Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-819/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1941/2021 saylı, 17.05.2021-ci il tarixi qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia və iddianın dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən yaranmış 7 077,65 AZN məbləğində əsas borcun, 3 609,60 AZN cərimə borcunun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1941/2021 saylı, 17.05.2021-ci il tarixi qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia qismən təmin edilsin. 7077,60 manat olan əsas borc, 600 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 7707,60 (yeddi min yeddi yüz yeddi manat, altmış qəpik) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMCyə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC tərəfindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 361.1.4.-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar apelyasiya şikayətində göstərilməlidir. Belə ki, apelyasiya şikayətində cavabdehin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməmişdir. Şikayətin məzmununda qeyd edilir ki, məhkəmə iclaslarının vaxtı barədə məlumatları olmuş, lakin pandemiya ilə əlaqədar ofisin fəaliyyəti dayandığı və işçilərin çoxu işə çıxmadığı üçün məhkəmə proseslərində iştirak etməmişlər. MPM-nin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. http://frameworks.e-qanun.az/46/f_46945.html Həmin Məcəllənin 366.2.-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-1941/2021 saylı, 17.05.2021-ci il tarixi qətnaməsindən Cavabdeh MMC-nin şikayəti üzrə apelyasiya qeyri-mümkün sayılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1941/2021 saylı, 17.05.2021-ci il tarixi qətnaməsindən Cavabdeh MMC-nin şikayəti üzrə apelyasiya qeyri-mümkün sayılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-819/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-819/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver