Məhkəmə qərarları › İş №2-2(103)-881/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-881/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-881/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-779/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyəti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" MMC-nin xeyrinə zaminlik müqaviləsi üzrə əsas borc 10000000 ABŞ dolları, faiz borcu 876937 ABŞ dolları, mənəvi zərər 100000 manat, dəbbə pulu 100000 manat, işgüzar nüfuza vurulan zərər 100000 manat olmaqla cəmi 10876937 ABŞ dolları + 300000 manat yekun 10876937 ABŞ dolları Azərbaycan manatı ilə ekvivalenti 18490792,9 + 300000=18790792,9 manat, görülən işə görə əsas borc ******* manat, mənəvi zərər 100000 manat uçot faiz dərəcəsi üzrə 2018, 2019 və 2020-ci illər üzrə hər il üçün 8% ******* manat, dəbbə pulu 100000 manat, işgüzar nüfuza vurulan zərər 100000 manat və dövlət rüsumu 30 manat olmaqla cəmi 10305948 manat hər iki hal üzrə ümumi 29096770,9 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.04.2021-ci il tarixli e-2-2(113)-779/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdiyini, cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdiyini, üçüncü şəxsin nümayəndəsi X2 isə mübahisənin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 29.11.2010-cu il tarixli, 09/77 işlər üzrə satınalma müqaviləsinə əsasən sifarişçi Bakı-dairəvi-2 avtomobl yolunun Xocəsən-Lökbatan (11-19 km) hissəsinin əsaslı təmir işlərinin yerinə yetirilməsi üçün icraçının ******* manat məbləğində tender təklifini qəbul etmişdir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 10.02.2011-ci il tarixli, 09/17 işlər üzrə satınalma müqaviləsinə əsasən sifarişçi Qusar-Ənik-Ləzə-Suvar yolunun əsaslı təmir işlərinin yerinə yetirilməsi üçün icraçının 10000000 manat məbləğində tender təklifini qəbul etmişdir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 03.10.2011ci il tarixli işlər üzrə satınalma müqaviləsinə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə yerinə yetirilməli olan Qusar-Ənik-Ləzə-Suvar avtomobil yolunun əsaslı təmiri işlərinin görülməsini öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 20.02.2012-ci il tarixli, 09/28 işlər üzrə satınalma müqaviləsinə əsasən sifarişçi Qusar-Ənik-Ləzə yolunun əsaslı təmir işlərinin yerinə yetirilməsi üçün icraçının 19650000 manat məbləğində təklifini qəbul etmişdir. “Qusar-Ənik-Ləzə-Suvar avtomobil yolunun əsaslı təmiri” üzrə 20 fevral 2012-ci il tarixli 09/28 nömrəli müqaviləyə 13.08.2012-ci il tarixli 1 saylı əlavə razılaşmaya əsasən layihədə edilən dəyişiklikləri nəzərə alaraq, müqavilə qiymətinə azalma edilmiş və əlavə müqavilə dəyəri 18381000 manat təşkil etmişdir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 04.03.2013-cü il tarixli 09/41 saylı işlər üzrə satınalma müqaviləsinə əsasən sifarişçi Qusar-Ənik-Ləzə 4 zolaqlı yolunun 10 km-lik hissəsinin və körpünün tikintisi işlərinin yerinə yetirilməsi üçün icraçının 38000000 manat məbəğində təklini qəbul etmişdir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 30.01.2014-cü il tarixli 09/09 saylı işlər üzrə satınalma müqaviləsinə əsasən sifarişçi Qusar-Ənik-Ləzə 4 zolaqlı yolunun 10 km-lik hissəsinin və körpünün tikintisi işlərinin yerinə yetirilməsi üçün icraçının 20000000 manat məbləğində təklifini qəbul etmişdir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 09.02.2015-ci il tarixli 09/21/0902 saylı işlər üzrə satınalma müqaviləsinə əsasən sifarişçi Qusar-Ənik-Ləzə 4 zolaqlı yolunun 10 km-lik hissəsinin və körpünün tikintisi işlərinin yerinə yetirilməsi üçün icraçının ******* manat məbləğində təklifini qəbul etmişdir. İddiaçı bildirir ki, müqavilədən irəli gələn bir çox işlər tərəflərindən yerinə yetirilmiş, onların bir qisminin dəyəri cavabdeh tərəfindən ödənilmişdir. X6-Ləzə avtomobil yolunun tikintisi obyektində Zindanmuruq çayı üzərində körpü keçidinin və bununla bağlı digər işlərin tamamlanmasına baxmayaraq, cavabdeh tərəfindən bu işlərin dəyəri bu günə kimi ödənilməmişdir. Dəfələrlə yazılı və şifahi müraciətlər edilsə də, cavabdeh bu ödənişlərdən yayınır. Hazırda bu işlərə görə cavabdehin borcu ƏDV ilə birlikdə 8.069.313 manat təşkil edir. Müqavilə üzrə işlərin görülməsi üçün iddiaçı tərəfindən bir neçə dəfə Bankdan kreditlər götürülmüş, o cümlədən "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 17 aprel 2008-ci il tarixli 10521 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 16% olmaqla 10000000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu məbləğ "xxxx" MMC tərəfindən faktiki olaraq cavabdehlə bağlanılmış müqavilənin icrasına yönəldilmişdir. Cavabdehlə belə razılaşdırılmışdır ki, görülmüş işlər nəzərə alınmaqla bank krediti onun tərəfindən qaytarılacaqdır. Məhz bu səbəblərdən kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə "xxxx" ASC ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanılmış, müqavilənin şərtlərinə əsasən "xxxx" MMC krediti ödəyə bilməyəciyi təqdirdə "xxxx" ASC bank qarşısında cavabdehlik daşımasını öhdəsinə götürmüşdür. "xxxx" MMC kredit müqavilələrinin şərtlərini pozmamış, ilkin olaraq alınmış əsas kredit məbləğlərini və kreditə hesablanmış faiz borcunu tələb olunan qaydada ödəmişdir. Hər dəfə də cavabdeh inandırmışdır ki, bütün ödənilmiş məbləğlər işi təhvil alarkən qaytarılacaq, o cümlədən zamin olduğu 10000000 ABŞ dolları məbləğində kredit Banka onun tərəfindən qaytarılacaqdır. İddiaçı tərəfindən bağlanmış müqavilələr əsasında üzərilərinə götürdüyü öhdəliklər yerinə yetirilmiş, avtomobil yolunun genişləndirilməsi, bir neçə körpülərin salınması işləri uğurla başa çatdırılmışdır. Bu hallar cavabdehin özünün təsdiq etdiyi yerinə yetirilmiş işlərin qəbul aktı və bu işlərinin və xərclərinin dəyəri haqqında arayış ilə öz təsdiqini tapır. Görülmüş işlərin bir hissəsinin ödənişi cavabdeh tərəfindən həyata keçirilmiş, lakin əksər hissəsinin ödənişi bu günə kimi icra edilməmişdir ki, bunun da nəticəsində onlara külli miqdarda maddi zərər vurulmuş, bank qarşısında üzərilərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməmişdir. Bu da öz növbəsində götürülmüş kreditlər üzrə borcun və faizlərin artmasına səbəb olmuşdur. Kreditin və hesablanmış faizlərin qaytarılmaması səbəbindən "xxxx" ASC bir neçə dəfə cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı iddia ərizələri ilə məhkəməyə müraciət etmiş və hər dəfə də, hazırkı iş üzrə cavabdehin borcu qaytaracağı vədləri nəzərə alınmaqla iddialar baxılmamış saxlanılmışdır. Sonradan "xxxx" ASC kredit borcunun tutulmasını və kredit borcu üzrə tələb hüququnu "xxxx" QSC-nin idarəetməsinə vermişdir. İddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı cavabdeh "xxxx" MMC-yə qarşı “Kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı tələbinə dair” iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının "xxxx" MMC-yə qarşı kredit müqavilələri üzrə borcun tutulmasına dair iddia ərizəsi qismən təmin edilmiş, kredit borcunun tutulması avtomobillərə və cavabdehə məxsus digər daşınar əmlaklara yönəldilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən tərəflərindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin qərarı ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq 2020ci ilin dekabr ayında iddiaçı növbəti dəfə pretenziya ilə cavabdehə müraciət edərək Bank qarşısında üzərinə götürdüyü Zaminlik öhdəliklərini və gördüyü işlərin dəyərinin tam ödənilməsi məsələlərini həll etməsini xahiş etmişdir. Lakin yenə də cavabdeh öhdəliklərini yerinə yetirməkdən yayınmışdır. Cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər yerinə yetirilmir, qanunsuz olaraq iddiaçının pulu cavabdeh tərəfindən saxlanılır və bununla da, iddiaçıya küllü miqdarda maddi və əhəmiyyətli dərəcədə mənəvi ziyan vurulur. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirir ki, banka olan borcun qaytarılması ilə bağlı "xxxx" MMC iddia irəli sürə bilməz. Belə ki, tərəflərə qarşı "xxxx" QSC tərəfindən iddia qaldırılmış və həmin iddia üzrə məhkəmə qətnamələri qəbul edilmişdir. İddianın digər hissəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Üçüncü şəxsin nümayəndəsi bildirir ki, iddia təmin olunacağı təqdirdə iddiaçının onlara olan borcu ödəniləcəkdir. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş birinci iddia tələbi "xxxx" ASC ilə "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış zaminlik müqaviləsi üzrə pulun tutulmasından ibarətdir. Həmin müqaviləyə əsasən zamin "xxxx" ASC borclu "xxxx" MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. Kollegiya qeyd edir ki, həmin iddia tələbi hüquqi baxımdan əsasızdır. Belə ki, zaminlik müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan zaminlik müqaviləsinin 2.2-ci bəndində də təsbit olunmuşdur ki, borclu qeyd edilən kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin borclu ilə birlikdə kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, icrasının gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyır. Göründüyü kimi cavabdeh zamin kimi borclu olan iddiaçı "xxxx" MMC qarşısında deyil, onunla birlikdə kreditor olan "xxxx" ASC (hazırda "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyəti) qarşısında birgə məsuliyyət daşıyır. Belə olan halda isə müqavilə üzrə yaranan borcu "xxxx" MMC deyil, "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyəti tələb edə bilər və iş materiallarından da görünür ki, artıq bununla bağlı məhkəmə mübahisəsi mövcuddur. Ona görə də, zaminlik müqaviləsi ilə bağlı iddia tələbləri rədd edilməlidir. Həmçinin kollegiya hesab edir ki, görülmüş işlər üzrə yaranmış borcun tutulması hissəsində iddia rədd edilməlidir. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırkı işdə də iddiaçı müqavilələr üzrə öz üzərinə düşən öhdəliyi icra etmiş, hazırlanmış layihə cavabdeh tərəfindən qəbul edilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və ödənişləri tam həyata keçirməmişdir. Belə ki, iş materiallarında olan 2013-cü ilin aprel ayında yerinə yetirilmiş işlərin qəbulu aktına əsasən Qusar-Əniğ-Ləzə-Suvar düşərgəsi avtomobil yolunun əsaslı təmiri üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat; 2013-cü ilin iyun ayında yerinə yetirilmiş işlərin qəbulu aktına və arayışa əsasən Qusar-Əniğ-Ləzə 4 zolaqlı avtomobil yolunun tikintisi üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat; 2013-cü ilin iyun ayında yerinə yetirilmiş işlərin qəbulu aktına və arayışa əsasən Qusar-Əniğ-Ləzə 4 zolaqlı avtomobil yolunun tikintisi üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat; 2013-cü ilin sentyabr ayında yerinə yetirilmiş işlərin qəbulu aktına və arayışa əsasən Qusar-Əniğ-Ləzə 4 zolaqlı avtomobil yolunun tikintisi üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat; 2013-cü ilin sentyabr ayında yerinə yetirilmiş işlərin qəbulu aktına və arayışa əsasən Cəlilabad-Yardımlı avtomobil yolunun əsaslı təmiri (L=51 km) üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat; 2013-cü ilin oktyabr ayında yerinə yetirilmiş işlərin qəbulu aktına və arayışa əsasən Qusar-Əniğ-Ləzə 4 zolaqlı avtomobil yolunun tikintisi üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat; 2013-cü ilin noyabr ayında yerinə yetirilmiş işlərin qəbulu aktına və arayışa əsasən Qusar-Ləzə 4 zolaqlı avtomobil yolunun tikintisi üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat; 2013-cü ilin dekabr ayında yerinə yetirilmiş işlərin qəbulu aktına və arayışa əsasən Qusar-Ləzə avtomobil yolunun 4 zolağa genişləndirilməsi üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat; 2013-cü ilin dekabr ayında yerinə yetirilmiş işlərin qəbulu aktına və arayışa əsasən Qusar-Ləzə avtomobil yolunun 4 zolağa genişləndirilməsi üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat; 2014-cü ilin fevral ayında yerinə yetirilmiş işlərin qəbulu aktına və arayışa əsasən Qusar-Ləzə avtomobil yolunun 4 zolağa genişləndirilməsi üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat; 2014-cü ilin mart ayında yerinə yetirilmiş işlərin qəbulu aktına və arayışa əsasən Qusar-Ləzə avtomobil yolunun 4 zolağa genişləndirilməsi üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat; 2014-cü ilin aprel ayında yerinə yetirilmiş işlərin qəbulu aktına və arayışa əsasən Qusar-Ləzə avtomobil yolunun 4 zolağa genişləndirilməsi üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat; 2014-cü ilin may ayında yerinə yetirilmiş işlərin qəbulu aktına və arayışa əsasən Qusar-Ləzə avtomobil yolunun 4 zolağa genişləndirilməsi üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat; 2014-cü ilin iyun ayında yerinə yetirilmiş işlərin qəbulu aktına və arayışa əsasən Qusar-Ləzə avtomobil yolunun 4 zolağa genişləndirilməsi üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat; 2014-cü ilin iyul ayında yerinə yetirilmiş işlərin qəbulu aktına və arayışa əsasən Qusar-Ləzə avtomobil yolunun 4 zolağa genişləndirilməsi üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat; 2014-cü ilin avqust ayında yerinə yetirilmiş işlərin qəbulu aktına və arayışa əsasən Qusar-Ləzə avtomobil yolunun 4 zolağa genişləndirilməsi üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat; 2014-cü ilin sentyabr ayında yerinə yetirilmiş işlərin qəbulu aktına və arayışa əsasən Qusar-Ləzə avtomobil yolunun 4 zolağa genişləndirilməsi üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat; 2014-cü ilin oktyabr ayında yerinə yetirilmiş işlərin qəbulu aktına və arayışa əsasən Qusar-Ləzə avtomobil yolunun 4 zolağa genişləndirilməsi üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat; 2014-cü ilin dekabr ayında yerinə yetirilmiş işlərin qəbulu aktına və arayışa əsasən Qusar-Ləzə avtomobil yolunun 4 zolağa genişləndirilməsi üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat; 2015-ci ilin fevral ayında yerinə yetirilmiş işlərin qəbulu aktına və arayışa əsasən Qusar-Ləzə avtomobil yolunun 4 zolağa genişləndirilməsi üzrə yerinə yetirilmiş işlərin dəyəri ƏDV ilə cəmi ******* manat, həmin məbləğlərin cəmi isə 52.657.744 manat təşkil edir. Qeyd olunan bütün yerinə yetirilmiş işlərin qəbulu aktları (Forma-2) və görülmüş işlər və onun dəyəri haqqında arayışlar (Forma-3) "xxxx" ASC-nin vəzifəli şəxsləri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. İddiaçı bildirir ki, ödənilməli olan cəmi məbləğ 8.069.313 manat təşkil edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi işlərin görüldüyünü və təhvil verildiyini etiraf etdi, lakin bildirdi ki, bütün məbləğlər ödənilib və borc mövcud deyil. Bununla yanaşı, cavabdeh istinad etdiyi hallarla bağlı sübutları, yəni ödəniş sənədlərini məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə olan halda isə iddiaçı 8.069.313 manat məbləğində borcun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə kollegiya hesab edir ki, həmin iddia təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 29.11.2010-cu il tarixli, 09/77 işlər üzrə satınalma müqaviləsinə əsasən müqavilənin icra müddəti 12 ay, yəni 29.11.2011-ci il tarixdə və icra müddətindən 30 bank günü ərzində ödəniş edilməsi, 10.02.2011-ci il tarixli, 09/17 işlər üzrə satınalma müqaviləsinə əsasən icra müddəti 14 ay, yəni 10.04.2012-ci il tarixdə və icra müddətindən 30 bank günü ərzində ödəniş edilməsi, 03.10.2011-ci il tarixli işlər üzrə satınalma müqaviləsinə əsasən icra müddəti 14 ay, yəni 03.12.2012-ci il tarixdə və icra müddətindən 30 bank günü ərzində ödəniş edilməsi, 20.02.2012-ci il tarixli, 09/28 işlər üzrə satınalma müqaviləsinə əsasən icra müddəti 12 ay, yəni 20.02.2013-cü il tarixdə və icra müddətindən 30 bank günü ərzində ödəniş edilməsi, 04.03.2013-cü il tarixli 09/41 saylı işlər üzrə satınalma müqaviləsinə əsasən icra müddəti 12 ay, yəni 04.03.2014-cü il tarixdə və icra müddətindən 30 bank günü ərzində ödəniş edilməsi, 09.02.2015-ci il tarixli 09/21/0902 saylı işlər üzrə satınalma müqaviləsinə əsasən icra müddəti 12 ay, yəni 09.02.2016-ci il tarixdə və icra müddətindən 30 bank günü ərzində ödəniş edilməsi qeyd olunmuşdur. Hazırkı iddia ərizəsi isə 25.12.2020-ci il tarixdə, yəni müqavilələrin hər biri üzrə müəyyən edilən icra müddətindən 3 il keçdikdən sonra verilmişdir. Halbuki Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Lakin iddiaçı tərəfindən həmin maddədə göstərilən 3 illik iddia müddəti ötürülmüşdür. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə podrat müqaviləsi ilə bağlı əsas, faiz və dəbbə borcunun tutulması barədə iddia rədd edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, işgüzar nüfuza vurulan zərərin əvəzinin ödənilməsi barədə tələblər də təmin edilə bilməz. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırki işdə bu əsaslar müəyyən edilmir. Çünki iddiaçı cavabdehin öz öhdəliyini pozması nəticəsində onun işgüzar nüfuzuna nə kimi zərər vurulduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Mənəvi zərərin tutulması hissəsində isə iddia əsassızdır. Belə ki, Mülki Məcəllənin 23-cü maddəsindən aydın şəkildə görünür ki, mənəvi zərər yalnız fiziki şəxsə vurula bilər və ona görə də, həmin zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da fiziki şəxsə məxsusdur. Hüquqi şəxs isə işgüzar nüfuzunun müdafiəsi ilə bağlı iddia irəli sürə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-779/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar