Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-882/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2072/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən e t d i: İddiaçı Müstəqil Tele-Radio Kompaniyası Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 27000 manat əsas borcun, 1237,5 manat pulun ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə hesablanmış faiz borcunun, 2000 manat cərimə borcunun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 30267,5 manat məbləğində pul vəsaitinin İddiaçı Müstəqil Tele-Radio Kompaniyasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı Müstəqil Tele-Radio Kompaniyasına qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı Müstəqil Tele- Radio Kompaniyasından 250000 manat maddi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh MMC iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Müstəqil Tele-Radio Kompaniyasının “xxxx” ASC Mərkəzi filialında olan AZN AZ32AİİB******************** saylı bank hesabına 250000 manat məbləğində həbs qoyulması barədə qərardad qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, e-2-2(113)-2072/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh MMC həmin qərardaddan şikayət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. İş materiallarından isə müəyyən olunur ki, şikayəti cavabdehin vəkili Nümayəndə2 imzalamış, lakin şikayətə cavabdehin adından vəkilin adına verilmiş etibarnamə əlavə edilməmişdir. Belə olan halda isə şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 363.1, 363.1.1, 366.1 və 366.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2072/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2-2(103)-882/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-882/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver