablaşmaya daxil edilməsi göstərir ki, hər iki halda əldə edilən nəticə eyni lizinq predmetləri üzrə yekun borcun müəyyən edilməsinə xidmət edir. Bu isə məbləğlər arasındakı fərqin öhdəliyin mahiyyətinin dəyişməsi ilə deyil, yalnız hesablanma üsulunun fərqlənməsi ilə bağlı olduğunu təsdiq edir.

66. Kollegiya qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarı).

67. Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi hazırda icra mərhələsində olduğundan və bu iş üzrə preyudisial xarakter daşıdığından, eyni iqtisadi mahiyyətli tələbin fərqli əsasla yenidən təmin edilməsi yolverilməzdir. Belə ki, həmin qətnamə əsasında cavabdehdən borc tutularsa, əlavə olaraq bu iş üzrə də eyni məbləğin tutulması cavabdehin eyni borc üzrə ikiqat öhdəlik daşımasına səbəb olacaq və bu, ədalət və hüquqi müəyyənlik prinsiplərinə ziddir.

68. Kollegiya qeyd edir ki, Masallı Rayon Məhkəməsinin qətnaməsi eyni tələb üzrə qüvvədə olduğu və icra mərhələsində qaldığı müddətdə, iddiaçı yalnız həmin qətnamənin icrasını tələb edə bilər və ya alternativ olaraq cavabdeh tərəfindən həyata keçirilən könüllü icra ilə kifayətlənməlidir.

69. İddiaçının dəbbə pulu tələbinin 3 000 manat hissəsinin təmin edilməsi hissəsinə gəldikdə isə qeyd edilməlidir ki, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla, tərəflər arasında yazılı razılaşmaya əsaslanır. Yuxarıda göstərildiyi kimi, hazırkı müqavilə yeni öhdəliyin yaranmasına səbəb olmadığından, əvvəlki öhdəliyin pozulmasına görə isə artıq məhkəmə qətnaməsi ilə tutulmuş dəbbə pulu mövcud olduğundan, iddia dəbbə pulunun tələb edilməsi hissəsində də təmin edilməməlidir.

70. Beləliklə də, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki halları tam və obyektiv araşdırılmamışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmalı və yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.

71. Qətnamə ləğv edildiyindən iş üzrə məhkəmə xərcləri yenidən bölüşdürülməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olsa da, mediasiya xərclərinin tutulması ilə bağlı fərqli qayda müəyyən edilmişdir.

72. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən əgər tərəflər arasında bağlanmış “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və ya mediasiyaya dair qeyd-şərtdə fərqli bir razılaşma yoxdursa, o zaman mediasiya xərcləri (o cümlədən, ilkin mediasiya sessiyasının xərcləri) tərəflər arasında bərabər bölünür. Lakin, tərəflərdən biri üzrsüz səbəbdən mediasiya və ya ilkin mediasiya sessiyasında iştirak etməzsə, bu halda o, digər tərəfin həmin prosesə çəkdiyi bütün mediasiya xərclərini ödəməyə borcludur.

73. Hazırki iş üzrə mübahisənin məhkəmədən kənar həlli ilə bağlı keçirilən ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçı tərəf isə iştirak edərək, 400 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməməsinin üzrlü səbəblərdən olmasına dair heç bir sübut təqdim etməmişdir. Ona görə də hazırkı mübahisə üzrə mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş 400 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

74. İddia rədd edildiyindən, birinci instansiya məhkəməsində hüquqi yardıma görə çəkilmiş xərc iddiaçının özünə aid edilməlidir.

75. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək iddia tam rədd edildiyi üçün apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 236,54 manat pul isə iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.

76. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan çox olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.

77. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 385, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-598/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-598/2024 nömrəli qətnaməsi “Cavabdeh xx.xx.2020-ci il tarixli lizinq müqaviləsi üzrə 62 680 manat məbləğində gecikdirilmiş əsas borc, 3 000 manat dəbbə pulu; cəmi 65 680 manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 500 manat və mediasiya xərclərinin əvəzi olaraq 165 manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi; dövlət rüsumunun kəsiri olan 73 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Mediasiya xərcinin əvəzi qismində 400 (dörd yüz) manat pul Cavabdeh tutulub iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Birinci instansiya məhkəməsində hüquqi yardıma görə çəkilmiş xərc iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 236,54 manat (iki yüz otuz altı manat, əlli dörd qəpik) pul Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən alınıb Cavabdeh ödənilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar