Məhkəmə qərarları › İş №2-2(103)-855/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-855/2025

09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-855/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “QMED X5 Kimya CO.” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2708/2025 nömrəli qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

1. “İddiaçı “QMED X5 Kimya CO.” MMC (“icraçı”) ilə cavabdeh "xxxx" MMC (“sifarişçi”) arasında imzalanmış xx.xx.2024-cü il tarixli tibbi xidmət müqaviləsi imzalanmışdır.

2. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya göndərilərək 19 dekabr 2024-cü il tarixə cavabdehə yazılan elektron qaimələrə əsasən iddiaçı müəssisəyə 11376,50 manat əsas məbləğ, 2660 manat ƏDV ( cəmi 14036.50 ) borcunuz qalmışdır. Sizdən xahiş edirik 14036,50 manat olan borcunuzu ən qısa müddətdə ödənilməsi, əks halda qanunu yollarla məhkəməyə müraciət edəcəkləri bildirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı “Qmed X5 Kimya CO.” MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC -dən13424.27 ƏDV daxil (On üç min dörd yüz iyirmi dörd manat, iyirmi yeddi qəpik), hüquqi yardımın göstərilməsi məqsədi ilə vəkilə ödənilmiş 750 (yeddi yüz əlli ) manat və ödənilmiş dövlət rüsumu 132.52 (yüz otuz iki manat, əlli iki qəpik ) manat olmaqla, cəmi 14306.79 (on dörd min üç yüz altı manat, yetmiş doqquz qəpik) manat pulun İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Qmed X5 Kimya ”Com.Mc (İcraçı) ilə cavabdeh"xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli, 02 saylı“tibbi –xidmət” müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən İcraçıelektron-qaimə əsasən göstərilmiş xidməti nəzərdə tutulmuş şərtlərlə Sifarişçiyə göstərməyi, bunun qarşılığında isə Sifarişçimüqavilə qiymətini ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin tələblərinə uyğun olaraq İddiaçı M1m34c24.27 ƏDV daxil (On üç min dörd yüz iyirmi dörd manat, iyirmi yeddi qəpik) manat məbləğində tələb olunan analiz xidmətlərini elektron qaiməyə əsasən icra etməsinə baxmayaraq "xxxx" MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bununla daİddiaçı MMC 113424.27 ƏDV daxil (On üç min dörd yüz iyirmi dörd manat, iyirmi yeddi qəpik) məbləğində maddiziyan vurululmuşdur. Borcun ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə dəfələrlə sözügedən müqavilənin dəyərinin tam şəkildə ödənilməsi tələb olunsa da,cavabdeh nə bu tələblərə əhəmiyyət verməmiş, nə də borc pulməbləğini geri qaytarmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2708/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh MMC tərəfindən 13424.27 (on üç min dörd yüz iyirmi dörd manat iyirmi yeddi qəpik) manat məbləğində borc, hüquqi yardımın göstərilməsi məqsədilə vəkilə ödənilmiş 750 (yeddi yüz əlli) manat və ödənilmiş dövlət rüsumu kimi 132.52 (yüz otuz iki manat əlli iki qəpik) manat məbləğ tutularaq iddiaçı “QMED X5 Kimya CO.” MMC-ə tutulması qət edilmişdir.

6. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2708/2025 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc əsassız hesablandığından halı qəbul etmirik. Öhdəlik bizim tərəfimizdən pozulmamışdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını,həmin iş üzrəhansı qanunun tətbiqedilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Bakı Kommersiya Məhkəməsi-nin xx.xx.2025-ci il tarixli qətnaməsi əsassızdır, beləki, tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən etməmişdir. Belə ki, “QMED X5 Kimya CO.” MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, 02 saylı “tibbi–xidmət” müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən sifariş edilmiş tibbi xidmətləri göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməsi, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməməsi, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozması, hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə “QMED X5 Kimya CO.” MMC-yə olan əsas borcu 13424.27 manat təşkil etməsi tam araşdırılmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qətnamə mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmadan qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclalsında iştriak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, cavabdeh gəlməməyinin səbəbləri barədə məlumat verməmiş, cavabdeh ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

14. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.;

15. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.

18. Həmin Məcəllənin 753.4-cü maddəsinə görə müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.

19. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əsaslılığını tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır

26. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı “QMED X5 Kimya CO.” MMC (“icraçı”) ilə cavabdeh "xxxx" MMC (“sifarişçi”) arasında imzalanmış xx.xx.2024-cü il tarixli tibbi xidmət müqaviləsi imzalanmışdır. Hazırkı işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək, iddiaçı tərəfindən göndərilən nümunələr laborotor təhlil xidmətlərini göstərmiş, cavabdeh isə həmin xidmətlərin dəyərini ona ödəməmişdir.

27. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

28. İddiaçı tərəfindən cavabdehə MT2405 00008880 saylı xx.xx.2024-cü il tarixli 2253.8 manat, MT2405 11319791 saylı xx.xx.2024-cü il tarixli 3195.39 manat, MT2406 11557068 saylı xx.xx.2024-cü il tarixli 4012 manat, MT2408 10199402 saylı xx.xx.2024-cü il tarixli 5432.13 manat, MT2408 11756133 saylı xx.xx.2024-cü il tarixli 3721.13 manat, MT2409 11753066 saylı xx.xx.2024-cü il tarixli 4010 manat, MT2412 10898676 saylı xx.xx.2024-cü il tarixli 1467.33 manat, MT2412 10898586 saylı xx.xx.2024-cü il tarixli 2923.45 manat məbləğində elektron qaimələr göndərilmişdir.

29. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münaibətdə qeyd edir ki, cavabdeh yalnız öhdəliyin onlar tərəfindən pozulmadığını, pul məbləğinin əsassız hesablandığını qeyd etsə də, bu hal iş materillaırnda olan sədədlər, e-qaimələrlə təkzib olunur. Belə ki, əgər iddiaçı tərəfindən öhdəlik pozularaq xidmət göstərilməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.

31. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

32. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2708/2025 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar