Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-840/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X2 və X1 ibarət tərkibdə İddiaçı Cavabdehnə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərardadından Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə) müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsində İddiaçı MMC ilə Cavabdeh MMC arasında “Lexus RX 300” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmiş və iş üzrə hazırlıq iclası xx.xx.2025-ci il tarixinə təyin olunmuş, cavabdehin nümayəndəsi (vəkili) iclasda iştirak edərək iş materialları ilə tanış olmaq üçün vaxt istəmiş, bu səbəblə hazırlıq iclası xx.xx.2025-ci il tarixinə təxirə salınmış, həmin tarixdə keçirilən iclas iddiaçının nümayəndəsinə verilən etibarnamənin qüvvədə olub-olmadığının aydınlaşdırılması üçün xx.xx.2025-ci il tarixinə, həmin tarixdə keçirilən iclas isə eyni səbəblə xx.xx.2025-ci il tarixinə, daha sonra xx.xx.2025-ci il tarixinə təxirə salınmış, xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsinin qarşılıqlı iddia ərizəsi məhkəməyə daxil olmuş, məhkəmə xx.xx.2025-ci il tarixli qərardadla həmin qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını qərara almışdır. Qarşılıqlı iddia ərizəsini geri qaytararkən məhkəmə ona əsaslanmışdır ki, həmin iddia vaxtında verilməmişdir. Həmin qərardaddan cavabdehin nümayəndəsinin (vəkilinin) verdiyi şikayət məhkəmənin 25 iyun 2025-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 155-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Məcəllənin 154.1-ci maddəsinə görə isə, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. İşin hallarından görünür ki, qarşılıqlı iddia ərizəsi qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir, eləcə də qarşılıqlı iddia ərizəsinin verilməsi üçün əsasların sonradan əmələ gəldiyinə və ya qarşılıqlı iddianın 20 gün müddətində təqdim edilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmadığına dair hər hansı sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3087/2025 saylı iş üzrə 13 iyun 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Təranə Mahmudova Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(103)-840/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-840/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver