Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-851/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair xüsusi icraat qaydasında ərizəsi üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3314/2023 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 64740 manat məbləğində (o cümlədən, vergilər üzrə 60000 manat, faizlər üzrə 4740 manat) borcu vardır.
2. Vergi ödəyici tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Maraqlı şəxs borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 64740 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 64740 manat məbləğində (o cümlədən, vergilər üzrə 60000 manat, faizlər üzrə 4740 manat) borcu vardır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3314/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) ərizə təmin edilmişdir.
6. Məhkəmə tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
7. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3314/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və maraqlı şəxsin ölkədən çıxışına qoyulmuş məhdudiyyətin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin surətini məhkəmədən rəsmi olaraq xx.xx.2023-cü ildə aldıqdan sonra maraqlı şəxsə məlum olmuşdur ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Nəticədə qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul olunmuşdur. Belə ki, Maraqlı şəxs işə götürmək adı ilə aldadıb, ona asan imza aldıraraq, onun adımdan hansısa işlər görmüşlər və vergidən yayınmışlar. Nəticədə, guya Maraqlı şəxs vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN:**********) dövlət büdcəsinə 64740 manat (o cümlədən, vergilərüzrə 60000 manat, faizlkər üzrə 4740 manat) borcu yaranmışdır. Maraqlı şəxs taksi sürücüdür. X1 adında bir nəfər müştərisi olmuşdur. Onun Nərimanov rayonu ərazisində ofisi də varidi. Hazırda həmin ofis də işləmir. Yerini dəyişib, telefon nömrəsi də cavab vermir. Təxminən Maraqlı şəxs oğlu taksi sürücüsü kimi ona xidmət etmişdir. Onu müəyyən vaxtlarda müxtəlif yerlərə aparıb-gətirmişdir. Belə münasibətləri yaranmışdır. Bir dəfə Maraqlı şəxs dedi ki, şirkət açır və onu işə qəbul edəcək. Maraqlı şəxs də ona inanmışdır. Onun adına 1 saylı ASAN Xidmətdə asan imza açdırdı, bir müddətdən sonra yoxa çıxdı. Daha Maraqlı şəxs onu görmədi. Maraqlı şəxs şəxsən özü heç bir şirkət açmamış və heç bir əməliyyat aparmamışdır. Oturub, onu gözləmişdir. Nəhayət bu iş başına gəlib. Bu yaxınlarda asan imzanı da ləğv etdirmişdir. İşin həmin halları tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Nəticəsilə bağlı obyektiv hüquqi qiymət verilməlidir. Bu hərəkətlər Osmanov Nəbi tərəfindən Maraqlı şəxs qarşı törədilən cinayət əməlidir. Bu cinayət işinin üstü açılmalı və Osmanov Nəbi tezliklə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Osmanov Nəbi maraqlı şəxsin ona olan etibarından sui-istifadə edərək ona qarşı dələduzluq cinayəti törətmiş, onun adından hansısa qanunsuz əməliyyatlar aparmaqla vergidən yayınmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Maraqlı şəxs məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
10. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
11. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: - 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; - 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. - 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
12. Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
13. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3314/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. İş materiallarından görünür ki, fərdi sahibkar kimi qeydə alınmış Maraqlı şəxs dövlət büdcəsinə 64740 manat borcu yaranmış və işə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, borc ödənilməmişdir.
15. Maraqlı şəxs apellyasiya şikayətində qeyd edir ki, onu işə düzəltmək vədi ilə aldatmış, fərdi sahibkar kimi qeydiyyata salınmış, lakin faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə başqası məşğul olmuşdur. Maraqlı şəxs apellyasiya şikayətinə bununla bağlı xx.xx.2023-cü il tarixdə (mübahisələndirilən qətnamə qəbul edilsikdən sonra) Azərbaycan Respublikası DİN-nə və Bakı şəhər Polis İdarəsi və digər orqanlara müraciət etməsi ilə bağlı
16. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs apellyasiya şikayətində qeyd etdiyi halların həqiqətə uyğun olub-olmadığını hazırkı icraat çərçivəsində araşdırmaq mümkün olmadığından və hazırda dövlət büdcəsinə 64.740 manat ödənilməmiş borcu olduğundan onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamənin ləğvi üçün hər hansı əsas yoxdur.
17. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3314/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 18 Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3314/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.