Məhkəmə qərarları › İş №2-2(103)-873/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-873/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-873/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi tutmanın tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3277/2021 nömrəli “apellyasiya şikayətinin geri qaytarılması” barədə qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMnin xeyrinə 10.801.13 (on min səkkiz yüz bir manat on üç qəpik) AZN məbləğində pulun habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə (bundan sonra "iddiaçı") Cavabdeh MMC arasında (bundan sonra “cavabdeh”) 15 yanvar 2020-ci il tarixli No 084/2020 nömrəli müqaviləyə əsasən həmin ilin iyun ayı ərzində “Norm” sement məhsullarının alğı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə əsasən (müqavilə əlavə edilir), iddiaçı “Norm” sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta İddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür.xx.xx.2020-xx.xx.2020-ci il tarixli tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktına əsasən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya cəmi 10.801.13 (on min səkkiz yüz bir manat on üç qəpik) AZN borcu mövcud olmuşdur. Bundan sonra cavabdeh bu günədək heç bir ödəniş etməyərək müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. Odur ki, hal-hazırda cavabdehin İddiaçıya 10.801.13 (on min səkkiz yüz bir manat on üç qəpik) AZN borcu mövcuddur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-3277/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 10.801.13 (on min səkkiz yüz bir manat on üç qəpik) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-cü il tarixli e- 2(013)-3277/2021 nömrəli qətnmaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 3277/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldüyü üçün geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3277/2021 nömrəli qərardadından şikayət verərək qərardadı ləğv edərək, verilmiş apelyasiya şikayətinin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, vəkilin elektron məhkəmə sisteminə daxil olması günü həmin qətnamənin ona təqdim edildiyi kimi qiymətləndirilə bilməz. Qətnamə tərəfə rəsmi qaydada təqdim edilməlidir. Məhkəməyə müraciət edilmiş, qətnamə yalnız xx.xx.2023-cü il tarixdə əldə edilmiş və qanunla nəzərdə tutulmuş 1 ay müddətində yəni xx.xx.2023-cü il tarixdində apellyasiya şikayəti verilmişdir. “Elektron məhkəmə”informasiya məhkəmə sistemində qətnamənin nə zaman oxunduğunu məhkəmə tərəfindən araşdırmamışdır. Verilmiş şikayət qanunvericilikdə nəzərdə tutulmuş prossesual müddət ötürülmədən verilmişdir. Məhz buna görə müddətin bərpası ilə bağlı vəsatət verilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3277/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır İddiaçı xx.xx.2023-cü il tarixdə “Aze Mis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə etiraz təqdim edərək şikayətin təmin edilməməsini və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 3277/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 3277/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)- 3277/2021 saylı qətnaməsi cavabdeh hüquqi şəxsə poçt vasitəsilə göndərilmiş, lakin həmin göndəriş cavabdehə çatdırılmamış və məhkəməyə geri qayıtmışdır. Daha sonra “elektron məhkəmə” informasiya sistemindən məlum olur ki, xx.xx.2023 tarixində Nümayəndə2 ərizə ilə müraciət etmiş, vəkil kimi işə əlavə edilməsini xahiş etmişdir. “Elektron məhkəmə” informasiya sistemi “texniki əməliyyatlar” bölməsindən xx.xx.2023-cü il tarixində saat 18:44-də vəkilin “elektron sistem”ə nümayəndə qismində əlavə edilməsi məlum olur. Buna baxmayaraq Bakı Kommersiya Məhkəməsinə apellyasiya şikayəti xx.xx.2023 tarixində verilmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, qətnamənin elektron kabinet vasitəsilə tərəfin nümayəndəsinə təqdim edildiyi tarix xx.xx.2023-cü il hesab olunduğundan şikayət qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürüldükdən sonra verilmişdir. Şikayətin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5-ci maddəyə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, tərəfin və ya nümayəndəsinin elektron məhkəmə sisteminə artıq yüklənmiş məhkəmə sənədlərinə və digər sənədlərə əlçatımlılığı elektron kabinetin əlavə edildiyi tarixdən yarandığından MPM-nin 10-1.3-cü maddəsinin tələbləri baxımından məhkəmə aktının elektron kabinet vasitəsi ilə rəsmi təqdim edilmə tarixi həmin tarix hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 3277/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 3277/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar