Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-850/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi və s.” tələbinə və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “müqaviləyə xitam verilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-767/2025 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4183 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə üzrə “SPECTRA DUAL” cihazının təhvil götürülməsi və ümumi borc məbləği olan 22000 (iyirmi iki min ) manat borcun, 156 (yüz əlli altı) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 22156 (iyirmi iki min yüz əlli altı) manat məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış 19 avqust 2024-cü il tarixli, 4183 nömrəli nisyə alqısatqı müqaviləsinin Cavabdeh tərəfindən imtina edilməsi əsası ilə müqaviləyə xitam verilmiş hesab edilməsi, Cavabdeh tərəfindən ödənilmiş 3000 (üç min) AZN məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 320 (üç yüz iyirmi) AZN məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 50 AZN məbləğində pulun cavabdehdən İddiaçındən tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı Cavabdeh İddiaçınə qarşı “müqaviləyə xitam verilməsi və s.” tələbinə dair iş məhkəmənin icraatında olan İddiaçı Cavabdeh “borcun tutulması” tələbinə dair işlə (iş № e-2-2(113)-8044/2024) birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-767/2025 saylı qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək, xx.xx.2024-cü il tarixli 4183 nömrəli alqı-satqı müqaviləsi ləğv edilmiş hesab edilməsi, 3.000 (üç min) manat məbləğində pulun İddiaçındən tutularaq Cavabdeh verilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pulu İddiaçındən tutularaq Cavabdeh verilməsi, dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pulun İddiaçındən tutularaq Cavabdeh verilməsi, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı MMC qeyd edilən qətnamədən şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-767/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(103)-714/2025 saylı qərardadı ilə şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək, şikayət geri qaytarılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə kommersiya işi Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarına əsasən Bakı Apellyasiya Məhkəməsinin qərardaına əsasən apellyasiya şikayəri qeyri mümkün hesab edilərək geri qaytarılsada, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinə münasibət bildirilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən şikayətin geri qaytarılması üçün lazımi prossesual hərəkətlər icra olunmadan şikayət Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.2-cı maddəsinə əsasən, apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, kommersiya işi, İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli şikayətinə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-767/2025 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Müvafiq prosessual hərəkətlərin aparılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(103)-850/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-850/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver