Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-856/2025 12.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh “Total" MMC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı pul tələbinə dair ilk,qarşılıqlı iddiaçı "xxxx" MMC-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, qüsurlu mal, sübutetmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X11 Əliyevanın sədrliyi və məruzəsi ilə, X4 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Total" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 Əlaslan qızının, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh “Total" MMC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı pul tələbinə dair ilk, qarşılıqlı iddiaçı "xxxx" MMC-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1053/2025 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü tarixli 0109 saylı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən "alıcı” sifariş verir, “satıcı” isə hazır ki, müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə,’ Alıcı nın sifarişi əsasında “alıcı”nın tibbi avadanliqlarla (bundan sonra mal adlandıracaq) təmin edir. 2.1-ci bəndinə əsasən satıcı Alıcının sifarişi əsasında və müqavilə çərçivəsində ehtiyacı olan malları vaxtında təhvil verir. 2.2 –ci bəndinə əsasən sifariş edilən malları Alıcının təklif istək formasına Satıcı tərəfindən verilən cavabda qeyd olunan müddət ərzində Alıcıya və ya onun səlahiyyətli nümayəndəsinə təhvil verilir. 3.1-ci bəndinə əsasən, Alıcı mallar ilə əlaqədar ortaya çıxan çatışmamazlıqlar barədə onları aşkar etdikdən sonra 7 (yeddi) gün ərzində Satıcını xəbərdar edir. 4.1-ci bəndinə əsasən 4ödəniş Satıcı tərəfindən faktura təqdim edildikdən sonra 3 (üç) gün müddətində həyata keçirir. 5.1.-ci bəndinə əsasən, Satıcı və Alıcı hazırki müqavilə üzrə öz öhdəliklərini yerinə yetirilməməsi, yaxud səhlənkar yerinə yetirilməsi Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır. 6.2.-ci bəndinə əsasən, mübahisələr məhkəmələrdə həll olunan zaman məhkəmə məsrəfləri, vəkil xərcləri və digər bu kimi xərclər təqsirkar tərəfin hesabına ödənilməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı MMC tərədindən "xxxx" MMC-yə EBDQ 080396 nömrəli xx.xx.2023-cü il tarixli 53100 manat məbləğində elektron qaimə göndərilmişdir.
3. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli kassa məxaric orderi ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 2692.31 manat məbləğində ödəniş edilmişdir.
4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli kassa məxaric orderi ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 2000 manat məbləğində ödəniş edilmişdir.
5. “X12” MMC tərəfindən "xxxx" MMC-yə MT2412 seriyalı 10712368 nömrəli xx.xx.2024-cü il tarixli 14300 mana məbləğində electron qaimə göndərilmişdir. 16.xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, bəyannaməç/təmsilçi qismində "xxxx" MMC iştirak etməklə) göndərən (ixracatçı) “X16.LTD” “Med and Labor Trading and Co LLC” tərəfindən malı qəbul edən (idxalatçı) İddiaçı MMC-yə ünvanlanmış ümumi gömrük dəyəri 21063 ABŞ dolları olan cəmi 1 ədəd avadanlıq (FD Flexavisinon ) AR-in gömrük sərhədindən keçirilmişdir.
6. "xxxx" MMC tərəfindən verilmiş əsas vəsaitlərin və qeyri-maddi nemətlərin 04 saylı 10 dekabr 2024-cü il tarixli istismara qəbul aktına əsasən 14300 manat məbləğində Shimadzu Flexavision markalı rentgen cihazının proqram təminatı “X12” MMC tərəfindən istismara verilmişdir.
7. "xxxx" MMC tərəfindən verilmiş əsas vəsaitlərin və qeyri-maddi nemətlərin 05 saylı 11 oktyabr 2023-cü il tarixli istismara qəbul aktına əsasən 14300 manat məbləğində Flexavision markalı rentgen cihazının proqram təminatı İddiaçı MMC tərəfindən istismara verilmişdir.
8. X1 verdiyi ifadəsində qeyd etmişdir ki, İddiaçı MMC-nin direktoru onun həyat yoldaşıdır, etibarnaməsi var, onun MMC adından bütün işlərin təşkilini həyata keçirir, cavabdeh ilə Medaura klinikasının direktoru ilə danışdığını və qiymətlə bağlı 53100 manatla bağlı olan müqavilə imzalasalar, cavabdehin endirim istədiyindən onlar bildirdilər kimi ki, bu ancaq bir halda mümkün ola bilər. O halda ki, həmin avadanlığın yol xərci, gömrük xərcləri, quraşdırma xərci vəs.kimi xərclər əvvəlcədən Medaura tərəfindən ödənilməlidir. Razılaşdılar ki, 53100 manat rəsmi ödənilir, 20000 manatı da ona əlbəəl veriləcəkdir. Məbləği 12 aya böldülər və əvvəllər hər ay ödənişlər qaydasında edilirdi. 20000 manat nağd şəkildə ona ödənilmişdir. Bununla əlaqədar o, 20000 manatı almağı ilə bağlı imza etdi. Amma şirkətin yox, öz adından sənədi imzalamışdır. Həmin avadanlığın qiyməti 53100 manat ola bilməz.
9. X3 verdiyi ifadəsində cihazı sentyabr ayında təhvil verdiklərini, lakin cihazın ölkəyə avqust ayında idxal olunduğunu, bundan əlavə ona 5000 manat malın gömrükdən çıxarılması üçün pul verildiyini qeyd etdi. Əlavə olaraq bildirdi ki, nə ödənişlərin edilməsi, nə də müqavilənin bağlanılması mərhələsində iştirakı olmamış, cihazın təhvil-təslimində proqram təminatı qarşı tərəfə təqdim edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat: a) İlkin iddia
10. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 061,58 manat müqavilə üzrə ümumi borcun, iddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumu və 1020 manat vəkil ödənişinin, ümumilikdə 20 231,58 manat məhkəmə xərcinin cavabdeh "xxxx"MMC-dən tutularaq İddiaçı MMCninxeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC ilə "xxxx" MMC arasında №0109 nömrəli alğı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin predmetinə uyğun olaraq Alıcı sifariş verir, Satıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə, Alıcının sifarişi əsasında Alıcını tibbi avadanlıqlarla təmin edir. xx.xx.2023- cü il tarixli № 0109 nömrəli alğı-satqı müqaviləsinin 2.1.-ci maddəsinə uyğun olaraq Satıcı Alıcının sifarişi əsasında və müqavilə çərçivəsində ehtiyacı olan malları vaxtında təhvil verir. Həmçinin, həmin müqavilənin 2.2.-ci maddəsinə əsasən, sifariş edilən malları Alıcının təklif istək formasına Satıcı tərəfindən verilən cavabda qeyd olunan müddət ərzində Alıcıya və ya onun səlahiyyətli nümayəndəsinə təhvil verilir. Satıcı öhdəliyini tam yerinə yetirmiş və malı Alıcıya təhvil vermişdir. Həmin müqavilənin 4.1.- ci maddəsinə əsasən, ödəniş Satıcı tərəfindən faktura təqdim edildikdən sonra 3 gün müddətində həyata keçirir. Həmin maddədən görünür ki, Flexsavision Rentgen aparatının (malın) ümumi məbləği 53 100 manat ƏDV daxil, ilkin olaraq 11 800 manat ilkin ödəniş, qalan hissəsinin, yəni 41 300 manat 13 ay ərzində aylıq 3.176,93 manat aylıq ödəniləcək. Müqaviləyə uyğun olaraq Satıcı tərəfindən Alıcıya EBDQ080396 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə göndərilmişdir. Tərəflərin razılığına uyğun olaraq Alıcı tərəfindən ilkin ödəniş 11.800 manat xx.xx.2023-cü il tarixində ödənilmişdir, müqavilədə qeyd edilmiş qalan məbləğin 13 ayın ödənişindən 7 ayın ödənişi Alıcı tərəfindən ödənilmiş olsa da, qalan ödənişlər xx.xx.2024-cü il tarixindən dayandırılmışdır. Aşağıda qeyd edilmiş qrafiklə ödənilməli olan ödənişlər Alıcı tərəfindən indiyədək ödənilməmişdir. Lakin Alıcı uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə İddiaçı MMC tərəfindən edilmiş şifahi və yazılı xəbərdarlıqları nəzərə almayaraq bugünədək ödəniş öhdəliyini həyata keçirməmişdir. "xxxx" MMC əlavə müddət ərzində də ödənişi həyata keçirmədiyi üçün ona pretenziya məktubu ünvanlansa da, indiyə qədər hər hansı ödəniş həyata keçirməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində İddiaçının elektron poçt ünvanına məktub ünvanlayaraq satılan cihazın mart ayından etibarən yararsız vəziyyətdə olduğunu və bağlanmış müqavilənin 5.2-ci maddəsinin a bəndinin Satıcı tərəfindən pozulduğunu iddia etmiş, bununla da borcu ödəməyəcəyini açıqaşkar bəyan etmişdir. Həmin müqavilənin 2.3.-cü maddəsinə uyğun olaraq Alıcının sifariş əsasında hazırladığı malların keyfiyyətinə təminat verir. Həmçinin, həmin müqavilənin 2.6.-cı maddəsinə əsasən, Satıcı malların istehsalçı-zavod tərəfindən verilmiş keyfiyyət sertifikatları və pasportları ilə Alıcını təmin edir. Müqaviləyə uyğun olaraq Satıcı öhdəliklərini tam icra etmiş və göstərilən sənədləri malla birgə Alıcıya təqdim etmişdir. Həmin müqavilənin 3.1.-ci maddəsinə əsasən, Alıcı mallar ilə əlaqədar ortaya çıxan çatışmamazlıqlar barədə onları aşkar etdikdən sonra 7 gün ərzində Satıcını xəbərdar edir. Həmin müqavilənin 3.3.-cü maddəsinə əsasən, müqavilə üzrə alınan mallar nəzərdə tutulan xüsusiyyətə malik olmaması hallarında heç bir ödəniş həyata keçirmədən Satıcıya geri qaytarır. Həmin müqavilənin 5.1.-ci maddəsinə əsasən, Satıcı və Alıcı hazırki müqavilə üzrə öz öhdəliklərini yerinə yetirilməməsi, yaxud səhlənkar yerinə yetirilməsi Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır. Həmin müqavilənin 5.2.-ci maddəsinə əsasən, Satıcı aşağıda göstərilən səbəblərə görə məsuliyyət daşıyır a) Mallar keyfiyyətsiz olduqda b) Sifariş edilən malları vaxtında təqdim etmədikdə. Müqailənin yuxarıda göstərilən şərtlərindən göründüyü kimi, mallarda hər hansı bir qüsur olduğu təqdirdə Alıcı bu barədə onları aşkar etdikdən sonra 7 (yeddi) gün ərzində Satıcını xəbərdar etməli, həmçinin, müqavilə üzrə alınan mallar nəzərdə tutulan xüsusiyyətə malik olmaması hallarında heç bir ödəniş həyata keçirmədən Satıcıya geri qaytarmalı idi. X14 tərəfindən qeyd edilən müddət ərzində belə bir məlumat daxil olmamış, həmçinin, mallar da qaytarılmamışdır. Bununla yanaşı, cavabdeh öz məktubunda avadanlığın mart ayından etibarən yararsız vəziyyətdə olduğunu bildirmişdir, lakin cavabdeh mart ayına qədər olan 4 ayın (xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024- cü il, xx.xx.2024-cü il ) ödənişlərini də etməmişdir. Belə olan halda Alıcının Müqavilənin 5.2.-ci maddəyə istinad edərək Satıcını öhdəliklərini icra etməməkdə ittiham etməsi və bu səbəbdən də ödənişləri etməməsi tamamilə əsassızdır. Hesab edirik ki, cavabdehin bu hərəkətləri öz öhdəliklərini icra edilməməsi, yəni onların pozulması kimi qeyd edilməlidir. Həmçinin, qeyd etmək istərdik ki, həmin müqavilənin 6.2.-ci maddəsinə əsasən, mübahisələr məhkəmələrdə həll olunan zaman məhkəmə məsrəfləri, vəkil xərcləri və digər bu kimi xərclər təqsirkar tərəfin hesabına ödənilməlidir. Belə ki, İddiaçı tərəfindən 150 manat dövlət rüsumu və 1020 manat vəkil ödənişi, ümumilikdə, 1170 manat məhkəmə xərcləri ödənilmişdir. (Təsdiq edici sənədlər ərizəyə əlavə olunur) Beləliklə, "xxxx"MMC-nin müqavilə öhdəliklərindən irəli gələn xx.xx.2023-cü il tarixindən ödənilməli olan 3176. 93 AZN, xx.xx.2023-cü il tarixindən ödənilməli olan 3176. 93 manat, xx.xx.2024- cü il tarixindən ödənilməli olan 3176. 93 manat, xx.xx.2024-cü il tarixindən ödənilməli olan 3176. 93 manay, xx.xx.2024- cü il tarixindən ödənilməli olan 3176. 93 manat, xx.xx.2024cü il tarixindən ödənilməliolan 3176. 93 manat, toplam olaraq 19 061,58 manat borcu vardır. b) Qarşılıqlı iddia tələbi
12. 11.12.2024-cü il tarixdə cavabdeh "xxxx" MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC-dən müqavilənin predmeti olan rentgen aparatının təmirinə xərclənmiş 14.300 manat ödənişin, əldən çıxmış fayda qismində 14.700 manatın, 4000 manat mənəvi zərərin, 320 manat hüquqi yardım üçün vəkil ödənişinin, 190 manat məhkəməyə iddia verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində tərəflər arasında bağlanmış 0109 saylı alğı-satğı müqaviləsinə əsasən İddiaçı MMC ümumi məbləği ƏDV daxil olmaqla 53.100 manat olan Flexsavision Rentgen aparatını "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC isə öz növbəsində 11800 manat ilkin ödəniş olmaqla 13 ay ərzində 3176.93 manat olmaqla aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Cavabdehin nümayəndəsi kimi özünü təqdim edən X2 şifahi təklifinə əsasən vergi ödənişlərini az ödəməsi üçün müqavilədən kənar 21 avqust 2023-cü il tarixdə Samir Allahverdiyevə tərəflərindən 20000 manat ödəniş edildikdən sonra Flexsavision Rentgen aparatı İddiaçı MMC-nin nümayəndəsi Samir Allahverdiyev tərəfindən 01 sentyabr tarixində "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova 178 ünvanında yerləşən binasına gətirilərək quraşdırılmışdır. Lakin, rentgen aparatı quraşdırılandan sonra onun təhvil verilməsinə dair hansısa akt bağlanmamaış, hər-hansı keyfiyyət sertifikatları, cihazın proqram təminatına və lisenziyasına aid olan disklər klinikaya təqdim edilməmişdir. Cavabdeh tərəfindən quraşdırılmış Flexsavision Rentgen aparatı "xxxx" MMC-nin istifadəsində olduğu ilk 6 ay müddətində normal qaydada işləmiş, onun istifadəsi ilə bağlı hər hansı problem olmamışdır. Lakin 2024-cü ilin 10 mart tarixində rentgen aparatının proqram təminatında problemlər yaranmış, bununla da rentgen aparatının fəaliyyəti birmənalı olaraq dayanmışdır. xx.xx.2023-cü il tarixli, 0109 saylı alğı-satğı müqaviləsinin 3.1-ci bəndinə əsasən quraşdırılmış Flexsavision Rentgen aparatında ortaya çıxan çatışmazlıqlar barədə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X5 xəbərdar edilmişdir. Bundan sonra “İddiaçı MMC-nin nümayəndəsi Samir Allahverdiyev tərəfindən cihazın təmiri ilə bağlı təchizatçı-usta cəlb edilmişdir. Lakin mart ayından etibarən İddiaçı MMC tərəfindən rentgen aparatının fəaiyyəti heç bir formada bərpa edilməmişdir, həmçinin, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq İddiaçı MMC tərəfindən heç bir adekvat cavab alınmamış və bir müddət sonra "xxxx" MMC -nin nümayəndəsinin telefon zənglərinə cavab verilməmişdir. Beləliklə, "xxxx" MMC rentgen aparatının təmiri ilə özü məşğul olmuşdur və bu təmir müqabilində “X12” MMC-yə 14.300 manat məbləğində ödəniş etmişdir. Belə ki, rentgen aparatının bir dəfəlik istifadəsinin qiyməti 40 manatdır. Klinikada aparatın günlük minumum istifadə edilmə sayı 3 dəfədir. Hər xidmət göstərilən pasiyentin ödənişindən 30 faiz xidmət göstərən həkimə ödənilir. Ümumilikdə rentgen aparatı 9 aylıq fəaliyyətsiz olduğu dövrdə cəmi 175 iş günü (mart ayında 10 gün, aprel ayında 20 gün, may ayında 21 gün, iyun ayında 16 gün, iyul ayında 23 gün, avqust ayında 22 gün, sentyabr ayında 21, oktyabr ayında 23 gün, noyabr ayında 19 gün) klinika rentgen aparatından istifadə edə bilməmişdir. Beləliklə klinikada 14 700 manat məbləğ əldən çıxmış fayda olaraq hesablanmalıdır. Rentgen aparatının işləmədiyinə görə "xxxx" MMCnin fəaliyyətinin davamlılığı məhdudlaşmış, həmçinin klinikada fəaliyyət göstərən həkim kollektivi bu məhdudiyyətlər səbəbindən klinikadakı fəaliyyətlərinə son vermişdir. Bununla da, klinikanın işgüzar nüfuzuna xələl gəlmişdir və klinikaya ən azı 4000 manat məbləğində mənəvi zərər dəymişdir. Habelə, iddiaçı öz iddiasında qeyd etmişdir xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 tarixində ödənişlər edilməmişdir. Lakin buna münasibətdə bildirmək istəyirik ki, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin may ayınadək (sonuncu ay aprel ayı olmaqla) aylıq 3176.93 manat ödənişlər tam və vaxtında ödənilmişdir. Hətta bildiririk ki, sonuncu aprel ayının ödənişi qarşı tərəfin qeyd etdiyi kimi xx.xx.2024 tarixində rentgen aparatının işlək olmadığı dövrdə həyata keçirilmişdir. Çünki sonuncu ödənişin olduğu dövrdə İddiaçı MMC-nin nümayəndəsi kimi özünü qələmə vermiş Samir Allahverdiyev adlı şəxs aparatı təmir edəcəyinə dair vəd vermişdir. İddiaçı MMC-nin göstərdiyi 6 aylıq ödəniş qrafiki tam həqiqəti əks etdirmir. Rentgen aparatının dekabr ayı üçün ödənişi qarşı tərəfin iddiasında qeyd edilməmişdir. Lakin həmin ay üçün ödəniş "xxxx" MMC-nin bank hesablarında sərəncam olduğu üçün nağd formada kassa çeki ilə 2692,31 manat şəxsən Allahverdiyev Samirə ödənilmişdir. Bunu sübut edəcək Allahverdiyev Samirin imzası və İddiaçı MMC – nin möhürü vurulmuş məxaric orderinin surəti sənədlərə əlavə edilmişdir. Bununla da qarşı tərəfin yalan və qərəzli mövqeyi öz təsdiqini tapmışdır.
14. İddiaçı MMC nümayəndəsi qarşılıqlı iddia ərizəsinə etiraz verərək, "xxxx" MMC tərəfindən qaldırılmış qarşılıqlı iddianın ləğv edilməsi, İddiaçı MMC tərəfindən qaldırılmış ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh öz ərizəsində bildirir ki, X2 şifahi təklifinə əsasən vergi ödənişlərini az ödəməsi üçün müqavilədən kənar 21 avqust 2023-cü il tarixdə Samir Allahverdiyevə tərəfimizdən 20000 manat ödəniş edildikdən sonra Flexsavision Rentgen aparatı İddiaçı MMC-nin nümayəndəsi Samir Allahverdiyev tərəfindən 01 sentyabr tarixində "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova 178 ünvanında yerləşən binasına gətirilərək quraşdırılmışdır. İddiaçı 20.000 manat ödəniş edildiyini qəbul edir, lakin Cavabdeh məsələni təhrif edərək göstərmişdir. Bildirmək istəyirlər ki, ödənişin bu hissəsinin nağd qaydada ödənilməsi cavabdehin öz təklifi əsasında olmuşdur, çünki həmin məbləğ Alıcı tərəfindən ödənilməli idi, həmçinin, vergiləri də Alıcı tərəfindən ödənilir. Belə olan halda, vergidən yayınmaq məqsədini daşıyan tərəf İddiaçı MMC-nin nümayəndəsi yox, məhz "xxxx" MMC olmuşdur. Həmçinin, cavabdeh bildirir ki, rentgen aparatı quraşdırılan sonra onun təhvil verilməsinə dair hansısa akt bağlanmamış, hər-hansı keyfiyyət sertifikatları, cihazın proqram təminatına və lisenziyasına aid olan disklər klinikaya təqdim edilməmişdir. Lakin qeyd etmək istərlər ki, Mülki Məcəllənin 570.1-ci maddəsinə görə, əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. Yəni, təhvil-təslim aktının olmaması hazırda heçnəyi dəyişmir, cavabdeh öz ərizəsində aparatın quraşdırıldığını təsdiq edir. Bundan əlavə, xx.xx.2023-cü il tarixli, 0109 saylı alğı-satğı müqaviləsinin 3.1-ci bəndinə əsasən quraşdırılmış Flexsavision Rentgen aparatında ortaya çıxançatışmazlıqlar barədə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X5 xəbərdar edildiyi, buna cavab olaraq da Samir Allahverdiyev tərəfindən cihazın təmiri ilə bağlı təchizatçı-usta cəlb edildiyi ərizədə göstərilmişdir. Əlavə olaraq cavabdeh bildirir ki, rentgen aparatının fəaiyyəti heç bir formada bərpa edilməmişdir, bununla bağlı isə güya dəfələrlə xəbərdarlıq edilmiş, lakin İddiaçı MMC tərəfindən heç bir adekvat cavab alınmamış, buna görə də, cavabdeh başqa şirkətlə danışaraq “təmir etdirmişdir”. Həmçinin, bu təmir müqabilində “X12” MMC-yə 14 300 manat məbləğində ödəniş etdiyini iddia edir. Qeyd etmək istəyirlər ki, cavabdeh bu iddiaları irəli sürməklə qərəzli olaraq əsas iddiadan yayınmaq məqsədi daşıyır. Belə ki, aparatda nasazlıqların olduğunu və bununla bağlı iddiaçıya bir dəfə müraciət etdiyini və nasazlığı aradan qaldırmaq üçün iddiaçı tərəfindən təchizatçı-usta cəlb edildiyini etiraf edir. Bu da bir daha iddiaçının öhdəliklərini tam icra etməsinin sübutudur. Qeyd edək ki, bundan sonra cavabdeh tərəfindən iddiaçıya hər hansı bir müracət daxil olmamışdır. Əgər cavabdehin müraciət etdiyinə dair sübutu varsa, yaxşı olardı ki, qarşılıqlı iddia verərkən yükləyərdi. Lakin cavabdeh tərəfindən iddiaçıya belə bir müraciət olmadığından bu tip sübutlar da mövcud deyildir. Bütün bunlar cavabdehin öhdəliyini icra etməkdən boyun qaçırmaq münasibətilə irəli sürdüyü uydurma tələblərdir. Belə ki, aparatın fəaliyyətində hər hansı qüsur və ya nasazlıq olsaydı, ilk müraciətində olduğu kimi iddiaçı tərəfindən usta cəlb edilərək təmir olunacaqdı. Çünki aparatın ödənişi tam yekunlaşmamışdı, bu səbəbdən də, iddiaçı ödənişin davam etdirilməsi üçün aparatın işləməsini təmin etməkdə maraqlı idi. Bundan başqa, cavabdeh aparatı təmir etdirmək üçün “X12” MMC-yə 14.300 manat məbləğində ödəniş etdiyini iddia edir, bunu sübut etmək üçünsə müxtəlif uydurma sübutlar əlavə etmişdfir. Hesab edirlər ki, iş materiallarına əlavə edilmiş elektron qaimə və qaimə-faktura borcun olduğunu təsdiq etmək üçün kifayət deyildir. Belə ki, həqiqətən bu xərcləri çəkdiyini göstərmək üçün bank çıxarışı əlavə etməlidir. Lakin hesab edirik ki, bu xərclər uydurma xərclərdi və belə bir xidmət göstərilməmiş, həmçinin, ödəniş də edilməmişdir. Əlavə olaraq qaimələrə münasibətdə bildirmək istəyirlər ki, cavabdehin bildirdiyinə görə, 2024-cü ilin 10 mart tarixində rentgen aparatının proqram təminatında “problemlər yaranmış, bununla da rentgen aparatının fəaliyyəti birmənalı olaraq dayanmışdır”. Əgər həqiqətən də cavabdehin aparatda qüsur olduğuna görə təmir etmək məqsədi vardısa, o zaman, bunu əvvəlcədən niyə etməməsi sual doğurur. Həmçinin, onu da qeyd edirlər ki, iddiaçı tərəfindən 2024-cü ilin noyabr ayında məhkəməyə müraciət olunmuşdur, qaimələr isə 2024-cü ilin dekabr ayında vurulmuşdur. Bundan əlavə cavabdeh tərəfindən əlavə olunmuş №0004053 saylı 04 dekabr 2024-cü il tarixli qaimə fakturadan da görünür ki, "xxxx" MMC tərəfindən təsdiqlənməmişdir, qaimə-fakturada yalnız “xidmət göstərən” tərəfin möhür və imzası vardır. Əlavə olaraq bildirmək istəyirlər ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H. Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Bundan əlavə, cavabdeh qarşılıqlı iddiaverərkən əldən çıxmış fayda qismində 14.700 manat məbləğin ona ödənilməsi ilə bağlı tələb irəli sürmüşdür. Buna münasibətdə bildirmək istəyirlər ki, bu tələb əsassız və uydurma olmaqla yanaşı əsas iddianı dolayı yolla pərdələmək məqsədi daşıyır. Qarşı tərəf rentgen aparatının işləmədiyinə görə "xxxx" MMC-nin fəaliyyətinin davamlılığı məhdudlaşmış, həmçinin klinikada fəaliyyət göstərən həkim kollektivi bu məhdudiyyətlər səbəbindən klinikadakı fəaliyyətlərinə son verdiyini, bununla da, klinikanın işgüzar nüfuzuna xələl gəldiyini və klinikaya ən azı 4000 manat məbləğində mənəvi zərər dəydiyini göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Odur ki, cavabdehin hüquqi şəxs üçün mənəvi zərər tələb etməsi hüquqi cəhətdən mümkün deyildir.
16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1053/2025 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar rədd edilmiş, ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə müqavilə üzrə 54038 manat ödənilmiş, bu məbləğdən 20000 manatı 21 avqust 2023-cü il tarixdə Samir Allahverdiyevə, qalan məbləğ isə hissə-hissə ödənilmişdir. X10 məhkəmədə verdiyi ifadədə "xxxx" MMC-dən 20000 AZN məbləğdə pulun müqavilədənkənar, nağd formada alındığını bildirmişdir. Bununla bağlı kasa-məxaric orderi iş materiallarına əlavə olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 0109 saylı alqı-satqı müqaviləsində müvafiq cihazın dəyəri 53100 AZN müəyyənləşdirilmişdir. Həmin 20000 AZN-lə bağlı heç bir notarial və ya daxili müqavilə bağlanmamışdır. İlkin iddia üzrə iddiaçı cihazin qiymətinin əslində 73100 manat müəyən edildiyini, onun 20000 manatının əvvəldən ödənildiyini, qalan hissəsinin isə müqavilə üzrə rəsmiləşdirildiyini qeyd etsə də, qeyd edilən halı məhkəmədə sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən müqavilə üzrə məbləğ tam ödənildiyindən ilkin iddia rədd edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 21-ci maddələsi təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən proqram təminatının məhsulla birgə alıcıya təqdim edilməməsi məhkəmə iclasında sübuta yetirilmədiyidən, həmçinin məhsullda yaranan qüsurun satıcının təqsiri səbəbindən yaranması sübuta yetirilmədiyindən, qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi, alıcı malı təhvil aldıqdan sonra 7 gün ərzində malın qüsuru barədə heç bir müraciət etməmiş, həmçinin iş materiallarından göründüyü kimi, cihazda qüsur alıcı tərəfindən təhvil alındıqdan 6 ay sonra yaranmış və Mülki Məcəllənin 588.1-ci maddəsinsə əsasən alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilməmişdir. Həmçinin malı təhvil aldıqdan sonra satıcı tərəfindən malın proqram təminatının onlaraverilməməsi barədə heç bir müraciət olmamış, bu hal da məhkəmədə sübuta yetirilə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edib ki, ilkin və qarşılıqlı iddia ərizələri rədd olunduğundan ödənilmiş dövlət rüsumuları tərəflərin özünə aid edilməlidir
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 567, 581, 588-ci maddələrinə, məhkəmə xərcləri hissəsində isə AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilərək ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
20. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi 23 avqust 2023-cü il tarixində ödənilmiş 20.000 manat məbləğindəki nağd vəsaiti tərəflər arasında 01 sentyabr 2023-cü il tarixində bağlanmış 0109 saylı alqı-satqı müqaviləsi çərçivəsində edilmiş ödəniş kimi qiymətləndirmişdir. Lakin bu yanaşma işin faktiki hallarına, müqavilənin məzmununa və Azərbaycan Respublikasının mülki hüquq normalarına ziddir. Belə ki, həmin 20.000 manat məbləğ tərəflər arasında müqavilə bağlanmazdan əvvəl razılaşdırılmış və alqı-satqıdan əvvəlki xərclərin (gömrük rüsumları, yol xərcləri və digər idxalla bağlıməsrəflər) ödənilməsi məqsədilə verilmişdir. Ümumilikdə, aparatın ümumi dəyəri 73.100 manat təşkil etmiş, onun 20.000 AZN hissəsi alqı-satqı münasibətləri formalaşmazdan əvvəl – xx.xx.2023-cü il tarixində – nağd şəkildə ödənilmişdir. Bu ödənişin müqabilində İddiaçı MMC cihazı xaricdən idxal etmiş və əvvəlcədən razılaşdırılmış texniki və logistika xərclərini qarşılamışdır. Yalnız bundan sonra, yəni xx.xx.2023-cü il tarixində, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və məhz bu müqavilə ilə ayrıca 53.100 manat məbləğində dəyəri olan hüquqi münasibət təsbit olunmuşdur. Məhkəmə tərəfindən əsas diqqətə alınmayan məqam isə odan ibarətdir ki, 20000 manay təhvil alan Samir Allahverdiyev müəssisənin rəhbəri və ya müqavilə üzrə hər hansı məbləği təhvil almaq səlahiyyəti olmayan şəxsdir və buna görə də təhvil alan zaman həmin məbləği aldığını təsdiq edən sənədi yalnız öz adından almışdır və həmin sənəddə Total MMC-nin imza və möhürü yoxdur. Qeyd olunan məbləğ müqavilə üzrə alınacaq məbləğlərə daxil olsaydı təqdim olunan digər kassa mədaxil qəbzlərində olduğu kimi bu qəbzdə də Total MMC-nin təsdiqi olardı. Qeyd olunan halı məhkəmənin ədalətli araşdırması və sübutları qiymətləndirməsi baxımından kobud pozuntu hesab edir. Əgər həmin 20.000 AZN, cavabdehin iddia etdiyi kimi, alqı-satqı müqaviləsinin bir hissəsi olan ödəniş kimi nəzərdə tutulsaydı, bu halda həmin ödəniş müqavilənin mətnində açıq şəkildə göstərilərdi. Müqavilə şərtləri qarşılıqlı razılaşdırılmış və imzalanmışdır. Bu baxımdan, tərəflər xx.xx.2023-cü il tarixli müqavilədə yalnız 53.100 manat məbləğində cihazın dəyərini müəyyən etmiş və ödəniş şərtlərini ilkin ödəniş olaraq 11.800 manat, qalan hissənin isə 13 ay ərzində ƏDV daxil 41.300 AZN, aylıq 3.176,93 AZN olaraq müəyyən etmişlər. Müqaviləyə uyğun olaraq Satıcı tərəfindən Alıcıya EBDQ080396 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə göndərilmişdir. Həmin qaimədən də görünür ki, rentgen cihazının məbləği 53.100 AZN olaraq müəyyən edilmişdir. Qaimə cavabdeh tərəfindən təsdiqlənmiş, habelə tərəflərin razılığına uyğun olaraq cavabdeh tərəfindən ilkin ödəniş 11 800 (on bir min səkkiz yüz) AZN xx.xx.2023-cü il tarixində ödənilmiş, müqavilədə/qaimədə qeyd edilmiş qalan məbləğin isə 13 aylıq ödənişindən 7 ayın ödənişi cavabdeh tərəfindən ödənilmişdir. Bundan əlavə, qeyd edir ki, cavabdeh yalnız alqı-satqı müqaviləsini imzalamaqla kifayətlənməmiş, eyni zamanda təqdim olunmuş 53.100 AZN məbləğindəki elektron qaimə-fakturanı da təsdiq etmişdir. Bu isə bir daha sübut edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini və ümumi dəyəri açıq şəkildə qəbul etmiş, bu rəqəmi mübahisələndirməmiş və qeydşərtsiz təsdiq vermişdir. Əgər cavabdeh əvvəldən ödənilmiş 20.000 AZN məbləğin alqı-satqı müqaviləsi çərçivəsində nəzərə alınmalı olduğunu düşünürdüsə, bu barədə: • Müqavilənin bağlandığı zaman yazılı şəkildə qeydlər etməli, • Qaiməni təsdiqləyərkən etiraz irəli sürməli, • Və ya mövcud ödənişlərlə bağlı mübahisəsini rəsmi qaydada bildirməli idi. Lakin bu müddət ərzində cavabdeh tərəfindən heç bir hüquqi etiraz təqdim olunmamış, iş materiallarına da bu barədə hər hansı bir sübut əlavə edilməmişdir. Bu isə cavabdehin hazırda irəli sürdüyü mövqenin sonradan uydurulmuş, müdafiə xarakterli və əsassız bir iddia olduğunu açıq şəkildə göstərir. Üstəlik, İddiaçı MMC öz öhdəliklərini tam və vaxtında yerinə yetirmiş, avadanlığımüqaviləyə uyğun şəkildə cavabdehə təhvil vermişdir. Cavabdeh isə öhdəliyinin yalnız bir hissəsini icra etmiş, sonrakı mərhələdə avadanlığın "xarab olması" bəhanəsi ilə müqavilə üzrə əsas öhdəliyindən yayınmağa cəhd göstərmişdir. Məhkəmə bu iddiaya münasibət bildirmiş, qarşılıqlı iddianı rədd etmişdir. Burdan isə cavabdehin öhdəlikdən yayınma niyyəti və müqavilə şərtlərinə birtərəfli yanaşması aşkar görünür. Bu səbəbdən, birinci instansiya məhkəməsinin cavabdehin bu arqumentlərini əsas götürərək iddianırədd etməsi işin faktiki və hüquqi halları kəskin ziddiyyət təşkil edir və hüquqi prinsipləri pozur. Digər tərəfdən, iş üzrə əsas şahidlərdən biri olan Samir Allahverdiyev məhkəmədə verdiyi ifadədə aydın və konkret şəkildə təsdiq etmişdir ki, sözügedən 20.000 AZN məbləğindəki ödəniş alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl, tərəflərin ilkin razılığı əsasında və nağd formada həyata keçirilmişdir. Şahid ifadəsində bu məbləğin "xxxx" MMC tərəfindən məhz idxal prosesi ilə əlaqədar əvvəlcədən çəkilən xərclərin (gömrük rüsumu, nəqliyyat və digər logistika xərcləri) qarşılanması məqsədilə ödənildiyini, bu ödənişin müqabilində cihazın Azərbaycana gətirildiyini və yalnız bundan sonra müqavilənin rəsmiləşdirildiyini açıq şəkildə bildirmişdir. Samir Allahverdiyevin ifadəsi təqdim olunmuş kassa-məxaric orderi ilə də təsdiqlənir ki, bu da həmin ödənişin faktiki həyata keçirildiyini və onun müqavilədən əvvəlki dövrə aid olduğunu şübhəsiz sübuta yetirir. Ən əsası, şahidin ifadəsi birbaşa müqavilənin predmeti olan yazılı öhdəliklərdən ayrı bir ödənişin mövcudluğunu sübut edir. Şahid qəti şəkildə bu məbləğin yazılı müqaviləyə daxil edilmədiyini, onun müqavilədən öncə və ayrı qaydada edildiyini bəyan etmişdir. Bu ifadə, bir daha göstərir ki, alqı-satqı müqaviləsi üzrə müəyyən edilən 53.100 manat məbləğ həmin 20.000 manatdan əlavə razılaşdırılmışdır və tərəflər əvvəlki ödənişi ayrıca münasibət kimi qiymətləndirmişlər. Nəticə etibarilə, şahidin ifadəsi cavabdehin hazırkı iddiasını – yəni əvvəlcədən verilmiş 20.000 manatın guya müqavilənin bir hissəsi olduğunu – tam və qəti şəkildə təkzib edir. Bu isə, bir daha sübut edir ki, birinci instansiya məhkəməsi şahid ifadəsini düzgün qiymətləndirməmiş, onun hüquqi əhəmiyyətini və sübut dəyərini obyektiv araşdırmamışdır. Qeyd olunan faktlar və hüquqi əsaslar nəzərə alınmadan verilmiş məhkəmə qənaəti sübutlara düzgün hüquqi qiymət verilməməsi, faktiki halların təhrif olunması və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 89-cu maddələrinin pozulması ilə nəticələnmişdir. Bu səbəbdən həmin qərarın ləğv olunması və iddianın təmin edilməsi zəruridir. (MM 398.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": 1.2, 3.1, 3.2-ci bəndi)
21. Apelyasiya şikayətində prosessual hüquq normalarının pozulmasına əsas verən hallar kimi göstərilmişdir ki, məhkəmənin qətnaməsi nə faktiki hallara, nə də hüquqi əsaslara söykənmir, nəticə etibarilə Mülki Prosessual Məcəllənin 9-cu, 88-ci, 217.1-ci, 217.3-cü və 220.4-cü maddələrinin tələblərinin pozulması ilə nəticələnmişdir. Beləliklə, iddiaçı tərəfindən təqdim olunan müqavilə və digər sənədlər, şahid ifadələri işin real hallarının iddia tələbində göstərildiyi kimi olduğunu sübut edən hallar olmasına baxmayaraq, məhkəmə işi hərtərəfli araşdırmamış, qərəzli qətnamə qəbul etmişdir. Məhkəmə işə baxarkən və qətnamə çıxararkən MPM-in 9,,77, 88 və 217-ci maddələrinin tələblərini pozmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etiraz belə əsaslandırlmışdır ki, xx.xx.2023-cü il tarixli, 0109 saylı alğı-satqı müqaviləsinin 3.1 -ci bəndinə əsasən quraşdırılmış Flexsavision Rentgen aparatında ortaya çıxan çatışmazlıqlar barədə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X5 xəbərdar edilmişdir. Bundan sonra İddiaçı MMC-nin nümayəndəsi Samir Allahverdiyev tərəfindən cihazın təmiri ilə bağlı təchizatçıusta cəlb edilmişdir. Lakin mart ayından etibarən İddiaçı MMC tərəfindən rentgen aparatının fəaiyyəti heç bir formada bərpa edilməmişdir, həmçinin, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq İddiaçı MMC tərəfindən heç bir adekvat cavab alınmamış və bir müddət sonra "xxxx" MMC-nin nümayəndəsinin telefon zənglərinə cavab verilməmişdir. Beləliklə, "Medaura Klinikası” MMC rentgen aparatının təmiri ilə özü məşğul olmuşdur və bu təmir müqabilində “X12” MMC-yə 14 300 manat məbləğində ödəniş etmişdir. Bu məhkəmədə sübuta yetirilən işin mübahisəsiz halı olmaqla təmir xərclərinin qarşı tərəfin öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi nəticəsində yarandığı qənaətinə gəlməyə əsas verir. Belə ki, "xxxx" MMC-nin təqdim etdiyi ödəniş sənədləri, istismara qəbul aktları və təmir xidmətini göstərən şirkətin təqdim etdiyi elektron qaimə faktura sübut edir ki, təmir xərcləri faktiki olaraq çəkilmiş və bu məsrəflər İddiaçı MMC-nin müqavilə öhdəliklərini pozması ilə birbaşa səbəb-nəticə əlaqəsində olmuşdur. İddiaçı MMC-nin apellyasiya şikayətində iddia edilən kimi, xx.xx.2023-cü il tarixində ödənilmiş 20.000 manatın guya sonradan - xx.xx.2023-cü il tarixində bağlanmış alqı-satqı müqaviləsindən kənar, “ayrıca razılaşma” əsasında idxal və logistika xərclərinə yönəldilməsi barədə arqumentləri əsassızdır. Belə ki, ödənişin müqavilədən əvvəl edilməsi onun müqavilədənkənar olması anlamına gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə əsasən, müqavilə münasibətləri tərəflərin qarşılıqlı razılığı və faktiki hərəkətləri ilə müəyyən olunur. Hətta ödəniş müqavilədən əvvəl edilmiş olsa belə, əgər sonrakı müqavilədə bu məbləğə dair istisna və ya ayrı hüquqi razılaşma öz əksini tapmayıbsa, bu halda əvvəlki ödəniş ümumi müqavilə münasibətinin tərkib hissəsi hesab olunur. xx.xx.2023-cü il tarixli müqavilədə belə istisna və ya öncədən verilmiş 20.000 manatla bağlı heç bir qeyd yoxdur və tərəflər həmin ödənişi ayrıca hüquqi münasibət kimi müəyyən etməmişlər. Qaimədə yalnız 53.100 manatın göstərilməsi faktı, ödənişin tam məbləğinin yalnız bir hissəsinin qaimədə əks olunması anlamına gəlir, lakin 20.000 manatın müqavilədənkənar olduğunu sübut etmir. "Total” MMC tərəfindən təqdim olunan arqumentdə iddia olunur ki, birinci instansiya məhkəməsi işə hərtərəfli və obyektiv yanaşmamış, sübutlara düzgün qiymət verməmişdir. Lakin bu iddia əsassız olmaqla yanaşı faktiki əsasdan məhrumdur. Məhkəmə sübutları müqavilə, ödəniş sənədləri, qaimə, tərəflərin davranışları və şahid ifadələrini Mülki Prosessual Məcəllənin 88 və 89-cu maddələrinin tələblərinə uyğun şəkildə qiymətləndirməklə qarşı tərəfin iddiasını rədd etmişdir. Məhkəmənin qətnaməsində bu sübutların sistemli və məntiqli təhlili aparılmışdır. Qarşı tərəf apellyasiya şikayətində hansı səbəbdən məhkəmənin sübutlara düzgün qiymət vermədiyini əsaslandıra bilməmişdir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu mənada Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:
23. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etdi, şikayətin təmin edilməsini xahiş etdi.
24. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
25. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. -398.2-ci maddəsinə əsasən müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. -406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. -425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
26. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Həmin Məcəllənin 372.7-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. Odur ki, kollegiya MPM-in 372.6-cı maddəsinin tələblərini, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayətində qətnaməni ilkin iddianın rədd edilməsi hissəsində mübahisələndirdiyini nəzərə alaraq qeyd edir ki, qətnamənin əsaslığı ilkin iddianın rədd edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü tarixli 0109 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı MMC cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən cavabdehə rentgen aparatı təqdim edilmiş və həmin aparata görə cavabdeh tərəfindən ödənişlər edilmişdir. Hazırda iddiaçı təqdim edilmiş rentgen aparatına görə cavabdehin 19.061,58 manat məbləğində ödənilməmiş borcunun olmasını iddia edir və həmin borcun tutulmasını tələb edir. Cavabdeh isə rentgen aparatının dəyərinin tərəfindən tam şəkildə ödənildiyini əsas göstərərək iddianın rədd edilməsini xahiş edir.
32. Alqı-satqı müqaviləsi üzrə borcun tutulması ilə bağlı ilkin iddianın hüquqi əsasını Mülki Məcəllənin 567-ci və 598-ci maddələri təşkil edir. Yəni iddiaçı satılmış tibbi avadanlığa görə ödənişin tələb olunması hüququnu həyata keçirir.
33. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə rentgen aparatının dəyəri 53.100 manat məbləğində müəyyən edilmiş və həmin müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil 53.100 manat məbləğində elektron qaimə göndərilmişdir. Cavabdeh tərəfindən risə entgen aparatının alınmasına görə 54038 manat ödənilmiş, bu məbləğdən 20000 manat hissə 21 avqust 2023-cü il tarixdə Samir Allahverdiyevə, qalan məbləğ isə hissə-hissə ödənilmişdir.
34. İddiaçı cavabdeh tərəfindən rentgen aparatına görə edilmiş 20.000 manat məbləğində ödənişin aşağıdakı əsaslarla cavabdehin borcunun olub-olmaması faktı müəyyən edilərkən nəzərə alınmalı olmadığını bildirir:
35. Birincisi, tərəflər arasında bağlanmış müqavilədə rentgen aparatının qiyməti 53.100 manat məbləğində olması göstərilsə də, tərəflər həmin aparatın qiymətinin 73.100 manat məbləğində olması və həmin məbləğin 20.000 manat hissəsinin müqavilədənkənar qaydada nəğd şəkildə ödəniləcəyi barədə razılaşmışlar.
36. İkincisi, 20.000 manat məbləğində ödənişi qəbul etmiş Samir Allahverdiyevin iddiaçının adından öhdəliyin icrasını qəbul etmək səlahiyyəti olmamışdır.
37. Üçüncüsü, Samir Abdullayev həmin vəsaiti öz adından rentgen aparatının AR-ə gətirilməsi və gömrük xərclərinin əvəzi olaraq almışdır.
38. Kollegiya ilk növbədə iddiaçının yuxarıda göstərilən arqumentləri ilə bağlı onu vurğulayır ki, həmin arqumentlər bir-birini təkzib edir. Belə ki, iddiaçı rentgen aparatının qiymətinin əslində 73.100 manat məbləğində razılaşdırılması, belə olan halda 20.000 manat məbləğində nəğd ödəniş də nəzərə alınmaqla cavabdehin 19.061,58 manat məbləğində borcunun olması barədə arqument irəli sürməklə 20.000 manat məbləğində pulun faktiki olaraq onlara ödənilməsi faktını təsdiq edir. Digər tərəfdən isə S.Abdullayevin 20.000 manat məbləğində ödənişi qəbul etmək səlahiyyətinin olmaması və sonuncunun həmin ödənişi öz adından qəbul etməsini bildirməklə 20.000 manat məbləğində pulunun tərəfindən alınmasını mübahisələndirir.
39. İddiaçının birinci dəlili bağlı həmçinin qeyd edilir ki, iddiaçı tərəflərin razılaşmasına əsasən mübahisəli rentgen aparatının dəyərinin 73.100 manat məbləğində müəyyən edilməsini sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının istinad etdiyi şahid ifadələrinə münasibətdə qeyd edilməlidir ki, hər iki şahid iddiaçıya aidiyyəti olan şəxslər olmaqla (Üzeyir Babayev mübahisəli rentgen aparatının gömrük rəsmiləşdirilməsini həyata keçirmiş və aparatın cavabdehə təhvil verilməsi prosesində iddiaçı tərəfdən iştirak etmiş şəxsdir, Samir Abdullayev isə rentgen aparatlarına görə ödənişləri iddiaçının adından qəbul etmiş şəxsdir) işin nəticəsində maraqlıdırlar. Bundan əlavə şahid Üzeyir Babayev müqavilənin bağlanması mərhələsində iştirak etmədiyini bildirmiş, yəni həmin şahidin tərəflər arasında qiymətlə bağlı son razılaşma barədə bilavasitə məlumatı olmamışdır. Odur ki, sözügedən ifadələrin tərəflər arasında qiymət barədə razılaşmanı təsdiq edən mötəbər sübut kimi nəzərə alınması istisna olunur.
40. İkincisi, Samir Allahverdiyevin İddiaçı MMC-nin adından ödənişi qəbul etmək səlahiyyətinin olmaması barədə dəlillərə münasibətdə kollegiya qeyd edir ki, həm iddiaçı tərəf, həm də şahid qismində dindirilən Samir Allahverdiyev mübahisəli müqavilə bağlanarkən iddiaçının nümayəndəsi kimi danışıqlarda iştirak etdiyini təsdiq etmişlər. Digər tərəfdən iş materiallarına əlavə edilmiş qəbzdən də göründüyü kimi iddiaçının mübahisələndirmədiyini ödənişlərdən biri xx.xx.2023-cü il tarixli 2697 manat məbləğində ödəniş də iddiaçının adından Samir Abdullayev tərəfindən qəbul edilmişdir.
41. Kollegiya qeyd edir ki, iddiaçı adından Samir Abdullayev tərəfindən qəbul edilmiş ödənişlərdən birinin mübahisələndirilməməsi, digər ödənişin isə Samir Abdullayevin səlahiyyəti olmaması əsası ilə qəbul edilməməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmamaqla Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş vicdanlılıq prinsipinin tələblərinə ziddir.
42. Həmin ödənişin müqaviləyə aidiyyətinin olmaması, mübahisəli məbləğin rentgen aparatının gömrük xərclərinə görə şəxsən Samir Abdullyevə ödənilməsi ilə bağlı isə qeyd edilməlidir ki, birincisi, tərəflər arasında bağlanmış müqavilədə rentgen aparatının cavabdehə təhvil verilməsi öhdəliyi iddiaçının üzərinə qoyulmuş və həmin aparat iddiaçı tərəfindən Bakıda yerləşən klinikada cavabdehə təhvil verilmiş və quraşdırılmışdır. Müqavilədə avadanlığın gömrük rəsmiləşdirilməsinə görə iddiaçıya və başqa şəxsə ayrıca məbləğ ödənilməli olması barədə şərt yer almamışdır. Eləcə də Samir Abdullayevlə cavabdeh arasında rentgen aparatının gömrük xərclərinin ayrıca ona ödənilməli olması barədə razılaşmanın mövcud olduğu da iş materialları ilə öz təsdiqini tapmamışdır. Bundan əlavə mübahisəli kassa məxaric orderində ödənişin təyinatı kimi gömrük xərclərinin ödənilməsi deyil, rentgen aparatının alınması üçün ilkin ödəniş olduğu göstərilmişdir.Göstərilən hallar isə rentgen aparatının AR-ə gətirilməsi ilə bağlı iddiaçının çəkdiyi xərclər də müqavilədə nəzərdə tutulmuş ümumi qiymətə daxil edilməsinə dəlalət edir.
43. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, vergi ödəyiciləri, xüsusən hüquqi şəxslər, mülki dövriyyənin peşəkar iştirakçısı olaraq riskləri qiymətləndirməli və hərəkətlərinin mümkün nəticələri barədə ağlabatan ehtiyatlılıq nümayiş etdirməlidirlər. Hazırkı halda kollegiya qeyd edir ki, əgər 20.000 manat məbləğində vəsait gömrük xərcləri üçün ödənilmişdirsə, bu halda iddiaçı həmin xərcləri təsdiqləyən alt sənədləri qarşı tərəfdən (və ya Samir Abdullayevdən) tələb etməli və ödənişin təyinatını müvafiq qaydada rəsmiləşdirməli idi.
44. Mübahisəli ödəniş müqavilə bağlanmamışdan 10 gün əvvəl edildiyi halda bu barədə müqavilədə qeydin aparılmaması barədə dəlillərə münasibətdə kollegiya qeyd edir ki, işin yuxarıda göstərilən halları ilə mübahisəli ödənişin rentgen aparatının alınmasına görə edilməsi öz təsdiqini tapmış, tərəflər arasında həmin məbləğlər bağlı əlavə razılaşmanın mövcudluğu isə müəyyən edilməmişdir. Odur ki, müqavilədə sözügedən ödənişə istinad edilib-edilməməsindən asılı olmayaraq rentgen aparatına görə borcun məbləği müəyyən edilərkən həmin ödəniş də nəzərə alınmalıdır.
45. Odur ki, kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə rentgen aparatının qiymətinin 53.100 manat müəyyən edildiyini və həmin məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməsinin iş materialları ilə öz təsdiqini tapdığını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı haqlı olaraq əsassız saymış və rədd etmişdir.
46. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Eyni zamanda kollegiya qeyd edir ki, ilkin iddia tələbi üzrə qətnamə dəyişdirilmədən saxlandığından məhkəmə xərclərinə dair hissədə qətnamənin dəyişdirilməsi üçün əsaslar yoxdur.
48. Apellyasiya icraatı ilə bağlı məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh “Total" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1053/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri verilərkən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Tural Qocayev