Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-855/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3389/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 01 iyul 2021-ci il tarixli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 dekabr 2006-cı il tarixli, 239 saylı “X3” Müqaviləsi üzrə yaranmış 84.455,47 ABŞ dolları əsas borc, 28.694,15 ABŞ dolları hesablanmış faiz borc, 5.878,08 ABŞ dolları dəbbə pulu borcu, ümumilikdə 119.027,70 ABŞ dolları lizinq borcunun ödəmə gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun manatla, həmçinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə tutularaq səhmdarı Azərbaycan Respublikası Maliyyə Nazirliyi olan Beynəlxalq Bank ASC-nin törəmə müəssisəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, dövlət büdcəsinin vəsaiti hesabına alınmış lizinq obyektləri olan 1 ədəd “BETOMİX 1,0” markalı beton istehsalı zavodunun (60 m), 6 ədəd “Mersedes Benz” markalı şassisində avto beton qarışdırıcının (dövlət qeydiyyat nişanları ** AG ***; ** AG ***; ** AG ***; ** AG ***; ** AG ***; ** AG ***), 1 ədəd Liebherr R 904 C markalı tırtıllı ekskavatorun (dövlət qeydiyyat nişanı az AZ 10 L307), 1 ədəd Liebherr A900 C markalı təkərli ekskovatorun (dövlət qeydiyyat nişanı az AZ 10 L 299), 1 ədəd Liebherr 514 təkərli yükləyicinin (dövlət qeydiyyat nişanı az AZ 10 L 300), 1 ədəd “Putsmayster” stasionar beton nasosu komplektinin, “Fibo İnterkon” 55/8-2200 beton istehsal edən mobil zavodun komplekt avadanlığının və 1 ədəd “New Holland” LB 110 B markalı ekskavator yükləyicinin (dövlət qeydiyyat nişanı az AZ 10 L 197) tam işlək vəziyyətdə cavabdeh ANT İnşaat Təmir Tikinti MMC-dən alınaraq səhmdarı Azərbaycan Respublikası Maliyyə Nazirliyi olan Beynəlxalq Bank ASC-nin törəmə müəssisəsi Beynəlxalq Lizinq QS-Cə qaytarılması, cavabdeh ANT İnşaat Təmir-Tikinti MMC ilə Beynəlxalq Lizinq QSC arasında bağlanılmış 239 saylı, 07 dekabr 2006-cı il tarixli X3 Müqaviləsi və Müqaviləyə edilmiş 18 noyabr 2019-cu il tarixli, 3 saylı Əlavənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, iddia məbləği həcmində yəni 119.027,70 ABŞ dolları həcmində Cavabdeh2 MMC-nin Azərbaycan Beynəlxalq Bankı ASC-də olan CCS330289AZN380601 saylı hesaba, Azərbaycan Beynəlxalq Bankı ASC-də olan CCS330289USD381601 saylı hesaba, Bank Respublika ASC-də olan **********9163 saylı hesaba, Turan Bank ASC-də olan 3806042saylı hesaba, Bank of Baku ASC-də olan **********0519 saylı hesaba, UniBank ASC Yasamal filialında olan pula **********06AZN01 saylı hesaba, Unibank ASC-də olan ******* saylı hesaba, Azərbaycan Beynəlxalq Bankı ASC-də olan NZM672696AZN3806-01 saylı hesaba həbs qoyulmasını, 1 ədəd “BETOMİX 1,0” markalı beton istehsalı zavodundan (60 m) , 1 ədəd “Putsmayster” stasionar beton nasosu komplektindən, “Fibo İnterkon” 55/8- 2200 beton istehsal edən mobil zavodun komplekt avadanlığından, 6 ədəd “Mersedes Benz” markalı şassisində avto beton qarışdırıcıdan (dövlət qeydiyyat nişanları ** AG ***; ** AG ***; ** AG ***; ** AG ***; ** AG ***; ** AG ***), 1 ədəd Liebherr R 904 C markalı tırtıllı ekskavatordan(dövlət qeydiyyat nişanı az AZ 10 L 307), 1 ədəd Liebherr A 900 C markalı təkərli ekskavatordan (dövlət qeydiyyat nişanı az AZ 10 L 299), 1 ədəd Liebherr 514 təkərli yükləyicidən (dövlət qeydiyyat nişanı az AZ 10 L 300) və 1 ədəd “New Holland” LB 110 B markalı ekskavator yükləyicidən (dövlət qeydiyyat nişanı az AZ 10 L 197) cavabdehlər və digər şəxslər tərəfindən istifadəyə qadağa qoyulması, həmçinin, 6 ədəd “Mersedes Benz” markalı şassisində avto beton qarışdırıcının (dövlət qeydiyyat nişanları ** AG ***; ** AG ***; ** AG ***; ** AG ***; ** AG ***; ** AG ***,) 1 ədəd Liebherr R 904 C markalı tırtıllı ekskavatorun (dövlət qeydiyyat nişanı az AZ 10 L 307), 1 ədəd Liebherr A 900 C markalı təkərli ekskavatorun (dövlət qeydiyyat nişanı azAZ 10 L 299), 1 ədəd Liebherr 514 təkərli yükləyicinin (dövlət qeydiyyat nişanı azAZ 10 L 300) və 1 ədəd “New Holland” LB 110 B markalı ekskavator yükləyicinin (dövlət qeydiyyat nişanı azAZ 10 L 197) AR DİN-nin BDYPİ-nin müvəqqəti saxlama duracağında saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, e-2-2(113)-3389/2021 nömrəli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Cavabdeh2 MMC-nin Azərbaycan Beynəlxalq Bankı ASC-də olan CCS330289AZN380601 saylı hesaba, Azərbaycan Beynəlxalq Bankı ASC-də olan CCS330289USD381601 saylı hesaba, Bank Respublika ASC-də olan **********9163 saylı hesaba, Turan Bank ASC-də olan 3806042-saylı hesaba, Bank of Baku ASC-də olan **********0519 saylı hesaba, UniBank ASC Yasamal filialında olan pula **********06AZN01 saylı hesaba, Unibank ASC-də olan ******* saylı hesaba, Azərbaycan Beynəlxalq Bankı ASC-də olan NZM672696AZN3806-01 saylı hesabda olan pula əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan 84.455,47 ABŞ dolları (səksən dörd min dörd yüz əlli beş manat, qırx yeddi sent) həcmində həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı QSC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə şikayəti müdafiə etdi. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, şikayətin dəlillərini, ərizənin qismən təmin edildiyini, lakin cavabdeh tərəfindən şikayət verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qərardadın əsaslığı yalnız ərizənin “lizinq avadanlığından cavabdeh və digər şəxslər tərəfindən istifadəyə qadağa qoyulması” hissəsinin təmin edilməməsi hissəsində yoxlanılır. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək (158.1.2); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək (158.1.3). Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq lizinq avadanlıqlarının cavabdehlər və digər şəxslər tərəfindən istifadəsinə qadağa qoyulması hissəsində ərizəni təmin etməmişdir. Belə ki, işin hallarından da göründüyü kimi "xxxx" MMC inşaat, təmir-tikinti şirkətidir və bu növdə iddianın təmin tədbirinin seçilməsi onun fəaliyyətini iflic vəziyyətə gətirə və nəticədə ona böyük məbləğlərdə zərər vurulmasına gətirib çıxarda bilər. Bu isə nəticədə tərəflər arasında əlavə məhkəmə mübahisələrin yaranmasına səbəb ola bilər. Belə bir nəticə isə ədalət mühakiməsinin məqsədləri baxımından arzuolunan deyildir və gələcəkdə qəbul ediləcək qətnamənin icrası zamanı yeni əngəllərin yaranma ehtimalını artırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli Qərarında da təsbit olunmuşdur ki, Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin hissədə ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir. Həmçinin, nəqliyyat vasitələrinin DİN-nin BDYPİ-nin müvəqqəti saxlama duracağında saxlanılması ilə bağlı qeyd olunur ki, Mülki Prosessual Məcəllədə bu növ iddianın təmini tədbiri, eyni zamanda qanunvericilikdə Azərbaycan Respublikası DİN BDYPİ-nin belə vəzifəsi müəyyən edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı (mübahisələndirilən hissədə) qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3389/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 01 iyul 2021-ci il tarixli qərardadının mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2-2(103)-855/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-855/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver