Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-822/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, İddiaçı Elmi-İstehsalat Firması "xxxx" MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 358/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq, m ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı” (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müqavilə üzrə geri qaytarılmalı olan 4.719.092,98 Rusiya Rublunun, 364 manat dövlət rüsumunun, 1140 manat gecikmə faizinin və hüquqi xidmət xərcləri olaraq 436.650,0 Rusiya Rublunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-358/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 4.719.092,98 (dörd milyon yeddi yüz on doqquz min doxsan iki rubl doxsan səkkiz) Rusiya Rublu əsas borc, 1140 (bir min yüz qırx) manat gecikmə faizini və hüquqi xidmət xərcləri olaraq 1000 manat və 364 manat dövlət rüsumu məbləğində pul vəsaitinin tutularaq iddiaçı Komterm Elmi- İstehsalat Firmasına ("xxxx" “İddiaçı” ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh MMC qeyd edilən qətnamədən şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-358/2025 saylı qətnaməsinin qismən iddianın təmin olunan hissəsində ləğv edərək iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın qiymətinin xx.xx.2025-ci il tarixə olan məzənnə ilə 103714.20 (yüz üç min yeddi yüz on dörd manat iyirmi qəpik) manat təşkil etdiyini nəzərə alaraq, Elektron Məhkəmə Sistemi Dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən hesabladıqda müəyyən olunur ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 196,86 manat təşkil edir. Lakin işdən görünür ki, cavabdeh şikayət verərkən cəmi 183 manat məbləğində dövlət rüsumu ödəmişdir. Kollegiya qeyd edir ki, AR Mərkəzi Bankının xx.xx.2025-ci il tarixə AZN məzənnələrin tam siyahısı cədvəlinə əsasən, 100 Rus rubulunun manata olan ekvivalenti 2.1684 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-358/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-358/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-822/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-822/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver