Məhkəmə qərarları › İş №2-2(103)-890/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-890/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-890/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2123/2023 saylı, 19 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilənin şərtlərinin icra edilməməsi nəticəsində yaranmış 16.204,78 manat məbləğində borcun cavabdeh “X5” MMC-dən (indiki adı Cavabdeh MMC) alınıb İddiaçı MMC-yə qaytarılması, həmçinin iddia verilməsi üçün ödənilmiş 139 manat məbləğində dövlət rüsumu, 300 manat məbləğində hüququ yardım üçün və 300 manat məbləğində mediasiyaya dair xərclərin, ümumilikdə 16.943,78 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “X5” MMC (indiki adı Cavabdeh MMC) arasında xx.xx.2021-ci il tarixli FOO002/21 nömrəli təchizat müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən təchizatçı müqavilə ilə bağlı alıcı tərəfindən kəsilmiş istənilən hesab-fakturanı belə hesab-fakturanın təqdim edildiyi gündən 14 təqvim günü ərzində ödəməyi öhdəsinə götürür. Borcun təsdiqi ilə bağlı cavabdeh “X5” MMC-nin (indiki adı Cavabdeh MMC) nümayəndəsinin iştirakı ilə xx.xx.2021-ci il tarixində qarşılıqlı üzləşmə aktı tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh “X5” MMC-nin (indiki adı Cavabdeh MMC) İddiaçı MMC-yə 16.204,78 manat borcu olduğunu öz imzası ilə təsdiq edir. Cavabdeh tərəfindən borcun təsdiqi ilə bağlı qarşılıqlı üzləşmə aktının tərtibindən sonra xx.xx.2022-ci il tarixində “X5” MMC-yə (indiki adı Cavabdeh MMC) xəbərdarlıq məktubu göndərilərək sözügedən aktla təsdiq edilmiş borcun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Göründüyü kimi, “X5” MMC (indiki adı Cavabdeh MMC) tərəfindən borcun təsdiqindən sonra 2 ilə yaxın müddət keçməsinə baxmayaraq onun tərəfindən bu borcun ödənilməsi ilə bağlı hər hansı hərəkət edilməmişdir. İddiaçı MMC “X5” MMC (indiki adı Cavabdeh MMC) ilə aralarında razılığın əldə edilməsi üçün ona müqavilə üzrə öhdəliklərin icra edilməsi üzrə təklif göndərərək 15 gün ərzində vaxt vermişdir. Cavabdeh qeyd olunmuş müddət ərzində 16.204,78 manat borcu ödəməyindən Mediasiya Şurasına müraciət edilmişdir, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Həmçinin tərəflərindən mediasiya ilə bağlı 300 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir.

3. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddiasının əsası kimi yalnız üzləşmə aktı deyilən sənədi təqdim etmişdir. Həmin sənədə də diqqət yetirildiyində görünər ki, sənəd imzalanmış, lakin MMC-nin möhürü yoxdur. Həmin sənədin kim tərəfindən imzalanmasından ümumiyyətlə məlumatsızdılar. Həmin sənəd bilindiyi kimi mühasib və ya direktor tərəfindən imzalanmalı və alt sənədlərə əsasən təsdiq edilməlidir. Lakin iddiaçının təqdim etdiyi sənədi kim imzalayıbsa, Top Supermarketlə əlaqəsi yoxdur. Olsa da, belə həmin şəxs mühasib və ya direktor deyil. Həmçinin möhürün olmaması həmin sənədin sübut kimi qəbul edilməsini təkzib edir. Bundan əlavə həmin sənədin əslinin də olmaması şübhə doğurur. Çünki sənəddən görünür ki, rəngli printerdən çıxarılmış sənəddir. Həmçinin satılmış malın təhvil-təslimi barədə aktların da təqdim edilməməsi iddianın əsassız olduğuna əsasdır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq sənədlərin əsillərinin təqdim edilməsini, malların satışına dair aktların təqdim edilməsini və üzləşmə aktına Top Supermarket MMC-nin adından kimin imza etdiyini (çünki belə bir məsul şəxs MMC-də çalışmayıb) müəyyənləşdirilməsini xahiş edir. (müqavilənin 4.1.8, 4.1.9 və 4.2.2 bəndi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.4-cü bəndinə əsasən, elektron qaimə fakturada onun verilməsinə əsas olmuş qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s. əks olunması nəzərdə tutulmuşdur.

4. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yenidən yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi tərəfidən təqdim edilən təhvil təslimi aktlarını qəbul etmirlər. Belə ki, həmin aktlarda diqqət çəkən məqamlar var ki, şübhə doğurur. Belə ki, ilk növbədə qeyd edir ki, cavabdeh olaraq onların belə bir ştampları olmayıb. Ən əsası isə həmin vaxtı onların şirkətlərinin adı X2b. Necə olur ki, adları başqa ola-ola onların Top Supermarket ştampları olur. Ümumiyyətlə qanunvericiliyə əsasən də ştamp və ya möhür hazırlanması üçün ilkin olaraq həmin müəssisənin təsis sənədləri eyni adda olmalıdır. X5 xx.xx.2021-ci il tarixdə qeydiyyata alınıb. Lakin ad dəyişilikliyi, yəni Cavabdeh MMC olması xx.xx.2022-ci il tarixdə olmuşdur. Lakin iddiaçının təqdim etdiyi sənədlərdə ştamplar Cavabdeh MMC-nin adındandır. Halbuki, təqdim edilən aktlardakı dövr xx.xx.2021xx.xx.2022-ci il tarixləri əhatə edir. Bu da onlarda belə bir möhürün olmamasını sübut edir. Həmçinin təqdim edilən aktlarda ümumiyyətlə kimlərin imza etməsi bəlli deyil. Elə aktlar da vardır ki, təhvil verən şəxs digər aktda təhvil alan kimi imza edir. Bunlardan xx.xx.2021-ci ilin 745,45 manatlıq aktını və xx.xx.2021-ci il tarixli 608,94 manatlıq aktını misal göstərmək olar. Həmin aktlarda Pərvin adlı şəxs birində təhvil verən digərində isə təhvil alan kimi çıxış edir. Digər aktlardakı imzalarında kimə məxsus olması bəlli deyil. Dİgər şübhəli məqam ondan ibarətdir ki, iddiaçının iddia etdiyi kimi və təqdim etdiyi kimi mal verilirdisə və malın dəyəri ödənilmirdisə niyə mal verilirdi. İddiaçı tərəfindən təqdim edilən təchizat müqaviləsinin 3.8-ci bəndinə əsasən verilmiş malların dəyəri 14 gün ərzində ödənilməli idi. Təqdim edilən aktlara əsasən niyə oktyabr ayında təqdim olunan malların dəyəri ödənilmədən noyabr ayında mal verilib? Ümumiyyətlə, müqaviləyə də diqqət yetirilsə görünər ki, müqavilə Qanuni nümayəndə tərəfindən imza edilməyib. Yazıdan da görünür ki, imza Orucov adlı şəxs tərəfindən icra edilib. Həmin vaxt və cari tarixədək müəssisənin direktoru Qanuni nümayəndə olmuşdur.

5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2123/2023 saylı, 19 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 16.075 manat əsas borc, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 300 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia verilərkən ödənilmiş 139 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2123/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddiasının əsası kimi yalnız üzləşmə aktı deyilən sənədi təqdim etmişdir. Həmin sənədə də diqqət yetirildiyində görünər ki, sənəd imzalanmış lakin MMC-nin möhürü yoxdur. Həmin sənədi kim imzalamışdırsa ümumiyyətlə məlumatsızıq. Həmin sənədi bildiyimiz kimi mühasib və ya direktor tərəfindən imzalanmalı və alt sənədlərə əsasən təsdiq edilməlidir. Lakin iddiaçının təqdim etdiyi sənədi kim imzalayıbsa Top Suppermarketlə əlaqəsi yoxdur. Olsa da belə həmin şəxs mühasib və ya direktor deyil. Həmçinin möhürün olmaması həmin sənədin sübut kimi qəbul edilməsini təkzib edir. Bundan əlavə iddiaçının nümayəndəsi tərəfidən təqdim edilən təhvil təslimi aktlarınını qəbul etmirlər. Belə ki, həmin aktlarda diqqət çəkən məqamlar var ki şübhə doğurur. Belə ki, ilk növbədə qeyd edir ki, cavabdeh olaraq onların belə bir ştampları olmayıb. Ən əsası isə həmin vaxtı şirkətin adı X3b. Necə olur ki, ad başqa ola ola onların top supermarket ştampları olur. Ümumiyyətlə qanunvericiliyə əsasən də ştamp və ya möhür hazırlanması üçün ilkin olaraq həmin müəssisənin təsis sənədləri eyni adda olmalıdır. X7 xx.xx.2021-ci il tarixdə qeydiyyata alınıb. Lakin ad dəyişilikliyi yəni Top Supermarket MMC olması xx.xx.2022-ci il tarixdə olmuşdur. Lakin iddiaçının təqdim etdiyi sənədlərdə ştamplar Top Supermarket MMC-nin adındandır. Halbuki, təqdim edilən aktlardakı dövr xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edir. Bu da onlarda belə bir möhürün olmamasını sübut edir. Həmçinin, təqdim edilən aktlarda ümumiyyətlə kimlərin imza etməsi bəlli deyil. Elə aktlar da vardır ki, təhvil verən şəxs digər aktda təhvil alan kimi imza edir. Bunlardan xx.xx.2021-ci ilin 745,45 manatlıq aktını və xx.xx.2021-ci il tarixli 608,94 manatlıq aktını misal göstərmək olar. Həmin aktlarda Pərvin adlı şəxs birində təhvil verən digərində isə təhvil alan kimi çıxış edir. Digər aktlardakı imzalarında kimə məxsus olması bəlli deyil. Dİgər şübhəli məqam ondan ibarətdir ki, iddiaçının iddia etdiyi kimi və təqdim etdiyi kimi mal verilirdisə və malın dəyəri ödənilmirdisə niyə mal verilirdi. İddiaçı tərəfindən təqdim edilən təchizat müqaviləsinin 3.8-ci bəndinə əsasən verilmiş malların dəyəri 14 gün ərzində ödəilməli idi. Təqdim edilən aktlara əsasən niyə oktyabr ayında təqdim olunan malların dəyəri ödənilmədən noyabr ayında mal verilib? Ümumiyyətlə, müqaviləyə də diqqət yetirilsə görünər ki, müqavilə Qanuni nümayəndə tərəfindən imza edilməyib. Yazıdan da görünür ki, imza Orucov adlı şəxs tərəfindən icra edilib. Həmin vaxt və cari tarixədək müəssisənin direktoru Qanuni nümayəndə olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

18. Həmin qaydaların 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

19. 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

20. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

21. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

22. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

24. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə əsaslıdır.

27. İşin müəyyən olunmuş halları ondan ibarətir ki, İddiaçı MMC ilə “X5” MMC (indiki adı Cavabdeh MMC) arasında 15 sentyabr 2021-ci il tarixli FOO002/21 nömrəli təchizat müqaviləsi bağlanmışdır.

28. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən təchizatçı alıcı tərəfindən sifariş əsasında (bundan sonra “Sifariş”) sifariş edilən malları (bundan sonra “Mal”) alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

29. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan etibarən qüvvəyə minir və 31 dekabr 2021-ci ii tarixinədək qüvvədə qalacaqdır.

30. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bütün ödənişlər hesab faktura əsasında alıcı tərəfindən təchizatçının hesabına bank köçürmə yolu ilə manatla həyata keçilir. 3.4-cü bəndinə əsasən ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir.

31. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən təchizatçı müqavilə ilə bağlı alıcı tərəfindən kəsilmiş istənilən hesab-fakturanı belə hesab-fakturanın təqdim edildiyi gündən etibarən 14 təqvim günü ərzində ödəməyi öhdəsinə götürür.

32. Həmin müqavilənin 4.2.1-ci bəndinə əsasən təchiz edilmiş və qəbul edilmiş malın qiymətini təchizatçıya ödəmək alıcının vəzifəsidir.

33. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

34. Malların təhvil-qəbul aktlarından görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2021xx.xx.2022-ci il tarixlərində müxtəlif adda, miqdarda və qiymətlərdə olan ərzaq məhsulları (yağ, süd, un və s.) Cavabdehnə təhvil verilmişdir. Malların təhvil-qəbul aktları səlahiyyətli şəxslərin imzaları ilə yanaşı İddiaçı MMCnin möhürü və Cavabdeh ştampı ilə də təsdiq edilmişdir.

35. İddiaçı MMC tərəfindən ümumilikdə (ƏDV daxil) 16.075,21 manat məbləğində malların verilməsinə dair, o cümlədən 1.072,43 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 099593 nömrəli, 458,29 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 056953 nömrəli, 304,78 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 196796 nömrəli, 674,63 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 700724 nömrəli, 602,65 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 899462 nömrəli, 1.081,25 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 208455 nömrəli, 539,53 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 208457 nömrəli, 670,92 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 196795 nömrəli, 673,53 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 084801 nömrəli, 571,77 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 004903 nömrəli, 119,33 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 326680 nömrəli, 591,45 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 781452 nömrəli, 1.338,30 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 058418 nömrəli, 91,99 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 212139 nömrəli, 34,83 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 465937 nömrəli, 272,79 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 775395 nömrəli, 162,90 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 123147 nömrəli, 129,19 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 058039 nömrəli, 845,68 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 226264 nömrəli, 684,90 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 288681 nömrəli, 294,15 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 637640 nömrəli, 684,36 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 531123 nömrəli, 233,69 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 058059 nömrəli, 640,46 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 447108 nömrəli, 1.505,13 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 847015 nömrəli, 636,09 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 717973 nömrəli, 99,23 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 695263 nömrəli və 1.060,96 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 310638 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.

36. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı MMC-də audit şöbəsində nəzarətçi vəzifəsində çalışır. 10 ildir iddiaçı olan şirkətdə çalışır. T.Qulaməliyev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh MMC şirkətin adıdır. “X5” MMC cavabdeh şirkətin rəsmi adı olmuş, həmin şirkətin “Top Supermarketlər” adlı şəbəkəsi olmuş, ona görə də təhvil-təslim aktlarına Cavabdeh ştampı vurulmuşdur. Şirkət həm özü satırdı, həm də marketlərə malları təqdim edirdi. Mallar elektron qaimə ilə birlikdə birbaşa marketlərə təhvil verilir. Eyni zamanda təhvil-təslim aktı tərtib olunurdu. O sadəcə bir dəfə üzləşmə aktı tərtib edə bilib, çünki cavabdeh istəmirdi. Ödəniş olmayıb. Onlar malları depozit olaraq vermişdilər. Heç bir marketlər şəbəkəsi onların aktlarına möhür vurmur. Üzləşməni imzalayan şəxs ofisdə otururdu və bu səbəblə onlar onun səlahiyyətlərini təsdiq edən sənədi tələb etmədilər. Üzləşmə aktlarını öz ofislərində tərtib ediblər. Şirkətdə üzləşmə sektoru var idi. Üzləşmə aktını imzalamış Kamran müəllim ilə şəxsi tanışlığı yox idi. Aktın imzalanması üçün cavabdehə dəfələrlə müraciət etmişdi. Cavabdehə məxsus binada, qəbul şöbəsində, onları Kamran müəllimə yönəltdilər.

37. Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

38. Hazırkı iş üzrə işin mübahisələndirilən halı dəyərinin ödənilməsi tələb edilən malların iddiaçı tərəfindən cavabdehə təqdim edilib-edilməməsi və həmin mallara görə cavabdehin iddiaçıya borcunun olub-olmamasıdır.

39. Təhvil-təslim aktlarını cavabdeh tərəfdən imzalamış şəxslərin səlahiyyətli şəxs olması müəyyən edilməsə belə həmin aktların əksəriyyətinə Cavabdehlər şəbəkəsinin ştampları vurulmuşdur. Bundan başqa, həmin dövrdə cavabdeh şirkətin adı xx.xx.2022-ci il tarixdə dəyişdirilərək Cavabdeh MMC olsa da, cavabdeh şirkətə məxsus supermarketlər şəbəkəsinin 2021-ci ildən Cavabdeh adı altında fəaliyyət göstərməsi işin mübahisəsiz halıdır. Odur ki, sözügedən təhvil-təslim aktlarında “X5” MMC-nin deyil, Cavabdeh yazılı ştampların vurulduğu anlaşılandır.

40. Bundan başqa, işdən görünür ki, İddiaçı MMC ilə “X5” MMC (Top ümumi) arasında 2022-ci ilin mart tarixli üzləşdirmə aktı tərtib edilmiş və aktda “X5” MMC-nin İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixə 16.204 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Akt iddiaçının və səlahiyyətli şəxsinin - 2021-2022-ci illərdə Cavabdeh MMCdə satıcı və mühasib operator vəzifələrində işləmiş və sonuncu dəfə mühasib operator vəzifəsində işləyən Qocalı Kamranın imzası ilə təsdiq edilmişdir.

41. Müqavilədəki imzanın direktor Qanuni nümayəndə tərəfindən deyil, “Orucov” adlı şəxs tərəfindən icra edilməsi barədə dəlilinə gəldikdə müqavilənin direktor tərəfindən imzalanmaması ehtimal edilsə belə, həmin müqaviləyə şirkətin möhürünün vurulması (həmin fakt mübahisələndirilməmişdir) və ən əsası da həmin müqavilə əsasında alqı-satqı əməliyyatlarının həyata keçirilməsi cavabdeh şirkətin səlahiyyətli şəxsinin həmin əqdi bəyənməsinə dəlalət edir.

42. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mal təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir. Həmin elektron qaimə-fakturalar faktiki olaraq cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir.

43. Bundan əlavə, işdən görünür ki, birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın qismən qəbul etdiklərini, lakin hansı hissədə qəbul etdikləri barədə baxış iclasında məlumat verəcəyini qeyd etmiş, bununla da iddiaçı ilə alqı-satqı münasibətlərində olmaları, iddiaçının onlara mallar təqdim etməsi və həmin malların dəyərinin ödənilməməsi, yəni təqdim edilmiş mallara görə iddiaçıya borclarının olması (iddiaçının iddia etdiyi həcmdə olmasa belə) faktlarını faktiki olaraq təsdiq etmişdir.

44. Cavabdeh tərəf iddiaçı tərəfindən onlara müəyyən həcmdə malların təqdim edilməsi faktını inkar etməsə də, tərəflər arasında malların təqdim edilməsinin iş materiallarına əlavə edilmiş təhvil-təslim aktları ilə deyil, fərqli formada rəsmiləşdirilməsini təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir.

45. İşdə olan elektron qaimələrlə müəyyən olunur ki, müqavilə üzrə iddiaçı tərəfindən təqdim edilmiş mallara görə cavabdehin ümumilikdə 16.075,21 manat məbləğində borcu yaranmışdır.

46. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə üst-üstə düşür. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır.

47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

48. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilsin.

49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2123/2023 saylı, 19 iyul 2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar