Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-844/2025 30.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, Cavabdeh2, tərcüməçi X3 qızının iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və X2rşı “borcun ödənilməsi və s.” tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-1548/2025 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, KTA-KTT24/13752 nömrəli X9 Müqaviləsinin ləğv edilməsini, həmin Müqaviləyə əsasən yaranmış 1.791,07 əsas borcun, 133,09 manat cərimə borcunun və 40 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" ASC-yə ödənilməsi, Cavabdeh2 istifadəsində olan lizinq predmetini təşkil edən 1 ədəd MCCORMİCK X 2.40 markalı Traktorun cavabdehdən alınaraq saz və işlək vəziyyətdə hazırki mülkiyyətçi olan İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin ləğv olunması və şirkət tərəfindən 13.200 manat məbləğində pulun və məhkəmə xərclərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1548/2025 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli KTA-KTT-24/13752 saylı lizinq müqaviləsinin ləğv edilmiş hesab edilməsi, lizinq obyekti olan 1 ədəd “MCCOPMİCK X 2.40” markalı traktorun Cavabdeh2 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1548/2025 saylı qərardadı ilə Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi və sairə” tələbinə dair qarşılıqlı iddiası “13.650 manat məbləğində pulun tələb edilməsi hissəsində” iş üzrə icraata xitam verilmişdir.
5. Hazırda Cavabdeh2 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1548/2025 nömrəli qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1548/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş edir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarını məcmu halında tədqiq edib, qiymət verərək ilkin və qarşılıqlı iddia tələblərinin qismən təmin olunması nəticəsinə gəlmişdir. Bu zaman məhkəmə maddi və prosessual qanunun tələblərini kobud surətdə pozmuşdur: Əvvəla, məhkəmə daxili lizinq müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələrinə dair maddi hüquq normalarına nə dərəcədə əməl olunmasına əhəmiyyət verməmişdir. İkincisi isə, qarşılıqlı iddiaya münasibətdə məsələni həll edərkən, məhkəmə bu tələbə əvvəllər məhkəmədə baxılması səbəbindən icraata xitam verməsinə dair qərardad çıxarsa da, öz qətnaməsində qarşılıqlı iddia tələbini də qismən təmin edərək nəticəyə gəlmişdir. Bu isə kobud prosessual qanun pozuntusudur. Lizinq alan tərəfindən qeyd edilmiş lizinq müqaviləsi üzrə, 11.490 manat avans ödənişi, müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği olaraq 1.888,4 manat, sığorta haqqı 1.263,9 manat, müqavilənin rəsmiləşdirilmə komissiyası olaraq 574,5 manat, qeydiyyat xərci olaraq 50 manat məbləğində pul da lizinq verənə ödənilmişdir. Bundan sonra ödəniş cədvəli və maliyyə arayışına əsasən lizinq alan aylar üzrə ödənişləri etməməmiş və nəticədə borc yaranmışdır. Lizinq verən tərəfindən lizinq alana göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunda birinci tərəf müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradəsini bildirmişdir. Bunu əsas götürən məhkəmə - tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli KTA-KTT24/13752 nömrəli Lizinq müqaviləsinin xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilməsi qənaətinə gəlmişdir. Hələ bu azmış kimi, məhkəmə, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən etmişdir ki, lizinq alan müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq obyektini qaytarmaq vəzifəsi yaranmış olur. Bunlara əsasən - məhkəmə iddia tələbinin lizinq ödənişlərinə münasibətdə təmin edilməməsi qənaətinə gəlmiş olsa da, qarşılıqlı iddia tələbinə münasibətdə ədalətsiz yanaşma ortaya qoymuşdur. Məhkəmə öz qətnaməsində göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası 13.650 manat məbləğində pulun tələb edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6362/2025 saylı qətnaməsi ilə Cavabdeh2 müqavilənin ləğv olunmasına dair məsələ də artıq öz hüquqi qiymətini bir dəfə aldığı halda məhkəmənin yenidən bu məsələyə öz qətnaməsində hüquqi qiymət verərək, mahiyyəti üzrə həll etməsi kobud prosessual qanun pozuntusu hesab edilir. Çünki əgər məhkəmə bu hissədə qarşılıqlı iddia tələbini əsaslı sayırdısa, deməli qarşılıqlı iddia tələbinin 13.650 manatın və məhkəmə xərclərinin ödənilməsi barədə hissəsinə də baxa bilərdi. Bu isə ilkin iddia üzrə iddiaçının maraqlarına zidd olduğundan, məhkəmə bunu etməmişdir. Lakin məhkəmə işin qeyd olunan hallarını araşdırmayaraq, iddia tələbinə yalnız iddiaçının mövqeyini əsas götürərək qiymət vermişdir ki, bu da məhkəmənin düzgün olmayan, ədalətsiz nəticəyə gəlməsinə səbəb olmuşdur.
7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1548/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
8. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-2(103)-844/2025 nömrəli qərardadı ilə şikayət mümkün hesab edilmiş, yazılı icraat qaydasında işə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
9. xx.xx.2025-ci il tarixli qəraradadı ilə işə xx.xx.2025-ci il tarizdə açıq məhkəmə iclasında baxılması qərara alınmışdır.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, hazırki mübahisə üzrə qarşılıqlı iddia tələbi ilə ona dəymiş 13.200 manat məbləğində maddi və mənəvi zərəri tələb etmişdir.
11. İlk iddia üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Apellyasiya şikayətinə etiraz
12. Şikayətə yazılı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.
16. Maddə 264.0.5. Ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir.
17. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Məhkəmənin mövqeyi
18. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1548/2025 nömrəli qərardadı ləğv edilməlidir.
19. Qeyd edilməlidir ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPM-nin göstərilən maddələri əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.
20. MPM-nin 261.0.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, Cavabdeh2 hazırki iddia tələbi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-6362/2024 qətnaməsinin aid olduğu işdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.
21. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.
22. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
23. İşdən göründüyü kimi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-6362/2024 qətnaməsinin aid olduğu işdə iddianın əsasını xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilmiş 13.650 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir.
24. Hazırki iş üzrə isə məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 13.200 manat məbləğində pul vəsaitini ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq tələb etdiyini bildirmişdir.
25. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 hazırki iddia tələbi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-6362/2024 qətnaməsinin aid olduğu işdəki iddia tələbinin əsasının eynilik təşkil edib-etməməsi kontekstində araşdırma aparılmalıdır.
26. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda qeyd olunan halları nəzərə alınaraq araşdırılmanın aparılması üçün Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1548/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
27. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1548/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh2 hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-6362/2024 qətnaməsinin aid olduğu işdəki iddia tələbinin əsasının eynilik təşkil edib-etməməsi kontekstində araşdırma aparılaraq sonrakı prosessual hərəkətlərin edilməsi üçün kommersiya işi Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad dərhal qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.