Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-83/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, e-2-2(113)- 3070/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.089.60 (ƏDV daxil) manat əsas və 200 manat mediasiyaya təşkilatına ödənilmiş rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında “05” aprel 2022-ci il tarixdə, 2022AK019 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən mərhələlərlə, cavabdehə müxtəlif çeşidli mallar verilmişdir. Bu müqaviləyə əsasən satıcı bağlantı elemanlarını alıcıya satır, alıcı isə malları qəbul edib dəyərini ödəyir. Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilə üzrə satılan mala görə alıcı satıcıya hər sifariş üzrə qiymət razılaşma protokolu və ona müvafiq tərtib olunan qaimə-fakturada qeyd olunan malın tam dəyərinin nağd və ya nağdsız qaydada ödənilməsini təmin etməlidir. Müqavilə üzrə xx.xx.2022-ci il tarixində cavabdehə 22.089,60 dəyərində elektron-qaimə göndərilmişdir. “05” aprel 2022-ci il tarixində, 2022AK019 nömrəli alqı-satqı müqaviləsinin əsasında 06 aprel 2022-ci il tarixində tərəflər arasında 01 saylı qiymət razılaşma protokolu təsdiqlənmişdir. Tərəflər arasında təsdiqlənmiş olan 2 saylı, 27 may 2022-ci il tarixli qiymət razılaşdırma protokoluna görə isə bu qiymət razılaşdırma protokolu tərəflər arasında qarşılıqlı qaydada imza və möhürlə təsdiqləndiyi və 28800 ədəd mal təhvil-təslim edildiyi andan ən geci 2 (iki) iş günü ərzində, malların 1 saylı qiymət razılaşdırma protokolunda göstərilən yekun dəyərinin ikinci partiyadakı malların sayına mütənasib hissəsi satıcıya ödənilməlidir. İddiaçı tərəfindən 27 may 2022-ci il tarixində SDF-KB-10Hx100-V FaasadendübelWS13/T40 adlı məhsuldan 28800 ədəd, bir ədədi 0,65 manat, toplamda isə 18.720 manat dəyərində malların və həmin malların dəyərinin əlavə dəyər vergisi olan 3.369,60 manatın yekunda isə 22.089,60 manat dəyərində mallar Alıcıya təhvil verilmişdir. Yuxarıda göstərilən mallar satıcı tərəfindən alıcıya təhvil verilsə də, alıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək bugünədək malların dəyərini ödəməmişdir. Müqaviləyə əsasən onların şirkətinə müxtəlif çeşidli mallar təhvil verilmişdir. Hazırda alqı-satqı müqaviləsi üzrə cavabdehin 22.089,60 manat (ƏDV daxil) borcu mövcuddur. Yuxarıda göstərilən borcun ödənilməsi ilə əlaqədar qarşı tərəflə dəfələrlə əlaqə saxlanılmağa çalışılmış, xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir. Lakin məsələ həllini tapa bilməmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (həcminin artırılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, 27 iyun 2022-ci ildən 27 iyun 2023-cü ilədək olan müddət ərzində ödənilməmiş olan 22.089,60 manat dəyərində borc məbləğinin 1 (bir) il müddətində hər gün üçün 1 faiz hesablamaqla əsas borcdan əlavə olaraq 80.627,04 manat cərimə məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, e-2-2(113)-3070/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC -dən ƏDV daxil 22.089,6 manat məbləğində əsas borc, 1000 manat məbləğində dəbbə pulu, cəmi 23.089,6 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və cavabdehin səlahiyyətli nümayəndələri məhkəməyə 2024-cü il 05 fevral tarixli barışıq sazişi təqdim edərək həmin sazişin qəbul edilməsini və təsdiq edilməsini xahiş etdilər. Hazırki iş üzrə tərəflər arasında bağlanmış 2024-cü il 05 fevral tarixli barışıq sazişində aşağıdaklar göstərilmişdir:
1. Tərəflərin hüquq və vəzifələri: 1.1. Tərəflər razılığa gəlirlər ki, 2022AK019 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə olan əsas borcu 22.089,60 (iyirmi iki min səksən doqquz manat, altmış qəpik) (18% ƏDV ilə birlikdə) manat təşkil edir. 1.2. 22.089,60 (iyirmi iki min səksən doqquz manat, altmış qəpik) manat borcdan 50%-i, yəni 11,044,80 (on bir min qırx dörd manat səksən qəpik) manatı xx.xx.2024-cü il tarixə kimi cavabdeh tərəfindən iddiaçıya ödəniləcəkdir. Qalan məbləğ isə, yəni 11,044,80 (on bir min qırx dörd manat səksən qəpik) manatı xx.xx.2024-cü il tarixə kimi məhsul şəklində cavabdeh tərəfindən iddiaçıya geri qaytarılacaq və iddiaçı da həmin məhsulları qəbul ediləcəkdir. Məhsul dedikdə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022ci il tarixli təhvil-təslim aktı əsasında təhvil verilmiş SDF-KB-10Hx100-V Fassadendubel SWS13/T40” məhsulları nəzərdə tutulur. 1.3. Bunun müqabilində, iddiaçı cavabdehə qarşı hazırkı iş üzrə iddia tələbindən imtina edir.
2. Digər müddəalar: 2.1. Tərəflər bu barışıq sazişi üzrə öhdəliklər tam olaraq icra edildikdən sonra birbirlərinə qarşı heç bir iddia və tələblərinin olmayacğını öhdəliklərini götürürlər; 2.2. Tərəflərdən biri barışıq sazişinin şərtlərini pozması nəticəsində digər tərəfə vurduğu zərərin əvəzini ödəməlidir;
3. Cavabdeh bu Sazişin 1.1 və 1.2-ci bəndləri ilə müəyyən edilmiş öhdəlikləri icra etməzsə, 2022AK019 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 22.089,60 (iyirmi iki min səksən doqquz manat, altmış qəpik) manat (18% ƏDV ilə birlikdə) əsas borc məbləği, ödəniş alıcı tərəfindən gecikdirildiyi üçün 1000 (min) manat cərimə məbləği və ilkin mediasiya sessiyası ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumunu İddiaçı MMc-yə ödəməlidir.
4. Hazırkı Saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildikdən sonra qüvvəyə minir və iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Mülki prosessual qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi prosesin istənilən mərhələsində tərəfləri iddia və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməyi vəzifə kimi məhkəmənin üzərinə qoyur. Barışıq sazişi mövcud mübahisənin məhkəmədənkənar qaydada həll olunması barədə tərəflərin razılaşmasıdır. Məhkəmədə tərəflər arasında belə bir razılaşmanın əldə edilməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir və ona görə də prosessual qanunvericilik tərəflər arasında barışıq sazişinin bağlanmasını və bu sazişin məhkəmə tərəfindən təsdiq edilməsini iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. MPM-in 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış 2023-cü 05 oktyabr tarixli barışıq sazişinin şərtlərini təhlil edərək belə qənaətə gəlir ki, həmin barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-nin 52-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar mövcud olmadığından təsdiq edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə MPM-nin 384.0.5-ci maddəsində nəzərdə tutulmuş əsasla ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir MPM-in 402.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. MPM 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 261.0.5, 262.4, 384.0.5, 402.2.4 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2024-cü il 05 fevral tarixində bağlanmış, aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: Hazırki iş üzrə tərəflər arasında bağlanmış 2024-cü il 05 fevral tarixli barışıq sazişində aşağıdaklar göstərilmişdir:
1. Tərəflərin hüquq və vəzifələri: 1.1. Tərəflər razılığa gəlirlər ki, 2022AK019 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə olan əsas borcu 22.089,60 (iyirmi iki min səksən doqquz manat, altmış qəpik) (18% ƏDV ilə birlikdə) manat təşkil edir. 1.2. 22.089,60 (iyirmi iki min səksən doqquz manat, altmış qəpik) manat borcdan 50%-i, yəni 11,044,80 (on bir min qırx dörd manat səksən qəpik) manatı xx.xx.2024-cü il tarixə kimi cavabdeh tərəfindən iddiaçıya ödəniləcəkdir. Qalan məbləğ isə, yəni 11,044,80 (on bir min qırx dörd manat səksən qəpik) manatı xx.xx.2024-cü il tarixə kimi məhsul şəklində cavabdeh tərəfindən iddiaçıya geri qaytarılacaq və iddiaçı da həmin məhsulları qəbul ediləcəkdir. Məhsul dedikdə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022ci il tarixli təhvil-təslim aktı əsasında təhvil verilmiş SDF-KB-10Hx100-V Fassadendubel SWS13/T40” məhsulları nəzərdə tutulur. 1.3. Bunun müqabilində, iddiaçı cavabdehə qarşı hazırkı iş üzrə iddia tələbindən imtina edir.
2. Digər müddəalar: 2.1. Tərəflər bu barışıq sazişi üzrə öhdəliklər tam olaraq icra edildikdən sonra birbirlərinə qarşı heç bir iddia və tələblərinin olmayacğını öhdəliklərini götürürlər; 2.2. Tərəflərdən biri barışıq sazişinin şərtlərini pozması nəticəsində digər tərəfə vurduğu zərərin əvəzini ödəməlidir;
3. Cavabdeh bu Sazişin 1.1 və 1.2-ci bəndləri ilə müəyyən edilmiş öhdəlikləri icra etməzsə, 2022AK019 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 22.089,60 (iyirmi iki min səksən doqquz manat, altmış qəpik) manat (18% ƏDV ilə birlikdə) əsas borc məbləği, ödəniş alıcı tərəfindən gecikdirildiyi üçün 1000 (min) manat cərimə məbləği və ilkin mediasiya sessiyası ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumunu İddiaçı MMc-yə ödəməlidir.
4. Hazırkı Saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildikdən sonra qüvvəyə minir və iş üzrə icraata xitam verilir. Bakı Kommersiya Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, e-2-2(113)-3070/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. İzah olunur ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov