Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-848/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3951/2024 nömrəli qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" MMC (VÖEN: **********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur.
2. Maraqlı şəxs məxsus olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Maraqlı şəxs 25 fevral 2020-ci il tarixli 01/20-K saylı əmrə əsasən direktor vəzifəsində əsas iş yerindən əlavə iş yerinə keçirilmişdir.
3. Elektron məhkəmə sisteminin “gəlir məlumatları” bölməsindən çıxarışda Maraqlı şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətində sürücü vəzifəsində çalışdığı qeyd edilmişdir.
4. Elektron hökümət portalında da “iş yeri” bölməsində Maraqlı şəxs "xxxx" ASC-də sürücü vəzifəsində çalışdığı qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) dövlət büdcəsinə olan ümumilikdə 9234,03 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 0 manat, İşsizlikdən sığorta fonduna olan 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan 450,97 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - 05 avqust 1985-ci il, doğulduğu yer – Ucar rayonu, Qazyan kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 0 manat, dövlət büdcəsinə 9234,03 manat məbləğində (o cümlədən, vergilər üzrə 7325,57 manat, faizlər üzrə 1868,46 manat, maliyyə sanksiyası üzrə 40 manat) , İcbari Tibbi Sığorta Fonduna 450,97 manat, Dövlət Sosial Müdafiə Fonduna 0 manat olmaqla, ümumilikdə 9685 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65- ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********689100, xx.xx.2024-cü il tarixli **********261100, xx.xx.2024-cü il tarixli **********690500, xx.xx.2024-cü il tarixli **********688400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
7. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək qeyd etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki direktoru deyil, formal olaraq direktor qalmışdır. Bütün maliyyə hesabatlarını təsisçilər aparmışdır. Ona məlumat verilmişdir ki, artıq oranın direktoru deyildir. Əmək kitabçasında da direktor vəzifəsində əsas iş yerindən əlavə iş yerinə keçirilməsi qeydi aparılmışdır.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 3951/2024 nömrəli qətnaməsi ilə (hakim Kənan. Hüseynov) ərizə rədd edilmişdir.
9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı maraqlı şəxsin artıq "xxxx" MMC ilə icra orqanının rəhbəri kimi münasibətləri mövcud deyil. Belə ki, Maraqlı şəxs xx.xx.2020-ci il tarixli Əmrə əsasən hüquqi şəxs "xxxx" MMC-nin direktor vəzifəsində əsas iş yerindən əlavə iş yerinə keçirilmişdir, həmçinin elektron hökümət protalından da Maraqlı şəxs yalnız "xxxx" ASC-də sürücü vəzifəsində çalışdığı qeyd edilmiş, "xxxx" MMC-də direktor vəzifəsi daşıması barədə heç bir məlumat əks olunmamışdır.
10. Məhkəmə qeyd etmişdir ki, ərizəçinin qanuni təmsilçi kimi məsuliyyətə cəlb etmək istədiyi maraqlı şəxs rəhbəri olduğu irəli sürülən hüquqi şəxsin direktoru olmadığı üçün, hazırkı ərizənin təmin olunması üçün əsaslar mövcud deyildir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3951/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəmizi təmin etməməklə qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. Vergi ödəyicisinin rəhbər dəyişikliyi ilə bağlı qanunvericliklə müəyyən edilmiş qaydada vergi orqanına müraciəti mövcud deyildir. Buna görə də də həmin MMC-müraciəti mövcud deyildir. Buna görə də də həmin MMC-də rəhbər dəyişikliyi aparılmamışdır və hal-hazırda Maraqlı şəxs müəssisənin rəhbəri olması barədə dövlət reyestri məlumatı qüvvədədir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Yəni, bu o deməkdir ki, dövlət reyestrində dəyişiklik aparılmağı təqdirdə təsisçinin qərarı hüquqi şəxsin daxili məsələlərində hər hansı münasibətləri tənzimləyə bilər. Qanunvericiliyin tələbidir ki, hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlardakı hər bir sonrakı dəyişiklik müvafiq orqanda qeydə alındıqdan sonra qüvvəyə minir. Bu baxımdan məhkəmə cəmiyyətin təsisçisinin dövlət qeydiyyatına alınmayan qərarına istinad etməklə maddi hüquq normalarını kobud surətdə pozmuşdur. Həmçinin qətnamənin əsaslandırma hissəsində məhkəmənin qeyd etdiklərindən də göründüyü kimi Maraqlı şəxs xx.xx.2020-ci il tarixli əmrlə "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməmiş, sadəcə bu iş, yəni cəmiyyətin direktoru vəzifəsi əlavə iş yeri kimi qeyd olunmuşdur. Eyni zamanda əmək müqaviləsi bildirişlərinə əsasən X1 "xxxx" MMC-nin direktorudur və əmək müqaviləsi qüvvədədir. Nə vergi Məcəlləsində, nə də Mülki Prosessual Məcəllədə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün onun əsas iş yerinin həmin müəssisə olmalı olması qeyd olunmamışdır. Müəssisənin qeydiyyat ünvanı ilə Maraqlı şəxs ünvanının eyni olması, müəssisənin təsisçisinin də Maraqlı şəxs olduğunu nəzərə alaraq hesab edirlər ki, məhkəmə hüquq normasının tətbiqində yanlışlığa yol vermişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Maraqlı şəxs məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
14. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyasının:
28-ci maddənin 3-cü bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddənin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
16. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun:
3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X4 (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli Qərarı
Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər.
18. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsi
Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz.
19. Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar
Hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir.
20. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun:
9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır; 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır; 9-1.3-cü maddəsinə əsasən qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir.
21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
22. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:
16.1.1-ci maddəsinə əsasən - qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən - vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
355-5.1-ci maddəsinə əsasən - vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
25. Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3951/2024 nömrəli qətnaməsi ləğv edilməli, ərizə təmin edilməlidir.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Maraqlı şəxs xx.xx.2020-ci il tarixli Əmrə əsasən hüquqi şəxs "xxxx" MMC-nin direktor vəzifəsində əsas iş yerindən əlavə iş yerinə keçirilmişdir, həmçinin elektron hökümət protalından da Maraqlı şəxs yalnız "xxxx" ASC-də sürücü vəzifəsində çalışdığı qeyd edilmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, vergi ödəyicisinin rəhbər dəyişikliyi ilə bağlı qanunvericliklə müəyyən edilmiş qaydada vergi orqanına müraciəti mövcud olmadığı üçün həmin MMC-də rəhbər dəyişikliyi aparılmamış və hal-hazırda Maraqlı şəxs müəssisənin rəhbəri olması barədə dövlət reyestri məlumatı qüvvədədir.
28. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Yəni, bu o deməkdir ki, dövlət reyestrində dəyişiklik aparılmağı təqdirdə təsisçinin qərarı hüquqi şəxsin daxili məsələlərində hər hansı münasibətləri tənzimləyə bilər. Beləliklə, qanunvericiliyin tələbidir ki, hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlardakı hər bir sonrakı dəyişiklik müvafiq orqanda qeydə alındıqdan sonra qüvvəyə minir.
29. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsi bildirişlərinə əsasən X1 "xxxx" MMC-nin direktorudur və əmək müqaviləsi qüvvədədir.
30. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3951/2024 nömrəli qətnaməsi ləğv edilməli, ərizə təmin edilməli, xx.xx.2024-cü il tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) dövlət büdcəsinə olan ümumilikdə 9234,03 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 0 manat, İşsizlikdən sığorta fonduna olan 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan 450,97 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs (doğulduğu tarix - 05 avqust 1985-ci il, doğulduğu yer – Ucar rayonu, Qazyan kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ məhdudiyyətin qoyulmasına səbəb olmuş əsas aradan qalxanadək müvəqqəti məhdudlaşdırılmalıdır.
31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3951/2024 nömrəli qətnaməsi ləğv edilsin. Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) dövlət büdcəsinə olan ümumilikdə 9234,03 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 0 manat, İşsizlikdən sığorta fonduna olan 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan 450,97 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs (doğulduğu tarix - 05 avqust 1985-ci il, doğulduğu yer – Ucar rayonu, Qazyan kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ məhdudiyyətin qoyulmasına səbəb olmuş əsas aradan qalxanadək müvəqqəti məhdudlaşdırılsın. Dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.