Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-882/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Açıq sözlər: alqı-satqı müqaviləsi, əldən çıxmış fayda Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2289/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2024-cü il tariхli 004 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya toz boya satır. “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı” ya ödəyir. 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. 4.1-ci bəndinə əsasən “satıcı” müqaviləyə uyğun olaraq “Alıcı" tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 10 təqvim günü ərzində Malı "Alıcı”ya təhvil verməyi öhdəsinə götürür. 4.2-ci bəndinə əsasən “Satıcı" Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir. 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Alıcı" sifariş olunan malın dəyərinin 50% həcmində ilkin ödənişi sifariş təsdiq edildikdən və “Satıcı”nın təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 5 iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir.
2. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 800.04 manat məbləğində mal verilmişdir.
3. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 1000.05 manat məbləğində mal verilmişdir.
4. 23.11.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 1600.08 manat məbləğində mal verilmişdir.
5. 23.11.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 5424 manat məbləğində mal verilmişdir.
6. 23 oktyabr 2024-cü il tarixli 004 nömrəli alqı-satqı müqaviləsinə 02 saylı əlavə olan xx.xx.2024-cü il tarixli X1 əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 800.04 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
7. 23 oktyabr 2024-cü il tarixli 004 nömrəli alqı-satqı müqaviləsinə 02 saylı əlavə olan xx.xx.2024-cü il tarixli X1 əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1000.05 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.
8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə cəmi 9800,49 manat məbləğində elektron qaimələr göndərilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
9. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 9.800,49 manat miqdarında qalıq borcun, 288,2 manat vurulmuş maddi ziyanın, habelə ödənilmiş 118 manat dövlət rümunun, cəmi 10206,47 manat pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (аlıcı) ilə İddiaçı MMC (sаtıcı) arasında xx.xx.2024-cü il tariхli 004 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə sаtıcı аlıcıyа toz boya sаtır, аlıcı isə həmin mаlın dəyərini ödəyir. Satıcı müqavilənin şərtlərini yerinə yetirərək alıcıya 2024- cü ilin noyabr ayında 4 partiya olmaqla 1 225 kq miqdarda, ümumi dəyəri 9 800.49 manat (ƏDV daxil) məbləğində toz boya təhvil vermişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən Cavabdeh MMC malları təhvil aldıqdan sonra 5 (beş) iş günü ərzində Malın dəyərini İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürsə də, satışın baş verdiyi tarixdən 2 ay keçməsinə baxmayaraq Cavabdeh MMC bu öhdəliкləri icrа еtməкdən bоyun qаçırmışdır. Nəticədə, 2025-ci ilin fevral аyınа cavabdehin öhdəliкlər üzrə 9.800,49 mаnаt məbləğində qаlıq borc yаrаnmış və həmin bоrc bu günə кimi ödənilməmiş qаlmışdır. Bu barədə cavabdehə müvafiq pretenziya da göndərilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2289/2025 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 9800.49 manat əsas borc, 288.2 manat maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 118 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. (hakim- G.Həşimova)
12. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2024-cü il tariхli 004 saylı alq-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə borcunun olması iş materiallarına əlavə edilmiş alqı-satqı müqavilələri, elektron qaimələr təhvil təslim aktları və digər sübutlarla sübuta yetirilib. Məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 9800.49 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti və 9800.49 manat əsas borc məbləğini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 288.2 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri hissəsində məhkəmə iddianın təmin edildiyini nəzərə almışdır.
13. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 448.1, 445.7, 567, 598.1, 598.2-ci maddələrinə istinad etmişdir.
14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə qeyd edilən hallar və Cavabdeh MMC tərəfindən edilmiş ödənişlər nəzərə alınmaq görülür ki, cavabdeh tərəfindən müəyyən ödənişlər edilmiş, qalan ödənişin edilməsi üçün danışıqlar aparılmışdır. Lakin cavabdeh tərəfindən ödənişlərin aparılmasında müəyyən güzəştlər xahiş edilsə də buna məhəl qoyulmadan qətnamə qəbul edilmişdir.
16. Apelyator şikayətinin maddi və prosessual əsası kimi AR MM-in 445-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cuil 13iyul tarixli qərarlarına, AİHM-in bir sıra qərarlarına, MPM-in 76, 217-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi, şikayətin təmin edilməməsini xahiş etdi.
19. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsa da, məhkəmə iclasında iştirak etmədi. Cavabdeh iclasda iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat təqdim etməmişdir.
20. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır
Tətbiq edilən hüquq:
21. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. -449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
22. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
23. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Apellyasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamədən verilmiş apellyasiya şikayətində cavabdeh qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamənin əsaslılığı və qanuniliyinin tam həcmdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faizlərin tutulması hissəsində dəyişdirilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2024-cü il tariхli malların alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə mallar verilmişdir. Hazırda iddiaçı müqavilə üzrə təqdim edilmiş mallara görə cavabdehin borcunun ƏDV daxil 9800,49 manat olmasını iddia edir və həmin borcun tutulmasını tələb edir.
29. Göründüyü kimi hazırkı halda iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.
30. İddiaçı mübahisəli malların təqdim edilməsi faktını sübuta yetirmək üçün tərəflərin imzası ilə təsdiq edilmiş təhvil-təslim aktlarını, cavabdehə göndərilmiş elektron qaimələri məhkəməyə təqdim etmişdir. Bununla yanaşı apellyasiya şikayətində cavabdeh malların təqdim edilməsi faktını inkar etməmişdir.
31. Cavabdeh tərəfindən müəyyən ödənişlərin həyata keçirilməsi ilə bağlı irəli sürülmüş dəlillərə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən icra edilmiş, lakin məhkəmə tərəfindən nəzərə alınmamış ödənişlərin mövcudluğunu təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, icra edildiyi bildirilən və nəzərə alınmadığı iddia olunan ödənişlərin məbləği də dəqiq şəkildə göstərilməmişdir. Odur ki, həmin dəlillər formal mülahizə kimi qiymətləndirilir.
32. Digər tərəfdən, cavabdeh apellyasiya şikayətində iddiaçının danışıqlardan imtina etməsini dəlil kimi göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, məhkəmə icraatının bütün mərhələlərində tərəflərin barışmasına təşəbbüs göstərmək məhkəmənin vəzifələrinə daxildir. Bununla belə, iddiaçının danışıqlardan imtina etməsi onun hüququ olmaqla, məhkəmə aktının əsassız olduğuna və ya ləğv edilməsinə əsas vermir.
33. Belə olan halda məhkəmə kollegiyası alqı-satqı münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən təqdim edilmiş malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 9800,49 manat məbləğində əsas borcun tutulması hissəsində iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
34. İddianın Mülki Məcəllənin 449-cu maddəsinə əsasən faizlərin tutulması hissəsinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı halda iddiaçı cavabdehin ona məxsus pul vəsaitinin ödənilməsini gecikdirməklə, ondan faydalanmasını sübuta yetirə bilmədiyindən cavabdehden həmin maddəyə əsasən bank uçot dərəcəsi ilə faizlərin tutulması istisna olunur. Digər tərəfdən cavabdehin alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsini gecikdirdiyi nəzərə alınaraq hesab edir ki, mübahisəyə Mülki Məcəllənin 445.7-ci maddəsi tətbiq edilməklə cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə pul tutula bilər.
35. Cavabdehdən tutulmalı olan faizin məbləğinə gəldikdə isə, əvvəla bildirilir ki, iddia ərizəsindən də görünür ki, iddiaçı 3 aylıq müddət üçün illik 8,5 %-lə faizlərin tutulmasını tələb edir. Odur ki, kollegiya hesab edir ki, iddiaçının faizlərin tutulmasını tələb etdiyi müddət nəzərə alınmaqla 3 aylıq müddət üçün illik 5 % olmaqla hesablanmış faizlər aşağdakı kimi müəyyən edilir: (9800,49x5%/12 ay x 3 ay=122,5 manat
36. Odur ki, faizlərin tutulması hissəsində qətnamədə dəyişdirilməli, cavabdehdən tutulmalı olan faiz məbləği 122,5 manat məbləğində müəyyən edilməlidir.
37. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin iddia qiymətinin cüzi hissəsi təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2289/2025 saylı qiyabi qətnaməsi qismən – faiz borcunun tutulması hissəsində dəyişdirilsin, cavabdehdən iddiaçının xeyrinə tutulacaq faiz borcu 122,5 manat məbləğində müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Tural Qocayev