Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-852/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi Nümayəndə8 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-64/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21.06.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli e-2-2(113)-64/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pulun tutulması tələbinə dair iddia qismən təmin edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli e-2-2(113)-64/2021 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış müddəti üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddətdə apellyasiya şikayətini tərtib etməsinə baxmayaraq “Elektron məhkəmə” informasiya sisteminə giriş imkanı təmin edilmədiyindən tərtib etdiyi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun surətdə elektron qaydada göndərilməsi mümkün olmamışdır. Bununla bağlı iddiaçı tərəfindən məhkəməyə müraciət olunmuş və məhkəmə tərəfindən iddiaçının “Elektron məhkəmə” informasiya sisteminə giriş imkanı təmin edilmişdir. Lakin iddiaçının bu imkanı apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş 1 ay müddət keçdikdən sonra təmin edildiyindən həmin müddət üzrlü səbəbdən buraxılmışdır. Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli e-2-2(113)-64/2021 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 29.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə etdilər, cavabdehin nümayəndəsi Nümayəndə8 isə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin tələblərinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. İşin 1-ci cildinin 232-ci vərəqəsində olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli e-2-2(113)-64/2021 saylı qətnaməsi Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 23 fevral 2021-ci il tarixdə saat 18:28-də İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Göründüyü kimi İddiaçı digər nümayəndəsi və vəkilinin elektron kabineti mövcud olmuş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Ona görə də ərizədə qeyd olunanlar heç bir halda iddiaçıya münasibətdə prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul edilə bilməz. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-64/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Fuad Talışinski Fuad Babayev
Məhkəmə qərarları › İş №2-2(103)-852/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-852/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver