Məhkəmə qərarları › İş №2-2(103)-854/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-854/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-854/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5337/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair məhkməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır. Daha sonra iddiaçı həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5337/2025 saylı qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində də göstərilmişdir ki, məhkəmə xərci olaraq dövlət rüsumu 935 (850 manat iddia ərizəsi üçün + 85 manat müvəqqəti təminat tədbiri ərizəsi üçün) manat təşkil edir. Belə ki, ayrıca olaraq 85 manat müvəqqəti təminat tədbiri üçün rüsum ödənilmiş və bunu təsdiq edən qəbz məhkəmə sisteminə əlavə edilmişdir. İddia ərizəsinin təqdim edilməsinə görə hesablanmış 850 (≈ 849.12 ) manat məbləğində pul vəsaiti isə hissə-hissə olmaqla ödənilmişdir. Məhkəmə portalından istifadə edilməmiş, imtina olunmamış və Bakı Kommersiya Məhkəməsinin balansında olan 119 azn və 163 azn,əlavə olaraq isə 568 manat rüsum ödənilmiş, bu qəbzlər məhkəmə sisteminə əlavə edilmişdir. Belə ki, məhkəmə sisteminin “portal” hissəsinə və ardınca “ödənilmiş məhkəmə rüsumları” hissəsinə daxil olduqda Bakı Kommersiya Məhkəməsinin balansında istifadə edilməmiş, imtina olunmamış İddiaçı MMC-yə məxsus müvafiq məbləğlər görmək mümkündür. Bu məbləğlərin hər biri Bakı Kommersiya Məhkəməsinin balansında olan məbləğlərdir və hər bir məbləğin qarşısında onun istifadə edilib-edilmədiyi göstərilir. İstifadə olunmamış məbləğlər müvafiq işlər (barışıq sazişinin bağlanması ilə xitam, tərəflər arasında mübahisənin məhkəmədən kənar həlli və s.) ilə əlaqədar olaraq hər hansı bir işin məhkəmə tərəfindən istifadə edilmədiyini, amma eyni zamanda bu məbləğin hələ də həmin iş üzrə məhkəmənin hesabında qaldığını təsdiq edir. Eyni zamanda, fərqli bir işin nömrəsinin portaldan əldə edilən qəbzdə qeyd edilməsi bu məbləğin eyni məhkəmədə fərqli iş üzrə istifadəsini istisna etmir. Məhkəmənin yanaşmasından belə çıxır ki, həmin məbləğlər nə ərizəçiyə qaytarılmalı, nə də məhkəmə tərəfindən başqa iş üzrə istifadə edilməlidir. Bu qərardad ərizəçinin hüquqlarının pozulması olmaqla bərabər, Məhkəmənin balansında qalmış məbləğin fərqli bir iş üzrə istifadəsi hüququnu məhdudlaşdırır, habelə, ərizəçinin əlavə xərc çəkməsinə səbəb olur. Əlbəttə, həmin məbləğlər fərqli iş üzrə rüsumun ödənilməsində istifadə edilə bilər. Bu situasiyaya əsasən portalda həmin məbləğ üzrə status dəyişdirilməklə birbaşa olaraq rüsumun istifadə edildiyi işin nömrəsi qeyd edilir və məbləğ “istifadə olunub” kimi göstərilir. Odur ki, hal-hazırda məhkəmə sisteminə əlavə edilmiş qəbzlərdən də müəyyən etmək mümkündür ki, 119 azn və 163 azn-lik məbləğlər başqa heç bir iş üzrə istifadə edilməyib və imtina olunmayıb. Habelə, məhkəmənin bu qərardadıyanlış mövqe sərgiləməklə ərizəçinin xərclərinin artmasına və müvafiq məbləğlərdə pul itirməsinə səbəb olur. Qərardaddan bu başa düşülür ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə rüsumu, əgər iş mahiyyəti üzrə məhkəmədə həll edilməzsə, məhkəmənin balansında qalmış, iddiaçının hesabına geri qaytarılmamış məbləğ, elə məhkəmədə də qalmalıdır. Lakin bu məbləğlərin hər birini fərqli iş üzrə istifadə etmək iddiaçının hüququdur, çünki ona məxsus olan, barəsində danışılan məbləğlər heç bir iş üzrə istifadə edilməyib. Əlavə olaraq qeyd edirik ki, AR MPM-nin108-ci maddəsində dövlət rüsumunun ödənildiyi hallar qeyd edilmişdir. Belə ki, iddia ərizəsinin geri qaytarılmasına dair qərardaddan verilən şikayətdən dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 5337/2025 saylı qərardadından verilən bu şikayət üçün rüsum ödənilməməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə ki, dövlət rüsumunun hesablanması kalkulyatorundan görünür ki, iş üzrə 849.12 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən cəmi 568 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş digər qəbzlərə nəzər yetirdikdə müəyyən olunur ki, həmin rüsum Bakı Kommersiya Məhkəməsinin icraatında olan digər işlər (e-2-2(113)4375/2025; e-2-2(113)-4565 /2025) üzrə ödənilmişdir. Məhkəmə qeyd etmişdir ki, həmin işlərin nəticəsindən asılı olaraq, iddiaçının dövlət rüsumunun geri qaytarılmasına dair müricət etmək hüququ var və hazırki halda, həmin rüsumların iddiaçıya qaytarılıb - qaytarılmamasına dair heç bir məlumat iş materiallarıa əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası qeyd edilən əsasları nəzərdən keçirərək və onları əsaslı sayaraq hesab edir ki, iddia ərizəsi düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5337/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar