Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-886/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X13 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh X10 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X5 və X11 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2227/2023 saylı, 13 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehlər X5 və X11 qarşı cavabdehlərdən 26 sentyabr 2021-ci il tarixli, 289 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 10000 manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 594 manat məbləğində dəbbə pulunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,78 manat məbləğində pulun müştərək qaydada tulularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh X7 arasında 06 sentyabr 2021-ci il tarixdə, 289 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı Müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları (malları) dəyəri nağd və ya hissə-hissə ödənilməklə cavabdeh X1, cavabdeh X7 isə malı qəbul edib qaimə-fakturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli təhvil-təslim aktına əsasən, cavabdeh X2 üzrə nəzərdə tutulmuş malları iddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. Həmin tarixdə Müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlinə əsasən, cavabdeh X7 30000 manat ilkin ödəniş, 7 ay müddətinə isə hər ay 5000 manat olmaqla, ümumilikdə 65000 manat ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh X7 tərəfindən bu günədək Müqavilə üzrə ödənilməli məbləğdən yalnız 55000 manat ödənilmiş, cavabdeh X4 iddiaçıya 10000 manat məbləğində borcu qalmışdır. Cavabdeh X5 edilmiş çoxsaylı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq, öhdəliyinin icrasından yayınmış, satın aldığı malların əvəzini ödəməmişdir. Bundan əlavə, iddiaçı ilə cavabdeh X12 arasında 06 sentyabr 2021-ci il tarixdə Zaminlik Müqaviləsi bağlanmış, Zamin iddiaçı ilə cavabdeh X7 arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən cavabdeh X4 öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdeh X7 ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2227/2023 saylı, 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X3 və X9 26 sentyabr 2021-ci il tarixli, 289 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 10000 manat məbləğində borc, 500 manat məbləğində dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120,70 manat məbləğində pulun müştərək qaydada tulularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
4. Cavabdeh X12 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-2227/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 26 sentyabr 2021-ci il tarixli, 289 saylı alqı-satqı müqaviləsi üzrə mübahisəli aparat cavabdehə təqdim edilmiş və həmin müvafiq aparatın quraşdırılması 2022-ci ilin aprel ayında şirkətin əməkdaşları tərəfindən edilmiş, həmin alqı-satqı müqaviləsinin predmeti olan aparat ilk vaxtlardan nasaz işləməyə başlamış, həmin aparatın spiralında problem olmuş, bunun əsasında iddiaçı təşkilatın göndərdiyi Tural adlı şəxs tərəfindən həmin nöqsanlar aradan qaldırılsa da, sonradan aparatda başqa qüsurlar yaranmış və aparat tamamilə işləksiz vəziyyətdə qalmışdır. Buna görə dəfələrlə iddiaçı təşkilata müraciət etsək, onlar tərəfindən həmin nöqsanları aradan qaldıracağına vəd versələr də, bunu etməmiş, nəticədə məcbur qalıb həmin aparatı işlədə bilmək üçün təxminən 10.000 manatdan yuxarı vəsait xərcləmiş və aparatı işlək vəziyyətə gətirmiş, bu barədə şirkətin əməkdaşlarına məlumat vermişlər. Hazırda iddiaçınını tələb etdiyi pul qeyd edilən aparatın təmiri üçün tərəfindən çəkilən xərcdir ki, həmin xərcin ondan tutulması tam əsassızdır. Belə ki, məhkəmə həmin apartda yaranmış qüsurların nədən ibarət olması və onların təmiri üçün çəkilməli olan xərcin məbləğinin müəyyən edilməsi barədə konkret olaraq, müvafiq ekspertiza təyin etməli olduğu halda etməmişdir. Bundan əlavə məhkəmə tərəfindən dəbbə pulu hissəsində yanlışlığa yol verilmiş, öhdəliyinin əhəmiyyətli hissəsini icra edilməsini nəzərə almadan, və borclunun əmlak mənafelərini gözləmədən tənasübsüz sürətdə dəbbə pulu tutmuşdur ki, bu da qanunsuzdur. Həmçinin iş üzrə bağlanmış zaminlik müqaviləsi qanunla müəyyən edilmiş zaminlik müqaviləsi üçün nəzərdə tutulmuş tələblərə əməl edilmədən bağlanılmış və qanunverciliyin tələbinə uyğun bağlanmamış, Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməmiş, həmin müqavilə əsasında zamindən pulun tutulması da tam əsassızdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında cavabdeh X10 nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, müdafiə etdiyi tərəf mart ayınadək mütəmadi şəkildə ödənişlər etmişdir, sonuncu ayın ödənişi ona görə saxlanılmışdır ki, digər tərəf bildirmişdir ki, avadanlığı quraşdıracaq, daha sonra sonuncu ödənişi edərlər. Avadanlıq quraşdırılandan sonra cihazda qüsur aşkarlanıb, daha sonra iddiaçı tərəfindən Tural adlı əməkdaş cəlb olunmuş avadanlıq təmir edilmiş, lakin qısa müddət sonra yenidən fəaliyyəti pozulmuşdur. Nəticədə müdafiə etdiyi tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına maneələr yaranmışdır. Avadanlığın ikinci əl avadanlıq olması onun qüsurlu şəkildə satılması üçün əsas deyil. 2022-ci ilin aprel ayında avadanlıq quraşdırılıb, tərəf isə onlara qarşı 2023-cü ildə iddia qaldırmışdır. Avadanlıqdakı qüsur ilk baxışdan görünən qüsur olmadığı üçün apellyasiya şikayətinin dəlillərində də qeyd etdiyi kimi hazırkı iş üzrə müvafiq ekspertiza keçirilməsinin zəruri olduğunu hesab edir. Ekspertiza təyin olunan zaman avadanlıqdakı detalların dəyişdirilməsinin tarixi məlum olacaqdır. Bundan əlavə, məhkəmə qətnaməsi ilə tutulmuş dəbbə pulunun məbləğinin də yüksək olduğu qənaətindədirlər.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh X7 arasında 06 sentyabr 2021-ci il tarixdə, 289 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni tarixli təhvil-təslim aktına əsasən X2 üzrə nəzərdə tutulmuş malları iddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmiş, hər hansı qüsur barədə məlumat verməmişdir. Həmin tarixdə müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlinə əsasən cavabdeh X7 30000 manat ilkin ödəniş, 7 ay müddətinə isə hər ay 5000 manat olmaqla ümumilikdə 650000 ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh X7 tərəfindən bu günədək müqavilə üzrə ödənilməli məbləğdən yalnız 55000 manat ödənilmiş, cavabdehin iddiaçıya 10000 manat məbləğində borcu qalmışdır. Avadanlıq 2021-ci ilin sentyabrın 6-da bağlanan müqavilə üzrə qarşı tərəfin sahibliyinə keçmişdir. Həmin aydan sonra mövcud avadanlıqdan istifadə və istismar üçün qarşı tərəf məsuliyyət daşıyır. Hal-hazırda ekspertizanın keçirilməsi məqsədəmüvafiq deyil. Suallara cavab olaraq isə bildirdi ki, qarşı tərəflə əvvəl şirkət daxili əlaqə saxlanılır, daha sonra bir müddət gözləyirlər, əsas borclu və ya zamin qısa müddətdə də ödəyəcəklərini bildirirlər, daha sonra gözləmə müddəti bitir, hələ də ödəniş etməyibsə bu halda artıq məhkəmədə iddia tələbi ilə çıxış edirlər.
9. Digər cavabdeh X7 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
15. Həmin Məcəllənin 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin.
16. Həmin Məcəllənin 589.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin.
17. Həmin Məcəllənin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.
18. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.
19. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
20. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia tələbi əsaslıdır.
24. İşin müəyyən olunmuş halları ondan ibarətir ki, iddiaçı ilə cavabdeh X7 arasında 06 sentyabr 2021-ci il tarixdə, 289 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı Müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları (malları) dəyəri nağd və ya hissə-hissə ödənilməklə cavabdeh X1, cavabdeh X7 isə malı qəbul edib qaimə-fakturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşlər.
25. İddiaçı ilə cavabdeh X12 arasında 06 sentyabr 2021-ci il tarixdə Zaminlik Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh X12 iddiaçı ilə cavabdeh X7 arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən cavabdeh X4 öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdeh X7 ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
26. Cavabdeh X4 iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən, cavabdeh X10 borclu ilə birlikdə iddiaçı qarşısında öhdəliyi isə zaminlik müqaviləsindən irəli gəlir.
27. Hazırkı iş materialları ilə təsdiq olunur ki, iddiaçı tərəfindən 65.000 manat məbləğində mal cavabdeh X5 verilmiş, cavabdeh həmin borc məbləğində 55.000 manat hissəsini ödəmişdir. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.
28. İddiaçı ilə cavabdeh X7 arasında 06 sentyabr 2021-ci il tarixli, 289 nömrəli alqısatqı müqaviləsinə dair imzalanmış təhvil-təslim aktından görünür ki, təhvil-təslim aktı üzrə qeyd olunan mallar İddiaçı MMC (təhvil verən) tərəfindən qüsursuz olaraq X5 (Təhvil alan) təhvil verilmiş, təhvil alan isə verilmiş malları yoxlayaraq qəbul etdiyini etiraf etmişdir.
29. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qüsurların olduğunu, aparatın tamamilə işləksiz vəziyyətdə qaldığını, həmin aparatı işlədə bilmək üçün təxminən 10.000 manatdan yuxarı vəsait xərclədiyini bildirsə də, əşyanın qüsurlarının aradan qaldırılmasına, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etməsi barədə hər hansı tədbir görülməsi üçün qarşı tərəfə müraciət etməsinə dair birinci instansiya məhkəməsinə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə iddiaçı tərəfindən təqdim edilmiş təhvil-təslim aktından görünür ki, mallar qüsursuz olaraq təhvil verilmişdir.
30. Cavabdehin “iddiaçının əməkdaşı” kimi göstərilən Tural adlı şəxsin iddiaçının işçisi olmasına dair işdə heç bir sübut olmamış, cavabdehlər tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir.
31. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində öz əksini tapmışdır.
32. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
33. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
34. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq əsas borc məbləğinə münasibətdə 500 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.
35. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2227/2023 saylı, 13 iyul 2023-cü il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov