Məhkəmə qərarları › İş №2-2(103)-816/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-816/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-816/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “lizinq obyektinin saz və işlək vəziyyətdə qaytarılması, pul, müqavilənin ləğvi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-411/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMCyə (bundan sonra-cavabdeh) qarşı “lizinq obyektinin saz və işlək vəziyyətdə qaytarılması, pul, müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTAKTT-21/5393 saylı X4 Müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 153646 manat gecikdirilmiş əsas borc, 732,17 manat gecikdirilmiş günlərə görə cərimə borc, 60,071.06 AZN komissiya məbləği üzrə borc, 7856,26 manat sığorta ödənişi üzrə borc olmaqla, ümumilikdə, 222305,49 manat borc məbləğinin; xx.xx.2021-ci il tarixli, KTA-KTT- 21/6258 saylı X4 Müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 76094,40 manat gecikdirilmiş əsas borc, 1718,86 manat gecikdirilmiş günlərə görə cərimə borcu, 67492,28 manat komissiya məbləği üzrə borc, 5394,72 manat sığorta ödənişi üzrə borc olmaqla, ümumilikdə, 150763,26 manat borc məbləğinin və 663,10 manat (altı yüz altmış üç manat on qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutulması, müvafiq müqavilələr üzrə borc məbləğinə dair tutmanın xx.xx.2021-ci tarixli, GM-21/0001- 2 saylı girov müqaviləsi ilə girov qoyulmuş predmetlərə yönləndirilməsi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTAKTT-21/5393 saylı, xx.xx.2021-ci il tarixli, KTA-KTT21/6258 saylı X4 Müqavilələrinə xitam verilməsi və müvafiq olaraq 1 dəst Tecnofrutto/Wenta markalı meyvə qurutma avadanlığı və 1 ədəd Unitec markalı çeşidləmə avadanlığının saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək xx.xx.2021-ci il tarixli, KTA KTT-21/5393 saylı X4 Müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə qədər 162165,55 (bir yüz altmış iki min yüz altmış beş manat əlli beş qəpik) AZN gecikdirilmiş əsas borc, 7227,59 (yeddi min iki yüz iyirmi yeddi manat əlli doqquz qəpik) AZN gecikdirilmiş günlərə görə cərimə borc, 60071,76 (altmış min yetmiş bir manat yetmiş altı qəpik) AZN komissiya (Mülki Məcəllə 748-11.1.2-ci maddə: lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər) məbləği üzrə borc, 11784,39 (on bir min yeddi yüz səksən dörd manat otuz doqquz qəpik) AZN sığorta ödənişi üzrə borc olmaqla, ümumilikdə, 241249,29 (iki yüz qırx bir min iki yüz qırx doqquz manat iyirmim doqquz qəpik) AZN borc məbləğinin; xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı X4 Müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə qədər 134003,75 (bir yüz otuz dörd min üç manat yetmiş beş qəpik) AZN gecikdirilmiş əsas borc, 19777,74 (on doqquz min yeddi yüz yetmiş yeddi manat yetmiş dörd qəpik) gecikdirilmiş günlərə görə cərimə borc, 67492,28 (altmış yeddi min dörd yüz doxsan iki manat iyirmi səkkiz qəpik) AZN komissiya (Mülki Məcəllə 748-11.1.2-ci maddə : lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər) məbləği üzrə borc, 8092,08 (səkkiz min doxsan iki manat 08 qəpik) AZN sığorta ödənişi üzrə borc olmaqla, ümumilikdə, 229365,85 (iki yüz iyirmi doqquz min üç yüz altmış beş manat səksən beş qəpik) AZN borc məbləğinin və 663.10 AZN (altı yüz altmış üç manat on qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutulması, müvafiq müqavilələr üzrə borc məbləğinə dair tutmanın xx.xx.2021-ci tarixli, GM-21/0001- 2 saylı Girov müqaviləsinin ilə girov qoyulmuş predmetlərə yönləndirilməsi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/5393 saylı, xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı X4 Müqavilələrinə xitam verilməsi və müvafiq olaraq 1 dəst Tecnofrutto/Wenta markalı meyvə qurutma avadanlığı və 1 ədəd Unitec markalı çeşidləmə avadanlığının saz və işlək vəziyyətdə geri qaytarılması və əlavə olaraq ödənilmiş 383 manat dövlət rüsumunun da cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-411/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli, KTA KTT-21/5393 saylı X4 Müqaviləsinə əsasən 162165,55 manat əsas borc, 7227,59 manat cərimə borcu, 9670,52 manat sığorta ödənişi üzrə borc; xx.xx.2021-ci il tarixli, KTA- KTT-21/6258 saylı X4 Müqaviləsinə əsasən 134003,75 manat əsas borc, 6700 manat cərimə borcu, 3928,13 manat sığorta ödənişi üzrə borc, 613,70 manat dövlət rüsumu, ümumilikdə 324309,24 (üç yüz iyirmi dörd min üç yüz doqquz manat iyirmi dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tələb xx.xx.2021-ci tarixli, GM-21/0001-2 saylı Girov müqaviləsi ilə girov qoyulmuş: 1 ədəd buxarlandırıcı və kondensatorlu soyuducu evaporato, 2 ədəd SS gigiyenik konveyer kəməri 10MTR,S (Jenerings.Com), 2 ədəd SS gigiyenik konveyer kəməri 5MTR,S (Jenerings.Com), 1 ədəd qablaşdırma və bükmə avadanlığı (FAM), 2 ədəd meyvə doğrama avadanlığı BCM-1650 (Jegerings), 1 ədəd paketləmə avadanlığı (VH) qurudulmuş meyvələr üçün, 1 ədəd qab yuyan maşın (tutumların yuyulması üçün) Xucla, 1 ədəd xurma əzən aparat 4kw 2800d/dəq (Zeyem), 1 ədəd doypak avadanlığı DPM-8BT (Agricultura-ALFA PACK), 1 ədəd -25C rejimli soyuducu anbarın tikinti quraşdırma, 1 ədəd soyuducu anbarlarda metal konstruksiyalı yığılma rəflər, 4 ədəd SUS nəmləndirici qurutma maşını 4000*1500*2700, 4 ədəd uzaqdan idarə paneli M/T, 1 ədəd generator seti 825 kVa750 və 1250 KVA SERVO REGULATOR, 20 ədəd Pilinq maşını (soyma maşın), 185 ədəd uretan qurutma dayağı 4200*12500*2700, 2 ədəd nəmişlik ölçü cihazı və 1 ədəd transpalet tərəzili “Hochkraft” 2000kq universal-a yönəldilməsi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/5393 saylı, xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/6258 saylı X4 Müqavilələri ləğv edilmiş hesab edilməsi, Cavabdeh MMC-dən 1 dəst Tecnofrutto/Wenta markalı meyvə qurutma avadanlığı və 1 ədəd Unitec markalı çeşidləmə avadanlığı saz və işlək vəziyyətdə geri alınaraq İddiaçı ASC-yə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 49,40 (qırx doqquz manat qırx qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilməsi qət edilmişdir. Cavabdeh MMC qeyd edilən qətnamədən şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-411/2025 saylı qətnaməsinin qismən ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın qiymətinin 470615,14 (dörd yüz yetmiş min altı yüz on beş manat on dörd qəpik) manat təşkil etdiyini nəzərə alaraq, Elektron Məhkəmə Sistemi Dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən hesabladıqda müəyyən olunur ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 380,31 manat təşkil edir. Lakin işdən görünür ki, cavabdeh şikayət verərkən cəmi 334 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-411/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-411/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar