Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-89/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin kommersiya kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 2278/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 fevral 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 31 mart 2019-cu il tarixli, 63/19-005 nömrəli beton müqaviləsinə əsasən satıcı aralarında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə və protokola uyğun olaraq razılaşdırılmış, müvafiq çeşidli və keyfiyyətli malları təqdim edir, alıcı isə onun sifarişinə əsasən təqdim edilən həmin malları qəbul edib onların dəyərini qüvvədə olan qanunvericiliyə müvafiq qaydada satıcıya ödəməyi öz öhdəsinə götürür. - Həmin müqavilənin 2.2-ci bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müqavilənin predmeti olan malların qiyməti və miqdarı onun ayrılmaz tərkib hissəsi sayılan və tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş protokollarla müəyyənləşdirilir. - Həmin müqavilənin 8.1-ci bəndinə əsasən alıcı müqavilə ilə müəyyən edilmiş məbləği satıcı tərəfindən göndərilmiş hesab-fakturaya əsasən faktiki göndərilən malın dəyərinə uyğun olaraq satıcının hesablaşma hesabına 100 % əvvəlcədən köçürmə yolu ilə ödəyir. Ödəmə tarixi malın dəyərinin satıcının hesablaşma hesabına daxil olduğu gün hesab olunur.
2. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2019-cu il 14 aprel tarixli təhviltəslim aktı ilə 5.390 manat, 2019-cu il 21 aprel tarixli təhviltəslim aktı ilə 8.400 manat, 2019-cu il 22 aprel tarixli təhvil-təslim aktı ilə 4.200 manat, 2019-cu il 25 aprel tarixli təhviltəslim aktı ilə 350 manat, 2019-cu il 26 aprel tarixli təhvil-təslim aktı ilə 5.460 manat, 2019cu il 3 may tarixli təhvil-təslim aktı ilə 2.090 manat, 2019-cu il 16 may və 2019-cu il 17 may tarixli təhvil-təslim aktları ilə 72.390 manat, 2019-cu il 20 may tarixli təhvil-təslim aktı ilə 7.910 manat, 2019-cu il 24 may tarixli və 2019-cu il 25 may tarixli təhvil-təslim aktları ilə 60.230 manat, 2019-cu il 24 may tarixli təhvil-təslim aktı ilə 700 manat, 2019-cu il 30 may tarixli təhvil-təslim aktı ilə 1.680 manat, 2019-cu il 31 may tarixli təhviltəslim aktı ilə 5.180 manat, 2019-cu il 10 iyun tarixli təhvil-təslim aktı ilə 10.450 manat, 2019-cu il 16 iyun tarixli təhvil-təslim aktı ilə 9.215 manat, 2019-cu il 22 iyun tarixli təhvil-təslim aktı ilə 4.655 manat, 2019-cu il 25 iyun tarixli təhvil-təslim aktı ilə 5.950 manat, 2019-cu il 28 iyun tarixli təhvil-təslim aktı ilə 4.560 manat, 2019-cu il 1 iyul tarixli təhvil-təslim aktı ilə 7.742,50 manat məbləğində mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
3. . EAAW 066390 nömrəli 2019-cu il 20 iyun tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 17.700,35 manat məbləğində mal təhvil verilmişdir.
4. 2019-cu il 21 iyun tarixli İC 398108 nömrəli elektron vergi hesabfakturasından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1.770,35 manat məbləğində mal təhvil verilmişdir.
5. 2019-cu il 27 may tarixli 002 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 15.000 manat məbləğində pul köçürülmüşdür.
6. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş **********1 nömrəli əlavə dəyər vergisi ödəyicisinin qeydiyyatı bildirişindən görünür ki, İddiaçı MMC 2010-cu il 1 iyun tarixdən Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir.
7. 2022-ci il 12 aprel tarixli, MŞB/5-01208 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC sessiyanın tarixi, saatı və yeri barədə 5 gün öncə poçt vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İddiaçı MMC tərəfindən ilkin mediasiya sessiyası üçün 400 manat məbləğində vəsait ödənmişdir.
8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2022-ci il 4 mart tarixli pretenziya məktubu ünvanlanaraq tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 63/19-005 nömrəli müqaviləyə əsasən yaranmış 255531,95 manat borcun 5 iş günü ərzində iddiaçıya ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 216.552,50 manat əsas borc, 38.979,45 manat ƏDV-nin, cəmi 255.531,95 manat pulun, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 145,53 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında beton alqısatqısına dair 2019-cu il 31 mart tarixli 63/19-005 №-li müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə və protokola uyğun olaraq razılaşdırılmış, müvafiq çeşidli və keyfiyyətli malları təqdim edir, alıcı (cavabdeh) isə onun sifarişinə əsasən təqdim edilən həmin malları qəbul edib onların dəyərini qüvvədə olan qanunvericiliyə müvafiq qaydada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 2019-cu il 14 aprel tarixli təhvil-təslim aktı ilə 5.390 manat, 2019-cu il 21 aprel tarixli təhvil-təslim aktı ilə 8.400 manat, 2019-cu il 22 aprel tarixli təhviltəslim aktı ilə 4.200 manat, 2019-cu il 25 aprel tarixli təhvil-təslim aktı ilə 350 manat, 2019-cu il 26 aprel tarixli təhvil-təslim aktı ilə 5.460 manat, 2019-cu il 3 may tarixli təhvil-təslim aktı ilə 2.090 manat, 2019-cu il 16 may və 2019-cu il 17 may tarixli təhviltəslim aktları ilə 72.390 manat, 2019-cu il 20 may tarixli təhviltəslim aktı ilə 7.910 manat, 2019-cu il 24 may tarixli və 2019-cu il 25 may tarixli təhvil-təslim aktları ilə 60.230 manat, 2019-cu il 24 may tarixli təhvil-təslim aktı ilə 700 manat, 2019-cu il 30 may tarixli təhviltəslim aktı ilə 1.680 manat, 2019-cu il 31 may tarixli təhvil-təslim aktı ilə 5.180 manat, 2019-cu il 10 iyun tarixli təhviltəslim aktı ilə 10.450 manat, 2019-cu il 16 iyun tarixli təhviltəslim aktı ilə 9.215 manat, 2019-cu il 22 iyun tarixli təhvil-təslim aktı ilə 4.655 manat, 2019-cu il 25 iyun tarixli təhvil-təslim aktı ilə 5.950 manat, 2019-cu il 28 iyun tarixli təhviltəslim aktı ilə 4.560 manat, 2019-cu il 1 iyul tarixli təhvil-təslim aktı ilə 7.742,50 manat olmaqla, cəmi 216.552,50 manat dəyərində beton təhvil vermiş, cavabdeh isə təhvil almışdır. İddiaçı 2022-ci il 4 mart tarixində cavabdehə pretenziya göndərərək cavabdehə vermiş olduğu betonun satış qiymətini təşkil edən 216.552,50 manat və ona hesablanmış 38.979,45 manat ƏDV-ni, cəmi 255.531,95 manat pulu 5 iş günü müddətində ödənilməsini tələb etmiş, lakin cavabdeh tələbi yerinə yetirməmiş, həmçinin pretenziyaya cavab verməmişdir.
11. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.
12. 2022-ci il 27 may tarixli, e-2-2(113)-2278/2022 saylı protokoldan görünür ki, vəsatət təmin edilmiş, iddiaçının ərizəsi əsasında toplanmış materiallarda olan sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi məqsədilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğu göndərilmişdir (i/v 62, cild 1).
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2022-ci il 2 avqust tarixli 007-9938-1222 nömrəli məktubuna əsasən, Ağcabədi şəhəri, Z.Adıgözəlov küçəsi, ev 83-də qeydiyyatda olan X7 BMCMİ-yə ərizə ilə müraciət edərək Türkiyə vətəndaşı Barış Dəmirə beton satdığını, lakin dəyərinin ödənilmədiyini bildirmişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh MMC 2019-cu ilin aprel ayında İddiaçı MMC ilə müqavilə bağlayaraq 216.000 manat dəyərində beton almışdır. Məbləğin bir hissəsi ödənilərək borc qalmışdır. Mübahisənin mülki xarakterli olmasını nəzərə alaraq X5 məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur.
14. Cavabdeh 2022-ci il 17 avqust tarixində ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının direktoru X2 BMCMİ-nə Türkiyə vətəndaşı Barış Dəmirə beton satması, lakin sonuncu tərəfindən dəyərinin ödənilməməsi barədə ərizəsi əsasında aparılmış araşdırma ilə bağlı toplanmış sübutların surətinin BMCMİ-dən götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 17 avqust tarixli, e-2-2(113)- 2278/2022 saylı qərardadı ilə vəsatət təmin olunmuşdur (hakim Ü.Həsənova).
16. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 12 sentyabr tarixli, e-2-2(113)- 2278/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 201.552,50 manat əsas borc, 38.979,45 manat ƏDV, ümumilikdə 240.531,95 manat məbləğində pul və ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun 145 manat hissəsinin ödənilməsi iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Ü.Həsənova).
17. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra olunmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədinə əsasən 15.000 manat məbləğində pul iddiaçıya ödənilmiş, göstərilən faktı iddiaçının nümayəndəsi öz izahatında da təsdiq etmişdir. Cavabdeh iddiaya etiraz edərək iddiaçıdan alınan malların dəyərinin əksər hissəsinin ödənildiyini, hazırda borcun məbləğinin ƏDV daxil olmaqla təxminən 33.000 manat təşkil etdiyini bildirmişdir. Sonuncu borcun bir qisminin nağd qaydada ödənildiyini, habelə qalan borcun mənzillə əvəzləşdirildiyini təsdiq edən belə bir sənəd təqdim edə bilməmişdir.
18. Məhkəmə iclasında şahid Barış Demir ifadəsində göstərmişdir ki, Cavabdeh MMC-də direktor müavini vəzifəsində çalışmışdır, hazırda “Creative and İnnovative Solutions” MMC-də işləyir. Ağ Şəhərdə inşa olunacaq bina üçün betonu iddiaçıdan almışlar, həmin alınan mala görə borc üzrə ödənişin böyük hissəsini həyata keçirmişlər, təxminən 20 faiz hissəsində qalıq borc qalmışdır. Təxmini ƏDV daxil 55.000 manata yaxın qalıq borc məbləği qalmışdır. İddiaçıya rəsmi olaraq 15.000 manat pulu ödəmişlər. Həmin məbləğdən əlavə mənzil satışından əldə edilən pulu nağd şəkildə direktor H.İmanova ödəmişlər. İddiaçı cavabdehə rəsmi olaraq hesab-faktura verməmişdir. Müqavilə üzrə 289.400 manat məbləğində mal almışlar. Ödənişləri çox vaxt iddiaçının nümayəndəsi Habil müəllimin özünə nağd şəkildə ödəmişlər. İddiaçı ilə digər müqavilələri olmamışdır. M.Çelik cavabdehin direktoru vəzifəsində işləmiş, H.İmanov isə direktor müavini olaraq nəzarəti həyata keçirdirdi. Faktiki rəhbər M.Çelik olduğu üçün H.İmanov cavabdeh şirkəti deyil, şəxsən sonuncunu BMCMİ-yə şikayət etmişdir. Halbuki, həmin şikayət verilərkən H.İmanov həmin şirkətdə çalışmırdı və həmin borcu niyə şirkətdən deyil, məhz sonuncudan tələb etməsinin səbəbini bilməmişdir. M.Çelikin H.İmanova 55.600 manat məbləğində borcu olmamışdır. Həmin borc cavabdehin borcu olmuşdur. 133.000 manat borcla bağlı isə H.İmanov BMCMİ-yə ümumiyyətlə hər hansı sənəd təqdim edə bilməmişdir.
19. Məhkəmə iclasında şahid Zehra Demir ifadəsində göstərmişdir ki, Cavabdeh MMC-də direktor müavini vəzifəsində çalışmışdır. Hazırda “Creative and İnnovative Solutions” MMC-də işləyir. Belə ki, iddiaçı Ağ Şəhərdə yerləşən “Park Çinar” Yaşayış Kompleksinin tikilməsi üçün cavabdehə beton vermişdir. Cavabdehin iddiaçıya 33.000 manat məbləğində qalıq borcu yaranmışdır. İddiaçının direktoru Habil müəllim Baş Mütəşəkkil Cinayətkarlıqla İş üzrə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edən zaman cavabdehin iddiaçıya 33.000 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir. Müqavilə bağlanılan zaman M.Çelik cavabdeh şirkətdə direktor müavini vəzifəsində işləyirdi. Ümumilikdə 216.500 manatlıq mal cavabdehə təhvil verilmişdir. Həmin dövrdə B.Demir icraçı direktor vəzifəsində işləyirdi. Yaranan mübahisənin cinayət xarakterli olması məqsədilə Habil müəllim B.Demiri şikayət etmişdi. Ağ şəhərdə yerləşən mənzili satıb pulunu H.İmanova vermişlər. Buna dair heç bir sənəd tərtib edilməmişdir. 38.979 manat məbləğində ƏDV-ni nağd şəkildə iddiaçıya təqdim etmişlər ki, sonuncu həmin pulu dövlət büdcəsinə ödəsin.
20. Şahid ifadələrinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin təqdim etmiş olduğu şahidlər Z.Demir və B.Demir ifadələrində iddiaçıya olan borcun əksər hissəsinin nağd şəkildə qaytarıldığını bildirsələr də, lakin həmin borcun konkret olaraq kimə, hansı şəraitdə qaytarılması, eləcə də hansı tarixdə qaytarılması ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər. Həmin şahidlər hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (müqavilə bağlanarkən cavabdeh təşkilatla əmək müqaviləsi əsasında çalışan işçilər olmaqla) maraqlı olan şəxslər olmuşlar. Şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr tərəflər arasında mövcud tikinti avadanlıqlarının qaytarılması öhdəliyinin icrasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.
21. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 398.1, 399.1, 442, 567, 598.1, 598.2, 600.1, 600.4, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1- 1, MPM-in 14.2, 76.2, 77.1, 119.1, 217.1-ci maddələrinə istinad etmişdir.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv olunması və iddia tələbinin qismən təmin olunaraq, cavabdehdən iddiaçının xeyrinə 33.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müqavilə üzrə şərtləşdirilmiş məbləğin böyük hissəsi ödənilmiş, borcun az hissəsi qalmış, bunu iş materialları, şahid ifadələri və iddiaçının və digər şəxslərin hüquq-mühafizə orqanlarına vermiş olduğu ifadələr təsdiq etsə də, işə baxan birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin mühüm əhəmiyyətə malki olan bütün faktiki halların aydınlaşdırılmamış, nəticədə düzgün olmayan nəticəyə gəlmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il sorğu ilə X2 şikayət ərizəsi üzrə toplanmış materialların məhkəməyə təqdim olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğu göndərilmişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), A.Ə.Hüseyn, V.Ə.Baxışova) 2-2(103)-69/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2278/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
26. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin şikayətinin dəlilləri əsassızdır, cavabdeh bunu təsdiq edən heç bir sübutu (ödəniş qəbzləri və s.) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən şahidlər Barıs Demir və Zehra Demirin ifadələri isə qeyd olunan halları təsdiq edən sübut qismində qiymətləndirilə bilməz. Belə ki, həmin şahidlər öz ifadələrində iddiaçıya olan borcun əksər hissəsinin nağd şəkildə qaytarıldığını bildirsələr də, lakin həmin borcun konkret olaraq kimə, hansı şəraitdə qaytarılması, eləcə də hansı tarixdə qaytarılması ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər. Həmçinin, həmin şahidlər hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (müqavilə bağlanarkən cavabdeh təşkilatla əmək müqaviləsi əsasında çalışan işçilər olmaqla) maraqlı olan şəxslərdir. Cavabdehin vəsatəti əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla İş üzrə Baş İdarəsindən tələb olunan sənədlərdə də cavabdeh tərəfindən nağd qaydada pulun ödənilməsi halı öz təsdiqini tapmır. Eyni zamanda, şikayət ərizəsində iddiaçı hüquqi şəxsin rəhbəri Habil İmanov tərəfindən borcun 55600 manat qeyd edilməsi cavabdehin istinad etdiyi halları təsdiq etmir. Belə ki, həmin ərizə ilə bağlı iddiaçının nümayəndəsi bildirib ki, şikayət ərizəsində X12 Dəmir arasında olan digər iş birliyi ilə bağlı faktlar göstərilmiş və həmin ərizənin hazırki iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə aidiyyatı yoxdur. Həmin ərizədən də görünür ki, şikayət ərizəsində hazırki iş üzrə tərəflərin adları qeyd edilməmiş və X12 Dəmir arasında olan kommersiya münasibətləri ilə bağlı faktlar göstərilmişdir.
27. Eyni zamanda, birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin sorğularına cavab olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2022-ci il 2 avqust və 2023-cü il 21 fevral tarixli məktublarında hazırki iş üzrə tərəflərin adlarının və mübahisənin predmetinə aid halların qeyd edilməsinə dair isə kollegiya qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı ilə müəyyən edilən halların məcburiliyini müəyyən etmişdir.
28. Məhkəmə gəldiyi nəticəni MM-in 567 və 598.3-cü maddələrinə, MPM-in 77.1, 82.4-cü maddəsinə istinad edərək əsaslandırmışdır.
a. Kassasiya instansiyası məhkəməsindəki icraat
29. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2-2(102)-396/2023 nömrəli qərarı (hakimlər X6 (məruzəçi), X3 və X9) ilə kassasiya şikayəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2-2(103)-69/2023 nömrəli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
31. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin müraciətinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən 14 mart 2023-cü il tarixli müşayət məktubu ilə təqdim olunmuş icraat materialları 16 mart 2023-cü il tarixində apellyasiya instansiyası məhkəməsinə daxil olsa da, baxılan iş üzrə 17 mart 2023-cü il tarixində keçirilən məhkəmə iclasında sözügedən materialların sübuti əhəmiyyəti ilə bağlı araşdırma aparıldığı qeyd olunmamış, işdə iştirak edən cavabdehin nümayəndəsinin qeyd olunan sənədlərə münasibəti aydınlaşdırılmamış, iş üzrə qəbul edilmiş qətnamədə də iddiaçı hüquqi şəxsin rəhbəri H.İmanov 08 sentyabr 2021-ci il tarixli izahatı ilə bağlı hər hansı hüquqi dəyərləndirmə aparılmamışdır. Məhkəmə iclas protokolunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən göndərilmiş məktubun elan edilməsi ilə kifayətlənmişdir. Sözügedən İdarənin işin materiallarında bir neçə məktubunun olduğu nəzərə alınsa, məhkəmənin konkret olaraq hansı sənədi elan etdiyi müəyyən deyildir. Nəzərə alınmalıdır ki, iddiaçı hüquqi şəxsin rəhbəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı şikayət ərizəsində (İ cild, i.v 110-111, 2021-ci il 3 sentyabr tarixində daxil olmuşdur) Barış Dəmirlə iş birliyinə dair faktlara istinad etsə də, sonrakı mərhələdə araşdırma zamanı verdiyi izahatında (İ cild i.v 249) mübahisənin baxılan iş üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən yarandığını təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi, özünün sorğusu əsasında aldığı sənədlər üzrə zəruri qiymətləndirməni aparmamaqla, MPM-nin 88, 106 və 217-ci maddələrinin tələblərini pozmuş, mübahisəli hüquq münasibətinə tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
32. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin müqavilə əsasında iddiaçıya olan borcunun böyük hissəsi ödənilmiş, az hissəsi qalmış, bunu iş materialları, şahid ifadələri, xüsusilə iddiaçının şikayəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılmış araşdırma zamanı iddiaçının verdiyi izahat təsdiq edir, eləcə də iddiaçı tərəfindən elektron vergi hesab fakturası və elektron qaimə təqdim edilib-edilməməsi araşdırılmadan iddia tələbi qismən təmin olunmuş, bununla da iş üçün mühüm əhəmiyyətə malik bütün hallar aydınlaşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və nəticədə yanlış nəticəyə gəlinmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
35. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdilər.
36. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
37. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
38. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
39. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
40. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
43. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
44. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
45. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.
46. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
47. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
48. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
49. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
50. Maddə 598.2 Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
51. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
52. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
56. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
60. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
61. MPM-in 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
62. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
63. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
Apelyasiya baxışının hədləri
64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
65. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
66. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qismən ləğv ediməli, iddia həmin hissədə qismən təmin edilməlidir.
68. İlkin olaraq qeyd olunmalıdır ki, iddiaçı tələbinin əsası kimi tərəflər arasında bağlanmış 31 mart 2019-cu il tarixli 63/19-005 nömrəli beton müqaviləsinə istinad edərək, onun tərəfindən müqavilə öhdəliklərinin icra olunmasına baxmayaraq, cavabdehin öhdəliyi pozaraq onu tam icra etməməsinə, nəticədə 216552,50 manat əsas borcun, 38979,45 manat ƏDV-nin, cəmi 255531,95 manat ödənilməmiş borcun qalmasını göstərmişdir.
69. Cavabdeh tərəf 31 mart 2019-cu il tarixli 63/19-005 nömrəli müqaviləsinin mövcudluğunu və etibarlılığını, habelə müqaviləyə əsasən müavfiq malın təqdim olunmasını mübahisələndirməmiş, etirazının əsası kimi - qalıq borcun 33000 manat olmasını, pulların böyük hissəsinin nağd şəkildə və s. qaydada ödənildiyini, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində bu halın təsdiq olunmasını və s. göstərmişdir.
70. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən, cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyini, cavabdehin tələbə qarşı etiraz (qalıq borcun bir hissəsinin nağd, bir hissəsinin mənzillə əvəzləşdirilməsi və az miqdarda borcun qalması) və dəlillərinin (şahid ifadələri, BMCMİ-də aparılmış araşdırma materialları) sübut olunmadığını qeyd etmişdir.
71. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
72. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri).
73. Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur.
74. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir.
75. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqısı müqaviləsidir. MM-in 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
76. Kassasiya instansiyasının göstərişlərinə əsasən, işdə olan məhkəmə kollegiyasının sorğusuna əsasən təqdim olunmuş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılmış araşdırma materiallarına baxış keçirilmiş, onların sübut əhəmiyyəti işdə olan dügər sübutlarla birlikdə qiymətləndirilmişdir.
77. Qeyd olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanan şikayət ərizəsi əsasında toplanmış materialların təsdiq olunmuş surətindən görünür ki, iddiaçı hüquqi şəxsin direktoru X7 özü tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahatında - Trend Global” MMC və Cavabdeh MMC arasında müqavilə bağlandığı, həmin müqaviləyə əsasən Trend Global” MMC-nin Cavabdeh MMC-yə tikinti aparması üçün beton verməli olduğunu, müqavilə əsasında 216.000 manatlıq beton verildiyini, sonradan tərəflər arasında mübahisə yarandığını, borc məbləğindən 15000 manat hissəsinin rəsmi ödənildiyini, bir hissəsinin əvəzi olaraq isə ev (mənzil) verildiyini və həmin borcdan 55600 manat ödənilməmiş yekun məbləğ qaldığını bildirmişdir.
78. Göründüyü kimi, iddiaçı hüquqi şəxsin rəhbəri BMCMİ-də aparılmış araşdırma zamanı verdiyi izahatında (İ cild, i.v. 249) tərəflər arasında yaranmış mübahisənin beton alqı-satqısına dair müqaviləyə əsaslandığını, həmçinin təhvil-təslim aktları ilə verdiyi 216000 manatlıq beton üzrə cavabdeh şirkətin qalıq borcunun 55600 manat olduğunu bildirmişdir.
79. Hazırkı halda isə, iddiaçı tərəflər arasında müqavilə münasibətlərinə istinad edərək 216000 manat əsas borcu tələb etmişdir ki, həmin məbləğ iddiaçının direktorunun qeyd olunan izahatı ilə inkar edilir.
80. Cavabdeh tərəf isə məhkəmə araşdırmaları zamanı iddia tələbini qismən etiraf edərək, cavabdehin iddiaçı qarşısında yekun qalıq borcunun 33000 manat olduğunu və ödəmənin nağdsız qaydada aparıldığını bildirmiş, lakin borcun məhz həmin məbləğdə olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
81. Cavabdeh tərəfin izahatı da özü-özlüyündə borcun 33000 manat təşkil etməsi istiqamətində yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
82. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.
83. Eyni zamanda birinci instansiya məhkəməsində dindirilmiş şahidlər iddiaçı şirkətə olan borcun böyük hissəsinin ödənildiyi və az məbləğdə borcun olduğunu bildirsələr də, yekun qalıq borc məbləği barədə fərqli və ziddiyyətli fikirlər səsləndirmişdirlər.
84. Bununla yanaşı, şahidlərin ifadələri ümumi xarakterli olmaqla, konkret faktlara əsaslanmır və ifadələr arasında müəyyən ziddiyyətli fikirlər (yekun qalıq borcun məbləğinə dair) vardır. Xüsusilə qeyd edilməlidir ki, şahidlər iş üzrə tərəflər arasında münasibətlər yarandığı zamanı məhz cavabdeh şirkətdə əmək müqaviləsi əsasında işləmişlər.
85. Belə olan halda isə onların ifadələri mötəbər sübut kimi qiymətləndirilməsini bilməz. Çünki, MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
86. Göründüyü kimi, tərəflər arasında müvafiq alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra olunmamış və cavabdehin təhvil aldığı mala (beton) görə ödənilməmiş 55600 manat əsas borcu qalmışdır.
87. Göründüyü kimi, iddia tələbi yoxlanılan hissədə yəni “cavabdehdən 201.552,50 manat əsas borcun tutulması” hissədə qismən, yəni 55600 manat həddində əsaslıdır.
88. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə qeyd edilən hissədə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin həmin hissədə ləğvinə tam əsasdır.
89. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia – “38.979,45 manat ƏDV-nin tutulması” hissədə əsaslıdır, birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Çünki, cavabdeh aldığı mallara görə qeyd edilən məbləğdə ƏDV-nin ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
90. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı hüquqi şəxsin direktoru izahatında alqısatqı müqaviləsi üzrə təqdim edilmiş 216000 manatlıq beton üzrə qalıq borcun 55600 manat olmasını bildirmiş, ƏDV hissədə hər hansı ödənişin olmasını göstərməmişdir.
91. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən, yəni “cavabdehdən 201.552,50 manat əsas borcun iddiaçının xeyrinə tutulması” hissədə ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 55600 manat pul vəsaiti tutulmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
92. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 2278/2022 nömrəli qətnaməsi qismən, yəni “cavabdehdən 201.552,50 manat əsas borcun iddiaçının xeyrinə tutulması” hissədə ləğv olunsun, iddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh MMC-dən 55600 (əlli beş min altı yüz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə verilsin. Qətnamə apellyasiya şikayətinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.