Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-873/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) İddiaçı1 "xxxx" MMC-nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(113)-1500/2024 saylı qiyabi qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 11 iyun 2009-cu il tarixli 04 nömrəli müqavilədən müəyyən edilir kİ, bu müqavilənin predmetini, “İcraçı”-nın “Sifarişçi”nin tapşırığı ilə layihə smeta sənədlərinə uyğun İddiaçı1nə məxsus “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnzibati binasının Tikinti” layihəsi obyektində qazma-partlayış işlərini öz vəsaiti və gücü ilə yerinə yetirməsi, “Sifariş”çi isə işi qəbul edib dəyərini ödəməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilənin qiymətinə dair razılaşma şərtinə əsasən madditexniki məhsulun “Sifarişçi”-yə təhvil veriləcək qazma-partlayış işləri kompleksinin 1 m3 -nin qiyməti ƏDV ilə birlikdə 3,0 manat müəyyən edilmişdir, eyni zamanda “Sifarişçi” görüləcək işin dəyərinin 30%-ni əvvəlcədən “İcraçı”nın hesabına köçürməsi şərtləşdirilmişdir.
2. Müqavilənin 1.4-cü bəndinə əsasən “İcraçı”nın ödənişə təqdim olunmuş hesabatları “Sifarişçi” tərəfindən alındıqdan sonra yerinə yetirməsi şərtləşdirilmişdir.
3. Müqavilənin 6.4- cü bəndinə əsasən “İcraçı” işin yerinə yetirilməsini gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün müqavilənin görülməmiş işlərin həcminə və dəyərinə mütənasib olaraq 0,01% məbləğində peniya ödənilməsi şərtləşdirilmişdir.
4. “ “11” iyun 2009-cu il tarixli 04 saylı müqaviləyə 2 saylı Əlavə olaraq imzalanmış qiymət razılaşdırılması protokolundan görünür ki, tərəflər arasında 1 m3 partlayış işlərinin dəyəri ƏDV daxil 3.0 manat, 90000 m3 qazma partlayış işlərinin dəyəri 269748 manat müəyyən olunmuşdur.
5. Hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2010-cü il tarixli, xx.xx.2011-ci i tarixli, xx.xx.2012-ci il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cl il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci iltarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilmə aktlarında "xxxx" MMCnin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) İddiaçı1 qarşısında üzləşdirmə aparılan tarixlərdə borc qalığı 11851 manat olduğu qeyd olunmuşdur.
6. xx.xx.2009-cu il tarixli, 924 nömrəli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, İddiaçı1 tərəfindən "xxxx" MMC-yə 20000 manat, 11 iyun 2009-cu il tarixli 04 nömrəli müqavilə əsasən qazma-partlayış işləri üçün əvvəlcədən ödənilmişdir.
7. 18 iyun 2009-cu il tarixli GE seriyalı 864587 saylı vergi-hesab fakturasından görünür ki, yola salınmış mallar, görülmüş işlər və göstərilmiş xidmət adı altında qazmapartlayış işləri üçün avans ödəniş olaraq 20000 manat, 3600 ƏDV olmaqla cəmi 23600 manatın ödənilməsi üçün "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) İddiaçı1nə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsindəki icraat:
8. İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) İddiaçı1 iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə şərtləri pozulduğuna görə 11851 manat borcun, 592,55 manat cərimənin və mediasiya xidməti üçün ödənilmiş 200 manat xidmət haqqının, ümumilikdə 12643,55 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 04 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC İddiaçı1nə məxsus tikinti obyektində qazma-partlayış işlərini yerinə yetirməyi, iddiaçı isə görülmüş işləri qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 2.2-ci bəndinə əsasən iddiaçı görüləcək işin dəyərinin 30 faizini əvvəlcədən cavabdehin hesabına köçürür. İddiaçı tərəfindən müqavilənin 2.2-ci bəndinə uyğun olaraq cavabdehin hesabına xx.xx.2009-cu il tarixində əvvəlcədən 20000 manat ödəniş edilmişdir. Lakin cavabdeh işləri tam həcmdə görməmiş və nəticədə cavabdehin 11851 manat məbləğində borcu yaranmışdır. Həmin borcun mövcudluğu cavabdehlə iddiaçı arasında hər rüb, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixində aparılmış qarşılıqlı borcların üzləşdirilməsi aktları ilə təsdiq edilir. Borcun mövcudluğunun cavabdeh tərəfindən təsdiq olunmasına baxmayaraq iddiaçıya indiyədək ümumiyyətlə yaranmış borc məbləği üzrə hər hansı miqdarda ödəniş edilməmiş, bununla bağlı dəfələrlə edilmiş müraciətlər də heç bir nəticə verməmişdir. Müqavilənin 6.4-cü bəndində təsbit olunub ki, işlərin yerinə yetirilməsini gecikdirdiyi halda cavabdeh hər gecikdirilmiş gün üçün müqavilənin görülməmiş işlərin həcminə və dəyərinə mütənasib olaraq 0,01 faiz məbləğində cərimə ödəməlidir. Müqavilənin 6.5-ci bəndinə əsasən gecikdirmələrə görə sanksiya tətbiq edildiyi halda cərimələrin ümumi məbləği müqavilə üzrə görülməmiş işlərin həcminə və dəyərinə mütənasib olan məbləğin 5 faizindən çox ola bilməz. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə cavabdehə bir daha müraciət edilərək, 11851 manat məbləğində borcun və müqavilənin 6.5-ci bəndinə uyğun olaraq hesablanmış 592,55 manat cərimə məbləğinin xx.xx.2023-cü il tarixinədək ödənilməsi xahiş edilsə də, cavabdeh tərəfindən məsələnin həlli istiqamətində heç bir tədbir görülməmiş və bu istiqamətdə heç bir cəhd göstərilməmişdir. İddiaçı tərəfindən göndərilmiş xx.xx.2023-cü tarixli Mediasiyanın tətbiqi barədə təklif əsasında xx.xx.2023- cü il tarixində Mediasiya Şurası Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyası keçirilmiş, qeyd edilən ilkin mediasiya sessiyasında nümayəndəsi iştirak etsə də, "xxxx" MMC-nin nümayəndəsi iştirak etməmişdir.
10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442.1, 443.1, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.
11. İşə birinci instansiyası məhkəməsində baxılarkən cavabdeh tərəfindən iddia tələbinə münasibətdə ərizə təqdim edilərək qeyd edilmişdir ki, məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi mübahisə tərəflər arasında bağlanmış xx.xx.2009cü il tarixli 04 saylı müqavilə ilə bağlıdır. Sözügedən müqavilənin müddətinin xx.xx.2009cü ildə bitdiyini nəzərə alaraq, SOCAR-ın İddiaçı1 müqavilə müddəti bitəndən 14 ildən sonra məhkəməyə müraciət etməklə, qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixli aktı məhkəməyə təqdim edərək hesab etmişdir ki, ötürülmüş iddia müddəti bərpa edilmişdir. Lakin nəzərə almamışdır ki, iddia müddətinin axımının kəsilməsi iddia müddəti ərzində, yəni 3 il ərzində (bu halda xx.xx.2012-ci il tarixədək) edilmiş etirafedici hərəkətlər nəticəsində bərpa edilir. Qeyd olunanları nəzərə alaraq iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməsi, iddiaçı SOCAR-ın İddiaçı1 "xxxx" MMC-yə qarşı “müqavilə şərtlərini pozduğuna görə 11851,00 manat borcun, 592,55 manat cərimənin və mediasiya xidməti üçün ödənilmiş 200 (iki yüz) manat xidmət haqqının, ümumilikdə 12643 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddiasının iddia müddəti keçdiyini nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(113)-1500/2024 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir.
13. Cavabdeh icavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti verərək iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, məhkəmə işə birtərəfli baxmış, sübutları tam və hərtərəfliaraşdırmamış və nəticədə düzgün olmayan qətnamə qəbuletmişdir. Belə ki, iddia ərizəsindən və əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı ilə bağlanmış müqavilənin müddəti xx.xx.2009-cu il tarixdə bitmişdir. Müqavilə müddətinin bitməsi tarixdən görünür ki, iddiaçı nəinki 3 illik iddia müddətini, hətta qanunvericiliklə müəyyən edilmiş 10 illik ümumi iddia müddəti bitdikdən sonra, yəni 14 ildən sonra məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərkən yuxarıda qeyd olunanları, həmçininMülki Məcəllənin 551.1-ci maddəsinə əsasən,əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adimüddət) keçdikdən sonra qüvvəsini itirdiyini nəzərə almamışdır. Həmçinin iddiaçı tərəfindən məhkəmə gedişatında təqdim etdiyi xx.xx.2013-cü il tarixli MA xx-xx/2962 saylı bildirişdən göründüyü kimi iddiaçı 2013cü ildə “qarşılıqlı borcların üzləşdirilməsi” aktları imzalandıqdan sonra cavabdehə bildiriş göndərmiş və 20 gün ərzində borcun ödənilməsi təmin edilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmiş, lakin həmin bildirişdən sonra yenə də 11 il məhkəməyə müraciət etməmişdir. İddiaçı həmin tarixdən (xx.xx.2013-cü il) sonra da idda müddətini buraxmışdır. Göründüyü kimi iddiaçı müqavilə müddəti bitdikdən sonra 3 il “qarşılıqlı borcların üzləşdirilməsi” aktları imzalamış, daha sonra sonra bildiriş göndərərək pulu tələb etsə də, yenə məhkəməyə müraciət etməmiş, yalnız aktların imzalanması ilə kifayətlənmişdir. Hesab edirlər ki, qeyd olunanlar iddiaçı tərəfindən iddia müddətinin keçirilməsinin birbaşa sübutudur. Bundan başqa məhkəmə tərəfindən işin tam və hər tərəfli araşdırmamasının sübutu kimi qeyd edə bilərlər ki, məhkəmə cəriməni təmin edərkən cərimə məbləğinin qanunvericiliyin tələblərinə uyğun hesablanıb hesablanmamasınıaraşdırmamış. Belə ki, Müqavilənin 6.4-cü bəndində əsasən işlərin yerinə yetirilməsini gecikdirdiyi halda cavabdeh hər gecikdirilmiş gün üçün müqavilənin görülməmiş işlərin həcminə və dəyərinə mütənasib olaraq 0,01 faiz məbləğində cərimə ödəməlidir. Belə olan halda, hətta müqavilə bağlandığı gündən (halbuki bu mümkün deyil) gecikdirmiş olsaydı belə, müqavilə şərtlərinə əsasən gündəlik 1,18 manat (11851 * 0,01 % = 1,1851) cərimə ödəməli idi. Nəzərə alınsa ki, müqavilə müddəti bitdikdən sonra cərimə hesablanması mümkün deyil, o halda iddiaçı ən çoxu xx.xx.2009-cu il tarixədək keçmiş 210 gün üçün 248,9 manat (210*1,1851=248,87) tələb edə bilərdi. Göründüyü kimi məhkəmə bu hissəni də araşdırmamış, yalnız iddiaçın tələb etdiyi rəqəmləri təmin etmişdir ki, bu halda yuxarıda qeyd olunduğu kimi işin tam araşdırmamasının əyanisübutudur. Hesab edirlər ki, yuxarıda qeyd olunanlar qətnamənin tam ləğv edilməsi və iddia müddətinin tətbiq edərək rədd edilməsi üçün əsasdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti 3012.2009cu il tarixdə bitmişdir və həmin tarixdə iddia müddətinin axımı başlamışdır. Lakin tərəflər arasında müxtəlif dövrlərdə imzalanmış qarşılıqı borcların üzlşdirilməsi aktlarına əsasən cavabdeh borcunun olmasını etiraf etmiş, bununla iddia müddətinin axımı kəsilmişdir. Sonuncu qarşılıqı borcların üzləşdirilməsi akt xx.xx.2022-ci il tərtib edilmiş, odur ki, iddia müddəti ötürülməmişdir. Dəbbə pulu müqavilə şərtlərinə uyğun olaraq düzgün hesablanmışdır
Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin rədd edilməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Mülki Məcəllənin: 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 376-cı maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 399.3-ci maddəsinə görə müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 765-ci maddəsinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın tam təmin edildiyini, cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən xalanılmalıdır.
23. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı1 (sifarişçi) ilə cavabdeh "xxxx" MMC (podratçı) arasında 11 iyun 2009-cu il tarixli 04 nömrəli podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə əsasında İddiaçı1 tərəfindən 20.000 manat məbləğində avans ödənilsə də, podratçı tərəfindən müqavilədə nəzərdə tutulmuş podrat işlərinin yalnız bir hissəsi icra edilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilmədiyindən iddiaçı müqavilədən imtina etmişdir. İddiaçı1 11851 manat məbləğində avansın müqabilində cavabdeh tərəfindən işlərin icra edilmədiyini əsas göstərərək avansın, eləcə də dəbbə pulunun tutulmasını tələb edir.
24. İddiaçı isə iddia ərizəsinin iddia müddətinin buraxılmaqla verildiyini, eləcə də dəbbə pulunun yalnız müqavilə müddəti üçün hesablanmalı olduğunu əsas göstərməklə iddianın rədd edilməsini tələb edir.
25. Məhkəmə kollegiyası əvvəla iddiaçı tələbinin əsaslılığına qiymət verərək qeyd edir ki, iddiaçı tərəfindən podrat müqaviləsi üzrə ödənilmiş 11.851 manat məbləğində avansın müqabilində cavabdeh tərəfindən işlərin görülməməsi işin mübahisəsiz halıdır. Belə olan halda isə cavabdeh Mülki Məcəllənin 759.2-ci maddəsinə əsasən yalnız gördüyü işin haqqını almaq hüququna malik olmuşdur, cavabdehə ödənilmiş, lakin müqabilində iş görülməmiş avans isə iddiaçıya qaytarılmalıdır.
26. Odur ki, 11.851 manat məbləğində avansın qaytarılması hissəsində iddia tələbi əsaslıdır.
27. İddianın dəbbə pulunun tutulması tələbinə dair hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin 6.4-cü bəndinə əsasən icraçı işin yerinə yetirilməsini gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün müqavilənin görülməmiş işlərin həcminə və dəyərinə mütənasib olaraq 0,01% məbləğində peniya ödəməlidir.
28. Hazırkı halda işin yuxarıda göstərilən halları ilə cavabdehin podrat işinin bir hissəsinin icrasını gecikdirməsi öz təsdiqini tapdığından iddiaçı öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehdən dəbbə pulunun tutulmasını tələb etmək hüququna malikdir.
29. Dəbbə pulunun yalnız müqavilə müddəti üçün hesablanmalı olması barədə cavabdehin dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, müqavilədə müqavilənin qüvvədə olma müddətinin bitməsinin tərəflərin öhdəliklərinin xitam verilməsinə səbəb olması barədə müddəa yer almamışdır. Odur ki, müqavilənin müddətinin bitməsi cavabdehin həmin müqavilə üzrə yaranmış işlərin görülməsi öhdəliyinə xitam verilməsinə səbəb olmamışdır. İddiaçı isə müqavilə bitdikdən dərhal sonra müqavilədən imtina etməmiş, yəni öhdəliyin icrası müddəti başa çatdıqdan sonra da müəyyən müddət ərzində işlərin cavabdeh tərəfindən icra ediləcəyini gözləmişdir.
30. Odur ki, dəbbə pulunun yalnız müqavilənin müddəti üçün hesablanmalı olması barədə cavabdehin dəlili əsassızdır.
31. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən tutulmasını xahiş etdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək deyildir. Belə olan halda isə dəbbə pulu məbləğinin Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri baxımından azaldılması üçün də əsas yoxdur.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə 592,55 manat məbləğində dəbbə pulunun tutulması hissəsində də iddia əsaslıdır.
33. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə kollegiya qeyd edir ki, hazırkı tələb üzrə iddia müddətinin axımı iddiaçının öz hüquqlarını pozulduğunu bildiyi və ya bilməli olduğu tarixdən, hazırkı halda işlərin görülməsi öhdəliyinin icra müddəti çatdığı vaxtdan başlamışdır. Digər tərəfdən cavabdeh iddia müddəti ərzində xx.xx.2010-cü il tarixdə, xx.xx.2011-ci i tarixdə, xx.xx.2012-ci il tarixdə, xx.xx.2013-cü il tarixdə, xx.xx.2013-cü il tarixdə, xx.xx.2013-cü il tarixdə, xx.xx.2013-cü il tarixdə, xx.xx.2014-cü il tarixdə, xx.xx.2014-cü il tarixdə, xx.xx.2016-cı il tarixdə, xx.xx.2016-cl il tarixdə, xx.xx.2017-ci il tarixdə, xx.xx.2017-ci il tarixdə, xx.xx.2017-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə borc məbləğini təsdiq edən üzləşmə aktlarını imzalamaqla borcunu etiraf etmişdir. Göründüyü kimi üzləşmə aktlarının imzalanması arası müddətlər 3 ildən az olduğundan cavabdeh tərəfindən borcu etirafedici hərəkətlər (üzləşmə aktlarının imzalanması) hər bir etirafdan sonra kəsilərək yenidən başlamış iddia müddəti daxilində edilmişdir.
34. Odur ki, hazırkı tələb üzrə iddia müddəti sonuncu dəfə xx.xx.2022-ci il tarixdə kəsilməklə yenidən başladığından iddiaçı hazırkı iddianı xx.xx.2024-cü il tarixdə qaldırarkən qanunda müqavilə tələbləri üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxmamışdır.
35. Mülki Məcəllənin 376-cı maddəsinin tələblərinə əsasən əsasən əsas tələb üzrə iddia müddəti keçmədiyindən əlavə tələb (dəbbə pulu) üzrə də iddia müddəti keçməmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Apellyasiya şikayəti rədd edildiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(113)-1500/2024 saylı qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov