Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-842/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı Cavabdeh ” X5rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 07 may 2025-ci il tarixli, e-22(113)-1862/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh PHŞ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ETTBİDE002 saylı alqı-satqı müqaviləsi və ona əlavə olunan qiymət razılaşma protokollarına əsasən yaranmış 15799,60 manat (on beş min yeddi yüz doxsan doqquz manat altmış qəpik) əsas borc və 3333,71 manat (üç min üç yüz otuz üç manat yetmiş bir qəpik) cərimə və ödənilmiş 147,40 manat (bir yüz qırx yeddi manat qırx qəpik) məbləğində dövlət rüsumu olmaqla, cəmi 19280,71 manat (on doqquz min iki yüz səksən manat yetmiş bir qəpik) məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin 07 may 2025-ci il tarixli, e-22(113)-1862/2025 saylı saylı qətnaməsi ilə iddia qismən təmin edilməsi,Cavabdehndən 15799,60 manat (on beş min yeddi yüz doxsan doqquz manat altmış qəpik) borc, 800 (səkkiz yüz) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127,90 manat (yüz iyirmi yeddi manat doxsan qəpik) olmaqla, ümumilikdə 16727,50 manat (on altı min yeddi yüz iyirmi yeddi manat əlli qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməsi,iddianın qalan hissədə təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək,məhəmə iclası xx.xx.2025-ci il tarixə təyin olunmuşdur. xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi Nümayəndə1 Rza Oğlu tərəfindən elektron məhkəmə vasitəsilə apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə barışdıqlarına və məhkəmə tərəfindən təmin edilmiş məbləği ödədiklərinə görə verdikləri apellyasiya şikayətini geri götürür və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ərizəsində iş üzrə icraata xitam verilməsini xahişini və ödəniş tapşırıqlarını əlavə etsə də, ödənişlərin hazırki iş üzrə ödənildiyi, iddiaçı ilə barışıq əldə olunmasına dair hər hansı sübut əlavə olunmamışdır. Eyni zamanda iddiaçı tərəfindən barışıq əldə olunması, ödənişlər olunması və iş üzrə icraata xitam verilməsinə münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin ərizəsinə baxaraq hesab edir ki, ərizə cavabdeh tərəfin apellyasiya şikayətindən imtina edilməsi kimi qiymətləndirilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X3 tərəfin şikayətdən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilsin. Apellyasiya icraatına ona münasibətdə xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-842/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-842/2025
09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver