Məhkəmə qərarları › İş №2-2(103)-86/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-86/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-86/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 (“Yusifbəyli və partnyorları” Vəkil Bürosu) iştirakı ilə, X1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-2(81)-486/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən xx xxxxxx 2018-ci il tarixədək olan icarə haqqı borcuna görə 3500 manat, elektrik enerjisi borcuna görə 900 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat və vəkil xərclərinə görə 150 manat olmaqla, cəmi 4580 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2013-cü il tarixli, KMZ 001 saylı icarə müqaviləsinə əsasən, iddiaçı istifadəsində olan Xaçmaz şəhəri, 9-cu məhəllə, 9 mərtəbəli yaşayış kompleksi ünvanında yerləşən yaşayış binasını damından internet ötürücü baza stansiyasını quraşdırması üçün cavabdehlə razılığa gəlmişdir. İcarə haqqı aylıq 203,50 manat müəyyən edilmişdir.Müqavilənin şərtlərinə görə, cavabdeh bütün vergiləri ödədikdən sonra, iddiaçıya hər ay 175 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında tərtib edilmiş xx xxxxxxxx 2013-cü il tarixli aktla icarə obyekti cavabdehə həmin tarixdə təhvil verilmiş, antennalar quraşdırılmış və istifadəyə verilmişdir. Razılaşmaya əsasən, icarə haqqı həmin tarixdən ödənilməyə başlanılmalıdır. Müqaviləyə əsasən, cavabdeh həmçinin elektrik enerjisindən istifadəyə görə haqqı da ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh vaxtı-vaxtında ödənişlər etsə də, son 20 ayın ödənişini etməmişdir. Bu barədə dəfələrlə müraciət edilsə də, öhdəlik icra edilməmişdir. 20 ay üçün icarə haqqına görə cavabdehin borcu 3500 manat təşkil edir (20 ay x 175 manat = 3500 manat). Həmçinin, elektrik enerjisinə görə cavabdehin borcu 900 manat təşkil edir. İddiaçı qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 700.1-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-2(81)- 486/2019 nömrəli qətnaməsi ilə (hakim A.Oruczadə) X1 iddiasının qismən təmin edilməsi, Cavabdeh MMC-dən xx xxxxxx 2018-ci il tarixədək olan icarə haqqı borcuna görə 2.650,00 manat, elektrik enerjisi borcuna görə 654,84 manat, ümumilikdə 3.304,84 manat pul və 20 manat ödənilmiş dövlət rüsumunun X1 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı tərəfindən iddia tələbinin rədd edilmiş hissəsindən apellyasiya şikayəti verilməmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-2(81)-486/2019 nömrəli qətnaməsinin dəyişdirilərək, iddia tələblərinin qismən – icarə haqqı üzrə 380 manat, elektrik enerjisi borcu üzrə 654,84 manat hissəsində təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən yalnız iddiaçı tərəfindən irəli sürülmüş dəlillərə əsaslanmış, cavabdehin iddiadan qismən əsassızlığını təsdiq edən, məhkəməyə təqdim etdiyi sübutlara həmçinin irəli sürdüyü dəlillərə heç bir əhəmiyyət verməmişdir.İddiaçının nümayəndəsi məhkəmə iclaslarında sonradan elektrik enerjisinin onun tərəfindən bərpa edildiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə ki, belə bir sübut ümumiyyətlə yoxdur, iddiaçı tərəfindən sonradan elektrik enerjisi təchizatı bərpa edilməmişdir.Azər Mustafayev müqaviləyə birtərəfli qaydada xitam verilməsi üçün həmin Müqavilənin şərtlərində nəzərdə tutulmuş qaydalara riayət etməmiş və onun heç bir xəbərdarlıq etmədən Müqavilənin şərtlərinə zidd olaraq, “İnternet ötürücü baza stansiyası”nın elektrik enerjisi ilə təchizatını dayandırması nəticəsində Şirkətə xeyli maddi ziyan dəymişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-547/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər C.Yusifov, V.Ağayev, A.Nuriyeva) Cavabdeh MMC-nin apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamış, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli, 2-2(81)- 486/2019 nömrəli icra vərəqəsi verilmiş, icra vərəqəsi xx.xx.2019-cu il tarixdə icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.(icra məmuru Murad Xudaverdiyev) xx.xx.2019-cu il tarixdə cavabdehin nümayəndəsi və vəkili buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)-486/2019 nömrəli qərardadı ilə Cavabdeh MMC-nin ərizəsi təmin edilmiş, Cavabdeh MMC tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)-486/2019 saylı, xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsindən (mətnə uyğun) apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına göndərilmişdir. İş materiallarında olan Vergi ödəyicisinin uçota alınması haqqında xx.xx.2004-cü il tarixli Şəhadətnaməyə əsasən – X6 –VÖEN- **********; Vergi ödəyicisinin ünvanı – AZ2700,ünvan 2 materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışa əsasən Cavabdeh MMC- VÖEN- **********;Hüquqi ünvanı – AZ1010,ünvan 3 Qanuni təmsilçisi – X5; Dövlət qeydiyyatına alındığı tarix – xx.xx.2005ci ildir. İşin hazırkı apellyasiya icraatı zamanı xx.xx.2020-ci il tarixdə cavabdehin nümayəndəsi tərəfindən barışıq sazişi və qəbzin kserosurətləri təqdim olunmuşdur. Təqdim edilmiş sənədlər kserosurət olduğundan, həmçinin, iddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə iclaslarında iştirak etmədiklərindən, məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya bildiriş ünvanlanaraq, tərəflər arasında barışıq əldə edildiyi təqdirdə məhkəmə tərəfindən barışıq sazişinə hüquqi qiymət verilməsi üçün məhkəmə iclasında iştirak etməsi və ya məhkəməyə iddia tələbindən imtina barədə ərizə və barışıq sazişinin notarial qaydada təsdiq edilmiş surətinin göndərilməsi təklif edilmişdir. Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixli, **********730 saylı ərizə təqdim edərək, Cavabdeh MMC-dən məhkəmə qaydasında ( 2-2(103)-86/2020 saylı mülki iş) etdiyi tələb üzrə qarşılıqlı razılıq barışıq əsasında elektrik enerjisi borcuna görə 654,84 manat və icarə haqqı borcuna görə 1590 manat məbləğində pul vəsaitini aldığını, əlavə heç bir tələbi və iddiasının olmadığı və olmayacağını bildirmiş, 2-2(103)-86/2020 saylı mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. (Xaçmaz rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir, reyestrdə 8İ-10730 №-ilə qeyd edilmişdir.) Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaçının ərizəsinin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 da (fərdi fəaliyyət göstərən vəkil) məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Məhkəmə kollegiyası iddiaçının ərizəsini və cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işdə olan sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbindən imtina barədə ərizəsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-2(81)- 486/2019 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci, 191.2-ci, 261.0.4-cü və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərar a aldı: X1 iddia tələbindən imtina barədə ərizəsi təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-2(81)- 486/2019 nömrəli iş üzrə qətnamə ləğv edilsin. X1 Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC-dən xx xxxxxx 2018-ci il tarixədək olan icarə haqqı borcuna görə 3500 manat, elektrik enerjisi borcuna görə 900 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat və vəkil xərclərinə görə 150 manat olmaqla, cəmi 4580 manat pulun tutulması barədə” iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar