Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-868/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4205/2023 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi bildirir ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 7,5 manat, "xxxx" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 551,1 manat, İşsizlikdən sığorta fonduna 45,33 manat, Dövlət Sosial Müdafiə Fonduna 3117,93 manat, Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 4,77 manat, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 0 manat məbləğində (o cümlədən), "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 53 manat olmaqla, ümumilikdə 3727,16 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli **********079400, xx.xx.2023-cü il tarixli **********991200, xx.xx.2023-cü il tarixli **********438700, xx.xx.2023-cü il tarixli **********295800, xx.xx.2022-ci il tarixli **********356100, xx.xx.2023-cü il tarixli **********432000, xx.xx.2022-ci il tarixli **********273900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.
3. Maraqlı şəxs ərizəyə etiraz edir və bildirir ki, borc ödənilmiş və bir hissəsi vergi orqanı tərəfindən azaldılmışdır. "xxxx" MMC-nin isə 4.695,51 manat artıq ödəməsi mövcuddur. Ona görə də, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət qalmamışdır.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4205/2023 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir.
5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən işdə olan sübutlar düzgün araşdırılmamış və ərizəçinin dəlillərinə münasibət bildirilməmişdir. Belə ki, maraqlı şəxsin şəxsi hesab vərəqəsinə əsasən onun dövlət büdcəsinə və müvafiq fondlara borcunun olması barədə dəlillər məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə yanlış borc vərəqəsinə (vergi borcuna) istinad edərək və prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yalnız maraqlı şəxsin gətirdiyi dəlillərə istinad etməklə iş üzrə yanlış qərar vermişdir. Halbuki, məhkəməyə təqdim edilən ərizə üzrə borc əsasən Dövlət Sosial Müdafiə Fonduna olan borclardan ibarət olmuşdur. Şikayətə əlavə edilmiş şəxsi hesab vərəqəsindən də göründüyü kimi, vergi ödəyicisinin vergi vərəqəsi üzrə artıq ödəməsinin olmasına baxmayaraq, məhkəməyə müraciət edilmiş ərizə üzrə Dövlət Sosial Müdafiə Fonduna ayırmalar üzrə borcu ödənilməmiş qalmaqdadır. Belə ki, məhkəməyə təqdim edilmiş ərizə üzrə xx.xx.2023-cü il tarixə "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 7,5 manat, "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1004,15 manat, Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 4,77 manat, "xxxx" MMC-nin (VÖEN1:4********) İşsizlikdən sığorta fonduna 0,53 manat ödənilməmiş borcları mövcuddur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
10. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
11. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
12. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
13. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
14. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
15. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, ərizə rədd edilməlidir.
18. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinin tələblərinə görə hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur.
19. Lakin kollegiya hesab edir ki, hazırda maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas yoxdur.
20. Belə ki, ərizəçi tərəfindən təqdim edilən şəxsi hesab vərəqələrindən görünür ki, xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 7,5 manat, "xxxx" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 551,1 manat, İşsizlikdən sığorta fonduna 45,33 manat, Dövlət Sosial Müdafiə Fonduna 3117,93 manat, Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 4,77 manat, "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 53 manat borcu vardır.
21. Apellyasiya şikayətində isə ərizəçi qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixə "xxxx" MMC-nin İşsizlikdən sığorta fonduna 7,5 manat, "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 1004,15 manat, Maraqlı şəxs İcbari Tibbi Sığorta Fonduna 4,77 manat, "xxxx" MMC-nin İşsizlikdən sığorta fonduna 0,53 manat ödənilməmiş borcu mövcuddur.
22. Hazırki apellyasiya baxışı zamanı "xxxx" MMC-nin, "xxxx" MMC-nin, Maraqlı şəxs, "xxxx" MMC-nin, "xxxx" MMC-nin dövlət büdcəsinə vergi borcunun olub-olmaması barədə məlumatların və şəxsi hesab vərəqələrinin məhkəməyə təqdim edilməsi ərizəçiyə təklif edilmiş, lakin həmin sənədlər təqdim edilməmişdir.
23. Bununla belə, maraqlı şəxs tərəfindən təqdim edilən ödəniş sənədlərinə əsəsən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş idarəsinə ayrı-ayrılıqda 2890,05 manat və 1019,78 manat, 612,59 manat, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 37,43 manat, ümumilikdə 4559,85 manat məbləğində ödənişlər edilmişdir.
24. Göründüyü kimi ərizəçinin istinad etdiyi kimi maraqlı şəxsin rəhbəri olduğu "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna həyata keçirilən ödənişlər onun yuxarıda istinad edilən borcunu artıqlaması ilə əhatə edir.
25. Həmçinin digər şəxsi hesab vərəqələrindən görünür ki, "xxxx" MMC-nin İşsizlikdən sığorta fonduna 7,5 manat, Maraqlı şəxs İcbari Tibbi Sığorta Fonduna 4,77 manat, "xxxx" MMC-nin İşsizlikdən sığorta fonduna 0,53 manat ödənilməmiş borcu mövcuddur.
26. Göründüyü kimi Maraqlı şəxs və onun rəhbərlik etdiyi "xxxx" MMC ilə "xxxx" MMCnin Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə çox cüzi məbləğdə (12,8 manat) borcu qalmışdır.
27. İnsan Hüquqları və X1 haqqında Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
28. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X4 (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı, № 43978/09, 2014cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı)
30. Kollegiya hesab edir ki, Maraqlı şəxs və onun rəhbərlik etdiyi "xxxx" MMC ilə "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna çox cüzi məbləğdə (12,8 manat) borcu qaldığına görə maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.
31. Ona görə də, ərizə rədd edilməlidir.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4205/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn