Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-823/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2205/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 09.06.2021-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 30 may 2019-cu il tarixli, KTA-KTT-19/0030 nömrəli, “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi”nə əsasən 7573,15 manat əsas borcun, 49,56 manat GPS xidmətinə görə borcun, 198,96 manat gecikdirilmiş günlərə görə cərimə borcunun, 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 8001,67 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 30 may 2019-cu il tarixli, KTA-KTT-19/0030 nömrəli, “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi”nə xitam verilməsi və lizinq obyekti olan 1 ədəd “Claas Dominator 130” markalı kombaynın saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.06.2021-ci il tarixli e-2-2(113)-2205/2021 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ASC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 23.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə4 şikayəti müdafiə etdi. Cavabdeh X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının lizinq müqaviləsinin ləğv edilməsi tələbinə dair hissədə pretenziya qaydasına əməl etmədiyinə görə Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlsə də, məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, hazırki işdə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar mövcud deyildir. Belə ki, İddiaçı ASC tərəfindən cavabdeh X1 ünvanlanmış 15.02.2021-ci il tarixli PLX-21/0001 nömrəli xəbərdarlıq (pretenziya) məktubunda qeyd olunmuşdur ki, “...xəbərdarlıq alınandan 3 iş günü ərzində pozulmuş şərtlər təmin edilmədiyi halda, tərəfinizdən 30.05.2019-ci il tarixli, KTA-KTT-19/0030 daxili lizinq müqaviləsinin 20-ci bəndində qeyd olunmuş "Lizinq verənin lizinq müqaviləsinin icra edilməsindən birtərəfli qaydada imtina etməsi, lizinq obyektinin geri alınması və satışı. Lizinq müqaviləsinin ləğv edilməsi” uyğun olaraq yuxarıda qeyd olunmuş lizinq obyektinin “xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən anbarına təhvil verilməsi və müqavilə üzrə yaranmış borcların ödənilməsi Sizdən tələb olunur”. Göründüyü kimi iddiaçının göndərdiyi pretenziya məktubunda lizinq müqaviləsinin ləğv edilməsi ilə bağlı təklif aydın şəkildə göstərilmişdir. Belə olan halda isə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinin tətbiq edilməsi həmin maddənin mənası və məqsədinə uyğun olmamışdır. Bundan başqa, iddiaçının iddia tələbləri təkcə lizinq müqaviləsinin ləğv edilməsi ilə bağlı deyil, həm də lizinq ödənişlərinin tutulması və lizinq obyektinin geri qaytarılması ilə bağlıdır ki, birinci instansiya məhkəməsi digər tələblərin mövcudluğunu ümumiyyətlə nəzərə almadan iddiaçının lizinq müqaviləsinin ləğv edilməsi tələbinə dair hissədə pretenziya qaydasına əməl etmədiyinə görə bütövlükdə iddianın baxılmamış saxlanılması nəticəsinə gəlmişdir. Göstərilən halları nəzərə alaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2205/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 09.06.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Rəşad Həsənov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-823/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-823/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver